Aristoteli ilk elm filosofu adlandırmaq olar. O, rasional elmi
düşüncənin aləti («orqanonu») olan formal məntiqi yaradıb.
Aristotel biliyin müxtəlif növlərini təhlil edib və təsnifatını verib.
Əsrlər boyu Aristotelin elm anlayışı və onun bir çox konkret
nəzəriyyələri əsas avtoritet sayılmışdır. Yalnız İntibah dövründə
dünyanın yeni elmi mənzərəsini və elmi təfəkkürün yeni
«orqanon»unu yaratmağa cəhd göstərilib. Bu işin başlanğıcını
dünyanın heliosentrik mənzərəsini təklif edən N.Koper- nik
qoyub. «Yeni orqanon» və empirik induktiv elmin yeni obrazını
təbliğ edən Frensis Bekonun da bu işdə rolu böyük olub.
Q.Qaliley isə N.Kopemikin təlimini yalnız hərtərəfli
əsaslandırmaqla kifayətlənmədi, həm də elmin təbiəti haqqında
yeni anlayış yaratdı və o vaxta qədər heç bir alimin bilmədiyi
dəqiq eksperimental tədqiqat metodunu tətbiq etdi. Aristoteldən
fərqli olaraq Q.Qaliley inanırdı ki, təbiət qanunlarını ifadə
etməyin əsl dili riyaziyyat dilidir. Q.Qalileyin işini R.Dekart,
Nyuton və başqa alimlər davam etdirdilər.
İngilis müəlliflərinin yazdığı müasir fəlsəfə dərsliyində
göstərilir ki, indiki dövrdə «elmin fəlsəfi problemləri - qravitasiya,
maqnit qüvvəsi, elektronlar və «əks cisim» («anticisim») kimi
nəzəri mahiyyətlərin reallığına toxunan antoloji məsələləri özündə
birləşdirir. Elm fəlsəfəsi həm də müxtəlif xüsusi elmlər arasındakı
münasibətləri öyrənir, bütün elmləri bir əsas elmə, adətən fizikaya
bağlamağın mümkünlüyünü nəzəri cəhətdən əsaslandırmağı təklif
edir. O induktiv düşüncə, nəticədən səbəbə və əksinə gedən
düşüncə, ümumiyyətlə elmi düşüncə ilə əlaqədə olan metodoloji
məsələləri gözdən keçirİD>.’®
Elm fəlsəfəsində çoxlu müxtəlif metodoloji konsepsiyalar -
elm nəzəriyyələri mövcuddur ki, qoyulan suallara sistemləş- miş
və məntiqi cəhətdən razılaşdırılmış cavab verir. Bu
konsepsiyaların yaradıcıları təsdiq edirlər ki, onların
konsepsiyası, yəni elmi idrakın analizi elə əsl fəlsəfədir. Bu daha
çox poziti- vist metodoloji konsepsiyanın yaradıcıları üçün
xarakterikdir.
Fəlsəfə və elmin qarşılıqlı münasibəti məsələsi çox
mürəkkəbdir və müxtəlif cür izah edilir. Hər iki ifratçılıq - fəlsəfə
Д.ТеГ|чмаи. К.Эваис. Философия. M.. «Весь Мир». 1УУ7, с. 10.
323
nin elm üzərində hökmranlığı və həqiqəti müəyyənləşdirmək
işində pozitivistlərin fəlsəfəni inkar etmələri - eyni dərəcədə
qüsurludur.
Elm fəlsəfəsinin görkəmli nümayəndəsi P.Feyerabend hesab
edirdi ki, elmi idrakda plüralizmin, yəni alternativ nəzəriyyələrin,
fərziyyələrin və başqa bilik formalannm olması zəruridir. O,
təsdiq edirdi ki, ağlın rolunu şişirtmək olmaz, çünki elm, yuxanda
deyildiyi kimi, əsasən irrasional məşğuliyyətdir, elmdə
rasionallıq heç də dindəkindən, miflərdəkindən və başqa mənəvi
hadisələrdəkindən çox deyil. Ağılın əsas daşıyıcısı kimi elmin
cəmiyyətdə mərkəzi yer tutmasına qəti)^ən imkan vermək olmaz.
P.Feyerabend göstərir ki, elm onun metodoloji təsvirinə nisbətən
daha çox yayğın və irrasional xarakter daşıyır. İngilis alimi
K.Popper də buna oxşar fikirdə idi.
XX əsrin görkəmli filosoflarından olan L.Vitgenşteyn də
elmin rolunu çox kiçildirdi. O, təsdiq edirdi ki, mistisizmə meyil
göstərməyin səbəbi elmin bizim arzulan yerinə yetirmək
qabiliyyətində olmamasıdır. Həqiqətən, dərk edilməyənlər
həmişə dərk edilmişlərdən daha çox olur. İnsanın dünyanı
mənimsəməsinin bütün formalan üçün yer çatır. Sonra
L.Vitgenşteyn göstərirdi ki, insan üçün hər şey zəruridir, heç nəyə
biganə olmaq lazım deyil. Min illər boyu insanlar yaşamış,
torpağı becərmiş, mənzil tikmiş, sevmiş və iztirab çəkmiş, bu və
ya başqa şəkildə özünün dünyada olmasını izah etmiş və
dəyərləndirmişdir. Elm isə olmamışdır.
Bir çox alimlər elmin dövri dinamikası (paradiqma) haqqında
mülahizələr yürüdürlər. «Paradiqma» anlayışı elm tarixinin
tədqiqinə 1962-ci ildə Tomas Kunun «Elmi inqilabların
strukturu» kitabında daxil edilmişdir. O, yazırdı: «Paradiqma
deyəndə mən hamı tərəfindən qəbul edilən elə elmi nailiyyətləri
başa düşürəm ki, müəyyən vaxt axarında elmi ictimaiyyətə
problemlərin qoyuluşu və həlli modelini verİD>.’‘ Paradiqma
elmi ictimaiyyət tərəfindən qəbul edilən və elmi ənənəni təmin
edən əqidələrin, dəyərlərin, texniki vasitələrin cəmidir. Elmi
ictimaiyyət tərəfindən bütövlükdə qəbul edilən və bir
T.KyH.
Crpyıcrypa
nay'iHbix peBOJnounn.
M., 1977, c.Il.
324
müddət elmi tədqiqatı istiqamətləndirən bir və ya bir neçə
fundamental nəzəriyyəni paradiqma adlandırmaq olar. Belə para-
diqmalar nəzəriyyə kimi Aristotelin fizikasını, Ptolomeyin geo-
sentrik sistemini, Nyütonun mexanika və optikasını, Eynştey- nin
nisbilik nəzəriyyəsini və b. göstərmək olar. Beləliklə, paradiqma
-
təbiət hadisələrinin tədqiq edilən sahəsi haqqında
şəksiz-şübhəsiz qəbul edilmiş bilikləri özündə birləşdirir. Bu
təlimin nümayəndələri hesab edirlər ki, elmi inqilab paradiq-
maların bir-birini əvəz etməsi prosesini ifadə edir. Yığılan elmi
faktlar ümumi qəbul edilmiş nəzəriyyə ilə izah edilə bilməyəndə
hakim paradiqmanın böhranı başlayır və elə bu vaxtda elmi
inqilab meydana gəlir. Yeni paradiqmaya keçid elmi inqilabın
mahiyyətini təşkil edir. Elmi dövrilik nəzəriyyəsi pa-
radiqmaların, elmi böhranların və inqilabların elmi idrakın
dinamikasının ümumi sxemində birləşdirmək imkanı yaradır.
Kun nümayiş etdirdi ki, öz fəaliyyətində alimlər (elmi birliklər)
bir çox ənənələrlə (paradiqmalarla) müəyyənləşir. Vəzifə ondan
ibarətdir ki, bu proqramlar və onların dəyişmə mexanizmi
yenidən qurulsun. O, göstərirdi ki, bu proqramlar (para-
diqmalar) dil kimi təxminən elə formada verilir ki, elmin
fəlsəfəsinin folkloru, dili, mədəni ənənələri, sosial varisliyi və s.
öyrənən sosial-humanitar fənlər sırasına daxil edilməsini başa
düşmək imkanı yaradır.
Relyativizmin canlanması T.Kunun adı ilə sıx bağlıdır. Elmi
biliyin yaranma prosesi indiki dövrdə elm fəlsəfəsində sosial
quraşdırma fəaliyyəti kimi nəzərdən keçirilir. Bu ənənəvi həqiqət
nəzəriyyəsindən imtina etməyə gətirib çıxarır və relyati- vist
ideologiyanın
yaranmasına səbəb olur. T.Kunun bu
konsepsiyasının idrak prosesinin sosial-mədəni şərtlənməsini
başa düşmək işinə çox böyük köməyi oldu.
XX əsrdə elm fəlsəfəsi haqqında Qərbdə meydana gəlmiş bir
sıra konsepsiyalar haqqında da qısa məlumat vermək istərdik.
Neopozitivivn elm fəlsəfəsi haqqında, Şlik, Neyrat, Reyhen-
bax və Kamapın simasında neopozitivizm elmi biliyin
yaradılması, açılması məsələsini ön plana çəkir. Elm onun aşkar
edilməsi kontekstində gözdən keçirilir. Burada əsas ideya ilk
baxış
325
Dostları ilə paylaş: |