XX əsrin birinci rübündə Türkiyədə görkəmli sosioloq və
filosof Z(ya Gökalpm (1876-1924) fikirləri daha geniş yayılmışdı.
Türkçülüyü nəzəri cəhətdən əsaslandırıb müstəqil ideoloji
cərəyana çevirən Gökalp, bu təlimi türk xalqlarının tərəqqisi
yolunda ən böyük bir qüvvə hesab edirdi. O, yazırdı: «Türkçülük
- türk millətini yüksəltmək deməkdir».”* Türkçülüyün əsaslarını
tədqiq edən Gökalp ümumiyyətlə millət anlayışına da tərif
verirdi: «...Millət - nə irqə, nə qövmə (tayfaya), nə coğrafiyaya,
nə siyasətə, nə də iradəyə bağlı bir topluluq deyildir. Millət dil,
din, əxlaq və bütün gözəl sənətlər - estetika baxımından ortaq
olan, yəni eyni tərbiyəni görmüş fərdlərdən ibarət bir zümrədİD>.
O, sözünə davam edərək yazırdı: «İnsan üçün mənəviyyat -
mənəvi quruluş maddiyyatından - maddi quruluşundan öncə
gəlir. Buna görə milliyyətdə şəcərə (soy kötüyü) axtarılmaz.
Yalnız tərbiyənin və ülgünün - məfkurənin milli olması
araniD>.”’
Gökalp türkçülük idealını üç qrupa aymrdı: 1) türkiyəçilik; 2)
oğuzçuluq; 3) turançılıq. Onun fikrincə kültür (hars) cəhətdən
«birləşməsi asan olan türklər oğuz türkləridin> (Türkiyə türkləri,
Azərbaycan türkləri, türkmənlər və b.). Gökalp göstərirdi ki, bu
birliyin məqsədi hələ siyasi birlik ola bilməz, «...bu günkü
ülgümüz (idealımız) oğuzlann yalnız kültürcə (harsca) birləşmə-
sidir».‘*® «Türkçülüyün uzaq ülgüsü - Turan adı altında birləşən
oğuzlan, tatarlan, qırğızlan, özbəkləri, yakutlan dildə,
ədəbiyyatda və kültürdə (harsda) birləşdirməkdİD>. «Turan
məfkurəsi olmasaydı, türkçülük bu qədər sürətlə yayılmayacaqdı.
Bununla bərabər, kim bilir, bəlkə gələcəkdə Turan
ülgüçülüyünün gerçəkləşməsi də mümkün olacaqdır. Ülgü
gələcəyin yaradıcısıdır. Dünən türklər üçün xəyali bir məfkurə
durumunda olan Milli dövlət bu gün Türkiyədə bir həqiqət
olmuşdun).'*‘ «Turan - bütün türklərin keçmişdə və bəlkə də
gələcəkdə bir gerçək olan böyük vətəndİD); «turanlar yalnız
türkcə danışan millədərdin).'*^
Ziya Gökalp. Türkçülüyün əsasları. Bakı, 1991, s.31.
Yenə orada, s.35.
Yenə orada, s.37.
Yenə orada, s.38.
Yenə orada, s.39.
228
Milli kültür (hars) ilə mədəniyyəti (sivilizasiyanı) Gökalp
bir-birindən ayınr: «Kültür milli olduğu halda, mədəniyyət ulus-
lararasıdır (beynəlmiləldir). Kültür yalnız bir millətin din, əxlaq,
hüquq, ağıl, estetika, dil, iqtisadiyyat və texnika ilə bağlı ya-
şayışlanna uyumlu (ahəngdar) bir bütündür. Mədəniyyət isə eyni
inkişaf səviyyəsində olan bir çox millətlərin toplumsal (sosial)
həyatlannm ortaq bir bütünüdür. Məsələn, Avropa və Amerika
mədəniyyət dairəsində bütün avropalı millətlərin ortaq bir Qərb
mədəniyyəti vardır».’*^
Gökalp və onun həmfikirləri o dövrdə Türkiyədə fəaliyyət
göstərən əsas ideoloji cərəyanlan banşdırmağa çalışırdılar. O,
«türkləşmək, islamlaşmaq, avropalaşmaq» şüannı müdafiə edir
və bu cərəyanlar arasında heç bir ziddiyyət olmadığını göstərirdi.
Gökalp göstərirdi ki, sosiologiyaya əsaslanaraq belə demək olar:
«Millətini tanı, ümmətini tanı, mədənij^ətini (sivilizasiyanı)
tanı».'®** Ona görə də «ictimai inamımızın birinci düsturu bu
cümlə olmalıdır: «Türk millətindənəm, islam ümmətindənəm,
Qərb mədəniyyətindənəm».*®®
Gökalp inanırdı ki, ümumi vətən əxlaqı olmasa milli
həmrəylik də ola bilməz. O, göstərirdi ki, vətən yalnız üstündə
yaşadığımız torpaq deyil, «...vətən əxlaqı milli ülgülərindən
(ideallardan), milli vəzifələrdən meydana gələn bir əxlaq
deməkdİD>.'®** Gökalpın fikrinə görə milli həmrəyliyin «vətəni
əxlaq»dan sonra ücinci təməli - «mədəni (sivil) əxlaq»dır.
«Mədəni (sivil) əxlaq» - ilkin yurddaşlanmızı, sonra
dindaşlanmızı, ən sonra da bütün insanlan sevməkdən və hörmətə
layiq bilməkdən ibarətdir».'®’
Gökalpa görə türkçülüyü gerçəkləşdirmək üçün aşağıdakı- lan
reallaşdırmaq lazımdır: dildə türkçülük, estetikada türkçülük,
fəlsəfədə türkçülük, hüquqda türkçülük, siyasətdə türkçülük.
Ziya Gökalp. Türkçülüyün osaslan. Bakı, 1991, s.40.
Yenə orada, s.53.
185
Yenə orada, s.63.
Yenə orada, s.75.
Yenə orada, s.77.
229
Hüquqda türkçülük deyəndə Gökalp çağdaş bir hüqüq
yaratmağı nəzərdə tuturdu. «Hüquqda türkçülüyün birinci
məqsədi çağdaş bir dövlət meydana gətirmək olduğu kimi, ikinci
məqsədi də məslək himayəçiliyini (məslək sahiblərinin
fəaliyyətini)
ictimaiyyətin
müdaxiləsindən
qurtarmaq,
mütəxəssislərin səlahiyyətinə söykənən məslək muxtariyyətini
təsis etməkdir» və bu sahədə qanunlar qəbul etməkdir.
Gökalp deyirdi ki, türkçülük heç vaxt sinfi-siyasi mahiyyət
daşıya bilməz. O, yazırdı: «Türkçülük siyasi bir partiya deyildir,
elmi, fəlsəfi, estetik bir məktəbdir, başqa bir deyimlə, kültürlə
bağlı bir çalışma və yeniləşmə yoludur. Bu səbəbdəndir ki,
türkçülük indiyə qədər bir partiya şəklində siyasi mübarizə
meydanına atılmadı, bundan sonra da şübhəsiz atılmayacaqdır.
Bununla birlikdə, türkçülük büsbütün siyasi ülgülərə biganə
də qalmiD>.‘*’
Gökalp sübut edirdi ki, türkçülük nəinki siyasətdən, həm də
dini teokratiyadan uzaq bir məfkurədir. «...Türkçülük heç bir vaxt
klerikalizm, teokratiya və zülm rejimi ilə sazişə girə bilməz.
Türkçülük çağdaş bir axımdır və ancaq çağdaş mahiyyət daşıyan
axımlar və ülgülər ilə sazişə girə bilƏD>.‘’®
Gökalp inanırdı ki, türkçülük ilə xalqçılıq bir yerdə fəaliyyət
göstərməlidir. «Hər türkçü siyasət sahəsində xalqçı, hər xalqçı isə
kültür sahəsində türkçü olmalıdır». «Biz də buna bənzətmə ilə bu
düsturu ortaya ata bilərik: «Siyasətdə məsləkimiz xalqçılıq və
kültürdə məsləkimiz türkçülükdür.
Gökalpın fikirləri Türkiyədə sosial-siyasi və fəlsəfi fikrin
inkişafına böyük təsir göstərmişdir. Hətta Kamal Atatürk onu
özünün mənəvi atası hesab edirdi.
Azərbaycanın böyük mədəniyyət və elm xadimi Əhməd bəy
Ağaoğlu Ziya Gökalp haqqında demişdi: «Ən çətin və ən qaranlıq
zamanlarda o, daim ətrafına inam və ümid saçmışdır. Balkan
müharibəsinin zillətləri, dünya müharibəsinin fəlakətləri əsna-
Yenə orada, s.I27.
Yenə orada, s.l32.
Yenə orada.
Yenə orada, s.133.
230
Dostları ilə paylaş: |