maq, şəklini dəyişdirməkdir. Beləliklə, insan müşahidə etmək
imkanı yaradır və bu əsasda onun müşahidə edilən hadisədəki
qanunauyğunluql^-haqqmda biliyi formalaşır. Müasir anlamda
eksperiment - 0^Qalile>^ə F.Bekondan başlayaraq tədqiqatın ən
vacib üsullarındaıTBın olmuşdur.
Müşahidədən fərqli olaraq eksperiment müşahidənin təmiz
aparılması imkanını yaradır; məhz elə obyekt və proseslər
üzərində müşahidə (cihazların köməkliyi ilə) apanlır ki, onlann
nəzəriyyəyə bilavasitə aidiyyəti var və həmin müşahidə
nəzəriyyənin həqiqiliyini, faktlara uyğun gəlməsi dərəcəsini
müəyyənləşdirmək imkanı yaradır.
Hər bir eksperimentin mərkəzində eksperimentçi durur.
Eksperimentin özünün strukturuna uyğun olaraq tədqiqatçı
həmin strukturun hər bir elementini maksimum dərəcədə
müəyyənləşdirməlidir. Həmin elementlər bunlardır: laboratoriya,
öyrənilən hadisələr, cihazlar, nəhayət tədqiqatçının özü, onun
hazırlıq və bilik səviyyəsi. Eksperiment həm struktur, həm də
funksional xarakter daşıya bilər. Struktur planda eksperimentlər
hadisələrin texniki axarına şüurlu müdaxiləsi ilə fərqlənir.
Eksperiment
əvvəldən
dəqiq
planlaşdınlan
təcrübədir.
Eksperimentçi təbii inkişaf edən situasiyanı passiv şəkildə
izləmir, o, müşahidə üçün zəruri olan şərait yaradır. Funksional
planda eksperimentlər bu və ya digər münasibətlərin səbəb və
nəticələri haqqında ehtimalları yoxlayır. Praktiki olaraq bütün
eksperimentlərin keçirilməsi müəyyən səbəb-nəticə əlaqələrini
yoxlamaq cəhdi ilə müəyyən edilir.
Eksperiment metodu elə sənətdir ki, onun əsasında ümumi
qaydalar deyil, xüsusi vərdiş və bacarıq durur. Eksperimental
metod bütün hallarda müvəffəqiyyəti təmin edə bilmir; məsələn,
eksperiment elmi tədqiqat prosesində çıxılmaz vəziyyətə düşmək
riskindən azad olmağa təminat verə bilmir. Eksperiment metodu
məsələni qoymaq və onun nəzəri sxeminin əsasında duran
nəticələrdən doğan təzahürləri araşdırmaq sənətidir.
Eksperimental vəziyyət təmiz nəzəri təhlil aləti də ola bilər.
Tədqiqatçı bütövlükdə nəzəri prinsiplərə tabe olan eksperimental
vəziyyəti fikirdə təsəvvür edir və bu yolla özünün
302
indiki şəraitdə seçdiyi nəzəri prinsiplərin hansı nəticəyə gətirə
biləcəyini başa düşmək imkanı əldə edir. Beləliklə, eksperimental
fəaliyyət həmişə nəzəri fəaliyyətlə əlaqədə olur, nəzəri fəaliyyət
isə eksperiment və müşahidənin nəticələrini nəzərə alır.
Nəzəriyyəçi eksperimentçiyə yol göstərir. Eksperi- mentçinin işi
də əsasən nəzəri xarakter daşıyır. Bu o deməkdir ki, eksperiment
planlaşdırılmış elə hərəkətdir ki, hər addımı nəzəriyyə ilə
istiqamətləndirilir.
M.Haydegger eksperimentin elmi tədqiqatda yeri haqqında
yazmışdır: «Təbiət elmlərində tədqiqat sahəsindən və izahın
məqsədindən asılı olaraq tədqiqat eksperiment vasitəsilə aparılır.
Bu o demək deyil ki, elmi eksperiment sayəsində tədqiqat olur,
əksinə, eksperiment ilk dəfə orada və yalnız orada mümkün olur
ki, təbiətin dərk edilməsi artıq tədqiqata çevrilib. Müasir fizika öz
əsasında yalnız ona görə riyaziyyətləşir ki, o eksperimental ola
bilir».’“
Analiz təfəkkür üsulu kimi tədqiq edilən predmetin əsasən
fikirdə onu təşkil edən hissələrə, tərəflərə, xassələrə,
münasibətlərə, inkişaf mərhələlərinə və s. bölünməsidir.
Predmetin hissələrə bölünməsi həm fiziki cəhətdən, həm də
fikirdə mümkündür. Birinci halda bütöv hərfi mənada onu təşkil
edən komponentlərə parçalanır. İkinci halda isə bütöv fiziki
cəhətdən deyil, yalnız fikirdə hissələrə bölünür, reallıqda necə
mövcuddursa elə də qalır.
Təbiətdə, xüsusən qeyri-üzvi aləmdə, bütöv çox hallarda
fiziki olaraq hissələrə bölünür. Məsələn, kimyəvi birləşmələr
(molekullar) onları təşkil edən hissələrə - atomlara, ionlara və s.
bölünür. Canlı orqanizmlər də fiziki cəhətdən bölünə bilər, lakin
bu halda ayrılan hissələrin xüsusiyyəti dəyişir: canlı ölüyə
çevrilir.
Yalnız mücərrədləşdirmək yolu ilə, ağılın gərgin analitik işi
ilə bütövün hissələrini, tərəflərini ayırmaq olar.
Analiz elə hesabla aparılmalıdır ki, sonradan sintez^ yəni
bölünmüş hissələri bütöv sistemdə birləşdirmək mümkün olsun.
Bu isə o halda mümkün ola bilər ki, analiz mövcud bütövü
M.Xafiiierrep. BpeM« ıı
ÖBITHC
.
M.. «PccnyonıiKa». 1993. c.44.
303
məhv etmir, onun özəlliyini yox etmir. Məsələn, canlı orqanizmi
atomlara, elementar hissəciklərə bölmək mənasızdır, çünki belə
halda canlının bütün özəllikləri itir və onun sonrakı sintezi
mümkün olmur.
İnduksiya elə idrak metodudur ki, ümumi nəticə xüsusi
fikirlərdən yaranır. İnduktiv metod bütün hallarda həqiqətə
aparmır. F.Engels göstərirdi ki, «induktiv əqli nəticə mahiyyətcə
şübhə- lidİD>.’‘ V.İ.Lenin də eyni fikri irəli sürərək göstərirdi:
«Ən sadə, induktiv yolla əldə edilən ən bəsit həqiqət həmişə
natamamdır, çünki təcrübə həmişə yanmçıq olur».^^ Alimlərin
çoxu bu fikirlə razılaşırdı.
Deduksiya ümumi müddəalardan xüsusi nəticələrə gətirən
idrak metoduna deyilir.
Analogiya (
3oın. «analogia» - uyğun gəlmə) elə əqli nəticədir
ki, eyni olmayan obyektlərin bəzi tərəfləri, keyfiyyətləri,
münasibətləri arasında oxşarlıq olduğunu müəyyənləşdirir.
İdeallaşdırma gerçəklikdə mövcud olmayan və həyata
keçirilə bilməyən, lakin real həyatda örnəyi olan obyektlər
haqqında anlayışlar qurmaq üsuluna deyilir. Bu proses real pred-
metlərin və onlar arasındakı münasibətlərin bəzi xassələrindən
fıkrən aynimaq, predmet və situasiyalara həqiqətdə onlarda
olmayan xassələr vermək vasitəsilə baş verir. Məqsəd isə -
gerçəkliyi daha dərindən və daha dəqiq dərk etməkdir.
«Elmi ideallaşdırma elə ideyalar yaratmaqdır ki, onlar indiki
zamanda elmi anlayış adlanır. Eyni zamanda göstərmək lazımdır
ki, elmi ideallaşdırmanın bəzi hissələri daha mükəmməl
anlayışlar yaratmaq yolunda aralıq mərhələsini təşkil
edİD>.
«...Elmdə kifayət qədər tez-tez hadisələrin sadələşdirilmiş modeli
qurulur. Belə sadələşdirməni də tez-tez ideallaşdırma
adlandırırlar. İdeallaşdırmanı - elmi bənzərini sadələşdirmək kimi
və yaxud ciddi elmi anlayışlar yaratmaq kimi başa düşməklə
eyniləşdirmək olmaz».’^
Modelləşdirmə yeni informasiya almaq məqsədi ilə obyektə,
onun xassə və əlaqələrini dəyişdirmək istiqamətində məq-
” К.Маркс и Ф.Энгельс. Сочинения. Т.20, с.542.
В.И.Ленин. ПСС, Т.29, с. 162.
В.А.Канке. Основные философские направления и концепции науки. М., «Логос», 2000,
С.206.
304
Dostları ilə paylaş: |