bilmir, elmə əsaslanaraq fikirləşmir. Hətta alimlər də eyni cür
düşünmür. Məsələn, riyaziyyatçı və yaxud nəzəriyyəçi fızikin
düşüncə tərzi heç də bioloq, yaxud filosofun düşüncə tərzinə
bənzəmir.
Elm bizə konseptual müxtəlifliklə fikirləşməyi öyrədir. Bu 0
deməkdir ki, biz dünyanın quruluşunu yeganə, qeyd-şərtsiz
həqiqəti axtarmağa cəhd göstərmədən müxtəlif çoxluqdan
keçərək öyrənirik. Gerçəkliyin və ictimai praktikanın keyfiyyət
müxtəlifliyi elmi biliyin müxtəlif sahələrini müəyyənləşdirir.
Bir çox alimlər hesab edirlər ki, insanlar elm vasitəsilə özləri
bildiyi kimi təbiətin işinə qarışırlar. Kant göstərirdi ki, elm təbiət
ilə dialoqa girmir, öz dilini ona zorla qəbul etdirir.
Elmin bu gün hər yerdə bilavasitə məhsuldar qüvvə kimi çıxış
etməsi özünü daha aydın şəkildə göstərir. Bu da onunla bağlıdır
ki, nəhəng ölçüdə və böyük sürətlə baş verən elmi- texniki
tərəqqinin nəticələri həyatın bütün sahələrində və insan
fəaliyyətinin bütün sferalarında hiss olunacaq dərəcədə özünü
büruzə verir.
Şərti olaraq elmin praktika ilə əlaqəsinin iki tipini, iki
mexanizmini ayınnaq olar. Onlardan biri yeni texnoloji prosesdə,
yeni avadanlıqda və s. öz praktiki ifadəsini tapan bu və ya digər
elmi kəşf ilə xarakterizə edilir. İkinci halda isə, əksinə, praktikada
meydana çıxan və həll edilməsi üçün elmi biliklərin xüsusi
blokunun yaradılmasını zəruri edən hər hansı problem başlanğıc
nöqtəsi hesab edilir. Burada müəyyən qədər artıq məlum olan
bilikdən, bir qədər də indi alınması nəzərdə tutulan bilikdən
istifadə edilə bilər. Beləliklə, birinci halda elmdən praktikaya
hərəkət, ikincidə isə, əksinə, praktikadan elmə hərəkət üstünlük
təşkil edir.
Müasir qlobal problemləri, məsələn ekoloji problemi həll
etmək işində sosial qüvvə kimi elmin rolu olduqca böyükdür.
Cəmiyyətdən kənarda elm nə meydana gələ bilər, nə də
inkişaf edə bilər, cəmiyyət də öz inkişafının yüksək mərhələsində
elmsiz təsəvvür edilə bilməz. Böyük elmi kəşflərin və onlarla sıx
əlaqədə olan texniki ixtiraların bütün bəşəriyyətin taleyinə çox
böyük təsiri olmuşdur.
311
Qətiyyən şübhə yoxdur ki, elm həmişə müəyyən sosial və
mədəni şəraitdə mövcud olur və inkişaf edir, fəaliyyətin başqa
sferalan - istehsal, texniki, siyasi, ideoloji və s. sahələr ilə
qarşılıqlı əlaqədə olur və bu əlaqə sosial, lakin elm üçün xarici
xarakter daşıyır. Təbiidir ki, bu əsasda elm və ictimai həyatın
başqa sferaları arasında münasibət meydana gəlir və elm
xadimləri buraya cəlb edilirlər.
Elmə yalnız sosial institut kimi baxmaq onun haqqında
birtərəfli təsəvvür yaradır, çünki elm, məlum olduğu kimi,
konkret şəxslər, yaradıcı fərdlər tərəfindən yaradılır. Elmdə,
yaradıcılıq fəaliyyəti sahəsi kimi, şəxsiyyətin rolu olduqca
böyükdür. Bunlar göz qabağındadır. Lakin əhəmiyyətli cəhət bir
də odur ki, alimlərin yaradıcılıq fəaliyyəti əsasən sosial institut
kimi elm çərçivəsində baş verir.
Bir çox alimlər hesab edirlər ki, elm predmetlərin
mahiyyətinə nüfuz etmək iqtidarında deyil. Məsələn,
instrumentalizm
baxımından
elm
gündəlik
təzahürlər
dünyasından kənarda yerləşən heç bir yeni dünyanı kəşf edə
bilmir, çünki fiziki dünya üzdə olandan başqa bir şey deyil, onun
dərinliyi yoxdur. Dünya bizə necə görünürsə elədir. Elmi
nəzəriyyələr isə bizə göründüyü kimi deyil. İnstrumentalizmə
görə, elmi nəzəriyyə dünyanı nə izah edir, nə də təsvir edir, o
instrumentdən (alətdən) başqa bir şey deyil. Deməli, nəzəriyyə
bizim özümüzün ixtiramızdır, özümüzün xüsusi ideyamızdır və
bizə kənardan zorla qəbul etdirilmir.
K.Popper üçün başlanğıc nöqtəsi - onun özünün
«demarkasiya problemi» və yaxud elm ilə «psevdoelmi»
bir-birindən ayıran problem adlandırdığı məsələdir. Popperə görə
«psevdo- elm» yalnız transsendental metafizikanı deyil, həm də
özünü empirik elm hesab edən astrologiyanı, həm də guya elmi
nəzəriyyə olan psixoanaliz və marksist fəlsəfəni özündə
birləşdirir. Popper həmin nəzəriyyələrin həqiqi olmasını
nəzərdən keçirmək fikrində olmamışdır, onu maraqlandıran
yalnız bu nəzəriyyələrin onlann özlərinin iddia etdiyi kimi elmi
olmalarını müəyyənləşdirməkdir. Məhz bu motiv onun
«təkzibedilmə tezisi»nin arxasında durur. O, yazırdı ki, hipoteza
(fərziyyə) o
312
zaman və ancaq o zaman elmi ola bilər ki, onu prinsipcə təkzib
etmək mümkün olsun. Bəzən təsdiq edirlər ki, yüksək dərəcədə
ehtimal olunan hipoteza və yaxud «nə baş verəcəksə hamısını izah
edən» hipoteza elmi hesab edilir. «Təkzibedilmə tezisi» bütün
belə fikirlərə qarşı çevrilib.
Bəzi filosoflar sübut etməyə çalışırlar ki, müasir elmin
tədqiqat obyekti tamamilə deyişib, ənənəvi mövzular kənara
atılıb. Məsələn, italyan fılosofiı Nikolo Abbanyano hesab edir ki,
müasir texnologiya elmi tədqiqatın əsas amilinə çevrilib. O, yazır:
«Bütün bunlar elm haqqında ümumi təsəvvürlərin dəyişməsinə
gətirib çıxarır. Obyekt kimi «materiya»nı və ya obyekt kimi
«ruh»u qəbul edən elmlərdən danışmaq olmaz. Materiya və ruh
elə mücərrəd mahiyyət olublar ki, onlara elm praktiki olaraq
əhəmiyyət vermir. Odur ki, hissəciklər, daşıyıcılar, əks əlaqələr və
reaksiyalar elmi tədqiqatın sevimli obyekti olublar. İnformasiya
nəzəriyyəsi bu tədqiqatlarda hökmran yer tutur, ona görə də bu
tədqiqatlann nəticələri yenidən ehtimal sahəsinə qayıtmaq üçün
mütləq doğruluq iddiasını istisna edİD>.^’
İlk baxışda belə görünə bilər ki, elm insandan uzaqlaşır, daha
çox mücərrədləşir, yabançılaşır. Bu qətiyyən belə deyil. «Elm
dəyişib, lakin onun insan həyatında, hətta gündəlik həyatında yeri
gündən günə artır. Həyatın çox problemləri elm tərəfindən daha
tez, daha az qüvvə və gərginliklə həll edilir. Lakin həmişə elmdən
kənarda olan və insana məxsus problem qalır: elmdən necə
«istifadə» etmək - xeyir yoxsa şər üçün, insan naminə yoxsa onun
əleyhinə».*®
3.2.
Elmi biliyin inkişaf mərhələləri
Elm ayrı-ayn görkəmli alimlər və onların yaratdığı
məktəblərdə inkişaf edir və müəyyən daxili qanunauyğunluğa
tabedir. «Son həddə ictimai praktika və onun tələbatı ilə determinə
olan elm bununla yanaşı öz qanunauyğunluqları ilə inkişaf edir.
Onların arasında - varislik (köhnə biliklərin müsbət
Н.Аббаньяио. Мудрость философии. СПб. «Алетейя», 1998. с. 145.
^
Yenə orada, s.l47.
313
Dostları ilə paylaş: |