«Beşincisi, yerli mədəni özəlliklər və fərqlər iqtisadi və
siyasi sahələrə nisbətən dəyişmələrə daha az məruz qalırlar, elə
buna görə də onların kompromisə gəlmələri daha çətin
O
1
UD
>.
«Altıncısı, müasir dünyada iqtisadi-regionalizm güclənir.
Regional blokların əhəmiyyəti gələcəkdə də artacaqdiD).^^^ '
Son nəticədə Hantinqton Qərb ilə yerdə qalan bütün dünyanı
qarşı-qarşıya qoyur, barışmaz ziddiyyətlərin daha da
kəskinləşəcəyini
proqnozlaşdırır.
O,
deyir:
«Lakin
fərdiyyətçilik, liberalizm, konstitusiyaçılıq, insan haqları,
bərabərlik, azadlıq, qanunun aliliyi, demokratiya, azad bazar,
kilsənin dövlətdən ayrılması kimi Qərb ideyaları başqa
mədəniyyətlərdə demək olar ki, heç bir əks-səda yaratmır.
Qərbin mədəni imperializminin əksinə olaraq, özünün orijinal
böyük mədəniyyətlərinin keçici, müvəqqəti olmadığını xüsusi
vurğulayan təməlçi hərəkətlər güclənir. Gələcəkdə dünya
siyasətinin əsası, görünür ki. Qərb ilə yerdə qalan dünya
arasındakı münaqişə olacaqdın).^’ Qərb sivilizasiyasını unikal,
lakin universal hesab etməyən Hantinqton göstərir ki, elə buna
görə də bu sivilizasiya dünyanın yerdə qalan hissəsi üçün
yaramır.
Biz hesab edirik ki, sivilizasiyaları belə kəskin şəkildə bir-
birinə qarşı qoymaq olmaz, indiki qloballaşma dövründə
müxtəlif sivilizasiyaların qarşılıqlı əlaqəsi və dialoqu zəruri
tarixi prosesdir.
★
* *
Mədəniyyət hadisələrinin öyrənilməsi ilə çoxlu konkret
elmlər məşğuldur: arxeologiya, antropologiya, etnoqrafiya,
tarix, sosiologiya. Buraya həmçinin incəsənəti, əxlaqı, dini və s.
öyrənən elmlər də daxildir. Konkret elmlərin hər biri öz tədqiqat
predmeti daxilində mədəniyyət haqqında müəyyən təsəvvür
yaradır.
Mədəniyyət fəlsəfəni özünün xüsusi, empirik təzahürlərində
deyil, ümumiyyətlə insan həyatının fenomeni kimi maraq-
landınr. Məhz fəlsəfə hər cür xırda cəhətlərdən fıkrən uzaqla-
' Yenə orada, s.2l6.
' Yenə orada, s.217.
497
şaraq mədəniyyətin nə olduğu sualını qoya bilər, insanın və
cəmiyyətin inkişafında onun rolunu müəyyənləşdirə bilər.
Dünyagörüşü əhəmiyyəti kəsb edən ümumi problemlər
mədəniyyətin fəlsəfi analizinin predmeti ola bilər.
6.3.
Estetik şüur
Müxtəlif mədəniyyət növləri (iqtisadi, ekoloji, siyasi, elmi,
dini və s.) var ki, insanın çeşidli fəaliyyət formasını əks etdirir.
Lakin mədəniyyət aləmində əxlaqi-etik və estetik cəhətlər
xüsusi yer tutur.
Estetik şüur insanın və bütövlükdə cəmiyyətin mənəvi
həyatının müxtəlif təzahürlərini əks etdirir. «...Heç bir sahədə...
estetik hissə malik olmadan mənəvi inkişaf ola bilməz».*^*
Çox cəhətdən uyğun olan, lakin eyni olmayan iki əsas
anlayışı bir-birindən ayırmaq lazımdır - ümumiyyətlə estetik
şüur və şüurun ali təzahürü olan incəsənət. Estetik şüur insan
fəallığının bütün hadisələrində - elmi təfəkkür və yaxud hissi
müşahidə, istehsal fəaliyyəti və yaxud məişətdə özünü göstərir.
Estetik təfəkkür özünün xüsusi elmini - estetikanı yaradır.
İncəsənət isə dünyanın mənəvi cəhətdən mənimsənilməsinin
xüsusi növüdür. İnsan incəsənətdə sərbəst olaraq öz dünyasını
yaradır, orada insan özünün subyektiv məzmununu ümumi
əhəmiyyəti olan bütöv varlığa çevirir.
Estetikanın kateqoriyaları aşağıdakılardır: gözəllik və
eybəcərlik; ucalıq və qəhrəmanlıq; faciəlik və məzhəkəlik.
Estetik kateqoriyalardan başqa estetik şüur sisteminə
aşağıdakı elementlər daxildir: estetik hiss (həyəcanlanmaq,
başqasının dərdinə şərik olmaq, həzz almaq qabiliyyəti); estetik
zövq (gözəlliyin müxtəlif təzahür formaları haqqında
mühakimə yürütmək qabiliyyəti); estetik qiymət bədii
qavrayışın elə xüsusi növüdür ki, qavranılan şeyə müsbət və ya
mənfi münasibəti əks etdirən geniş mühakimə formasında ifadə
edilir.
Fəlsəfə tarixində incəsənətin mənfi rol oynadığını göstərən
mütəfəkkirlər də olmuşdur. Məsələn, Platon təsdiq edirdi ki.
Гегель, Работы разных лет. T.l, M.. 1970, c.212.
498
incəsənət yanılmadır, o ziyan gətirir, ona görə də özünün təsvir
etdiyi ideal cəmiyyətdə incəsənətə yer vermir. Onun incəsənət
əleyhinə çıxışı iki müxtəlif, lakin qarşılıqlı əlaqədə olan
problem əsasında qurulur: əvvəla, incəsənət bizə bilik verirmi,
yoxsa bizi reallığın mahiyyətindən uzaqlaşdırır?; ikincisi,
incəsənət harmonik daxili mənəvi vəziyyət yaratmaq işində bizə
kömək edirmi, yoxsa o bizim emosiyaları tam çılpaqlıqla üzə
çıxarır və insanın ağılla hərəkət etməsinə mane olur? Platon hər
iki halda incəsənəti pisləyirdi. O, göstərirdi ki, incəsənət bizi
reallığa aparmaq əvəzinə ondan uzaqlaşdınr, bizim mənəvi
harmoniyamızı saxlamaq və təkmilləşdirmək əvəzinə onu
dağıdır.
Aristotel «Poetika» əsərində incəsəti Platonun tənqidindən
müdafiə edirdi. O, göstərirdi ki, şairlərin faciəsi bizim qəzəb və
mərhəmət duyğumuzu qüvvətləndirir və ruhumuzu təmizləyir.
İncəsənət milli olur, fəqət, eyni zamanda ölməz sənət
əsərlərinin böyüklüyü ondadır ki, onlarda ümumbəşəri, keçici
olmayan əlamətlər var.
incəsənətin predmeti insanın dünyaya münasibəti olduğu
kimi, insanın özü də bütün cəhətləri - psixoloji, sosioloji, əx-
laqi tərəfləri və hətta məişəti ilə birlikdə onun predmeti ola bilir.
Özünün mövcudluq üsuluna görə incəsənət növləri üç qrupa
bölünür: 1. Məkana görə müəyyənləşən plastik, statik növlər: a)
tətbiqi: arxitektura, dekorativ sənət; b) təsviri sənət: boyakarlıq,
qrafika, heykəltəraşlıq; 2. Zamana görə müəyyənləşən dinamik
sənətlər: ədəbiyyat, musiqi; 3. Məkan və zamana görə
müəyyənləşən sintetik sənətlər: xoreoqrafıya, teatr, kino, sirk,
estrada.
İncəsənətin spesifik xassələrinə aşağıdakılar aiddir: 1) xüsusi
dil. İncəsənətin xüsusi dili - onu «obrazlardakı təfəkkür»
adlandıran Hegeldən başlayaraq - ümumiləşdirilmiş elmi
kateqoriyalardan fərqli olaraq, daha çox bədii obraz, metafora,
simvol (rəmz), mif və başqa bədii üsullarla təsvir edilir; 2)
spesifik ümumiləşdirmə üsulu: yalnız fərddən (təkdən) keçən
499
ümumiləşmə; 3) elmdə qəbul edilməyən bədii uydurmadan
istifadə ən təsirli estetik üsullardan biridir; 4) ifadənin şəxsi
üsulu. İncəsənətdə başqa sahələrdən daha çox müəllifin şəxsi
mövqeyi zəruridir, bunsuz incəsənət daxili sinirlərini itirir və
oxucunu, dinləyicini, tamaşaçını duyğulandırmır; 5) formanın
əhəmiyyətinin artması. Belə ki, formasız incəsənət ola bilməz,
elm isə praktiki olaraq formaya biganədir; 6) elmi
ümumiləşmədən gizli olan insan şüurunun qatlanndan istifadə
etmək.
Elmi anlayışdan fərqli olaraq bədii obraz ümumini təkdə üzə
çıxarır. Fərdiliyi göstərməklə sənətkar onda tipik, yəni təsvir
olunan sosial və yaxud təbii hadisələr vasitəsi ilə ona xas olan
əlamətləri aşkar edir. Kiçik, fərdi, konkret hissələr nə qədər
parlaq, dəqiq qeyd edilərsə, obraz o qədər də özünün
ümumiləşmiş geniş əksini tapır.
İncəsənət xəyali dünya düzəltmək sahəsində yaradıcı
fəaliyyətlə əlaqədə olan, real həyatı obraz və simvollarda
yenidən yaradan mədəniyyət formasıdır. Yaratma aktı bədii
yaradıcılığın sinonimi kimi çıxış edir, ona görə də incəsənət
özünün daxili təbiətinə görə dünyanı dərk etmək imkanı
yaradır. İncəsənət insanın yaradıcılıq imkanlarının ifadəsidir,
belə ki, incəsənət imkan sferasını tədqiq edir, gerçəkliyi təqlid
və izah edir. İncəsənət əsərləri insana gələcəyə baxmaq imkanı
verir.
İncəsənət və fəlsəfə qarşılıqlı asılı olan, lakin müxtəlif olan
sahələrdir. Fəlsəfə - məntiqi anlayışlara, sistemliliyə, incəsənət
isə - prinsipcə obrazlı-simvolik formalara istiqamətlənir. Lakin
bu o demək deyil ki, incəsənətdə fılosofluq etmək olmaz,
fəlsəfə isə yalnız quru, əqli sxemlərdən istifadə etməlidir.
6.4.
Modernizm. Postmodernizm
XX əsrin ictimai-siyasi, iqtisadi, mədəni, elmi-texniki
sahələrində baş verən köklü keyfiyyət dəyişiklikləri incəsənətə
böyük təsir göstərmişdir. Qarmaqarışıqlıq ideyası, yəni varlığın
irrasional, dərkedilməz, absurd olması anlayışı və insanın
dünya ilə əlaqəsinin pozulması Modemizmin əsas ideyaların-
dandır. Bütün mədəniyyət xadimlərinin yaradıcılığı keçmişdə
500
qaldı, varlığı tam əhatə edən əsərlər artıq yoxdur. Bədii
əsərlərin mövzusu, modemistlərə görə, elmi tədqiqatın və
fəlsəfi əsərlərin mövzusu kimi dar, natamam, tək, təsadüfi,
xarici, empirik məlumatlar ilə məhdudlaşır. İncəsənətin və
fəlsəfənin xarakterlərinin oxşarlığını qeyd edərkən, onlann eyni
zamanda bir-birindən kəskin fərqləndiklərini də nəzərə almaq
lazımdır. Modemistlər göstərirlər ki, əgər incəsənət əsəri hətta
dar, natamam, məhdud sahədə gerçəkliyi əks etdirərkən öz
simasını saxlaya bilirsə, fəlsəfi təlim dünyanı bütövlükdə dərk
etmək və onun hər bir hissəciyini bütöv ilə əlaqələndirmək
qabiliyyətini itirərkən öz simasını da itirir, öz mahiyyətindən
imtina edir, mənəvi fəaliyyətin hansısa başqa formasına
çevrilir.
1966-cı ildə Parisdə tarixçi və filosof Mişel Fuko (1926-
1984) «Sözlər və əşyalar» adlı kitabını çap etdirir və bununla da
postmodernizmin başlanğıcını qoyur. J.~F.Liotarın (1924-
1998) «Postmodernin vəziyyəti» kitabı isə postmodernizmin
geniş yayılmasına səbəb oldu.
XX əsrin axırlarından başlanan dövr Qərbdə postmodernizm
adlanır. Mədəniyyət çox sürətlə dəyişən mühitin tələblərinə
cavab verməlidir. R.İnqlhard (ABŞ) yazır: «Mədəniyyət adətən
ləng dəyişir, lakin o son nəticədə, dəyişən mühitin çağmşma
cavab verir. Sosial-iqtisadi sahədə baş verən dəyişikliklər fərdin
həyat təcrübəsinə təsir edərək bu yolla fərdi səviyyədə
əqidələrin, mövqelərin və dəyərlərin yenidən formalaşmasına
kömək edir. Mədəniyyətlər birdən-birə dəyişmir. Yetkinliyə
çatarkən insanlar adətən necə olmasından asılı olmayaraq
dünyaya əvvəldən qazanılmış münasibəti saxlayırlar. Beləliklə,
mühitdə baş verən əhəmiyyətli dəyişikliklər adətən daha çox
şəxsi təşəkkül illərində yaranan yeni şəraitdə yaşayan nəsillərə
təsir edir».**’
Postmodernizm hər şeydən əvvəl mədəni-intellektual
fenomenlərə aiddir. Birinci fenomen «fundamentalizm»dən,
yəni biliyin müşahidə edilən faktlar əsasında yarandığını təsdiq
edən elm fəlsəfəsindən imtina etməklə bağlıdır. İkinci feno-
Sitat götürülüb; «Постмодерн: меняющиеся ценности и изменяющиеся общество». - Вах:
Жури. «Полис», № 4, 1997.
501
men bütün bilik, zövq və mülahizələrin parçalanması ilə,
deməli, ilk növbədə universal deyil, lokal sahələrə maraq ilə
əlaqədardır. Üçüncü fenomen kitabın teleekran tərəfindən
sıxış- dırılması, sözdən obraza, məntiqdən tamaşaya keçmək ilə
əlaqədardır.
Postmodernizm tədqiqatçılarının çoxu hesab edir ki, bu
cərəyan əvvəlcə bədii mədəniyyət (ədəbiyyat, arxitektura və b.)
sahəsində meydana gəlmiş və sonradan başqa sahələrə də
keçmişdir (fəlsəfə, siyasət, din, elm).
Öz zamanında modernist incəsənətin yaradıcılarını cəlb edən
transsendental ideallardan imtina etmək, mədəniyyətin
demokratikləşdirilməsi və ali dəyərlərin aşağı salınması
haqqında postmodernist ideyalar bədii yaradıcılıqda yeni
gedişlərin axtarılmasına, adresantların unifıkasiyasma təkan
verdi. Postmodernizmin yaradıcılarından biri hesab edilən
M.Haydegge- rin fikrincə, ali dəyərlərin aşağı düşməsi -
dağıtmağa doğru yönəldilmiş hər hansı kor ehtirasdan, mənasız
yeniləşdirmə hərisliyindən baş vermişdir. Bu vəziyyət dünyanı
keçid, aralıq məhəlləsi olmaq rolundan xilas etmək zərurətindən
doğmuşdur. Mədəniyyətdən imtina etməyin dərəcəsi müxtəlif
modernist nəzəriyyəçilər tərəfindən müxtəlif cür başa düşülür:
modernist dəyərlərin qətiyyətlə inkar edilməsindən onlann
müxtəlif yollarla yenidən nəzərdən keçirilməsinə qədər.
Qeyd etmək lazımdır ki, postmodernizm ilk növbədə
modernist
dəyərləri
rədd
edir,
keçmişin
klassik
mədəniyyətindən söhbət gedəndə isə onu yenidən nəzərdən
keçirməyə, çox cəhətləri qəbul etməyə, artıq işlənib hazırlanmış
formaları tətbiq etməyə meyl göstərir.
Postmodernist dünyagörüşünə xas olan bir sıra pozitiv
cəhətlərin olduğunu göstərmək lazımdır. Postmodernizm təkcə
on əsrlərlə mövcud olmuş mədəniyyətin tükənməsi probleminin
daşıyıcısı deyil, həm də sonra nə baş verə biləcək məsələləri
axtarmaq, gələcək mədəniyyətin yeni mənasını və prinsiplərini
müəyyənləşdirmək problemləri ilə də məşğul olur.
Postmodernist situasiya özünün və başqalarının mədəni
dəyərlərini görmək və onlara malik olmağın yeni təcrübəsini
irəli
502
sürür, müxtəlif mədəniyyətlərin inteqrasiyasını stimullaşdırır,
dünyaya bir bütöv baxışın yaradılmasına kömək edir, ümumi
bəşər mədəniyyətinin formalaşmasına imkan yaradır.
Postmodemistlər Qərbi ittiham etmir, modemizm ilə tradi-
sionalizmi bir-birinə qarşı qoymur və universal ümumbəşəri
dəyərlərin mövcudluğunu təkidlə sübut etməyə çalışırlar.
İki növ postmodernizm olduğu göstərilir: konstruktiv və de-
konstruktiv postmodernizm. Konstruktiv postmodernizm
analitik fəlsəfənin irəli sürdüyü dil oyunları konsepsiyası ilə sıx
varislik əlaqəsindədir. Dekonstruktiv postmodernizm fransız
poststrukturalizminin varisidir.
Fəlsəfi postmodernizm hermenevtikadan başlamış Frankfurt
məktəbinin tənqidi nəzəriyyəsi və analitik fəlsəfəyə qədər bir
sıra fəlsəfi cərəyanlardan kənarda mövcud ola bilməz.
Postmodernizmin əlaqədə olduğu tərəfdaşları var: romantizm
və
klassisizmdən
başlayaraq
kubofuturizm
və
postimpressionizmə qədər. Beləliklə, fəlsəfi postmodernizm
həm ədəbiyyat və incəsənət, həm də elm və texnika ilə sıx
əlaqədədir. Lakin buna baxmayaraq, fəlsəfədən olan
postmodernizm ilə estetik mədəniyyətdən olan postmodernizm
bir-birindən fərqlənir.
Postmodernizmin indiki vəziyyətini bir çox müəlliflər neo-
modernizm adlandırırlar. Sovet İttifaqı və Şərqi Avropa
ölkələrində sosialist sisteminin dağılmasından sonra sosializmi
qeyri-müəyyən bir struktur əvəz etdi. Keçid iqtisadiyyatı
dövrünü yaşayan ölkələrdə yuxarıdan kapitalizm quruculuğu
başlayır, belə bir qeyri-sabit şərait isə dövlət və cəmiyyətdə
sosial gərginliyin kəskin şəkildə artmasına səbəb oldu. Neo-
modemistlərə görə bütün dünyanın real gələcəyi Qərbdə
formalaşmış sosial-siyasi, iqtisadi, mədəni dəyərlərin tətbiqi
sayəsində mümkündür. «Soyuq müharibə»ni əvəz edən
qloballaşma dünyada yeni iqtisadi sistemin yaranmasına aparır.
Belə hesab edirik ki, iqtisadi qloballaşmadan sonra siyasi
qloballaşma baş verəcək. İqtisadi və siyasi qloballaşma isə
mənəvi- mədəni dəyərlərin də ciddi təsirə məruz qalmasına
səbəb olacaq.
503
Yusif Rüstəmov
Fəlsəfənin əsasları
Redaktor: Texniki
redaktor: Bədii
redaktor: Səhifələyici;
Korrektor: Kompüterdə
yığanlar:
X.F.TURABOVA Rauf
KƏRİMOV Elnur
ƏHMƏDOV Fəxri
VƏLİYEV Suğra
OSMANOVA
M.V.Əliyeva, A.V.Əliyeva
Yığılmağa verilmişdir: 04.03.2007.
Çapa imzalanmışdır: 29.03.2007.
Nəşrin ölçüsü: 60x84 1/16. Ofset çapı.
Fiziki çap vərəqi: 31,4. Sifariş: 62. Sayı: 1000 ədəd.
Müqavilə qiyməti ilə.
N U R L A R
NƏŞRİYYAT-POLİQRAFİYA
Bakı-Az1122. H.Zərdabi pr.-78. Tel: 4977021,4971362.
Faks: 4971295. E-mail:
office@nurprint.com
Dostları ilə paylaş: |