Kanta görə etika lazım olan haqqında elmdir, o öz əsasını
təbiət və cəmiyyətdə mövcud olanda deyil, ağılın qeyd-şərtsiz
qəbul edilən xüsusi, qeyri-empirik müddəalarında axtarmalıdır.
Kant etik relyativizmi qətiyyətlə rədd edirdi. Onun fəlsəfi
fəaliyyətinin əsas məqsədi hər bir etikanın təməli hesab edilən
əxlaqi prinsipin tamamilə möhkəm, ümumi olmasını sübut
etmək idi. Belə prinsipi Kant kateqorik imperativ adlandırırdı.
Əxlaq qanunlan onun dediyinə görə elə imperativlərdir (qəti
göstərişlər, tələblərdir) ki, onların həyata keçirilməsi lazımdır,
lakin buna baxmayaraq heç də həmişə yerinə yetirilmir. Kant
təsdiq edirdi ki, biz özümüzün xüsusi mənafeyimizdən imtina
etməli, öz hərəkətlərimizi hamı üçün ağlabatan, hamı tərəfindən
özününkü kimi qəbul edilən qaydalar əsasında qurmalıyıq.
Kateqorik imperativ bizim istək, məqsəd və niyyətimizdən asılı
olmayaraq nəyi isə şərtsiz olaraq yerinə yetirməyi tələb etməyi
göstərən termindir. Bu mənada Kant etikada imperativ
istiqamətin klassikidir. O, etikanın vəzifəsini insanın faktiki
mövcud olan əxlaqi həyatını təsvir və izah etməkdə deyil, daha
çox həmin elm üçün mütləq qanunlarm yaradılmasında görürdü.
Kantın əxlaq fəlsəfəsinin predmeti haqqında dedikləri XX əsr
Qərb etik fikrində geniş yayılmışdır. Burada əxlaqın mövcud
formalarının təsviri başqa fənlər (sosiologiya, psixologiya,
antropologiya, etnoqrafiya) sahəsinə keçirilir. Əxlaqın fəlsəfəsi
üçün iki sahə saxlanılır. Əvvəla, elə imperativ (məcburi
davranış qaydası) axtarılır ki, onlar mövcud gerçəklik ilə
əlaqədə olmayan və təsvir edilən elmi faktlardan məntiqi yolla
çıxarılmayan nə isə lazımi bir şey olsun. İkincisi, poziti- vistlər
tərəfindən məntiqə və idraka, əxlaq dilinin, davranış haqqında
mühakimələrin və anlayışların təhlilinə aid edilən problemlər.
Bunun əksinə olaraq irrasionalist filosoflar etikanı
həyati-praktiki fəlsəfə hesab edirlər.
Marksistlər nəzəri və praktiki etikanı bir-birinə qarşı
qoymağı qəbul etmir və göstərirlər ki, hər bir bilik insanın
dünyanı mənimsəmək sahəsində göstərdiyi praktiki fəaliyyət
sahəsidir. Normativ etika nəzəri etikanın məlumatlarına
əsaslanır.
465
4.4.
Əxlaq və davranış prinsipləri
Fəlsəfə tarixində insanın davranış qaydalarını fəlsəfi
baxımdan öyrənən ilk böyük filosof Sokrat olmuşdur. Etikanın
yaradıcısı Aristotel olsa da bir çox alimlər bu elmin banisi kimi
Sokratı tanıyırlar. Məsələn, T.V.Adomo Sokrat haqqında
yazırdı: «Ona Qərbin fəlsəfi ənənəsində əxlaqın, etikanın əsl
yaradıcısı rolu verilir. Lakin Qərbin bütün fəlsəfə tarixində özü
heç nə yaratmayan yeganə dahi filosofdur. Şübhəsiz ki, bu So-
kratın xüsusi əxlaqi-fəlsəfı mövqeyi ilə, ümumiyyətlə öz-
özlüyündə əxlaq fəlsəfəsini kəşf etməsi ilə əlaqədardır. Sokra-
tm fılosofluq etməsi əsasən praktiki istiqamət kəsb edərək insan
davranışını öyrənməyə doğru yönəlmişdir. Sokratm əsas fikri
budur ki, canlı deyilən söz həmişə öz cavabını tapmalı, fəlsəfi
kəlam «deyilən kəlam cavaba çevrilməli və konkret insanların
problemlərini həll etməyə istiqamətləndirilməlidir; yazılan söz
isə, əksinə, istisnasız olaraq bütün insanlara yönəldilməlidir,
ona görə də konkret məsələ ilə toqquşanda o özünün
fəaliyyətsizliyini və çeviksizliyini nümayiş etdirir».^^
Əxlaqi davranışlarımızda biz öz praktiki həyatımız ilə onun
idealı arasında ahəngdarlıq (harmoniya) yaratmaq məqsədi
güdürük, yəni həyatın necə olmasını öz mövqeyimizdən
müəyyənləşdirmək istəyirik. Şüurlu olaraq buna can atan
insandan başqa heç kim öz vəzifəsini yerinə yetirə bilməz.
Məqsəd həmişə əməldən əvvəl gəlir. Bizim əxlaqi həyatımızın
axırı bizim istəklərimizin ardıcıllığı ilə şərtlənir.
Xeyir və şər, həyatın mənası ideal fəlsəfi-etik biliyin əsas
problemləridir. Onlar əxlaq fəlsəfəsinin və normativ etikanın
bütün problemlərini istiqamətləndirən ən əsas və ümumi
kateqoriyalardır.
Etikanın (və ya əxlaq fəlsəfəsinin) problemləri arasında
faydalı və arzu edilən və yaxud faydasız və arzu edilməz hesab
edilən əxlaq qanunları, xoşbəxtlik, ədalət, eqoizm və altruizm ,
qoçaqlıq və qorxaqlıq, ümumiyyətlə istənilən insani vəziyyət və
keyfiyyətlər var.
Т.В..Адор
110
. Проблемы философии морали. с.203.
466
indi isə bir neçə davranış prinsipləri haqqında qısa məlumat
veririk.
Emotivizm?^ Məntiqi pozitivizmin görkəmli nümayəndəsi
A.C.Ayer (1910-1989) özünün «Dil, həqiqət və məntiq»
əsərində göstərirdi ki, əxlaq fəlsəfəsinin davranış qaydalan ilə
heç bir əlaqəsi yoxdur. Əxlaq fəlsəfəsi müstəsna olaraq sözün
mənası ilə məşğuldur. Sonra Ayer sübut etməyə çalışırdı ki,
«xeyirxah», «ədalətli», «yalançı» və b. sözlər real həyatda olan
heç nəyi təsvir etmir, sadəcə olaraq emosiyanı ifadə edir. Ona
görə də Ayerin bu nəzəriyyəsini etikanın emotiv nəzəriyyəsi və
yaxud emotivizm adlandırırlar. Bu nəzəriyyəyə görə etik
terminlər (məsələn, «yaxşı» və «pis») olan cümlələrin hamısı
danışan adamın emosional vəziyyətini ifadə edir.
Məntiqi pozitivizmin bu nəzəriyyəsinə qarşı çıxış edənlər
göstərirlər ki, əgər Ayerin bu etikası doğru olsaydı, onda əxla- qi
dəlillər (arqumentlər) irəli sürmək mümkün olmazdı. Əslində
isə insanlar həmişə əxlaqi dəlillər təklif edirlər. Onlar kimin
müqəssir, kimin haqlı olması, siyasi qərarların əhəmiyyəti və
çatışmazlığı və s. haqqında mübahisə edir və öz fikirlərini
əsaslandırmağa çalışırlar.
Eqoiznt və altmizm, Eqoizmi (lat. «ego»-mən) sistematik
olaraq özünü sevmək və ya mənfəətpərəstliyə əsaslanan əxlaq
haqqında nəzəriyyə adlandırmaq olar. Altruizmə (lat. «alter» -
başqası) isə sistematik təmənnasızlıq, şüurlu olaraq başqasının
rifahı üçün yaşamaq qərarı və ya başqalannın rifahı naminə
yaşamağı sübut edən əxlaq haqqında nəzəriyyə kimi tərif
vermək olar. Bu nəzəriyyəyə görə biz həmişə başqasının
xoşbəxtliyinə ona görə çalışmalıyıq ki, bu həm öz
xoşbəxtliyimizi, həm də başqalarının xoşbəxtliyini təmin
etməyin ən yaxşı üsuludur. Altruizm - eqoizmin tam əksidir.
Bu təriflərin hər biri iki hissədən ibarətdir. Birinci hissə
davranışın motivini (mənfəətpərəstliyi və ya təmənnasızlığı) və
şəxsiyyətin xarakterini (sistematik olaraq mənfəətpərəst və ya
təmənnasız olmağı) göstərir. İkinci hissə isə mənfəətpə-
«Emotivizm» ingiliscə «cmotivc» - emosiya yaradan, həyəcanlandıran, latınca «emoveo» -
sarsıtma, həyəcan deməkdir.
467
Dostları ilə paylaş: |