köməkliyi ilə müəyyən etmək olar (müşahidə, eksperiment və h.).
Mühakimənin analitik həqiqiliyini isə yalnız terminlərin
mənasını təhlil etmək yolu ilə müəyyən etmək olar. Lakin
həqiqətin həm empirik, həm də analitik kriterisi son nəticədə
maddi kriteriyə - praktikaya dayanır.
Praktika fəlsəfi kateqoriya kimi insanlann hər şeydən əvvəl
öz maddi və həmçinin mənəvi tələbatlarını ödəməyə doğru
yönəltdikləri maddi-dəyişdirici fəaliyyəti deməkdir. Fəaliyyət
anlayışı praktika anlayışından, praktika isə əmək anlayışından
genişdir.
Marksizmdə praktika anlayışı deyiləndə - maddi-əmək
(istehsal) və ictimai-tarixi fəaliyyət nəzərdə tutulur. K.Marks,
«Feyerbax haqqında tezislər»də özündən əvvəlki materializmi
tənqid edərək göstərirdi ki, o inqilabi, praktiki-tənqidi fəaliyyətin
əhəmiyyətini başa düşməmişdir. İnsan gerçəkliyi yalnız onu
dəyişməkdə dərk edə bilər.
Praktika insanın şüurlu, məqsədyönlü, yəni subyektiv
fəaliyyətindən ayrılmazdır. Başqa sözlə, insan praktikası
düşünülmüş yaradıcılıq və məqsədli fəaliyyət olmadan həyata
keçirilə bilməz.
Ümumiyyətlə, insan fəaliyyətinin tədqiqi ilə məşğul olan
fəlsəfi bilik sahəsinə praksiologiya (yun. «praktikos» - fəallıq)
deyilir. Sosial fəlsəfə fəaliyyəti şəxsiyyətin sosiallaşması üsulu
kimi nəzərdən keçirir. Sosiologiyada fbaliyyət (sosial hərəkət)
sosial orqanizmin başqalarına yönəlmiş subyektiv motivasiyası
ilə xarakterizə edilən və şəxsiyyət ilə cəmiyyət arasında əlaqəni
təmin edən hüceyrəsi kimi tədqiq edilir. Ontologiyada fəaliyyət
insanın elə varlıq formasıdır ki, burada onun mövcudluq qüvvəsi
daha yaxşı üzə çıxır. İdrak nəzəriyyəsində maddi olan
hissi-əşyavi fəaliyyət nəzərdən keçirilir.
Fəlsəfədə fəaliyyətə - insana xas olan və xarici aləmin
məqsədəuyğun olaraq dəyişdirilməsinə yönəldilən aktivliyin
xüsusi forması kimi tərif verilir. İnsan fəaliyyəti düşünülmüş,
məqsədyönlü hərəkətdir.
Materialistlərə görə maddi-dəyişdirici fəaliyyət insana özünü
başa düşən subyekt kimi təbiətdən aynimaq imkanı verdi.
284
Məhz insan, tədricən özündə gerçəkliyin hissi-konkret, subyektiv
obrazını toplamaq və empirik cəhətdən ümumiləşdirmək
qabiliyyətini əldə etmək və inkişaf etdirmək imkanından başqa,
həm də öz məzmununa görə anlayış, mühakimə və əqli nəticə,
yəni fikri abstraksiya formasında tam bilik almaq imkanı qazanır.
K.Marks yazırdı: «İnsan təfəkkürünün predmet həqiqiliyinə malik
olması məsələsi heç də nəzəriyyə məsələsi deyil, praktiki
məsələdir. Öz təfəkkürünün həqiqiliyini, yəni gerçəkliyini və
qüdrətini, dünyəviliyini - insan praktikada sübut etməlidir.
Praktikadan təcrid olunmuş təfəkkürün gerçəkliyi və ya gerçək
olmaması haqqında mübahisə sırf sxolastik məsələdir».'*’
XX əsr Avropa filosoflarının çoxu marksizmin praktika
haqqında olan fikirləri ilə razı deyil. Məsələn, fransız filosofu
T.V.Adorno (1903-1969) nəzəriyyə və praktikanın əlaqəsi
haqqında demişdir: «Heç də təsadüfi deyil ki, marksist fəlsəfədə
formalaşdırılan və sonralar Lenin tərəfindən nəzəri cəhətdən
inkişaf etdirilən nəzəriyyə ilə praktikanın birliyi haqqında fikir,
ümumiyyətlə, nəticədə hər hansı nəzəri mənadan məhrum
«diamat»m kor doqmasına (ehkamına) çevrildi. Burada
praktisizm görkəmində həm sonsuz irrasionalizm, həm də
repressiyaya və insanı əzməyə söykənən praktika üzə çıxır».^®
Praktikanın həqiqətin meyan (kriterisi) olması fikrində
müəyyən həqiqət var. Lakin hər bir elmi nəzəriyyə hökmən
praktikada yoxlanıla bilməz. Elmi nəzəri)^ə o halda sübut
olunmuş hesab edilir ki, onun doğruluğu məntiqi vasitələrlə təsdiq
edilir, yəni bir mühakimənin doğruluğu əvvəllər sübut olunmuş
və yoxlanılmış mühakimənin köməkliyi ilə əsaslandı- nlır. Ancaq
ən sadə həqiqətlər öz təsdiqini tez tapa bilər. Fəlsəfi həqiqətlər isə
yalnız bütün bəşəriyyətin tarixi inkişaf praktikasında təsdiq edilir.
Bir çox filosof və məntiqçilərin dediyi kimi həqiqətin
universal kriterisi mümkün deyil. Elmi nəzəriyyədə əsas məsələ
həqiqətə yaxınlaşma ideyasıdır. Bəzi fikirlər faktlara uyğun-
K.Маркс и Ф.Энгельс. Сочинения. Т.42. М.. 1974. с.261.
5® Т.В.Адорно. Проблемы философии морали. М.. «Республика». 2000, с.8-9.
285
dursa həqiqidir, bəzi fikirlər başqalanna nisbətən faktlara daha
çox uyğundursa, onlara nisbətən həqiqətə yaxın hesab edilir.
Biliyin əsaslandırılması problemi idrak nəzəriyyəsinin
təməlidir. Burada hər şeydən əvvəl əsl başlanğıcın, yəni biliyin
təməlinin nə olduğunu aşkarlamaq tələb olunur. Elmi idrakın
sonrakı inkişafının necə keçməsindən asılı olmayaraq elmin
təməli sarsılmaz olmalıdır. Əgər təməl düzgün qurulubsa - bina
uçmaz. Fəlsəfə tarixində həm hissi təcrübə, həm rasional
intuisiya, həm də ağıl belə başlanğıc təməli olmaq iddiası ilə çıxış
etmişlər.
Eksperimental sınaq avtomatik proses deyil. Bir tədqiqat
mərhələsində həlledici görünən eksperiment sonradan inandırıcı
olmur və yaxud əksinə. Nəzəriyyəyə açıq-aydın uyğun gəlməyən
eksperimentlər həmişə onlardan imtina etməyə gətirib çıxarmır.
Tam müvəffəqiyyətlə hər cür sınaqdan keçmiş nəzəriyyələr bir
çox hallarda əvvəllər o qədər də əhəmiyyətli hesab edilməyən
uyğunsuzluğa görə rədd edilir. Son sözü həmişə alimlərin
razılaşdınimış ümumi fikri müəyyən edir. Hətta bu halda da
həqiqətin kriterisini obyektiv müəyyənləşdirmək çox çətin olur.
Zaman keçdikcə kriterilər də dəyişif və əvvəllər razılaşdırılmış
qərara yenidən baxılır. Nəzəriyyənin yoxlanılma prosesi, onun
yaradılma prosesi kimi heç vaxt başa çatmır və yaradıcılıq tələb
edir.
1.7.
İdrak və yaradıcılıq
İdealizm inandırmağa çalışır ki, subyekt xarici təsiri passiv
deyil, aktiv (fəal) qəbul edir, hissi təcrübənin məlumatını idrakın
öz normalanna uyğun olaraq yenidən işləyir. Deməli, idealizm
insan şüurunun fəallığını tamamilə müstəqil, maddi dünyanın
fovqündə duran qüvvə hesab edir. Buradan da belə nəticə çıxır ki,
dünya haqqında bilik ağılın öz konstruksiyasıdır.
Materializm, xüsusən marksist fəlsəfə isə tamamilə başqa
mövqedə dayanır. İnsan praktiki, dəyişdirici fəaliyyət prosesində
xarici aləmi əks etdirir. Şüur gerçəkliyi əks etdirmədən, onun
zəruri xassələrinə və əlaqələrinə, onun dəyişməsi və in
286
Dostları ilə paylaş: |