ciddi məntiqi struktura malik olmalıdiD>,^* Başqa sözlə, «nəzəri
sistem özlüyündə müşahidə edilmiş faktlann sadə yığını deyil,
onlann həmçinin məlum olan başqa faktlara məntiqi yolla çıxa-
nlan münasibətidir. Həmin nəzəriyyənin empirik cəhətdən nə
qədər doğru olması bizə göstərir ki, hansı empirik faktlar indiki
şəraitdə müşahidə edilə bilən>.®^ Fikrini inkişaf etdirərək
T.Parsons elmi biliyin yalnız təcrübə əsasında yarandığını sübut
etməyə çalışır və yazırdı: «Bütün deyilənlərdən elmi biliyin
inkişaf problemlərinin ümumi tərifi çıxır. Elmi bilik empirik
faktlar haqqında biliyin artması, faktların belə məcmuunun nəzəri
izahının dəyişməsi ilə bağlıdır, deməli, bu faktlar haqqında
ümumi xülasələrin dəyişməsi və bundan heç də az olmayaraq
nəzəri sistemin strukturunun dəyişməsi ilə bağlıdır. Empirik fakt
haqqında ümumi müddəalar ilə nəzəri sistemlərin məntiqi
elementləri və strukturu arasında daxili qarşılıqlı əlaqəyə də
xüsusi diqqət yetirmək lazımdiD>.^“
Yaxşı nəzəriyyəni pis nəzəriyyədən fərqləndirməyə imkan
verən bəzi kriterilər (meyarlar) mövcuddur. Bunlar: 1)
nəzəriyyənin müxtəlif hissələri arasında daxili uyğunluğun,
uzlaşmanın; 2) nəzəriyyənin nəyi izah etmək iddiasındadırsa, onu
həqiqətən izah etmək qabiliyyətinin olub-olmaması ilə
müəyyənləşdirilir.
Nəzəriyyə haqqında müxtəlif görüşlər, müxtəlif fikirlər
mövcuddur. Onlardan bir neçəsini göstərək: alim həmişə həqiqi
nəzəriyyəni tapmağa doğru can atır, yəni dünyanın elə təsvirini
tapmaq istəyir ki, həmin təsvir həm də müşahidə edilən faktların
izahı olsun. Deməli, faktlann təsviri nəzəriyyədən çıxarılmalıdır;
alim elmi nəzəriyyəni tam əsaslandırmağa nail ola bilər; bu elə
əsaslandırma olmalıdır ki, ağılla əsaslandırıla biləcək heç bir
şübhəyə yer qalmasın; əsl elmi nəzəriyyələr şeylərin mahiyyətini
və ya «əsl təbiətini», yəni təzahürlərin arxasında yerləşən
reallıqları təsvir edir. Belə nəzəriyyələrin sonrakı izaha ehtiyacı
yoxdur və buna yol verilmir; çünki onlar
Yenə orada, s.48.
Yenə orada, s.49. '
Yenə orada, s.53.
293
qəti, son izahdır, onlan arayıb üzə çıxarmaq alimin son
məqsədidir. Bununla əlaqədar hələ əl-Fərabi demişdi: «Aksiden-
siyanı'^' beş hiss üzvü qavrayır, onlar arasında heç bir vasitəçi
yoxdur; məsələn, göz özü sərbəst olaraq rəngi qavrayın).**^ O,
təsdiq edirdi: «Substansiyanı yalnız ağıl qavrayır, özü də aksi-
densiya ağıl ilə substansiya arasında birləşdirici həlqə kimi çıxış
edir. Ağıl dərk edir ki, rəngin arxasında nəsə bir rənglənən, səsin
arxasında nəsə bir eşidilən şey var. Başqa duyğular da
belədir».**^
Nəzəriyyənin əsas funksiyalarına aşağıdakıları aid etmək olar:
1) sintetik funksiya - ayrı-ayrı doğru biliklərin tam, bütöv
sistemdə birləşdirilməsidir. Nəzəriyyə biliyin ali forması və
tədqiq edilən obyektin daha tam ifadəsidir. Elmi idrak prosesi
yalnız 0 halda məntiqi cəhətdən başa çatmış hesab edilir ki,
faktların empirik təsvirindən ümumi nəticələrə, ayrı-ayrı
hadisələr
arasında
zəruri
və
qanunauyğun
əlaqələri
müəyyənləşdirməyə, mövcud sahədə edilən kəşflərdən vahid
birləşdirici başlanğıca keçid baş verir; 2) metodoloji funksiya -
nəzəriyyə əsasında tədqiqat fəaliyyətinin müxtəlif metodlarının,
vasitə və üsullannın formalaşmasıdır; 3) əvvəlcədən görmək
qabiliyyəti funksiyası; 4) praktiki funksiya - nəzəriyyənin
praktikada tətbiq edilməsidir.
K.Popper isə üstünlüyü bu kimi nəzəriyyələrə verirdi: daha
çox miqdarda məlumat verən, yəni daha dərin məzmuna malik
olan; məntiqi cəhətdən daha düzgün olan; daha çox izah etmək və
əvvəlcədən demək qüvvəsi olan; və müşahidə yolu ilə müqayisə
etməklə daha ciddi yoxlanıla bilən nəzəriyyə.
Empirik idrak və nəzəriyyə bir-birini şərtləndirir və
tamamlayır, varlığın dərk edilməsinin vahid prosesini yaradır.
Nəzəriyyə elə alətdir ki, sınaqdan keçirilməsi onun tətbiq
edilməsi prosesində baş verir və faydalılığı tətbiq ediləndən sonra
əldə edilən nəticə ilə ölçülür. Nəzəri tədqiqatlann cəmiyyətə nə
vaxt bilavasitə fayda gətirəcəyini o saat demək mümkün ol-
Aksidensiya (lat. «accidensiya» - hadiso, təsadüO substansiyaya (lat. mahiyyot, əsas), yəni əsas
mahiyyətə zidd olan təsadüfi, əsas olmayanı ifadə edən fəlsəfi termindir.
^ Al-Farabi. Estcstvenno-nauçnıc traktatı, s.91.
Yenə orada, s.91-92.
294
masa da, onların aparılması davam edir; çünki bu tədqiqatlar
insanın elmi dünyagörüşünə qiymətli hədiyyə olmaqla gec-tez
praktiki nəticələrə gətirən qaynaq ola bilərlər.
Beləliklə, vahid idrak prosesi iki əsas momentə bölünür: hissi
və rasional idrak. Bu momentlərin əsasını obyektin əks tərəfləri -
xarici və daxili tərəfləri təşkil edir, yəni görünən, təzahür edən və
görünməyən, hiss edilməyən tərəfi. Bu o deməkdir ki, idrak iki
mərhələdən keçir: təzahürdən, hiss üzvləri vasitəsilə və hissi idrak
formalarında əks olunan mərhələdən - mücərrəd təfəkkürün zəruri
fəaliyyəti nəticəsində mahiyyəti, yəni obyektin daxili, zəruri, əsas
tərəflərini və əlaqələrini üzə çıxaran mərhələyə keçir.
Biliksizlikdən biliyə keçid gerçəklik haqqında bilavasitə bilik
verən hiss üzvlərinin yardımı ilə obyektin dərk edilməsindən
başlayır.
Mücərrəd (abstrakt) təfəkkür idrakın ən yüksək mərhələsi
kimi çıxış edir. Mücərrədlik (abstraksiya), yəni anlayış,
kateqoriya, qanun və s. yaradarkən təfəkkür başlanğıc material
kimi hissi idrak mərhələsində əldə edilmiş məlumatlardan istifadə
edir. Ona görə də hər cür mücərrədlik son nəticədə öz daxili
qanunauyğunluqları ilə yanaşı həm də hiss üzvlərinin verdiyi
məlumatın təhlili əsasında meydana gəlir.
Məntiqi təfəkkür təzahürü dərk etməkdə də mühüm rol
oynayır, mahiyyətin dərk edilməsi isə yalnız mücərrəd təfəkkür
mərhələsində baş verir. Lakin mücərrəd təfəkkür ümumiyyətlə
hər hansı hissi-empirik material olmadan da həyata keçirilə bilər.
Konkret idrak aktlarının hamısı hissi idrakdan başlamır. Müasir
tədqiqatçı əvvəllər tərtib edilib formalaşmış mücərrəd nəzəriyyə
və prinsiplər ilə silahlanır və öz tədqiqatını birbaşa mücərrəd
təfəkkürdən başlaya bilir; belə hallarda idrak mücər- rədlikdən
təcrübi məlumatlara doğru hərəkət edir.
Yuxanda deyildiyi kimi, nəzəri səviyyə empirik səviyyə ilə
üzvi əlaqədə olsa da, nəzəri aparatın formalaşması təfəkkürün
məntiqi mücərrədliklə nisbətən sərbəst hərəkət etməsi üçün şərait
yaradır, və beləliklə, idrakın təzahürdən mahiyyətə doğru
hərəkətini məntiqi səpkidə, yəni məntiqi kateqoriyalar vasitəsilə
tədqiq etməyə imkan yaradır.
295
Dostları ilə paylaş: |