4.1.
Şüur və mənəvi-ruhi fəaliyyətin ali formaları:
təfəkkür, yaddaş, iradə (volya), emosiya
Təfəkkür
dünyanın
anlayışlarda,
mühakimələrdə,
nəzəriyyələrdə və s. fəal ifadə olunması sahəsində bu və ya digər
məsələlərin həlli ilə, dünyanın dərk edilməsini ümumiləşdirən
vasitələrlə bilavasitə əlaqədə olan ali şüur formasıdır.
Şüur təfəkkür ilə eyni deyil. Rasional idrakdan (təfəkkürdən)
başqa, insanın fərdi şüuru gerçəkliyin hiss üzvləri vasitəsilə əks
olunmasını da əhatə edir (duyğu, qavrayış, təsəvvür). İnsanın
emosiya və həyəcanlan da buraya daxildir.
İnsan
təfəkkürünün
meydana
gəlməsi
probleminin
bütövlükdə elmi bilik üçün fundamental əhəmiyyəti var. Öz
dəyərinə görə bu problem Kainatın və Yer üzərində həyatın
yaranması problemləri ilə müqayisə edilə bilər. Çünki, elm üçün
bu problem də həmin problemlər kimi çətindir. Din isə bu
problemləri çox sadə və asan həll edir: hər şeyi yaradan Allahdır.
Yaddaş insanın həyat fəaliyyəti prosesində sonradan istifadə
etmək üçün keçmiş haqqında məlumatlan saxlamaq və yenidən
hasil etmək qabiliyyətinə deyilir. Yaddaşm maddi daşıyıcısı 100
milyard neyrondur.
Bir çox heyvanlarda da müəyyən dərəcədə yaddaş qabiliyyəti
var. Lakin davranış determinasiyasının (zəruri səbə- biyyət
əlaqəsinin) bioloji formaları şəraitində heyvanlar öz strukturuna
görə çox məhdud fəallıq formalarına malikdirlər. Bu formalardan
yalnız bioloji tələbatın bilavasitə ödənilməsinə gətirənlər
yaddaşda qalır, qalanları isə tədricən yox olur.
İnsan təfəkkürü yaddaşda saxlanılan bilikdən istifadə
edilməsinə əsaslanır. Yaddaş daha çox qavrayışlardan qidalandığı
üçün qavrayışlar dünyası ilə sıx əlaqədə olur. Lakin yaddaşın
funksiyasını yalnız daxil olan məlumatların sadəcə olaraq qeyd
olunması ilə məhdudlaşdırmaq olmaz. Əksinə, yaddaş
strukturlarının iştirakı sayəsində daxil olan məlumatlann tez bir
vaxtda seçilməsi, subyekt qarşısında duran həyati vəzifələrin həll
edilməsi üçün lazım olan məlumatların fəal axtanşı mümkün olur.
259
Bizim indiki fikrimiz ilə onun keçmiş obyekti arasındakı vaxt
boşluğu həmin obyektin yenidən dirçəldilməsi ilə deyil, fikrin bu
qəbildən olan məsafəni aradan götürmək qabiliyyəti ilə
doldurulur. Başqa sözlə, indi ilə keçmiş arasındakı uçurum yalnız
indiki fikrin keçmiş haqqında düşünmə qabiliyyəti ilə deyil, həm
də keçmiş fikrin indiki zamanda dirçəlməsi qabiliyyəti ilə
doldurulur. Belə əməliyyatı həyata keçirən fikrə yaddaş deyilir.
Yaddaş haqqında Avstriya psixoloqu Alfred Adlerin (1870-
1937) fikirləri də maraqlıdır. O, yazır: «...Təsadüfi və mənasız
xatırlama yoxdur. Yaddaş seçicidir. Biz yalnız o halda bu və ya
digər xatırlamaya qiymət verə bilərik ki, onun məqsəd və
vəzifəsinin nə olduğunu qətiyyətlə deyə bilək. Soruşmaq lazım
deyil ki, biz bir şeyi yadda saxlaya bilirik, başqasmı isə
unuduruq. Biz o hadisələri yada salınq ki, onlan xatırlamaq
konkret psixoloji səbəbə görə bizim üçün vacibdir; çünki bu
xatırlama gözə görünməsə də hər hansı vacib impulsun
yaranmasına kömək edir. Analoji olaraq, hər hansı bir planı
həyata keçirməkdən bizi yayındıran hadisələri yaddan
çıxannq».^®
İradə (volya) insanın bu və ya digər hərəkətləri icra etmək
üçün şüurlu olaraq müəyyən məqsədə doğru can atmasıdır. Lakin
hər bir şüurlu hərəkət - iradə deyil. İradə aktında əsas məsələ
hərəkətin məqsədini dəyərləndirməyi, həmin məqsədin
şəxsiyyətin prinsip və normalarına nə dərəcədə uyğun gəlməsini
başa düşməkdir.
Volyuntarizm adlanan fəlsəfə iradəni (volyanı) insanın
mənəvi həyatının bütün başqa təzahürlərindən, o cümlədən
təfəkkürdən üstün hesab edir. İradə, insana öz qanunlarını diktə
edən kor, ağılsız dünya başlanğıcı sayılır.
Emosiya (frans. «emotion» - sarsıdan, həyəcanlandıran) insan
və heyvanların daxili və xarici qıcıqlandırmalara qarşı subyektiv
reaksiyasına deyilir. Belə reaksiya ləzzət almaq və yaxud əksinə,
ilo-ah, sevinmək və ya qorxmaq, sevmək və ya nifrət etmək və s.
formalarda təzahür edir.
20 А.Адлер. Попять природу человека. СПб, «Академический проект», 1997, с.46.
260
4.2. Şüur və dil
İnsanın həyat fəaliyyəti prosesində şüurun meydana gəlməsi
ilə əlaqədar fikir və ünsiyyətin universal ifadə vasitəsi olan dil
meydana gəlir və formalaşır. Dilin yardımı ilə insanlar arasında
fikir mübadiləsi həyata keçirilir.
Platon demişdi ki, təfəkkür «ruhun özü ilə səssiz danışması-
diD>.
Aristotel isə belə deyirdi: «Beləliklə, səs ahənglərində nə
varsa, təsəvvürlərin qəlbdəki işarələridir, yazılardäkılar isə səs
ahənglərində olanlann işarəsidir. Yazı hamıda eyni olmadığı
kimi, səs ahəngləri də eyni olmur. Lakin, eyni təsəvvürlərə uyğun
əşyalar eyni olduğu kimi, işarələri bilavasitə səs ahənglərindəki
kimi olan qəlbdəki təsəvvürlər də hamıda eynidir».^'
Platonun ideyalarından sonra başlayan və indiyə qədər öz
təsirini saxlayan belə anlayış yarandı: dil və təfəkkür qırılmaz
əlaqələrlə bağlıdır.
Dil və təfəkkürün qarşılıqlı əlaqəsi haqqında əsas müddəalar
bunlardır: 1) şüur və dil öz mənşəyinə görə qarşılıqlı əlaqədədir;
2) dil insanlann zehni fəaliyyətinin baş verdiyi maddi formadır; 3)
öz-özlüyündə dil praktiki, gerçək şüurdur; onun baş funksiyası
insan ünsiyyətinin ən əsas vasitəsi olmasıdır. Dili praktiki şüur
adlandırarkən, hər şeydən əvvəl onun məqsədyönlü, instrumental
fəaliyyətini nəzərdə tuturuq.
Dilin və təfəkkürün ümumiliyi o deməkdir ki, onlar bir-
birindən təcrid olunmuş şəkildə mövcud ola bilməzlər, onlar bir
bütöv halında birləşiblər. Təfəkkürün belə vəhdətdəki xüsusiyyəti
ondan ibarətdir ki, o ruhi fəaliyyətin ali formasıdır və ideal
hadisələr növünə aiddir. Əgər təfəkkür vahidləri (anlayış,
mühakimə və s.) gerçəkliyin ideal obrazıdırsa, dilin vahidləri
(söz, cümlə və s.) əşya və hadisələrin şərti obraz və modelləridir.
Onlar məna (məzmun) və səslənmənin, yazılış formasının
vəhdətidir. Bu vəhdətin maddi tərəfi işarədir.
Dilin aşağıdakı formalanm ayınrlar: ədəbi dil, xalq danışıq
dili, loru dil, ərazi dialekti, sosial dialekt. Dilin formaları daha
Аристотель. Сочинения. В 4-х тт., Т.2. М.. 1978. с.93.
261
Dostları ilə paylaş: |