4.
Əxlaq fəlsəfəsi
4.1.
Əxlaq və etika anlayışları
Etika - praktiki fəlsəfədir, əxlaq (ədəb qaydaları) haqqında
elmdir. Həm termin, həm də xüsusi, sistemləşdirilmiş elm kimi
etika Aristotel tərəfindən yaradılıbdır. «Etika» sözünün əsasını
təşkil edən «etos» (yun. «ethos») əvvəlcə adət edilmiş yaşayış
yeri, sonralar isə sadəcə olaraq adət, davranış, xarakter, tempe-
rament, qayda kimi qəbul edilir. «İndiki vaxtda yaranmış elmi-
akademik ənənəyə görə etika daha çox bilik sahəsi, əxlaq (və
yaxud ədəb qaydalan) isə onun predmeti kimi başa düşülür.
İctimai təcrübədə və canlı dildə bu vaxta qədər bu ayrılma hələ
başa çatmayıb».^’
Amerikalılann fəlsəfə dərsliklərinin birində etikaya belə tərif
verilir: «Etika fəlsəfədə həm başqalarına, həm də özümüzə
münasibətdə necə hərəkət etməyimizi sistemli şəkildə tədqiq
etmək, həmçinin hansı şeylər, insanların hansı xarakter
xüsusiyyətləri və ya tipləri - yaxşı, müsbət qiymətə və fəxr
edilməyə, hansılann - pis, məzəmmət və ittiham edilməyə layiq
olmasını tədqiq etməkdir. Etika həm ümumi qayda və prinsiplər,
həm də xüsusi hadisələr ilə məşğuldur».^®
Aristotelin fikrincə yaxşılığı (əxlaqı) elm ilə eyniləşdirmək
səhvdir. Etikanın məqsədi bilik deyil, davranışdır, o
ümumiyyətlə rifah deyil, həyata keçirilmiş rifah haqqında bəhs
edir. Bununla da etika praktiki fəlsəfə kimi nəzəri fəlsəfədən
(metafizikadan) ayrılır. Etikanı yaxşılığın (əxlaqın) nə olduğunu
bilmək üçün deyil, yaxşı (əxlaqlı) olmaq üçün öyrənirlər.
Bir çox müəlliflər əxlaq problemini şəxsi həyatla
məhdudlaşdırmağın
əleyhinə
çıxır,
onu
ümumdünya
kontekstində şərh edirlər. Məsələn, T.V.Adomo yazır: «...Əgər
bu gün nəyi isə hələ əxlaq adlandırmaq olarsa, onu mütləq
dünyanın
inkişaf
yollarını
müəyyənləşdirmək
ilə
əlaqələndirmək lazımdır. Başqa cür də demək olar: düzgün
həyat haqqında məsələ - indi düzgün siyasət haqqında
məsələdir; əlbəttə, əgər müasir in-
^ A.A.Гусейнов. Этика. - Ва.\: Журн. «Вопросы философии». № 8. 1999. с.81.
Р.П.Вольф. О философии. М.. 1996. с.57.
459
sanlar nəhayət ki, düzgün siyasəti həyata keçirilməsi lazım olan
sahəyə daxil edirlərsə».^’
«Etika», «əxlaq», «davranış» anlayışları son nəticədə
rasional əsasa dayanmalıdır. «Bir-biri ilə ümumi dil tapmaq
üçün insanlar əxlaqın nə olduğuna yenidən cavab vermək üçün
dərk edən ağıla müraciət etmək məcburiyyətində qalır ki, onun
köməyi ilə ictimai əlaqəni tapsın, əxlaqın zəruriliyini
əsaslandırsın və onun yeni anlayışını versin. Etika əxlaqın ağıl
qarşısında özünü təmizə çıxarmaq üsuludur».^^
Əxlaq insan fəaliyyətinin ümumi qəbul edilmiş norma və
dəyərini əks etdirir. Siyasi şüurdan (həm də hüquqi şüurdan)
fərqli olaraq əxlaqi şüur şəxslər arasındakı münasibətləri əks
etdirir. Əxlaqi şüur sosial normaların elə sistemidir ki, şəxsi və
kollektiv mənafelərin birliyini təmin etmək məqsədilə insanlar
arasındakı şəxsi ünsiyyəti və davranışı nizama salır. Qanunda
yazılan və dövlətin məcbur edən qüvvəsi ilə təmin edilən
hüquqi normalardan fərqli olaraq, əxlaqın norma və qaydalan
ictimai rəyin, adətin, həmçinin insanın daxili niyyətinin, onun
tərbiyə sisteminin qüvvəsi ilə müdafiə edilir.
«Əxlaq - məna daşıyan ontoloji quraşdırmalara, insan təbiəti
haqqında təsəvvürlərə müraciət edərək əsaslandırmaq cəhdi,
antik, orta əsrlər və Yeni dövrün klassik etik fikrin əsas
xüsusiyyətidir. Bu ənənəni XX yüzilliyin naturalist istiqamətli
təlimləri, dini məktəblər davam etdirirlər. Əxlaq problemlərinə
daha fərqli radikal münasibəti bu gün müxtəlif meylli
antropoloji və analitik etika tərəfdarları müdafiə edirlər. İnsanın
əvvəlcədən verilən mənasının inkarı və özünüyaratma vasitəsi
kimi azadlığın universal dəyəri haqqında tezis - ekzistensia-
lizm təlimində əxlaqın ümumi normalarını axtarmağın
qanunauyğunluğu
haqqında
məsələ
kimi
səslənir.
Pozitivistsayağı təşkil edilmiş metaetika dilin məntiqi və
semantik analizi üzərində mərkəzləşir. Bu təlimin
nəzəriyyəçiləri arasında müxtəlif dairələrdə hakim olan əxlaq
sistemlərinin plüralizmi və or- taölçülü olmaması fikri geniş
yayılıbdır. Klassik etikanın böh-
’• Т.В.Адорно. Проблемы философии морали. M.. «Республика», 2000. с.202.
А.А.Гусейнов. Göstorilən moqalo, s.90.
460
ranı ilə əlaqədar meydana gələn ifrat relyativizmi aradan
götürməyə
cəhd
göstərən
neofrankfurt
məktəbinin
nəzəriyyəçiləri K.-O.Apel və Habermas şəxslərarası rabitəni
analiz etmək yolu ilə əxlaqın universal normalarını
əsaslandırmağa çalışırlar»/’^
Fəlsəfə tarixində bir çox görkəmli mütəfəkkirlər
ümumiyyətlə əxlaqa neqativ münasibət bəsləmişlər, insanlara
sözün əsl mənasında xidmət edəcək əxlaq normalarının
mümkünsüzlüyünü göstərmişlər. Məsələn, A.Şopenhauer
deyirdi ki, əxlaq kəşf edilmir, yaradılır. Odur ki, əxlaq qaydaları
ötəri olur, yaxşı işləmir. Nitsşe isə əxlaqı elə uydunna şey
adlandırırdı ki, onsuz bəşəriyyət yaşaya bilmir.
Universal əxlaq normalarını inkar etməyin üç müxtəlif
forması var: 1) etik skeptisizm doğru və yaxşını müəyyən etmək
məsələsində hətta ən kiçik inamı belə inkar edir; 2) etik nihilizm
hərəkətin doğru və ya yalan olmasını dəyərləndirmək imkanını
ümumiyyətlə inkar edir; 3) etik relyativizm elə nəzəriyyədir ki,
hər hansı bir hərəkətin düzgün və ya yanlış olması insanın
yaşadığı cəmiyyətdən asılıdır (yaxud ona uyğundur), yəni bir
cəmiyyətdə yaşayan insanlar üçün düzgün hesab edilən hərəkət
başqa cəmiyyətdə yaşayanlar üçün düzgün olmaya bilər.
Əxlaqi şüurun kökü nəsillərin təcrübəsinə görə cəmiyyət və
insanı saxlamaq və inkişaf etdirmək üçün faydalı olan və
insanların tələbatına və marağına cavab verən davranışları
möhkəmləndirən adətlərə qədər uzanır. Əxlaqi şüurun
xüsusiyyətlərini, onun strukturunu və tarixən dəyişən
normalarını, yuxarıda deyildiyi kimi xüsusi fəlsəfə elmi - etika
təsdiq edir. Cəmiyyətin əxlaqi şüuru ictimai mənafe baxımından
məqbul olmayan qaydaları aradan götürməyə qulluq edən
müxtəlif növ sosial yasaqlarda təzahür edir.
Əxlaq fəlsəfəsi əxlaqın mənəvi dəyərlər sistemində yerini
müəyyənləşdirir, onun təbiətini, daxili strukturunu təhlil edir,
davranış qaydalarının bu və ya başqa sistemini nəzəri cəhətdən
əsaslandırır.
Культурология XX в. Словарь. СПб. «Университетская книга». 1997. с.291.
461
Dostları ilə paylaş: |