bizim şahid olduğumuz texniki innovasiyalann tərəqqisinin
əksəriyyəti maddi dəyərlərdən asılılığı azaltmağa yönəlib ki, bu
da onların getdikcə daha çox diversifikasiyasım və informasiya
xidmətinin artmasını təmin etmək yolu ilə olur. Məhz belə
xarakter innovasiyaya malikdir; onun real rolu yaradıcı biliyin
meydana gətirdiyi dəyərin əhəmiyyətinin artması yolunda əldə
edilən nailiyyətləri möhkəmləndirməkdir».^®’
Новая постиндустриальная волна на Западе, с.360.
240
III
BOLM
Ə Nəzəri
fəlsəfə
I.
Varlıq fəlsəfəsi: ontologiya
1.
Fəlsəfədə varlıq problemi
Geniş mənada varlıq - bütün real mövcud olanlara deyilir, o
həm maddi, həm də mənəvi ola bilər. Maddi və ideal varlıqlar
arasında fərqi göstərmək zəruridir. Maddi varlığı çox vaxt
mövcud olmaq, ideal varlığı isə mahiyyət adlandınrlar. Müasir
ontologiyaya görə varlıq bütün müxtəlifliyi ilə mövcudat ilə
eynidir. B.Rassel demişdi ki, «dünya sadəcə olaraq var,
vəssalam». Deməli, biz dünyanın nə üçün mövcud olduğunu
soruşmamalıyıq. Bu fikir filosoflar tərəfindən birmənalı
qarşılanmır.
Varlıq fəlsəfəsi təfəkkürün əsas kateqoriyalanndan biridir.
Ontologiyanın predmeti - məhz antik dövrdən başlayaraq fəlsəfi
təlimlərin nüvəsini təşkil edən varlıq olmuşdur. Ontologiya (yun.
«ontos»-mövcud olan, «logos»-təlim) varlıq haqqında təlim
deməkdir. Birinci dəfə «ontologiya» termini alman filosofu
R.Hoklenius (1613) tərəfindən işlədilmişdir. Alman maarifçisi
Xristian Volf (1679-1754) isə onu öz fəlsəfi sisteminə daxil
edərək daha da təkmilləşdirmişdir.
Fəlsəfə tarixində bir sıra filosoflar sübut etməyə çalışmışlar
ki, sonsuz kainat keçici deyil, həmişə olmuş və olacaqdır; baş-
qalan isə təsdiq edirlər ki, dünyanın həm zaman, həm də məkan
daxilində başlanğıcı olduğu kimi sonu da var. Ayn-ayn əşyalar,
canlı orqanizmlər, insanlar, onlann həyat fəaliyyəti sonludur,
keçicidir. Başqa sözlə, varlıq problemi fəlsəfədə belə bir fikir ilə
birləşdirilir ki, dünya ya keçicidir, ya da keçici deyil.
Varlıq və yoxluq da işıq və zülmət, həqiqət və yalan, xeyir və
şər kimi bir-birini inkar edərək və eyni zamanda şərtləndirərək
qarşılıqlı əlaqədə meydana gəlir. Bu anlayışların hər biri 0
birisinə qarşı qoyulanda məna qazanır. Deməli, varlığın anti-
241
tezası - yoxluqdur. F.M.Dostoyevskinin fikrincə «varlıq yalnız 0
zaman olur ki, onu qeyri-varlıq hədələyin).
Varlıq anlayışı fəlsəfənin əbədi məsələsidir və bütün fəlsəfi
sistemlərdə var.
Varlığın fəlsəfi kateqoriyası ilk dəfə qədim yunan
fəlsəfəsində irəli sürülmüşdür. İlk materialistlər deyirdilər ki,
varlıq maddi, dağılmayan və yetkin Kosmos ilə eynidir. «Varlıq»
sözünü isə fəlsəfi kateqoriya kimi antik dövrün filosofu Parme-
nid (b.e.ə. V-IV əsrlər) irəli sürmüşdür. Onun fikrincə varlıq hiss
üzvləri vasitəsilə qavranıla bilən əşyalar dünyasından kənarda,
başqa sözlə, fikirdə mövcud olan şeydir. Varlığı həqiqi mövcud
olan bir şey kimi müəyyənləşdirən filosof hesab edirdi ki, varlıq
öz-özünə meydana gəlməyən, məhv edilməyən, tək, hərəkətsiz,
zamanca tükənməyən mövcudatdır. Varlığın heç nəyə ehtiyacı
yoxdur, hissi keyfiyyətlərdən məhrumdur, ona görə də onu yalnız
fikir, ağıl ilə dərk etmək mümkündür. Platon isə təbii varlığı əsl
varlıq dünyasına - təmiz ideyalara qarşı qoyurdu. Aristotelə görə
materiyadan tam azad, ali mahiyyət olan təmiz ağıl, varlığı ehtiva
edən daimi mühərrik - Allahdır. Şərq peripatetiklərinin
(əl-Fərabi, İbn Sina, Bəhmənyar və b.) ontologiyası Aristotelin
zəruri və mümkün varlıqlar haqqında fikirlərinə əsasən uyğun
gəlir.
Əl-Fərabi varlıq haqqında yazırdı: «Biz deyirik ki, varlıq iki
növ olur. Onlardan birinə elə şeylər aiddir ki, onların mövcudluğu
öz mahiyyətindən doğmur. Belə növ şeylər «mümkün varlıqlar»
adlanır. Başqa növə isə elə şeylər aiddir ki, onların mövcudluğu
öz mahiyyətindən doğur. Belə növ şeylər «zəruri varlıqlar»
adlanır».’ Əl-Fərabinin fikrincə zəruri varlıq «mükəmməldir; o
zəruri olaraq ən mükəmməl mövcudluqdur, səbəbdən - materiya,
forma, fəaliyyət və məqsəddən azaddın).^ O, fikrini
yekunlaşdıraraq deyirdi: «Buradan da nəticə çıxır ki, zəruri
varlığın nə cinsi, nə görkəm fərqi, nə tərifi, nə də sübutu yoxdur.
Əksinə, onun özü hər şeyin sübutu kimi çıxış edir. O keçici
olmayan və əbədi varlıq kimi öz-özünə mövcud-
•
• Ал-Фараби. Естественно-научные трактаты. Алма-Ата,
1987. с.231. ■ Yeno orada, s.233.
242
dur...».^ «Onun əks tərəfi yoxdur, o təmiz xeyirxahlıqdır. O təmiz
ağıl, təmiz ağlabatan, təmiz dərk edən varlıqdır ki, hər şey onda
vəhdət təşkil edİD)."* * «Beləliklə, biz təsdiq edirik ki, şeylər ya
zəruridir, ya da mümkündür. Üçüncü bölgü yoxdur. Bütün elmlər
də bu fikirlərdən birinə əsaslanır, onların hamısı bu iki sahəyə
aiddİD>.*
İbn Sinanm da varlıq haqqında fikirləri əsasən əl-Fərabinin
görüşlərinə uyğun gəlir.
Sufizm (təsəvvüO fəlsəfəsinə görə maddi dünya müstəqil
varlıq ola bilməz, çünki o yaradılıb, bu səbəbdən də o yalnız onu
yaradan Allah sayəsində mövcud ola bilər. Məsələn, böyük
mütəfəkkir, sufi-şair Cəlaləddin Rumi (1207-1273) hesab edirdi
ki, yalnız bir Mütləq Varlıq var. O tək və şəriksizdir, əbədi və
məkansızdır. Bütün Kainatı - canlı və cansız təbiəti, tək-tək
əşyaları, cəmiyyəti, o cümlədən insanı şərti olaraq varlıq
adlandırsaq da, onlar fani və keçicidir, əvvəli və axın var. Deməli,
yalnız bir Varlıq və yoxluq var. Bizə nəhəng və sonsuz görünən
Kainat da Allahla müqayisədə heç nədir. «Dünya sənin nəzərində
böyük və nəhayətsiz görünsə də, bil ki, qüdrəti-İlahiqyə
qarşısında bir zərrə də deyil».^
İntibah dövrü Avropasında maddi varlıq fikri ön plana çəkilir.
XVII-XVIII yüzilliklərdəki materialist fəlsəfədə də varlıq təbiət
ilə məhdudlaşır, mənəvi dünya isə varlıq hesab edilmir.
Yeni dövr fəlsəfəsində, xüsusən XVIII əsrdən başlayaraq
Yumun skeptisizm və Kantın transsendentalizminin təsiri altında
varlıq anlayışı fəlsəfi bilikdən kənarlaşdınlır. Fixtenin və Hegelin
sistemlərində mənəvi-ideal varlığa üstünlük verilir.
İdeyalar dünyasını əşyalar dünyası ilə eyniləşdirən Hegel
varlığın - həm idrakın, həm də gerçəkliyin başlanğıcı olan ən
mücərrəd (abstrakt) kateqoriya olduğunu göstərirdi.
Hegelin sistemində mütləq ideyanın inkişafı təmiz varlıq
kateqoriyasından, heçlikdən və yaranmadan başlayır. Varlıq -
’ Ал-Фараби. Естественно-научные трактаты. Алма-Ата, 1987. с.233.
*
Yenə orada, s.234.
* Yenə orada, s.415.
‘ Mevlana. Mesnevi, I (524).
243
Dostları ilə paylaş: |