1.2.
İdrakın subyekti və obyekti
Subyekt və obyektin qarşılıqlı münasibəti fəlsəfənin əbədi
problemidir. Fəlsəfə üçün idrakın obyekti bütövlükdə dünya, bu
dünyaya aid olan bu və ya digər nəticələrin çıxaniması imkanıdır.
Obyektin dərk edilməsi konkret obyekt və subyekt arasında
qarşılıqlı təsir prosesində baş verir.
İdrakın obyekti deyildiyi kimi bütövlükdə dünyanın özü və ya
onun hər hansı bir hissəsidir. İdrakın predmeti kimi həmin
obyektin konkret təzahürlərindən biri çıxış edir. Deməli, obyekt
tədqiqat predmetindən daha genişdir. Eyni bir obyekt çoxlu
tədqiqatların predmeti ola bilər.
Dərketmə fəaliyyətinin subyekti kimi fəlsəfədə ilk növbədə
idrak prosesini məqsədyönlü həyata keçirən bir adam (və ya qrup)
nəzərdə tutulur. Obyekt dərk edilən, subyekt dərk edəndir. Ağıllı
subyekti başqalarından fərqləndirən cəhət odur ki, o, vəziyyəti
bütövlükdə tam şəklində götürə bilir, başqaları üçün bir-biri ilə
əlaqəsi olmayan çoxlu fakt və hadisələrin arxasında gizlənən yolu
görür və həmin yolla getməyi göstərir.
İdrak prosesində subyekt və obyektin qarşılıqlı təsirini iki
aspektdə şərh etmək olar: birinciy marksistlərin irəli sürdüyü
fəlsəfənin əsas məsələsi çərçivəsində, yəni materiyanın şüura
münasibəti daxilində. Obyekt birinci, subyekt ikincidir. İkinci- si,
subyekt və obyektin qarşılıqlı təsiri reallığın özünün qarşılıqlı
təsirdə olan iki formasıdır. Bu reallıqda isə dərketmə fəaliyyəti
nəticədə mənəvi proses kimi çıxış edir.
«Obyekt» və «subyekt» kateqoriyalan adətən həm ayrı-ayrı
adamların, həm də bütövlükdə cəmiyyətin nəzəri və praktiki
fəaliyyətini təhlil etmək üçün istifadə edilir. Məhz belə ümumi
planda o şeyi obyektiv adlandırmaq olar ki, o obyekt tərəfindən
müəyyən edilir və subyektdən asılı olmayaraq mövcuddur;
subyektdən asılı olan hər şeyi subyektiv adlandırmaq olar. Lakin
subyektiv və obyektivliyi təhlil edərkən nəzərə almaq lazımdır ki,
yalnız insanın daxili, mənəvi aləminə aid olan və şüura daxil olan,
başa düşülən hadisələri subyektiv hesab etmək olar. Obyektiv və
subyektivliyin dialektikası ilk baxışda
275
göründüyündən daha mürəkkəb problemdir, qnoseoloji, sosial,
məntiqi, psixoloji və başqa aspektləri özündə birləşdirin Ona görə
də obyektiv və subyektivliyin dialektikasmı açmaq yalnız fəlsəfə
üçün deyil, həmişə konkret şəraitdə konkret təhlil tələb etdiyindən
başqa elmlər üçün də çox vacibdir.
1.3.
Hissi idrak və onun əsas formaları
İdrak - öyrənilən şeylərin hiss üzvlərinin köməkliyi ilə insan
tərəfindən əks etdirilməsindən başlayır. Əl-Fərabi deyirdi:
«Hissiyyat sahəsi - yaradılan dünyadır. Yaradılandan və hökmdən
yüksəkdə olan (yəni ilk Varlıq - Y.R.) həm hissiyyatdan, həm də
ağıldan gizlidir. Lakin onun gizliliyi onun açılmasından
fərqlənmir, belə ki. Günəşin qarşısı bir az tutulanda o xüsusən
aydın görünür və gözü qamaşdırmır...»."“ İnsanın hiss üzvləri
nəinki bir-biri ilə əlaqədardır, həm də qarşılıqlı olaraq bir-birinə
nəzarət edir. Hissi idrak müəyyən formalarda baş verir.
Duyğu, Xarici aləmin əşya və hadisələri insanın hiss üzvlərinə
təsir göstərərək, müxtəlif duyğular yaradır: işıq, forma, bərklik,
iy, dad və s. Ayrılıqda götürülmüş hər bir duyğu insanın şüurunda
bütöv əşyanın bəzi xüsusiyyətlərini, tərəflərini əks etdirir. Duyğu
- ən sadə hissi obrazdır. Əksolunmanın hissi mərhələsində
psixikası olan heyvanlarda onların fiziologiyası ilə müəyyənləşən
birtərəfli obrazlar formalaşır. Müxtəlif növlərə mənsub olan
orqanizmlərdə, onların təşkil olunmasından, hiss üzvlərindən,
tələbatlarından və s. asılı olaraq eyni orijinalın (əşyanın) obrazı
oxşar olduğu kimi, həm də tamamilə müxtəlif ola bilər. Lakin
insanlarda mücərrəd təfəkkür səviyyəsində belə birtərəflilik
aradan götürülür.
Yalnız duyğulara əsaslanan fəlsəfə insan biliyinin səbəblərini
izah edərkən çox böyük çətinliklərə rast gəlir.
Qavrayış ətraf mühit haqqında seçmə informasiya verməkdir.
Bu özlüyündə fəal prosesdir və belə fəaliyyət nəticəsində yaşayış
üçün əhəmiyyətli olan modellər seçilir və quraşdırılır.
Ajı-OapaÖH. EcTecTBenHO-nayuHbic xpaKTarbi,
c.269-270.
276
Cavab hərəkətləri ona görə mümkündür ki, orqanizm xarici
mühitdən yaranan duyğulan həmin mühitə uyğunlaşdırır.
İdrakı, ümumiyyətlə Allahın iradəsi ilə bağlayan əl-Fərabi
hissi qavrayış haqqında yazmışdır: «Hiss edilən əşyalar
özlüyündə ağıl vasitəsilə qavranmaq xüsusiyyətinə malik deyil,
ağılla qəbul edilənlərə isə hisslərlə qavranılmaq xas deyil».
Göründüyü kimi əl-Fərabi hissi idrakla rasional idrakı bir-
birindən ayınr və bunu aşağıdakı kimi əsaslandırırdı: «Hissi
qavrayış, hiss olunan əşyaların obrazlarını kənar aksidensiyalar
ilə birlikdə qavrayan bədən üzvlərinin köməyi olmadan
bütövlükdə həyata keçirilə bilməz; ağıla əsaslanan idrak isə bədən
üzvlərinin köməyi ilə baş verə bilməz, çünki bədən üzvündə əks
olunan nəsə - xüsusi bir hissədir, çox şeyləri əhatə edən ümumi
isə - hər hansı bölünən bir şeydə (yəni xüsusi hissədə - Y.R.)
yerləşə bilməz. Əksinə, ağılla qavranılan şeyləri insan ruhu,
(yəni) nə isə bölünməyən və məkansız, maddi olmayan
substansiya dərk edir. Bu substansiyanın instinkt ilə əlaqəsi
yoxdur, hisslər vasitəsilə dərk etmir, çünki hökm (dünyasına)
aiddir».
Əşyaların bütöv obrazı insanların şüurunda idrakın nisbətən
3diksək forması olan qavrayış səviyyəsində yaranır. Qavrayış
duyğulann əsasında meydana gəlir. Fəqət qavrayış duyğuların
mexaniki cəmi deyil. Bu əşyanın elə bütöv obrazıdır ki, əsasən
insanın hiss üzvlərinin bilavasitə qəbul edə biləcəyi xarici
xassələrin, keyfiyyətlərin, əlamətlərin, tərəflərin cəmini özündə
birləşdirir. Qavrayış - duyğulara nisbətən hissi idrakın daha
mürəkkəb formasıdır. Obraz əşya və yaxud onun təzahürünün
bilavasitə müşahidə edilən bütöv görkəmdə əks olunmasının ideal
formasıdır. Hissi obrazın formalaşmasında abstraksiya
(mücərrədlik) müəyyən dərəcədə iştirak edir. Əşya haqqında fikir
və fikrin predmeti eyni şey deyil. Əşya haqqında fikir obrazdır,
real əşya isə nümunədir.
«...Şəxs tərəfindən xarici aləmin hissi qavrayışı heç vaxt fo-
toqrafık dəqiq olmur, çünki burada həmin şəxsin fərdi
xüsusiyyətləri və keyfiyyətləri silinməz iz qoyur. Heç kim bütün
•*- Ajı-OapaÖH. EcTecTBenHO-Haymibte rpaKTaxbi, c.269.
277
Dostları ilə paylaş: |