lində, nə də xaricində arxalanacağı dayaq yoxdun>.'‘^ O,
göstərir ki, elə bir ümumi əxlaq yoxdur ki, çətin mənəvi seçim
vaxtı necə hərəkət etmək yolunu göstərsin.
Göstərmək lazımdır ki, Allahı inkar edənlərin sayı getdikcə
azalsa da, belələri hələ də var. Onların arasında bəzən görkəmli
filosoflar da olur.
5.2.
Fideizm, deizm, teizm, panteizm
Fideizmə (lat. «fides» - inam) görə bizim dini biliyimiz
rasional və yaxud təbii informasiyaya əsaslana bilməz, o yalnız
və yalnız inam üzərində qurulur. Dini bilik insanın rasional
imkanlarından xaricdə mövcuddur. Deməli, insan Allahı yalnız
inam vasitəsilə qəbul etməlidir. Başqa sözlə dini bilik gizli, sirli
vəhyə (Allahın göndərdiyi kəlama) əsaslanır.
Deizm (lat. «deus» - Allah) təliminə görə ilahi qüvvə fiziki
aləmdən ayrı mövcud olmaqla, həmin aləmi yaradır, onu
hərəkətə gətirir, lakin sonradan Kainatda baş verən hadisələrə
bilavasitə təsir göstərmir.
Teizm (yun. «theos» - Allah) təsdiq edir ki, ilahi qüvvə bu və
ya başqa şəkildə bilavasitə və yaxud şəxsən insanlar ilə bağlıdır.
Teizm politeist (çoxallahlılıq) və monoteist (təkallah- lılıq)
şəklində özünü göstərir.
Panteizmə^^ görə Allah ayrıca bir varlıq deyil, bütün möv-
cudatın təbii nizamının məcmuudur. Allah ya bütövlükdə
Kainatdır, ya da Kosmosu yaşadan, ona həyat verən enerjidir.
Allah hər yerdədir və hər şeydir. Spinoza sübut etməyə çalışırdı
ki, Allah və təbiət - eyni substansiyadır.
Filosofların panteizmə münasibəti müxtəlif olmuşdur. İndiki
dövrdə də panteizmin həm tərəfdarları, həm də tənqidçiləri var.
Bizə elə gəlir ki, onun əleyhinə olanların sayı daha çoxdur. Bir
neçə misal göstərək.
Müasir Kanada filosofu Hyüqo Meynell panteizmi
bütövlükdə qəbul etsə də, onu özünəməxsus qaydada izah
etməyə
Ж.П.Сартр. Экзистенциализм - что гуманизм. В кн.: Сумерки богов. М.. 1989, с.327.
Panteizm (yun. «pan» - hər şey, «theos» - Allah) Allah ilə təbiəti eyniləşdirən fəlsəfi təlimdir.
477
çalışır: «Düşünürəm ki, teizm panteizmə ilk baxışda
göründüyündən daha yaxındır. Tomas Akvinatın bu fikri mənim
həmişə xoşuma gəlib: «Allah təbiətin və iradənin hər bir
əməlində iştirak edir. Allah bütün mövcudatın fəal başlanğıcı və
hərəkətverici qüvvəsidİD>. Bəs onda panteizmin pis cəhəti
nədir? Allahın praktiki olaraq insan günahından başqa bütün
hadisələrin hərəkətverici qüvvəsi olması - bir məsələ, Allahın
bu hadisələrlə eyniləşdirilməsi - başqa məsələdir. Mənə
Spinozanın «natura naturans» (yaradan təbiət) və «natura
naturata» (yaradılan təbiət) arasında fərq qoyması xoş gəlir.
Allah «natura naturans» kimi təbiətdə fəaliyyət göstərən fəal
prinsipdir».'*’
Daha çox filosof Allahı Yaradıcı kimi Kosmos ilə
eyniləşdirməyi qətiyyətlə rədd edirlər. Biz də onların mövqeyini
daha doğru hesab etdiyimiz üçün bir neçə misal gətirmək
istəyirik. Məsələn, alman filosofu Cozef Seyfert yazır: «Allahın
mövcudluğu nəticəsinə gələrkən, biz eyni zamanda panteizmin
mümkünsüzlüyünü anlayırıq. Zəruri olaraq mövcud olan Allah
Onun iradəsi olmadan mövcudluğu mümkün olmadığını
bildiyimiz dünya ilə eyni ola bilməz. Əsl atributları İlahi
xeyirxahlıq, müdriklik və ədalət olan mütləq yetkin Varlıq
mükəmməl olmayan sonlu, məhdud keyfiyyətləri olan varlıq ilə
eyniləşdirilə bilməz».’**
Bilavasitə dinin fəlsəfəsi ilə məşğul olan alimlər də pante-
izm ilə razılaşmır. Məsələn, Olvin Plantinqo deyir: «Mən
panteizmə qətiyyən inanmıram, çünki mənim fikrimcə
panteizmin mahiyyətini təşkil edən ideyaya görə Allah
Şəxsiyyət deyil, iradəsi və məqsədi olan, bu dünyanı yaradan və
mənim üçün də yer tapılan, öz niyyəti olan şüurlu Mahiyyət
deyil. Allah elə Şəxsiyyətdir ki, mən eşidilmək ümidi ilə Ona
müraciət edə bilərəm. Panteizm bunu inkar edir. Mən hətta
Allahı ətraf mühit ilə eyniləşdirən fikri axıra qədər başa düşə
bilmirəm. Məgər Şəxsiyyət Kainat ilə eyni ola bilərmi?
Bilmirəm, bu necə mümkün ola bilər? Bu mənim üçün
mənasızdır. Rasional mövqedə dayanaraq belə fikri başa
düşmək çətindir. Kimsə
Великие мыслители о ве.тиких вопросах, с.340-341. Yenə
orada, s.342.
478
nin təbiətini və funksiyalarım başa düşməkdir, həmçinin Allahın
varlığını fəlsəfi cəhətdən əsaslandırmaq, onun təbiəti, dünyaya
və insana münasibəti haqqında fikirləşməkdir.
Dinin fəlsəfəsi sözün dar mənasında Allah və din haqqında
konkret, müstəqil, ciddi fəlsəfi düşüncədir, fılosofluğun xüsusi
növüdür.
Din - mifologiyaya nisbətən fəlsəfəyə daha yaxındır. Lakin
fərq də çoxdur. Din - mənəvi, fəlsəfə isə daha çox nəzəri
şüurdur. Din - müddəalarını sübut etməyi, məntiqi cəhətdən
əsaslandırmağı tələb etmir, o inamın həqiqiliyini ağılın
həqiqiliyindən üstün tutur. Təsəvvüf (sufi) mütəfəkkirlər də bu
fikirdə idilər. Ümumiyyətlə fəlsəfə ilə dinin qarşılıqlı
münasibəti fəlsəfə tarixində heç vaxt birmənalı olmamışdır.
Hegelə görə fəlsəfə və din eyni dərəcədə insanın Mütləqi
dərk etməsinə xidmət edir. Lakin din təsəvvür və obrazlardan,
fəlsəfə isə məntiqi anlayışlardan istifadə edir.
Dinin fəlsəfəsi həmişə ya fəlsəfi dinşünaslıq, ya da fəlsəfi
ilahiyyatçılıq (teologiya) kimi, yəni ya dini etiqadların indi
mövcud olan sisteminin fəlsəfi təhlili, ya da ilk növbədə Allah
haqqında fəlsəfi təlim formasında çıxış edir.
ninin fakftfasi Ö7ünün fəlsəfi-teoloii formasında fəlsəfə ilə
dinin bir yerdə qovuşmasıdır. Allah haqqında fəlsəfi təlim
yaratmaq - fəlsəfi ilahiyyatçılığın ən əsas funksiyasıdır.
Din ilə fəlsəfə arasındakı qarşılıqlı münasibət tarixən dəyiş-
gən və müxtəlif olmuşdur. Əgər fəlsəfədə materialist xətt ardıcıl
olaraq özünü dini dünyagörüşə qarşı qoyursa, idealist fəlsəfənin
müxtəlif cərəyanları dəfələrlə ilahiyyat (teologiya) ilə
birləşmişdir. Fəlsəfə həmişə insan zəkasının gərgin işləməsidir,
nəzəri şüurdur. Dinin fəlsəfəsi - dinin nəzəri cəhətdən
əsaslandırılmasıdır.
Din ilə elm arasında əlaqə haqqında da müxtəlif, çox hallarda
ziddiyyətli fikirlər var. Materialistlər din ilə elmi bir- birinə
qarşı qoyur, onların düşmən olduğunu deyirlər. İla- hiyyatçılar
həmişə dini elmdən yüksək tuturlar. Bir çoxları isə din və elmin
bir-birinə zidd olmadığını, hətta yardımçı olduqlarını deyirlər.
Bəziləri isə onların müstəqil sahələr olduğunu
481
Dostları ilə paylaş: |