sədyönlü təsir göstərməyə deyilir. Modelləşdirmə xüsusi
yaradılmış başqa obyektdə (modeldə) tədqiq edilən obyektin
müəyyən xassə və əlaqələrinin yenidən canlandınimasıdır.
«Modelləşdirmə» anlayışı həm geniş, fəlsəfi mənada, həm də
dar, xüsusi mənada istifadə edilir. Geniş mənada modelləşdirmə
idrak prosesinin bəzi ümumi aspektini ifadə edir. Obyekti dərk
etmək - onun modelini yaratmaqdır. Bu mənada anlayış,
kateqoriya, elmi nəzəriyyə də modeldir.
Sözün dar mənasında modelləşdirmə idrakın elə xüsusi
üsuludur ki, bir sistem (tədqiqat obyekti) başqa sistemdə
(modeldə) yenidən canlandırılır. Modelin əsas keyfiyyəti onun
sistemə - orijinala uyğun gəlməsi, oxşamasıdır. Lakin heç bir qu-
raşdınlan model orijinala tam oxşar, adekvat ola bilməz.
Modellər cismani (fiziki, kimyəvi və s.) komponentlərdən
düzəldilən maddi və müxtəlif əqli (məntiqi, riyazi və s.) for-
malann birləşməsindən yaranan ideal modellər kimi iki növ təşkil
edirlər. Elmin inkişafı ilə əlaqədar olaraq müasir dövrdə ideal,
məntiqi-riyazi modelləşdirmənin rolu getdikcə artır.
Əqli proseslərin modelləşdirilməsində öz-özlüyündə nəticə
deyil, müəyyən nəticəyə gətirə biləcək proses daha vacibdir.
Təfəkkürün modelləşdirilməsi müəyyən obyektin - təfəkkürün
dərk edilməsinə tətbiq edilən model metodudur. Modelləşdirmə
ümumiyyətlə, insan idrakının əsas yollanndan biridir.
Modelləşdirmə anlayışı ilə ifadə olunan idrak üsullan modelin
quraşdırılması və analizindən əldə edilən biliyin modelləşdirilən
obyektə (orijinala) keçirilməsinə əsaslanır. Modelləşdirmə
metodunun məntiqi əsasını analogiya təşkil edir. Təfəkkürün
bilavasitə dərk edilməsi çox çətin məsələdir. Ona görə də alimlər
bu işi modelləri tətbiq etmək yolu ilə sadələşdirməyə çalışırlar.
Kompüterlərin meydana gəlməsi əqli proseslərin texniki
modelləşdirilməsi üçün ilkin şərait yaratdı.
Beləliklə, elmi modelləri aşağıdakı qaydada qruplaşdırmaq
olar: 1) bir hadisəni başqası vasitəsilə təsəvvür etmək, məsələn
analogiya və metafora; 2) münasibətlər cəminin formal təsəvvürü
(riyazi və yaxud formal məntiqi); 3) münasibətlər cəminin fiziki,
coğrafi və ya sxematik (xəritə də daxil olmaqla)
305
ifadəsi; 4) real dünya proseslərini modelləşdirməyə imkan
yaradan kompüter modelləri; və nəhayət, mücərrəd ümumi
anlayışları (məsələn, ideal tip) və yaxud nəzəriyyəni də model
kimi göstərmək olar. Nəticə etibarilə «model» və «nəzəriyyə»
terminləri arasında ciddi fərq olmur, çünki onların hər ikisi də
ümumiləşdirmə üçün zəruri olan gerçəkliyin müəyyən qədər
sadələşdirilməsini nəzərdə tutur.
İntuisiomzm və yaxud konstrııktiviznıin banisi Hollandiya
riyaziyyatçısı LBaıterdir, İntuisionistlər riyaziyyata etibarlı
mövqe təmin etmək üçün aşağıdakını təklif edirlər: riyazi
əməliyyatların başlanğıcını - formalistlər etdiyi kimi simvollar ilə
deyil,
intellektin
əyani-aydın
riyazi
intuisiyalan
ilə
əlaqələndirmək lazımdır; fonnulalar çıxarmaq deyil, riyazi
obyektlər qurmaq (konstruksiya etmək) zəruridir; aktual
sonsuzluq anlayışından imtina etməli, çünki sonsuzluğu qurmaq
olmaz; qurmaq prosesində atılan addımların intuitiv yolla təsdiq
edilən və sərbəst meydana gələn ardıcıllığından istifadə
edilməlidir.
Mücərrədləşdirmə (abstraktlaşdırma) və konkretləşdirmə.
Abstraksiya (lat. «abstractio» - aralanmaq, uzaqlaşmaq) ən geniş
mənada obyektin indiki tədqiqat mərhələsində təfəkkürün ən əsas
əməliyyatlarından biridir. Belə ki, fikir nəyisə bilavasitə
qavranılan təfəkkürdən ayırır, onun bir hissəsini tədqiqatın
sonrakı mərhələsində istifadə etmək üçün saxlayır. «Abstraksiya
dar mənada təfəkkürün elə prosesidir ki, burada biz təsadüfi,
əhəmiyyətsiz tərəflərdən uzaqlaşır və elmi, obyektiv idraka
çatmaq üçün ümumi, zəruri, əhəmiyyətli cəhətləri ayın- nq.
Abstraksiya anlayışların yaranması Vasitəsidir».’'*
Hər bir predmetin, hadisənin saysız-hesabsız mürəkkəb
xassələri, əlaqələri və münasibətlərinin bütün cəmi ilə birlikdə
fikri obrazına idrakda konkretlik deyilir (lat. «concretus» -
bitişmə). Fəlsəfə dilində müxtəlifliyin vəhdəti konkretlik adlanır.
Fikrin ayrı-ayrı abstraksiyalardan onların sintetik birliyinə
doğru hərəkətinə - mücərrəddən konkretə yüksəlmək metodu
deyilir.
n;ıoco(})CKnrı iHUHKJioncaıiMecKiiH cjıOBapb. M.. MHtDPA. 1999. c.9.
306
Analiz və sintez bütöv sistemin dərkedilmə üsulu kimi
mücərrədləşdirmə və konkretləşdirmə ilə əlaqədədir. Mücərrədli-
yin yaranma yolu hər şeydən əvvəl analitik yoldur, yəni pred-
meti onu təşkil edən komponentlərə, tərəflərə bölmək və onlardan
əsaslanm, ən mühümlərini seçib ayırmaq yoludur. Konkretlik
sintezin, yəni mücərrədləşdirmə prosesində seçilib aynlan
anlayışlann nə isə bütöv, tam halında yenidən birləşdirilməsinin
nəticəsidir. Bu birləşdirilmənin (sintezin) nəticəsi həm konkret
anlayış, həm də elmi nəzəriyyə ola bilər. K.Marksın dediyinə görə
«konkret ona görə konkretdir ki, o çoxlu təriflərin sintezidir,
deməli müxtəlifliyin vəhdətidİD>.’^
«Konkret» və «mücərrəd» (abstrakt) fəlsəfənin elə kateqo-
riyalandır ki, həm real mövcud olan predmeti, həm də idrakı
xarakterizə edir.
Məntiqi baxımdan «konkret» və «mücərrəd» obyekt haqqında
biliyi xarakterizə edir. Mücərrəd deyəndə tam olmayan, birtərəfli
bilik başa düşülür; belə bilik obyektin ayn-ayrı tərəflərini əks
etdirən anlayış və kateqoriyalarla ifadə edilir. Konkretlik isə
obyektin bütün tərəf və əlaqələrinin tam məcmuunu əks etdirən
hərtərəfli və tam bilikdir. Konkretlik çoxlu tərəflərin sintezi, tam
bilik verən mücərrədlik sistemidir.
Hegelin mütləq ideyanı əsaslandırmaq üçün istifadə etdiyi
mücərrəddən konkretə yüksəlmək metodu Marks tərəfindən
materialist baxımdan yenidən işlənmiş və kapitalist istehsal
üsulunun təhlilində geniş istifadə edilmişdir. Marks yazırdı:
«Hegel... reallığı özü-özündə sintez edən, özündə dərinləşən,
öz-özündən inkişaf edən təfəkkür hesab edərkən xülyaya
qapılır...».^® O, hesab edirdi ki, «mücərrəddən konkretə
yüksəlmək metodu elə üsuldur ki, onun köməkliyi ilə təfəkkür
özü üçün konkretliyi mənimsəyir, onu mənəvi konkret kimi
yenidən ya- radiD>.’’ Marksm fikrincə gerçəkliyin şüurda hər cür
əks olunması obyektin və anlayışın, predmetin və onun obrazının
məlum olan qarşıdurmasıdır. Konkretlik müxtəliflik daxilində
olan vəhdətdir.
” К.Маркс и Ф.Энгельс. Сочинения. Т.12, с.727.
Yenə orada.
’’ Yenə orada.
307
Dostları ilə paylaş: |