Əl-Qəzali, başqa sufilər kimi hesab edirdi ki, yalnız vahid
Mütləq Varlıq var, o da Allahdır; bütün mövcud olanların hamısı
Allah tərəfindən yaradıldığı üçün müvəqqəti və keçicidir, əvvəli
olduğu kimi sonu da var. Əbədi olan - yalnız Allahdır. O məkan
və zaman xaricindədir.
İntibah dövründə və yeni tarixdə sonu olan və sonsuzluq
kateqoriyaları çox hallarda elmi təfəkkürün silahı kimi istifadə
edilirdi. Kainatın sonsuzluğu ideyası onda sonlu və sonsuzluq
problemlərinin təhlilini müəyyənləşdirən mərkəzi ideya idi.
Bununla yanaşı sonsuzluq ideyasına qarşı aqnostik və skeptik
münasibətlər də meydana gəlirdi. Kant müəyyən mənada fəlsəfi
fikrin bu istiqamətdə hərəkətini yekunlaşdırmışdı.
Kantdan sonra sonlu və sonsuzluq problemi yenidən fəlsəfi
problemlər arasında əhəmiyyətli yer tutdu. Hegel sonlu və
sonsuzluq haqqında fəlsəfi təlimi daha da inkişaf etdirərək, ideal
varlığı xarakterizə edən «həqiqi sonsuzluğu» və təbiətdə mövcud
olan «yaramaz sonsuzluğu» bir-birinə qarşı qoyurdu.
Marksist fəlsəfə materialist baxımından Hegel dialektikasm-
dan istifadə edərək sonlu olan və sonsuzluq kateqoriyalanna tərif
verir. Dialektik materializmə görə varlığın bütün formalan sonlu
və sonsuzluğun vəhdətindən ibarətdir. Hər bir varlıq müxtəlif
münasibətlərdə bəzən sonu olan, bəzən isə sonsuz kimi çıxış edir,
yaranır və yox olur. Elə bir varlıq yoxdur ki, yalnız sonlu və
yaxud yalnız sonsuz olsun. Beləliklə, sonlu və sonsuzluq
kateqoriyaları elə anlayışlardır ki, reallığın ən əsas moment-
lərini əks etdirir. Marksist fəlsəfə ətraf dünyanın ayn-ayn konkret
təzahürlərinin və proseslərinin sonlu olması fikrini materiya və
hərəkətin sonsuzluğu və tükənməzliyi ideyası ilə birləşdirir.
Gerçəkliyin ayn-ayn obyektlərinin mütləqliyi və sonlu olması
onlann yalnız bir tərəfidir; onların başqa tərəfi - sonsuz imkana
malik olmalan, onlan tükənməz edən sonsuz proseslərdə
iştirakıdır. Hər bir obyekt sonsuz olduğu qədər də sonludur.
Marksist fəlsəfə sonlu olmaq və sonsuzluq kateqoriyalarının
elmi idrakda yerini özünəməxsus qaydada müəyyənləşdirir.
Sonsuzluq ideyası elmi idrak üçün o zaman zəruri olur ki, elm
ayrı-ayrı faktları qeyd etmək nəticəsində əmələ gələn sonu
250
olanın empirik təsviri ilə məhdudlaşmır və tədqiq edilən sonlu
obyektlərin təbiətini müəyyən edən ümumi qanunları meydana
çıxarmaq yolu ilə gerçəkliyin nəzəri izahına keçir. İdrak
prosesində obyektin qeyri-məhdudluğu o zaman üzə çıxır ki,
onun sərhəddini müəyyənləşdirmək mümkün olur.
Pozitivist ədəbiyyatda hər şey sonlu və sonsuzun riyazi
tərifinin təhlilinə bağlanır. XX əsr Qərb filosoflarının çoxunda
sonsuzluğun reallığını ümumiyyətlə inkar etməyə meyl var.
Onların dediyinə görə sonsuz odur ki, onun axın fikrə gəlmir,
sərhəddini görmək olmur. Bu mənada məkan və zaman
sonsuzdur, çünki onlar üçün bizim müəyyənləşdirdiyimiz və ləğv
etdiyimiz sərhəd yalnız bizim biliyimizin, hissi idrakımızın və
düşüncəmizin sərhəddidir. Deməli, sonu olan və sonsuzluq
kateqoriyaları təfəkkür vasitəsilə müəyyənləşir.
4.
Dünyanın vəhdəti. Maddi və ideal
Dünyanın vəhdəti probleminin həllindən asılı olaraq bütün fi-
losoflan iki qrupa bölmək olar: monistlər və plüralistlər.
Monist filosoflar hiss üzvləri vasitəsilə qavranılan cisimlər və
onlann təzahürlərinin bütün müxtəlifliyini bir əsasdan, bir
prinsipdən çıxış edərək izah etməyə çalışır, dünyanı müxtəlifliyin
vəhdəti kimi qəbul edirlər. Plüralistlər isə, əksinə, şeylərin
müşahidə edilən çoxluğunu izah etmək üçün dünyada bir neçə
ilkin başlanğıc, bir neçə əsas olduğunu təsdiq edirlər. Monizm və
plüralizm - materialist və idealist monizm və plüralizmə bölünür.
Plüralizmin xüsusi, lakin geniş yayılmış variantı kimi fəlsəfə
tarixində dualizmə çox təsadüf edilir.
F.
Engels göstərirdi ki, fəlsəfənin əsas məsələsinin həllində
ardıcıl materialist xətt zəruri olaraq belə bir fikir yaradır ki,
dünyanın vəhdəti birinci növbədə onun maddiliyindədir.
Dünyanın vəhdətini başqa üsullarla izah etmək idealizmə gətirir.
İdealist filosofların da əksəriyyəti dünyanın vəhdəti
prinsipinin tərəfdarıdır. Onlar bir mənəvi, ideal başlanğıcın
olduğunu göstərirlər. Monoteist dinlər isə dünyanın vəhdətini
Allahın birliyində görürlər.
251
Bəs ideal mənəvi dünya nə deməkdir? Materialistlərə görə
ideya maddinin insan beyninə köçürülməsi nəticəsində yaranır,
yəni maddi səbəb olmadan ideya yarana bilməz.
Fəlsəfə tarixində bu barədə müxtəlif fikirlər var. Məsələn,
Platona görə ən ümumi olan (yəni ideya) tək olan maddinin
mövcudluğu üçün əsas şərtdir. Kanta görə ideya biliyin aprior'^
formasıdır. Hegel üçün mütləq ideya özü inkişaf edən obyektiv
həqiqətdir (yəni obyekt və subyekt üst-üstə düşür) və bütün
proseslərin yekunudur. Bir çox Şərq mədəniyyətlərində, məsələn,
upanişaddan (hinduizmdən) başlayaraq - əşyavi varlığın
maddiliyi illüziyadır (xülyadır), görkəmdir və onun da arxasında
ideal mütləq (absolyut) durur və s. kimi fikirlər geniş yayılmışdır.
Müsəlman sufilərinin fikrincə yalnız bir Varlıq var: Allah. Bütün
dünya, o cümlədən insan - yaradıldığı üçün fanidir (keçici və
müvəqqətidir). Deməli, Varlıq (Allah) və heçlik (bütün
yaradılanlar) mövcuddur. Bu mənada dünya vəhdətdədir.
Kari Popper reallığı təşkil edən üç dünya haqqında danışır: I
Dünya cisimlər və fiziki obyektlərin, yəni təbii faktlann
dünyasıdır. II Dünya subyektin təcrübəsi, yəni şüurun, fikrin,
hissiyyatın və s. dərk edilən və yaxud dərk edilməyən
vəziyyətidir. III Dünya insan ağlının məhsuludur, yəni mif və
rəvayətlər, elmi nəzəriyyələr, incəsənət əsərləri, sosial təsisatlar
dünyasıdır. Onun fikrincə, III Dünya obyektləri insanları yalnız
həmin dünyanın obyektlərini yaratmağa deyil, həm də I Dünya,
təbii reallığa təsir edərək onu dəyişdirir və II Dünyanın
tələblərinə uyğunlaşdırır. Deməli, bu üç dünya vəhdətdədir.
Apriori (lat. əzəli, ilk) əvvəldən şüurda olan, təcrübədən əvvəl əldə edilmiş bilik deməkdir.
252
Dostları ilə paylaş: |