Materiya ümumiyyətlə özünün konkret təzahürləri ilə yanaşı
mövcud olan ayrı bir törəmə deyil. Materiya ətraf dünyanın bütün
əşya və hadisələrinin cəmini ifadə edən fəlsəfi abstrak- siyadır
(mücərrədlikdir).
Materiya
haqqında
təlimin
inkişafında
aşağıdakı
qanunauyğunluq özünü göstərir: antik elm üçün xarakterik olan
materiya anlayışından, yəni materiyanı maddi varlıq hesab
etməkdən
-
materiyanı qeyri-müəyyən, simasız, passiv başlanğıc, mücərrəd
fikirdə mövcud olan, təmiz imkan hesab etməyə keçid. Bu passiv
materiyaya qarşı aktiv (fəal), qeyri-maddi forma - təbiət- üstü
mənəvi qüvvə qoyulur.
Yeni dövrdə təbiətşünaslığın və texnikanın inkişafı, bilavasitə
hissi qavrayışla qəbul edilən aləm ilə əlaqədar olan empirik
elmlərin rolunun artdığı şəraitdə materiya haqqında təsəvvürlər
yenidən konkret hissi, maddi başlanğıc ilə eyniləşdirilir.
Fizika elminin ən əsas problemlərindən olan materiyanın
quruluşu məsələsi, maddənin getdikcə daha çox hissələrə
bölünməsinə gətirib çıxartdı. Son iki yüz ildə atom və mole-
kullar haqqında anlayışlar kökündən dəyişdi. Atomların quruluşu
(nüvə və elektronlar), sonra nüvənin quruluşu (nuklonlar
-
proton və neytronlar) yenidən müəyyənləşdi. Müasir dövrün
son 60-70 illərində isə bir sıra başqa hissəciklər kəşf edildi
(pozitron, mezonlar, hiperonlar). Bu hissəciklər qarşılıqlı olaraq
bir-birinə keçirlər. Bir sözlə, materiyanın quruluşunun tədqiqi
hələ də davam edir.
' Materiya
anlayışı materializmin əsası, başlanğıc
kateqoriyasıdır və fəlsəfi fikir tarixində materializm ilə idealizm
arasındakı mübarizənin mərkəzində dayanır.’V.İ.Lenin XVIII əsr
fransız materialistlərinin, xüsusən Holbaxın fikirlərinə
əsaslanaraq materiyaya tərif vermişdi. Onun fikrincə materiya -
insan duyğula- nnda əks olunan, onlardan asılı olmayaraq
mövcud olan obyektiv reallığı əks etdirən fəlsəfi kateqoriyadır. O,
göstərirdi ki, materiyanın dialektik materializm tərəfindən qəbul
edilən yeganə xassəsi onun obyektiv reallıq olması, insan
şüurundan kənarda mövcud olmasıdır. Leninin tərifində
«materiya» və «obyektiv reallıq» anlayışları sinonim kimi çıxış
edirlər. Bu tərifin əsasın
247
da materiya kateqoriyasının başqa geniş kateqoriyaya - şüura
qarşı qoyulmasıdır. Maddi o şeydir ki, şüura qarşı durur, şüurda
əks olunur, ondan asılı olmayaraq mövcud olur. Nə üçün Lenin
fransız materialistlərindən sonra materiya anlayışını başqa fəlsəfi
kateqoriyalara deyil, məhz şüur kateqoriyasına qarşı qoyurdu? Bu
sualın cavabı «fəlsəfənin əsas məsələsi» adlanan anlayışın
materialist həllindən doğur.
* Materializmdə «materiya» və «obyektiv reallıq» anlayışlan
eyniləşdirildiyi üçün bir qədər «reallıq» anlayışını izah edək.
«Reallıq» (lat. «realis») sözü şey, əşya, ümumiyyətlə
öz-özlüyündə mövcud olan mənasını daşıyır. Sonralar reallıq
həm maddi, cismani əşyalar, həm də mənəvi-ideal mahiyyətlər ilə
eyniləşdirilir.'
'Reallıq problemi hələ çox qədim dövrlərdən filosoflann
diqqət mərkəzində olmuş və bu problem ilə bağlı müxtəlif fikirlər
irəli sürülmüşdü. Belə ki, qədim yunan filosofu Demok- ritə görə
həqiqi reallıq - atomlar və boşluqdur. Platon üçün reallıq ideal
mahiyyət kimi anlayışlar dünyasıdır! Fikir tarixində reallığın
başqa izahları da çox olub. Lakin indiki dövrdə reallıq problemi
elmdə fundamental kəşflərlə əlaqədar xüsusi kəskinlik və
aktuallıq kəsb edir.
Marksist fəlsəfə baxımından bütöv sistem kimi xarici aləm,
bir-biri ilə qarşılıqlı əlaqədə olan və bir-birini qarşılıqlı
şərtləndirən ayn-ayn predmetlərin və qanunauyğunluqlann birgə
dünyası, həqiqi, gerçək reallıqdır. Obyektiv reallıq insan
şüurundan asılı olmayaraq öz-özünə, şüurdan kənarda var olan,
fiziki və başqa xassələri, özəllikləri olan bütün şeylərə deyilir.
Pozitiv görüşləri qəbul edən təbiətşünaslar reallığı duyğula-
nn verdiyi məlumat ilə eyniləşdirirlər. Vəzifə ondan ibarətdir ki,
bilavasitə və hissi-əşyavi reallıqdan kənara çıxıb, hiss üzvləri ilə
qavranılmayan reallığı da qəbul etmək.
3.
Sonlu və sonsuz varlıq anlayışı
Sonlu olmaq - sona doğru hərəkət etmək, məkan və zaman
daxilində məhdud olmaq deməkdir. Sonsuzluq deyəndə isə biz
daim keyfiyyətcə yeni yaranma prosesini nəzərdə tuturuq; bu
248
proses məkan və zamanın sonsuz olmasını, yeni sərhəd həddini
qazanmaq və itirməyi əhatə edir. Bununla əlaqədar sonu olmaq -
mövcudatm sonsuz dəyişmə prosesinin bir momenti- dir (bir
andır). Sonsuzluq - sonu olmağın inkarıdır.
Dünyanın sonsuz zaman daxilində mövcud olması əbədilik
anlayışı ilə ifadə edilir. Əbədilik elmdə yalnız kainata aiddir,
onun hər hansı konkret sistemi isə müvəqqəti və keçicidir. Din
fəlsəfəsinə görə isə əbədi - yalnız Allahdır.
Sonlu olmaq və sonsuzluq kateqoriyalan insan təfəkkürünün
uzun sürən təkamülünün məhsuludur. Onların təşəkkül tapması
məkan, zaman, kəmiyyət kateqoriyalan ilə sıx əlaqədə olmuşdur.
Sonlu olmaqla sonsuzluq arasındakı əkslik yalnız fəlsəfi
təfəkkürün formalaşdığı dövrdə başa düşülmüşdür. Əvvəlcə
sonlu olmaq və sonsuzluğun keyfiyyətcə şərh edilməsi
başlamışdı: onlar bir-birinə qarşı duran, keyfiyyətcə müxtəlif, bir-
birindən ayn mövcud olan substansiya kimi varlığın xüsusi
mahiyyəti, xüsusi tipləri hesab edilirdi. Sonsuzluğu - sonu olan
bütün şeylərin əsasında duran nə isə ilk çıxış, mütləq başlanğıc
kimi təsəvvür edirdilər.
Sonsuzluğun kəmiyyətcə izahı qədim yunan filosoflannm
çoxunun diqqətini cəlb etmişdir. Onlar sonsuz çoxluğu və
prosesləri nəzərdən keçirir, sonsuz böyük və sonsuz kiçik
ədədlərdən istifadə edirdilər.
Orta əsr fəlsəfəsində sonu olmaq və sonsuzluq problemlərinin
qoyuluşu hər şeydən əvvəl antik yunan mütəfəkkirlərinin irəli
sürdükləri ideyaların dini-ilahi dünyagörüşün strukturuna daxil
edilməsi ilə əlaqədə idi. Sonsuzluq ideal və insan ağlı ilə dərk
edilməyən ali reallıq kimi şərh edilirdi.
Böyük mütəfəkkir-sufı əl-Qəzali deyirdi ki, filosoflar
dünyanın daimiliyini üç fundamental müddəa ilə əsaslandınr- lar:
1) heç nədən heç nə yaranmır, və yaxud başqa sözlə, heç nə heç
nədən yarana bilməz; 2) müəyyən səbəb meydana gələndə mütləq
və həmin an nəticə də meydana gəlir; 3) səbəbin başqa təbiəti var,
o nəticəyə görə xaricdən gəlir.
249
Dostları ilə paylaş: |