mükəmməl və az mükəmməl kimi ierarxik şəkildə bir-biri ilə
əlaqədə olurlar.
Təbii dil elmi anlayışlann ilk ifadə vasitəsi olmuşdur, lakin
mürəkkəbləşən bilik süni işarə sistemlərinin də məsələn, riyazi
dilin meydana gəlməsinə səbəb oldu.
Nə üçün insanlar əsasən yazı, yəni təsəvvürlər və anlayışlar
üçün deyil, məhz səslər üçün işarə sistemi yaratdılar? Yazı,
partnyorlar (tərəf-müqabillər) arasında ünsiyyət vasitəsi kimi
nəzərdə tutulub, çox vaxt bir-birindən çox uzaqda olduğundan
onlar ola bilsin ki, şəxsən heç görüşmürlər. Ona görə də bu
prosesin meydana gəlməsini nəzərdən keçirərkən təbii olaraq
ehtimal etmək olar ki, burada müəyyən mənada bioloji tələbat
əsas deyil. Burada birgə yaşayışın sosial təşkili ilə şərtlənən
tələbat həlledici rol oynaya bilər. Yalnız yazı, bilavasitə danışıq
əlaqələrinin məhdud məkan və zaman sərhədlərindən kənara
çıxmasına imkan verir.
Nəticə etibarilə yazı müəyyən fikir kimi özü də insanların
idrak fəaliyyətinin predmeti olmuşdur. Bu, əlbəttə, insan
idrakının inkişafının daha sonrakı mərhələsində baş vermişdi.
Fikrin yazı vasitəsilə ifadə edilməsinin çoxdan başlamış
təkmilləşmə prosesi indi də davam edir.
Bununla yanaşı qeyd etmək lazımdır ki, insan dilinin
başlanğıc və əsas forması şifahi nitqdir. Onun vasitəsilə istənilən
məzmunlu fikri ifadə etmək olar.
Platon göstərirdi ki, yazı çoxlu problemlər yaradır və şifahi
sözə bir sıra şübhəli xidmət göstərir. İlk növbədə Platon yazını -
sofıst saxtakarlığı, həqiqi biliyin mnemotexnika^^ ilə əvəz
olunması hesab edirdi. Onun fikrincə yazı, təbii yaddaşın
itirilməsinə və yaxud pozulmasına gətirib çıxarır; daha sonra.
Platona görə yazıda sadə kütlə başlanğıcı üstünlük təşkil edir,
belə ki, onun məlumatı hər bir konkret ünvan üçün
uyğunlaşmayıb. Aristokratik şifahi söz isə həmişə konkret insana
və yaxud auditoriyaya yönəlir. Bu mənada yazı öz
məsuliyyətsizliyi ilə fərqlənir, çünki onun müəllifi artıq onu nə
istiqamətləndirə, nə də nəzarət edə bilir. Platon deyirdi ki, yazı
həmçi-
«Mnemonika» hafizəni möhkəmlətmək vasitəsi deməkdir.
262
nin, şifahi nitqdən tamamilə azad olmaq qabiliyyətində deyil və
özünün süni yolla yaradılan xüsusi qanunları ilə inkişaf edərək
ona təsir etməkdən məhrumdur.
Heç bir elmi nəzəriyyə dilsiz yarana bilməz, maddi örtük olan
dildən kənarda nəzəriyyənin mövcudluğu, başa düşülməsi və
tətbiq edilməsi ağlasığan şey deyil. Elmin istifadə etdiyi dillər
müxtəlif ola bilər: bu hər şeydən əvvəl bizim danışdığımız,
ünsiyyət
saxladığımız,
bir-birimizi
başa
düşdüyümüz,
nəzəriyyənin anlaşılan şəkildə ifadə edildiyi təbii dildir; bu dil
süni yaradılan dil də ola bilər. Məsələn, obrazlar dili (incəsənət),
simvol və işarə dili (riyaziyyat, fizika, başqa təbiətşünaslıq və
texniki elmlər). Belə süni dillərdən bəziləri bizim çoxumuz üçün
aydındır (incəsənətin obrazlı dili), başqalannı (riyazi və s.) isə
yalnız mütəxəssislər başa düşürlər. Lakin dildən kənarda
ümumiyyətlə heç bir elmi nəzəriyyə ola bilməz.
İşarələr, simvollar, hərflər (başqa sözlə əlifba) anlayışların
sözlüyünü (lüğətini) yaratmaq üçün istifadə edilir ki, bu da
nəzəriyyə dilinin tərkib hissəsidir. Nəhayət, dilin bir komponenti
də fikir söyləməkdir.
Fəal fikir prosesində insan aktivliyinin ən əsas və ayrılmaz
faktoru kimi məhz dil çıxış edir. Belə ki, dil hər şeydən əvvəl
ünsiyyət vasitəsi, hiss və həyəcanın ifadə vasitəsi, fikrin
başqasına çatdınlması, əldə edilən biliyin saxlanma vasitəsi,
nəhayət, fikri əsaslandırmaq, yəni başqasını nəyəsə inandırmaq
vasitəsidir. Göründüyü kimi, dil çoxfunksiyalıdır. Məhz dil bir
vasitə kimi məqsədə, yəni həqiqi biliyə can atan fikrin inkişafını
müəyyən edir. Bununla yanaşı göstərmək lazımdır ki, «dil
haqqında danışarkən biz onu mütləq vasitə kimi qəbul edirik və
bununla yanaşı dilin tədqiqinə müraciət edəndə biz onu öyrənmə
predmetinə çeviririk».” Lakin dili yalnız vasitə kimi
məhdudlaşdırmaq olmaz. «Dil yalnız vasitə deyil, həm də
başqalarından fərqli olan məqsəddir, bizim əqli inkişafımızın
müəyyən nəticəsidir. Məhz dilə görə, onu bilmək səviyyəsinə
görə biz çox vaxt bilik səviyyəsinə qiymət veririk, dildə kon-
Н.Ф.Овчишшков. Знание - боевом нерв философском мысли. - Вах: Жури. «Вопросы
философии». № 2, 2001, с. 125.
263
kret insanı, təfəkkür mədəniyyətinin ölçüsünü görürük.
Məsələnin qoyuluşundan asılı olaraq dil bizim üçün həm vasitə,
həm öyrənmə predmeti, həm də fəali)7ət məqsədi ola bilƏD).^**
XX əsrdə Böyük Britaniyada, ABŞ-da, Kanadada, həm də bir
sıra Avropa ölkələrində «linqvistik dönüş» adlanan hadisə baş
verdi, dil fenomeninə nəzəri marağın yeni dalğası qalxdı.
B.Rassel yazmışdır: «Mən hesab edirəm ki, dilin fəlsəfəyə təsiri
dərin və demək olar ki, dərkedilməz olmuşdun>.^* Bu sahədə
analitik fəlsəfə xüsusən fərqlənir. L.Vitgenşteyn göstərirdi ki,
təbii dillər məntiqi formalan gizlətdiyi, kölgədə saxladığı üçün
«yalançı problemlərin» mənbəyi olur. Analitik fəlsəfədə riyazi
məntiq dili nümunəvi dil sayılır. Vena dəməyi dili, xüsusən elm
dilini təhlil etmək ənənəsini davam etdirir. Məntiqi pozitivizm
çərçivəsində «vahid elm» ideyası və ideal dil yaratmaq vəzifəsi
irəli sürülür.
XX əsrin 30-cu illərində R.Kamap elm dilinin məntiqi sin-
taksisi problemini irəli sürür. Elm dilinin yenidən qumiması təbii
dilə yaxınlaşmaq vəzifəsi kimi başa düşülür.
Bir çox filosoflar hesab edirlər ki, həm nəzəri, həm də praktiki
fəlsəfə dilin təhlili ilə qırılmaz bağlıdır; başqalan isə deyirlər ki,
fəlsəfə bütövlükdə dil fəlsəfəsidir. Məsələn, alman filosofu
K.-O.Apel (1922) yazır: «Kəskin formada demək olar: «ilk
fəlsəfə» artıq «təbiət»in və yaxud «şeylərin mahiyyə- ti»nin
(ontologiyanın) tədqiq edilməsi olmadığı kimi, o həmçinin
«təsəvvürlər», «şüur anlayışları» və yaxud «ağıl» üzərində
refleksiya da (idrak nəzəriyyəsi də) deyil. O daha çox «dil
ifadələrinin» «əhəmiyyəti» və «mənası» üzərində refleksiyadır
(dilin təhlilidir). Buna əlavə etmək olar ki, yalnız «nəzəri fəlsəfə»
mənasında «ilk fəlsəfə» deyil, həm də «praktiki fəlsəfə», məsələn
«metaetika» kimi etika da metodiki olaraq dilin tətbiq
edilməsinin fəlsəfi təhlili vasitəsilə ifadə edilməlidir, deməli dilin
fəlsəfəsi olmalıdır.
Yenə orada, s.I26.
Б.Расссл. Логический атомизм. Аналитическая философия; становление и развитие. М.,
1998, C.25.
264
Dostları ilə paylaş: |