Problemin həllinə kompleks şəkildə yanaşma idrakın empirik
və nəzəri tərəflərinin qarşılıqlı münasibəti tələb edir ki, əv- vəla,
bu münasibət formal məntiqi baxımdan təhlil edilsin; ikincisi, bu
münasibət biliyin inkişafında bir mərhələ kimi tədqiq edilsin.
İkinci halda empirik və nəzəri tərəflər idrak prosesinin
mərhələləri kimi təsvir edilir.
Məntiqi olaraq empirik və nəzəri tərəflər aşağıdakı əlamətlərə
görə fərqlənirlər: 1) bilikdə olan cümlələrin xarakterinə görə.
Bilavasitə müşahidəyə aid olan cümlələr empirik tərəf kimi izah
edilir, qanunu ifadə edənlər isə nəzəri tərəf hesab olunur; 2)
empirik və nəzəri tərəfləri tədqiqat obyektlərinə görə. Nəzəri
obyekt deyəndə idealizə etməyin və mücərrədləşdirməyin
nəticəsi nəzərdə tutulur (yəni idealizə olunmuş və
mücərrədləşdirilmiş obyektlər). Məsələn, həndəsədə nöqtə,
düzxətt, fizikada mütləq bərk cisim və s. nəzəri obyekt hesab
olunur. Empirik obyektlərin isə bilavasitə mövcud olan
nümunələri var.
Başqa sözlə, müşahidə və eksperiment, təcrübədən alman
faktlann təsviri, empirik qanunauyğunluqların qısa xülasəsi
empirik səviyyəyə aiddir. Yuxanda deyildiyi kimi, bu mərhələ
bütün elmi biliyin başlanğıc nöqtəsi, təməli olmuş və olmaqdadır.
Lakin təcrübənin öz xarakteri əsaslı surətdə dəyişib, empirik və
nəzəri tədqiqat üsullannm bir-birinə qarşılıqlı nüfuz etməsi
güclənib. Ən elementar müşahidələrdə belə cihazlar tərəfindən
qeyd olunan göstəricilər kifayət qədər yüksək dərəcəli mücərrəd
anlayışlarda istifadə edilir. Məntiqi üsullar (analiz və sintez,
mücərrədləşdirmə və ümumiləşdirmə, induk- siya və deduksiya)
empirik və nəzəri səviyyələr üçün ümumi olan xüsusi idrak
metodlarıdır. Artıq empirik səviyyədə subyekt nəzəri anlayış və
müşahidələr əldə edir.
Hissi təcrübə öz-özünə yaranmır və müəyyən bir empirik
prosesin sonudur. «...Hissi təcrübə, həm də nəyinsə nəticəsi olan
başlanğıcdır»,idrakın yeni mərhələsinin əvvəlidir.
^ M.rypjiHa.
296
2.3. Elmi metod anlayışı
Ən geniş mənada hər hansı məsələnin nəzəri, idraki, praktiki
cəhətdən həll edilməsi yoluna, üsullarına, qaydalarına metod
(yun. «methodos» - məqsədə çatmağın üsulu) deyilir. Elmi
idrakın metodları həqiqi biliyin əldə edilməsi yolları, üsulları,
qaydalandır. Metodu biliyin formalaşması üsulu hesab edən
Hegel göstərirdi ki, metod fəlsəfi biliyin «məzmununun... daxili
öz-özünə hərəkət forması haqqında şüurdun>.^*
Hər bir metod müəyyən nəzəriyyə əsasında yaranır və həmin
nəzəriyyə onun ilkin zəruri şərti kimi çıxış edir.
Metodologiya elmi idrakın metodları, onların nəzəri cəhətdən
əsaslandırılması haqqında təlimdir. Dialektika tərəfdarlarının
fikrincə
bu
nəzəriyyə
elmi
axtanşlann
istiqamətini
müəyyənləşdirən ümumi metodologiya, həm də ümumi metod
kimi çıxış edir.
Qnoseologiyanın indiki inkişaf mərhələsi üçün metodoloji
plüralizm daha çox xarakterikdir.
Metodları bir qayda olaraq iki qrupa bölürlər: 1) konkret elmi
və ya xüsusi metodlar; 2) ümumi elmi metodlar. İndiki halda bizi
məhz ikinci qrup metodlar maraqlandınr.
Göstərmək lazımdır ki, metodlann empirik və nəzəri cəhətdən
aynlması şərti xarakter daşıyır. Müşahidə, müqayisə, eksperiment
daha çox empirik səviyyədə, idealizasiya və formaliza- siya isə
nəzəri səviyyədə tətbiq edilsə də, bu o demək deyil ki, onlar 0 biri
mərhələdə tətbiq edilə bilməzlər. Məsələn, müqayisə metodu
nəzəri tədqiqatlarda geniş istifadə olunur, idealiza- siyanın məlum
momenti isə empirik obyektlərin tədqiqi üçün zəruridir. Müşahidə
isə obyekt haqqında məlum biliyə, müəyyən mücərrəd anlayışlara
əsaslanır. Müşahidə vasitəsilə əldə edilən məlumatlar olduğu kimi
, təmiz halda istifadə edilə bilməz. Onlar ağılın süzgəcindən
keçirilir, sözlərlə, sxemlərlə, cədvəllərlə və s. təsvir edilir və
müəyyən qaydada qeyd edilir.
Marksistlər dialektik metodu elmi idrakın ümumi metodu
hesab edirlər. Bu əlbəttə belə deyil. Bununla əlaqədar aşağıdakı
Гегель. Наука логики. Сочинения. T.V, M.. 1937. с.32-33.
297
fikirlə razılaşmaq olar: «Dialektik metodun öz sərhəddi və
fəaliyyət dairəsi var ki, bunlardan kənarda onsuz keçinmək
tamamilə mümkündür. Onun hər şeyi izah etmək, bütün suallara
yeganə doğru cavab vermək iddiası yoxdur. Lakin özünün
səlahiyyəti çərçivəsində, xüsusən inkişaf edən bütöv sistemlərin
təhlilində dialektik metod səmərəli işləyə bilər. Əsas məsələ,
konkret şəraiti nəzərə alaraq onu elmi idrakın başqa üsul və
vasitələri ilə birlikdə bacarıqla tətbiq etməkdİD).*^*^
Bundan başqa mücərrədləşdirmə və ümumiləşdirmə, analiz
və sintez, induksiya və deduksiya və başqa metodları çox vaxt
aralıq qrupuna aid edirlər, çünki onlar idrakın həm empirik, həm
də nəzəri mərhələlərində tətbiq edilir.
Elmi metod problemi təbiətşünaslığın meydana gəlməsi
dövründə geniş müzakirə edilirdi. O dövrdə aydın oldu ki, elmi
metodun iki başlanğıcı var - eksperimental (təcrübi) və nəzəri
başlanğıc. Elmin tarixi inkişaf prosesində metod haqqında olan
təsəvvürlər də zənginləşir və mürəkkəbləşir. Aydındır ki, elmi
idrakın istənilən sahəsində tərəqqi başlıca olaraq elmi metodlarda
baş verən dəyişikliklərlə şərtlənir.
Metodlar elmin mahiyyətini yaradır, onun birliyini və
qüvvəsini təmin edir. Onlar həqiqətin açılmasına və
əsaslandırılmasına yönəldilmiş işlərin təşkilini ifadə edir.
İndiki
dövrdə
elmi
metod
probleminin
işlənib
hazırlanmasında iki əsas istiqamət nəzərdə tutulur. Birinci
istiqamət intellektin fəaliyyətini təhlil etməklə əlaqədədir və elmi
təfəkkürün psixologiyasını tədqiq etmək, həmçinin süni
intellektin araşdırılması ilə stimullaşdırılır. Elmi tədqiqat ən vacib
yaradıcılıq proseslərindən biridir. Yaradıcılıq prosesləri
öyrənilərkən ən əsas diqqət təfəkkür prosesinə, onun fəallığına,
ruh yüksəkliyinə və səmərəliliyinə yönəldilir. İnsanın bütün
hərəkətlərini istiqamətləndirən və tənzimləyən ağıl daha qüvvətli
emosional təəssürata daxil olur, ona görə də elmi metodun ma-
hi}^ətini açmaq üçün həmin ağılı ətraflı bilmək lazımdır.
Elmi idrakın təhlilindəki ikinci istiqamət onun yüksək
ixtisaslaşmasının əsaslarının açılması ilə əlaqədədir. İntellektual
Философия. Учебное пособие. Ростов-на-Дону, 1998, с.503.
298
Dostları ilə paylaş: |