vasitəsilə insan Mütləq Ruhun (Brahmanm) təcrübəsini
mənimsəyir. Bu təcrübə tək şəxsiyyət ilə Mütləq Şəxsiyyətin
vəhdətini qurur. Son nəticədə yalnız bir Allah var, bütün başqa
allahlar Onun simvolik təsvirləridir.
Radxakrişnan öz qarşısına «əsl dünya dini»nin əsası ola
biləcək fəlsəfə yaratmaq vəzifəsini qoyurdu. O, yazırdı: «Əbədi
din... gerçəklikdən uzaqlaşmağa çalışan irrasional, qeyri-elmi və
yaxud assosial bir şey deyil. Onu qəbul etmək bir çox ümidsiz,
çətin problemləri həll edir və vicdanlı adamlara sülh gətirir. Bu,
müxtəlif yollarla gəldiyim şəxsi fəlsəfəmdir; bu fəlsəfə mənə ən
çətin sınaqlarda, xəstəlik və sağlamlıq zamanı, qələbə və
məğlubiyyət dövründə kömək edir».*” «Əbədi fəlsəfə» deyəndə
filosof hər hansı konkret dini təlimi deyil, hansısa mücərrəd,
universal, əbədi dini nəzərdə tuturdu. Bütün bəşəriyyətin bir
ailədə birləşməsini Radxakrişnan əbədi dinin ən əsas funksiyası
hesab edirdi.
Radxakrişnan özünün inteqral təcrübə fəlsəfəsini 1929-cu ildə
London və Mançestrdə oxuduğu mühazirələrdə izah etmişdir. O,
deyirdi ki, müasir fəlsəfi sistemlərin çoxu idrakın yalnız iki
mənbəyini qəbul edirlər: hissi qavrayış və məntiq. Lakin
Radxakrişnan təsdiq edirdi ki, idrakın başqa yolu da var -
intuisiya. Onun fikrincə intuisiya idrakın əsas qaynağıdır, çünki
intuitiv aktda insan ağılı bir bütöv kimi fəaliyyət göstərir. Hissi
qavrayış və məntiq ağılın xüsusi funksiyalarıdır.
Radxaläişnanın sosial fəlsəfəsinin əsasında belə fikir dayanır
ki, bütün insanlar eyni İlahi təbiətə malik olduğu üçün eyni
dərəcədə qiymətlidir, eyni hüquqa malikdirlər. İnsan şəxsiyyəti
Yerdə Ruhun ən yüksək, ən konkret ifadəsidir və bu şəxsiyyətə və
yaxud onun ləyaqətinə ziyan gətirən nə varsa hamısı əxlaqca
iyrəncdir. Özünü reallaşdırmağa nə yardım edirsə hamısı
nemətdir.
Sitat götürülüb:
A./t.JİHTMan.
Göstorilən əsor, s.270.
237
5.
XX əsrdə Yapon fəlsəfəsi
Yaponiyada ənənəvi dünyagörüşü nə qədər güclü olsa da bu
ölkə də Qərbin çox ciddi mədəni ekspansiyasına məruz
qalmışdır. Qloballaşma da öz işini görür. Postindustrial və in-
formasion cəmiyyət quran Yaponiya elm və texnika sahəsində
dünyanın aparıcı ölkələrindən biridir. Belə təkamül yolu özünü
fəlsəfədə də göstərir.
Nisida Kitaro (1870-1945) Şərq fəlsəfəsinin intuitiv
təcrübəsini Qərb tipli fəlsəfi sistemə çevirməyə cəhd edirdi. Bu
yolla o, orijinal yapon fəlsəfəsinin əsasını yaratmağa çalışırdı.
İngilis empirizmi və Uilyam Ceymsin psixoloji istiqamətli
fəlsəfəsinin təsiri altında Nisida «təmiz təcrübə» nəzəriyyəsini
yaratdı. O, az-çox əhəmiyyətli əkslikləri, məsələn, subyekt və
obyekt, bədən və ruh, zaman və məkan arasındakı ziddiyyətləri
istisna edirdi. «Təmiz təcrübə» faktların, onlar necədirsə elə də
dərk edilməsi təcrübəsidir. Özünün «təmiz təcrübə» anlayışını
daha da dərinləşdirən Nisida yeni bir anlayış irəli sürür: dzikaku -
«özünü oyatma». Bu anlayış ona intuisiya ilə ağıl arasında
qırılmaz bağ olduğunu izah etmək imkanı verdi.
Tanabe Xadzhne (1885-1962) Nisida Kitaro və Nisitani
Keyzi ilə birlikdə Kioto fəlsəfə məktəbinin banisi hesab edilir.
Tanabe öz həmfikirləri ilə birlikdə yapon mədəni ənənələrinin
əsaslarını izah etmək üçün Qərbin intellektual fəlsəfi
metodologiyasından istifadə edirdi. Onun fikrincə fəlsəfəni dini
təcrübə əsasında dəyişmək mümkündür. Fəlsəfə böyük əxlaqi və
sosial məsuliyyət daşıyır.
Uexara Senroku (1899-1975) hesab edirdi ki, həqiqi dünya
bütün xalqlann öz mənlik şüurunu necə inkişaf etdirməsindən
asılı olaraq qlobal tarixi şüura əsaslanır. İkinci Dünya
müharibəsindən sonrakı dövrdə yapon xalqı milli şüuru yenidən
formalaşdırmaq vəzifəsi ilə qarşılaşanda Uexara qeyd edirdi ki,
bu qaydalar müasir qlobal tarixi situasiya kontekstində nəzərdən
keçirilməlidir. Beləliklə, yaponlar öz milli mənlik şüurunu dünya
birliyinin əksəriyyətinin istək və arzularını nəzərə alaraq bərpa
etməlidir.
238
Nisitani Keyzi (1900-1990) göstərirdi ki, nihilizm XX əsrin
mərkəzi fəlsəfi problemidir. Müasir elm həmin nihilizmi
qidalandıran əsas faktorlardan biridir, belə ki, elm insan
şüurundakı fundamental parçalanma ilə əlaqədə olan yanlış
epistemologi- yaya (qnoseologiyaya) əsaslanır. Yalnız Boşluq
(şunyata) haqqında təlim insan şüurundakı parçalanmanı müalicə
edir və nihilizmi aradan qaldırmaq üçün açar rolunu oynayır.
Boşluq haqqında təlim ziddiyyətlərin toplaşdığı sahədir. Tarixi
üstələyən bu təlim burada dərin kök salıb və məhz burada təzahür
edir. Boşluq haqqında təlim Qərb fəlsəfəsinin əsas
kateqoriyalarına, 0 cümlədən Allah, «Mən», zaman-məkan
haqqında anlayışlara meydan oxuyur. Qərbin fəlsəfi ənənələri ilə
bilavasitə tanışlıq Nisitaniyə öz təlimini Qərb fəlsəfəsi ilə dialoq
kontekstinə daxil etmək imkanı verdi.
Yaponiyada və Qərbdə yaxşı tanınan sosioloq və filosof Taiçi
Sakayamn (1935) intellektin yaratdığı yeni dəyər haqqında
fikirləri olduqca müasir səslənir. Onun kitabı belə adlanır:
«Biliyin yaratdığı dəyər və yaxud gələcəyin tarixi». Sa- kaya
sübut etməyə çalışır ki, azad rəqabətə əsaslanan bazar
iqtisadiyyatı şəraitində bir tərəf udur, o biri tərəf amansız
məğlubiyyətə düçar olsa da, nəticədə bütün cəmiyyət qazanır.
Sakaya hesab edir ki, biliyi düzgün dəyərləndirmək, onu
çoxaltmaq cəmiyyət qarşısında duran ən vacib vəzifədir. «Biliyin
dəyər yaratması prosesdir və burada əmək və istehsal vasitələri
qırılmaz surətdə bağlıdır; insanın özü isə əsas istehsal vasitəsi
olur».^”®
Sakaya sübut edir ki, müasir elmi nailiyyətlər və texnologiya
dünyanın təkcə mənzərəsini deyil, həm də sosial-iqtisadi
münasibətlərin mahiyyətini dəyişir. O, deyir: «Müasir kompüter-
kommunikasiya texnologiyasının cəmiyyətə təsiri öz xarakterinə
görə nə vaxtsa ona daxili yanacaq mühərriki, elektrik və yaxud
kimya sənayesinin göstərdiyi təsirdən kəskin surətdə fərqlənir.
Keçmişdə ixtiralar o vaxt maddi nemətlərin kəmiyyətcə
artırılmasına üstünlük verilməsi cəhdinə cavab verirdi. Bu gün
Новая постиндустриальная волна на Западе, с.356.
239
Dostları ilə paylaş: |