olan şüur (obyektiv idealizm), həm də insanın şüuru, ideyası,
onun öz mənliyinin təzahürü ola bilər (subyektiv idealizm).
İdealistlərin çoxu hesab edir ki, cəmiyyət və onun inkişafı
prinsip etibarilə dərkedilməzdir, çox şeylər təsadüflərdən, insan
şüurunun çıxardığı bu və ya digər nəticələrdən asılıdır. Onlar
deyirlər ki, cəmiyyət təbiət kimi deyil, burada insan şüurundan
kənarda heç bir obyektiv qanun və inkişaf ola bilməz.
Göstərmək lazımdır ki, sosial hadisələrin izah edilməsi işində
idealist mütəfəkkirlərin əldə etdiyi elmi nailiyyət sosial- fəlsəfi
fikrin irəliyə doğru sonrakı hərəkətini şərtləndirdi.
İndiki dövrdə bizə hansı sosial fəlsəfə lazımdır? Əlbəttə,
«sülh fəlsəfəsi», «keçid dövrünün fəlsəfəsi», «milli həmrəylik
fəlsəfəsi» və s. adlandırılan sahələr sosial fəlsəfənin ayrı-ayrı
fraqmentləri olsa da, sözün əsl mənasında fəlsəfə deyil. Bizim
müasir həyatımızın fəlsəfi cəhətdən əsaslandırılması o zaman
mümkün olacaq ki, humanizm dəyərlərinin və demokratiyanın
həyata keçirilməsinə yol açmağa qadir olan yeni tarix fəlsəfəsi
yaradılsın. Humanizm və demokratiyaya zidd siyasət və onun
yaratdığı mənəvi, o cümlədən fəlsəfi atmosfer gec-tez iflasa
uğrayır. Böyük fəlsəfi və etik ideyalar isə ağır sınaqlara məruz
qalsalar da keçici olmur və əbədi yaşayır.
1.2.
Cəmiyyətin materialist anlayışının mahiyyəti
Tarixi materializm tərəfdarları hesab edirlər ki, cəmiyyət və
onun inkişafı dərk ediləndir. Təbiət və cəmiyyəti
eyniləşdirməyərək onlar göstərirlər ki, cəmiyyətdə də inkişafın
obyektiv (şüurdan asılı olmayaraq mövcud olan) qanunları
fəaliyyət göstərir. Lakin bu qanunların öz xüsusiyyətləri var.
Cəmiyyətdə nə baş verirsə hamısı insanlar, onların müəyyən
bir məqsədə çatmaq üçün göstərdikləri fəaliyyət, məqsəd, qayğı
və cəhdləri ilə əlaqədədir. Tarix insanlann öz məqsədləri üçün
fəaliyyət göstərməsindən başqa bir şey deyil. İnsanlar öz
tarixlərini özləri yaradırlar. Cəmiyyət haqqında dialektik
materialist baxış - materializmin tarixi öyrənmək sahəsinə tətbiq
edilməsidir. Yada salaq ki, materializm təliminə görə, materiya
bizə duyğularımızda verilən, şüurumuzdan kənar və asılı
332
olmayaraq mövcud olan obyektiv reallıqdır. Beləliklə, fəlsəfə
cəmiyyəti tədqiq edərkən elə etməlidir ki, cəmiyyət materiyanın
yuxarıda göstərilən əlamətlərinə uyğun gəlsin, yəni şüurdan
kənarda mövcud olsun, ondan asılı olmayaraq təşəkkül tapsın,
nəticədə isə ictimai şüuru müəyyən etsin. İctimai həyatın bu
tərəfini üzə çıxarmaq, marksistlərə görə, cəmiyyətin izahı
sahəsində «fəlsəfənin əsas məsələsi»ni materialistcəsinə həll
etməkdir.
İctimai həyatın maddi və mənəvi tərəflərinin qarşılıqlı
əlaqəsini göstərmək üçün işlədilən başlanğıc və ən mücərrəd
kateqoriyalar «ictimai şüur» və «ictimai varlıq» anlayışlarıdır.
İnsanların həyata qədəm qoyan hər yeni nəsli, dialektik
materializmə görə, özünün ictimai varlığını istədiyi kimi yarada
bilməz, çünki yeni gələn nəsil hazır, yetkin, sabit ictimai varlıqla
qarşılaşır. Tarix haqqında materialist təlimə görə, nə xarici təbiət,
nə də insanın öz təbiəti ictimai quruluşun və bəşəriyyət tarixinin
xarakterini müəyyən etmir. Onların hər ikisi ictimai istehsalın
inkişafı ilə müəyyən edilir. Bu inkişaf isə ikitərəfli tarixi
prosesdir: bir tərəfdən insanlar xarici təbiəti dəyişir, digər
tərəfdən isə insanın öz təbiəti dəyişir, insan inkişaf edir.
Marksizmə görə cəmiyyətin ən çevik, aparıcı, həlledici
faktoru - məhsuldar qüvvələrdir. «Məhsuldar qüvvələr anlayışı
ilk dəfə elmə ingilis siyasi iqtisadiyyatının klassikləri tərəfindən
daxil edilmişdir. Onlar bu anlayışı istehsal prosesində zəruri olan
işçi qüvvəsi ilə əmək alətlərini xarakterizə etmək üçün istifadə
edirlər. Marks məhsuldar qüvvələri yalnız iqtisadi cəhətdən şərh
etmir. O, burada, bir tərəfdən insanın çoxsahəli qabiliyyətinin üzə
çıxdığını aşkar etdi, digər tərəfdən isə məhsuldar qüvvələrin
spesifik inkişaf formasını kəşf etdi və onu istehsalın ictimai
münasibətləri və yaxud istehsal münasibətləri adlandırdı; bu
münasibətləri o əmək bölgüsünün texniki, texnoloji və peşə
sahəsində işçilər arasında yaranan münasibətlərdən fərqləndirdi.
İstehsalın ictimai münasibətlərinin
333
kəşfi və tədqiqi məhz tarixin materialist anlayışının başlanğıcını
qoydu».'
İnsanların ictimai varlığı - onların real həyati fəaliyyət
prosesinin içərisində baş verdiyi maddi münasibətlərin məcmuu-
dur, onların mövcud olduqları maddi şəraitin bütöv birliyidir.
«İctimai varlıq» kateqoriyasının məzmunu haqqında
marksistlər arasında mövcud olan görüşlər aşağıdakılardır: 1)
ictimai varlıq ictimai qanunauyğunluqla eyniyyət təşkil edir; 2)
ictimai varlıq iqtisadi bazisdir; 3) ictimai varlıq maddi nemətlərin
istehsal üsuludur; 4) ictimai varlıq insan cəmiyyəti həyatının
bütün maddi şəraiti və münasibətlərdir və s.
Marksist fəlsəfə sübut etməyə çalışır ki, ictimai varlıq elə
obyektiv ictimai reallıq, elə sosial materiyadır ki, ictimai şüurda
əks olunur, onu müəyyənləşdirir və son nəticədə onun hərəkətini
şərtləndirir. İctimai şüur cəmiyyətin özü-özünü, özünün ictimai
varlığını və əhatə olunduğu gerçəkliyi başa düşməsidir. İctimai
şüur fərdi şüurdan ayrı mövcud deyil, fəqət o ayn-ayn adamların
şüurlarının sadəcə olaraq cəmi də deyil.
Təbiətin insan tərəfindən dəyişdirilən predmetləri materiya
olaraq qalır. Marksist fəlsəfəyə görə onlar yalnız maddi ictimai
münasibətlər sisteminə cəlb ediləndən sonra ictimai varlıq
olurlar. Beləliklə, ictimai varlığın əşyavi elementləri ilk olaraq
maddi cəhətdən təşkilatlanmalı, ondan sonra maddi ictimai
münasibətlər sistemində işlənməlidir. Marksistlər sübut etməyə
çalışırlar ki, əmək ictimai həyatın əsasıdır. Əmək fəaliyyəti
olmadan cəmiyyət nə yarana bilər, nə də mövcud ola bilər.
İctimai varlıq ümumiyyətlə varlıqdan ayrılır. Həyat üçün zəruri
olan maddi nemətləri istehsal edən insanlar özlərinin maddi həyat
prosesinin sosial forması kimi zəruri olaraq həm də özlərinin
ictimai (istehsal) münasibətlərini istehsal edirlər. Bu
münasibətlər təbii olaraq insanların əmək fəaliyyəti prosesində
meydana gəlir. Deməli, insanlar şüurlu olaraq maddi nemətlər
istehsal edir, lakin onların istehsal fəaliyyətinin sosial nəticəsi,
məhz onlar arasında yaranan istehsal münasibətləri in-
' Т.И.Ойзсрман. Материалистическое понимание истории: плюсы и минусы. - Вах: Жури.
«Вопросы философии». № 2. 2001, с.6.
334
Dostları ilə paylaş: |