insan və ideal cəmiyyət təsəvvürləri ilə qınimaz surətdə bağlı idi.
Bu konsepsiyanı o, özünün «Əsrar-i xuda» («Allahın sirri») və
«Romuz-i bihude» («Sonsuz rəmzlər») poemalannda şərh
etmişdir. Sonrakı əsərlərində də İqbal dəfələrlə bu məsələyə
qayıtmışdır, lakin bu barədə əsas fikrini «İslamın dini fikirlərini
yenidən qurmaq» adlı mühazirələrində və «Cavidnamə»
(«Əbədilik kitabı») poemasında ətraflı izah etmişdir.
İqbalın ideal cəmiyyəti fəlsəfi planda məkan və zaman
daxilində hüdudsuzdur. Lakin siyasətçi kimi o, çalışırdı ki,
cəmiyyəti konkret məkan-zaman formalan ilə dövlətdə
reallaşdırsın, «müsəlman millətçiliyi» ideyasını öz ərazisi olan
dövlət yaratmaq uğrunda hind müsəlmanlannın apardığı
mübarizənin bayrağına çevirsin. Onun fikrincə dövlət birliyinin
əsasında islamın dini prinsipləri dursa da, bu dövlət ruhanilərin
siyasi hakimiyyətə sahib olmaları mənada teokratik olmamalıdır.
İqbalın belə görüşlərinin əsasında «töuhid», yəni vəhdət,
təklik prinsipi durur. Onun sözlərinə görə, töuhidin mənası
«məhsuldar ideya kimi bərabərlik, həmrəylik və azadlıqdır. İslam
baxımından dövlət bu ideal prinsipləri məkan-zaman
formalarına, müəyyən insani struktura çevirmək cəhdidir. Yalnız
bu mənada islamda dövlət teokratiyadır, o mənada yox ki, 0
Allahın yerdəki nümayəndələri tərəfindən idarə edilİD).'’"*
İslamı təkcə dini təlim deyil, həm də sosialist tipli sosial
struktur hesab edən İqbal, təbiidir ki, özünün sosial idealını
Qurana istinad edərək əsaslandırmağa çalışırdı. Burada o, iki
cəhətə diqqət yetirirdi: birincisi, islamda kollektiv başlanğıcın
olması, ikincisi. Quranda sosial ədaləti təmin edən sosial
nizamlama sisteminin olması.
Mahatma Qandinin (1869-1948) fəlsəfi görüşlərinin
başlanğıc prinsipi Allahın ilk reallıq kimi qəbul edilməsidir.
Qandinin anlamında Allah şəxsiyyətsiz mütləq (absolyut),
dünyanın mücərrəd mahiyyətidir, bütün mövcudatın səbəbi və
mənbəyidir. Allah gücdür, O həqiqətdir, əbədidir. Qandi dəfələrlə
demişdir ki, insan zəkası Allahın mahiyyətini dərk edə bilməz.
Sitat götürülüb: Л.Р.Полонская. А.Х.Вафа. Восток: идеи и идеология. М.. 1982. с.171.
234
Qandinin əxlaq təlimi, özünün dediyinə görə, insanın mənəvi
kamilliyə çatması yollarını və vasitələrini göstərir. Məhəbbət və
mərhəmət, Qandiyə görə, bütün insan münasibətlərinin əsasında
durmalıdır, nifrət isə həyatdan tamamilə kənar edilməlidir.
Qandi azadlığa dinc vasitələr ilə çatmaq tərəfdan olmaqla
qeyri-zorakı üsullan mütləqləşdirirdi. O, yazırdı: «qeyri- zorakılıq
bəşəriyyətin xidmətində olan çox böyük qüvvədir. O, insan
dühasının yaratdığı ən güclü dağıdıcı silahdan daha
güclüdün).Qandi üçün qeyri-zorakılıq təkcə üsul deyil, həm də
ideal idi. Qandinin bütün müddəaları bu və ya digər dərəcədə
qeyri-zorakılıq konsepsiyası ilə əlaqədə olmuşdur. O, «həyat,
şəxsiyyət və mülkiyyət üzərində zorakılıq olmayan» bir dünya
qurmağı arzu edirdi.
Qandi Qərb sivilizasiyasını kəskin şəkildə tənqid edirdi. Bu
tənqid milli azadlıq ideyalan ilə müşayiət edilir. O, imperializmi
«Qərb dünyasının ən ağır günahı» hesab edirdi. Qandi göstərirdi
ki, sivilizasiya şəxsiyyətin əxlaqi inkişafına nə dərəcədə kömək
etməsi və ya mane olması ilə qiymətləndirilməlidir.
Qandi dövlətə ümumiyyətlə mənfi münasibət bəsləyirdi.
Onun fikrincə dövlət bir sinfin başqa sinif üzərində
hökmranlığıdır.
Qandi xalqları sülhə və əməkdaşlığa çağınrdı. Müharibəni
ittiham etmək onun qeyri-zorakılıq konsepsiyasının məntiqi
nəticəsi idi. O, deyirdi: «Mən inanıram ki, hər hansı müharibə,
əlbəttə şər işidir», lakin hansı tərəfin işi ədalətlidirsə, o tərəfi mən
mənəvi cəhətdən müdafiə edirəm.
Rabindranat Taqor (1861-1941) böyük yazıçı və şair olsa da
fəlsəfə ilə ciddi maraqlanmışdı.
Taqorun fəlsəfəsi - Ali Reallığa olan poetik münasibətə
əsaslanır. Onun fikrincə Ali Varlıq - mənəvi reallıqdır. Ali
Başlanğıc insana belə müraciət edir: «Mən səni sevirəm və səndən
də məni sevməyi xahiş edirəm, bizim bir-birimizə ehtiyacımız
var». Bu məsələdə Taqor upanişad təlimindən bəhrələnir. Bu
təlimə görə şəxsiyyətsiz Mütləq Ali varlıqdır. Ta-
Sitat götürülüb: А.Д.Литман. Современная индийская философия. M., 1985, с. 198. Sitat
götürülüb; О.В.Мартышин. Политические взгляды М.К.Ганди. М., 1970, с.126.
235
qor upanişad təlimini qəbul etsə də, belə hesab edirdi ki, şəx-
siyyətsiz Mütləq İnsan qarşısında özünü İlahi Şəxsiyyət kimi
göstərir. Məhdudlaşmayanın (Ali Başlanğıcın) məhdudlaşması
Şəxsiyyət deməkdir. Allah (Ali Başlanğıc) yaradan vaxt
Şəxsiyyət kimi mövcud olur.
Taqora görə insan idrakının üç mənbəyi var: duyğular, ağıl və
hiss üzvləri. Duyğularla insan dünyanı dərk edir, ağıl vasitəsilə
insan məntiqə əsaslanan elm və fəlsəfəni yaradır, yalnız hisslər
vasitəsilə Ali Varlıq açılır, reallaşır. Taqor göstərirdi ki. Ali
Varlığın reallaşması insanı əsl rifaha gətirir. Məhəbbət isə ali
rifahdır. Allah (Ali Şəxsiyyət) insanı sevmək səadətinə çatmaq
üçün yaradır. Bu isə o vaxt mümkün olur ki, sevən ilə sevilən
aynlıqda mövcud olurlar. Bu yolla Sonsuz Varlıq aynlır ki, özünü
reallaşdırmaq üçün ikilik yaratsın. Taqora görə insan haqqında əsl
həqiqət onun ikili təbiətidir. İnsan Yerin oğlu və Göyün varisidir.
Kökü palçıqda olan, çiçəyi isə parlaq günəş işığına tərəf yönələn,
bataqlıqda bitən lotos kimi, insanın da iki qütbü var: onun sonlu
qütbü zərurət dünyasında, sonsuz qütbü isə İlahi qüvvəyə doğru
can atmasında yerləşir. Son mərhələdə biz ikilikdən vəhdətə
doğru hərəkət edirik. Taqor məktublannın birində yazırdı: «Biz
gərək bütün dar sərhədləri aradan qaldıraq və irəliyə baxaraq
Buddanın, İsanın və Məhəmmədin birləşdiyi günü gözləyək».'”
R.Taqor 1913-cü ildə ədəbiyyat sahəsində Nobel mükafatına
layiq görülmüşdü.
Sarvapalli Radxakrişnan^^^ (1888-1975) alim-fılosof və
dövlət xadimi olmuşdur. Əsas əsərləri: «Hind fəlsəfəsi» (1923,
1927), «Hindlinin gözü ilə həyat» (1927), «İdealistin gözü ilə
həyat» (1932), «Şərq dinləri və Qərb fikri» (1939),
«Brahma-sutra» (1959).
1927-ci ildə Oksfordda oxuduğu mühazirələrdə Radxakriş-
nan deyirdi ki, hinduizm dini ehkamdan daha çox həyat tərzidir
və onun əsasını mənəvi təcrübə təşkil edir. Meditativ praktika
Bax: Великие мыслители Востока. М., «Крон-Пресс», 1998, с.334.
'’®Вах: А.Д.Литман. Современная индийская философия, с.267-282; Великие
мыслители Востока, с.357-363.
236
Dostları ilə paylaş: |