3.3. Elmi rasionallıq haqqında
XX əsrin elm fəlsəfəsində elmi rasionallıq haqqında fikirlər
iki istiqamətə bölünür. Birinci istiqamətə elmi rasionallıq
nəzəriyyəsini aid etmək olar. Bu nəzəriyyəyə görə elə bir elm
nümunəsi yaradılmalıdır ki, onun özünəməxsus mühakimələri
təşkil etmək qaydaları, məntiqi, sübut etmək və həqiqətin
meyarları (kriteriyaları və s.) olsun. İkinci istiqamətə də elə elmi
rasionallıq nəzəriyyəsini aid etmək olar ki, o elmi-tədqiqat
işlərinin müəyyən qaydalanna və kriteriyalanna yönəlmiş olsun.
Birinci istiqamətin tipik nümunəsi kimi rasional elm haqqında
pozitivist təsəvvürləri, ikinci istiqamətin tipik nümunəsi kimi isə
Popperin elm fəlsəfəsini göstərmək olar.
Məlumdur ki, öz mülahizələrində neopozitivistlər rasional- lıq
nümunəsi kimi riyazi fizikanı götürürlər. Onlar hesab edirlər ki,
hər bir elmi bilik ideal kimi prinsipcə bu nümunəyə yaxınlaşa
bilər və yaxınlaşmalıdır. Müvafiq olaraq elmi düşüncələr o vaxt
rasional hesab edilə bilər ki, onlar həm formal məntiqin doğruluq
və ciddilik meyarlarına, həm də empirik yoxlama qaydalanna
cavab verirlər. Stiven Tulmin (1922-1997) hələ 1950-ci illərin
əvvəllərində bu nümunənin mütləqləşdiril- məsi əleyhinə çıxış
etmişdi. O, belə bir fikir irəli sürürdü ki, istisnasız olaraq yalnız
elm dilinin məntiqi metodlar vasitəsilə təhlilinə əsaslanmaq elm
fəlsəfəsini alimlərin real düşüncə üsullarından uzaqlaşdırır. Canlı
elmi fəaliyyət əvəzinə belə fəlsəfə reallıqdan uzaq olan model ilə
işləyir. L.Vitgenşteynin «dil oyunları» ideyasına əsaslanan
strategiyanı Tulmin daha perspektivli hesab edirdi. Elmi
nəzəriyyə və qanunlan o, «elmi dil oyunları»nda düşüncə
qaydaları kimi nəzərdən keçirirdi. «Elmi oyun»un məqsədi
təzahür edən hadisələri izah etməkdən ibarətdir. Eyni zamanda
hər hansı «elmi oyun»un bir- birindən asılı olmayan xüsusi
düşüncə standartı ola bilər. Tul- minin fikrincə, epistemologiya
müxtəlif elmlərdə və hətta eyni elm sahəsində aparılan tədqiqatın
müxtəlif situasiyalarında elmi düşüncə standartlarını müqayisə
etmək imkanı yaradan nəzəriyyə olmalıdır.
317
K.Popperə görə elmin ideal obrazı onun ictimai ideal fikirləri
ilə qınimaz əlaqədədir. Rasionallıq yalnız elmi idrakın zəruri şərti
deyil, həm də «açıq cəmiyyət»in əsasını təşkil edir. Belə ki.
Böyük Elm «açıq cəmiyyət» üçün ideal nümunə kimi çıxış edir.
Popper, elə cəmiyyəti açıq hesab edirdi ki, orada «fərdlər şəxsi
qərar qəbul etməyə məcburduD>.*^ Belə cəmiyyətin əksi isə
«qapalı cəmiyyət»dir. Burada fərdin «şəxsi rasional
cavabdehliyi»
sosial
yasaqlarla,
tabularla,
kollektivçilik
prinsipləri ilə və inanclarla ciddi şəkildə məhdudlaşdırılır, bəzən
heçə endirilir. «Açıq cəmiyyət»də elmlə məşğul olan hər bir fərd
kor-koranə avtoritetlərin fikirlərini və ənənələri əldə rəhbər
tutmamalı, «şəxsi qərar» qəbul etməlidir. Lakin hər bir alim qəbul
etdiyi qərarların hamısına şəxsən məsuliyyət daşısa da, bu
qərarlar nəzarətdə saxlanılır və son həddə qiymətləndirilir. Bu
qiymətin xarakteri artıq hər hansı «şəxsi qərar»dan deyil,
«alimlərin açıq cəmiyyətində» fəaliyyətdə olan rasional
mühakimə qanunlarından asılıdır. «Açıq cəmiyyət» elə qurulub
ki, onun demokratik mahiyyəti öz ifadəsini Ağılın Diktaturasında
tapır. Popperin həm epistemoloji, həm də sosial idealının mənası
məhz bundan ibarətdir.
Başqa fikirdə olan böyük alimlər də var. Məsələn, P.Feye-
rabend ilk baxışda paradoksal bir fikri əsaslandırmağa çalışırdı
ki, metodoloqların çoxunun hesab etdiyi və bizim hamımızın
fikirləşdiyimiz kimi elm heç də rasional deyil. O, belə bir sual
irəli sürürdü: əgər müasir metodoloji tələblər baxımından elm
mahiyyətcə inasionaldırsa və daim məntiq və ağılın qanunlarını
pozaraq inkişaf edirsə, onda elm mifdən nə ilə fərqlənir?
«Mahiyyətcə heç nə ilə» cavabım verir. Minillər boyu insanlar öz
həyatlarında mifə əsaslanmış və olduqca çox şeylərə nail
olmuşlar. Bu o deməkdir ki, elmi daha rasional, daha dəqiq etmək
cəhdi onu məhv edə bilər. (Bu barədə bir qədər aşağıda yenə də
bəhs ediləcək).
К.Поппср. Открытое общество и его враги. Т.1. М.. 1992. с.218.
318
3.4. Elmlərin təsnifatı
İnsan-fəaliyyət vasitəsi-təbiət sistemində üç hissənin olması
elmi idrakda üç istiqamətin ayrılmasını şərtləndirir: humanitar
elmlər, texniki elmlər, təbiət elmləri. Bununla yanaşı başqa bölgü
prinsipi də mövcuddur: fundamental («təmiz») və tətbiqi elmlər.
Əgər «təmiz elmlər» həqiqəti aşkar etmək məqsədi güdürsə,
tətbiqi elmlər hər hansı praktiki nəticə almaq istiqamətinə
yönəldilir. Lakin bu iki sahə bir-birilə qırılmaz surətdə bağlıdır.
Elmlərin bir sıra qarşılıqlı təsir formaları mövcuddur: 1) iki
müxtəlif elm sahəsinin qarşılıqlı təsiri nəticəsində yeni elm
meydana gəlir. Məsələn, fizika, kimya, kimyəvi fizika, bio-
kimya, geofizika və s.; 2) bir abstrakt (mücərrəd) elm bir sıra
başqa elm sahələrinə nüfuz edir. Məsələn, kibernetikanın bioloji,
texniki, ictimai elmlərə münasibətdə rolu bu qəbildəndir; 3)
müxtəlif tərəflərdən eyni vaxtda eyni predmeti öyrənən bir neçə
elmin nəinki birləşməsi, hətta tamamilə qaynayıb qarışması baş
verir. Məsələn, molekulyar biologiya - kimyanın, biologiyanın,
bioüzvi kimyanın, kibernetikanın, biokibemetikanın sintezindən
yaranıb.
Göründüyü kimi təbiətin, cəmiyyətin və təfəkkürün müəyyən
fraqmentləri eyni vaxtda bir çox həm qarışıq, həm də bir-birindən
ayrı elmlərin tədqiqat predmeti olur. Məsələn, insanın mahiyyəti
probleminin tədqiqində qarşılıqlı əlaqədə olan elmlərin bütöv
kompleksi birləşir.
Elmi biliklərin sintezi nəzəri elmlərin bütöv kompleksinin
məsələn, kibernetikanın, informasiya nəzəriyyəsinin, sistemlərin
ümumi nəzəriyyəsinin, nəzəri biologiyanın və b. yaranmasında
təzahür edir. Hətta elm haqqında elm - elmşünaslıq kimi sintetik
elm sahəsi yaranıb.
Yeri gəlmişkən həqiqi elmdən uzaq olan bir sıra «bilik»
sahələrinin də qısa təsnifatını verməyə cəhd göstərilir.
Kvazielm xəyali, həqiqi olmayan elmdir.
Anormal elm müasir elmi ictimaiyyət tərəfindən qəbul
edilmiş normalardan kənarda olan elmdir. Lakin elmi
normalardan kənarda elm ola bilməz.
319
Dostları ilə paylaş: |