təsirlər haqqındakı məlumatlan qoruyur (yadda saxlayır), xarici
mühitdən alınan siqnalları yenidən işləyir və dəyişdirir. Ali
heyvanlarda əsəb hüceyrələrindən təşkil olunmuş və xarici
mühitlə qarşılıqlı münasibət və təsir sahəsindəki bütün fəaliyyəti
idarə edən xüsusi orqan - beyin var.
Şüur ruhi fəaliyyətin ali formasıdır. Daha dar mənada isə şüur
insanın xüsusi orqanı olan baş beynin funksiyasıdır. Beyin
əksolunmanı həyata keçirən və daim təkmilləşdirən çox
mürəkkəb quruluşa malik bir sistemdir. Beyin, canlı materiyanın
ən ali, ən mürəkkəb və ən yaxşı təşkil olunmuş formasıdır. Baş
beyində daim qarşılıqlı təsirdə olan təxminən 100 milyard sinir
hüceyrələri (neyronlar) var. Lakin sistemin mürəkkəbliyi onu
təşkil edən elementlərin sayından çox, bu elementlər arasındakı
əlaqələrin sayı ilə müəyyən edilir.
İnsan beyninin qüvvəsi müasir paralel kompüter sisteminin
qüvvəsindən artıqdır. İnsanın uzunmüddətli yaddaş tutumu
potensial olaraq qeyri-məhduddur.
Bəziləri deyirlər ki, baş beyindən kənarda şüur mövcud ola
bilməz, başqaları isə təsdiq edirlər ki, şüur, ruh müstəqil mövcud
ola bilər. Materialistlər göstərirlər ki, düşüncənin kütləsi, enerjisi
yoxdur. Lakin bunun əksinə olan fikirlər də mövcuddur. Bir çox
alimlər belə hesab edirlər ki, şüur hadisələri (hissi obrazlar,
fikirlər, ideyalar) xarici gerçəklik haqqındakı məlumatdan
yaranır, başqalan isə deyirlər ki, şüur hadisələri daxili əqli
prosesin nəticəsidir.
Xarici əşyalan gördükdə, onlar haqqında fikirləşəndə və
yaxud bir şeydən estetik zövq aldıqda, biz beyində nə baş
verdiyini bilmirik. İnsan elə qurulubdur ki, şüur hadisələrində
ona məlumat «təmiz» şəkildə verilir. Məlumatın bu yolla
alınmasına və ondan istifadə etmək qabiliyyətinə biz həyatın
ideal sahəsi deyirik. Subyektiv obraz yalnız informasiya şəklində
mövcud olmur. Deməli, ideal sahə insan fəaliyyətinin mənəvi
sferasının qnoseoloji (idrakı) ifadəsidir. Şüurdan kənarda ideal
yoxdur. İdeal sahə - şüurun fəlsəfəsi (dünyagörüşü) ifadəsinin
xüsusi formasıdır.
256
3. Şüur və ictimai inkişaf (marksist baxış)
İnsan şüurunun meydana gəlməsinin səbəbləri məsələsində
Çariz Darvin özünün təkamül nəzəriyyəsində bioloji amillərin
həlledici rolundan bəhs edirdi. Marksizm isə şüuru ictimai
inkişafın məhsulu hesab edir. Bu barədə F.Engelsin «Meymunun
insana çevrilməsi prosesində əməyin rolu» əsərində ətraflı
danışılır. Engelsin fikrincə əməyin inkişafı ilə əlaqədar insanın
gerçəkliyə prinsipcə tamamilə yeni münasibəti meydana gəlir.
Əmək zəruri olaraq düşüncə aparatının olmasını tələb edir, çünki
bu aparatın köməkliyi ilə arzu olunan nəticəni ideal formada
təsəvvür etmək mümkün olur, yəni məqsəd əvvəlcədən
müəyyənləşdirilir və onu həyata keçirmək vasitələri tapılır. Sonra
Engels sübut etməyə çalışır ki, əmək fəaliyyəti təfəkkürün,
mənlik şüurunun inkişafı, insanın özünü ətraf mühitdən ayırmaq
qabiliyyəti, dilin ünsiyyət və qarşılıqlı anlaşma vasitəsi kimi
inkişafı üçün həlledici amildir.
Beləliklə, marksistlərin fikrinə görə şüur ictimai-tarixi
məhsuldur, əmək fəaliyyətinin və dilin meydana gəlməsi və
inkişafı prosesində insan cəmiyyəti ilə birgə yaranır və yalnız
sosial mühitdə, fərdlərin daimi ünsiyyəti şəraitində formalaşır.
4.
Şüur və insanın mənəvi-ruhi dünyası
Şüur - fəlsəfənin əsas anlayışlanndan biri kimi yalnız insana
xas olan hadisəni ifadə edir və insanın mənəvi-ruhi fəallığının ən
yüksək mərhələsini göstərir.
Ruh və ondan törəyən şüur özünün bütün formalan ilə birlikdə
insanın mənəvi dünyasını təşkil edir. Bu fəlsəfənin daimi
problemidir.
Ruh (lat. «spritus», yun. «pneuma») - antik fəlsəfədə «hərəkət
edən hava», «havanın əsməsi», «nəfəs» (həyat daşıyıcısı kimi)
mənasında işlədilirdi. Ruh elə mahiyyətdir ki, bədəni ya
müvəqqəti, ya da daimi tərk edə bilər; o həyatın özüdür; Allahın
mahiyyətidir; Allah Ali Ruhdur, insan ruhu İlahidən gəldiyi üçün
ölməzdir; ruh bütün dünyanın daxili mahiyyətidir:
257
yerin ruhu, dünyanın ruhu; ruh incəsənət əsərinin ideya
məzmunudur; nəyinsə daxili mənəvi, məsələn, dövrün ruhu, milli
ruh, korporativ ruh və s. xarakteristikasıdır.
Platon və yeni platonçulara görə ruh bədəndən əvvəl
mövcuddur və ölməzdir. Sufilərin fikrincə ruh ilahi mənşəyə
malikdir və bədənin ölümündən sonra öz əslinə qayıdır (Allaha
qovuşmaq yollan haqqında artıq danışmışıq).
Əl-Fərabi isə göstərirdi ki, ruh bədənlə eyni vaxtda meydana
gəlir. O, yazırdı: «Bədən cisimdir. Onun bir hissəsində, məhz
ürəyin dərinliyində yerləşən ruh canın ilk saxlanılan yeridir. Ruh,
Platonun dediyi kimi, bədəndən əvvəl mövcud ola bilməz, eləcə
də ruhun köçməsi təliminin tərəfdarlarının dediyi kimi bir
bədəndən başqa bədənə keçə bilməz.
Bədənin ölümündən sonra ruh həm məmnunluq, həm də
iztirab keçirir. Belə vəziyyət nəyə layiq olmalarından asılı
olmayaraq müxtəlif ruhlarda fərqli olur. Bütün bunlar zərurət və
ədalət ilə müəyyən edilir».”
Ruh haqqında olduqca çox fikirlər var. Burada isə bizi daha
çox şüur problemi maraqlandırır.
Şüurun özü subyekt deyil, onun ruhi fəaliyyətinin nəticəsidir.
İnsanın bioloji təbiəti onun beyni ilə birlikdə şüurun yaranması
üçün zəruri təbii şəraiti təşkil edir, lakin öz-özlüyündə təfəkkürün
və praktiki fəaliyyətin subyekti deyil. Burada insanın ictimai
təbiətinin böyük rolu var, çünki cəmiyyətdən kənarda subyekt
yoxdur. Təfəkkür öz təbiətinə görə cəmiyyət ilə qırılmaz surətdə
bağlıdır.
Subyekt və obyektin qarşılıqlı təsir prosesində subyekt fəal
tərəf kimi çıxış edir, obyektə təsir edir, onu dəyişdirir və məhz bu
prosesdə təfəkkür gerçəkliyin nəzəri cəhətdən mənimsənilməsi
vasitəsi kimi daha da təkmilləşir.
Ajı-OapaÖH. EcrecrBeıiHo-nayMHbic TpaKTaTbi. c.
249-250.
258
Dostları ilə paylaş: |