'Amerikalı sosioloq P.A.Sorokin (1889-1968) hesab edirdi ki,
üç tip mədəniyyətin olması mümkündür: 1) mədəniyyətin «hiss
edilən» tipi. Burada gerçəklik bilavasitə qavranılır;
2)
«ideasional» tip rasional təfəkkür ilə xarakterizə olunur;
3)
«idealist» tipdə intuitiv idrak hökmranlıq edir. P.A.Sorokinə
görə mədəniyyətin bir tipindən başqasına keçməsi ilə əlaqədar
sosial münasibətlər köklü surətdə dəyişir. Mədəniyyətin
müxtəlif tiplərinin bir araya sığışmaması tarixdə həmişə
müharibələrə, böhranlara, fəlakətlərə və başqa kataklizmlərə
səbəb olmuşdur.®** /
Amerikalı antropoloq və kulturoloq L.A.Uayt (1900-1975)
mədəniyyətə müxtəlif münasibətlərdən bəhs edərək yazırdı:
«Bəziləri üçün mədəniyyət - öyrədilən tərbiyədir. Başqaları
üçün tərbiyə deyil, onun abstraksiyasıdır. Bəzi antropoloqlar
üçün daş baltalar və saxsı qablar mədəniyyətdir, başqalan üçün
heç bir maddi şey mədəniyyət deyil. Bəziləri hesab edir ki,
mədəniyyət yalnız insanlann şüurunda mövcuddur, başqalan isə
hesab edir ki, xarici aləmin yalnız hiss olunan predmet və
hadisələri mədəniyyətdir. Bəzi antropoloqlar mədəniyyəti
ideyalann məcmusu kimi təsəvvür edirlər, lakin bir-biri ilə
mübahisə edirlər ki, bu ideyalar harada yaşayır: bəzilərinə görə
öyrənilən insanların şüurunda, başqalarına görə etnoloqlarm öz
şüurunda».®’
, Başqa amerikalı alim S.P.Myordok (1897-1985)
mədəniyyətin yaranması səbəblərindən və onun mahiyyətindən
bəhs edərək yazırdı: 1. «Mədəniyyət öyrətmə yolu ilə verilir.
Mədəniyyət instinktiv deyil, anadangəlmə deyil və bioloji yolla
keçmir». 2. «Mədəniyyət tərbiyə yolu ilə aşılanır». 3.
«Mədəniyyət sosialdır». 4. «Mədəniyyət ideasiondur.
Mədəniyyəti təşkil edən qrup adətləri... ideal normalar kimi onu
əhəmiyyətli dərəcədə konseptuallaşdırıb...». 5. «Mədəniyyət
məmnuniyyət hissini təmin edir». 6. «Mədəniyyət adaptivdir
(uyğunlaşandır). Mədəni dəyişikliklər və dəyişmə prosesinin
özü, aydındır ki, üzvi aləmdəki təkamül qədər adaptivdir». 7.
«Mədə-
^
Bax: П.А.Сорокин. Человек. Цивилизация. Общество. М.. 1992.
Антология исследований культуры. T.I, СПб. «Университетская книга». 1997. с. 17.
485
niyyət inteqrativdir. Adaptasiya prosesinin məhsullarından biri
kimi həmin mədəniyyətin elementləri uzlaşdırılmış və inteqra-
tiv bütöv yaratmaq meylinə malikdir».^®
Maraqlı hesab etdiyimiz üçün burada amerikalı alimlərin
fikirlərindən bir qədər çox istifadə edirik. K.Hirts (1926) yazır:
«İnsanın özünün toxuduğu mənalar toruna düşmüş heyvan
sayan Maks Veberin nöqteyi-nəzəri ilə razılaşaraq hesab edirəm
ki, həmin tor - mədəniyyətdir. Onu qanunlan aşkar etməklə
məşğul olan eksperimental elm deyil, məna axtarmaqla məşğul
olan interpretativ (şərh edən) elm təhlil etməlidİD>.^’
» C.Feyblman yazır: «Hesab edirik ki, mədəniyyətin beş
müstəqil tipini ayırmaq və ümumi şəkildə əlavə ikisini də
göstərmək olar. Bu tipləri bir şərti olaraq ibtidaiyə qədər,
ibtidai, hərbi, dini, sivil, elmi və elmdən sonrakı tiplər
adlandırırıq»/® ^Mədəniyyət haqqında olduqca çox fikirlərin
olmasını nəzərə alaraq mədəniyyətin fəlsəfi baxımdan
öyrənilməsi tarixində onun əsas modellərini xeyli şərti olsa da
aşağıdakı kimi müəyyənləşdirmək olar: 1. «Naturalist model»
mədəniyyəti onun maddi-ənənəvi təzahürlərinə müncər edir,
mədəniyyətdə insanın davamını görür (Volter, Russo, Holbax).
2. Mədəniyyətin «klassik modelhmdə insan mədəniyyətin
subyekti olmaqla özünün mənəvi imkanlarını inkişaf etdirən
ağıllı dinamik varlıq kimi mədəniyyətin yaradıcısı kimi çıxış
edir (Kant, Hegel və b.). Mədəniyyətin bu modelinin əsasında
humanizm, rasionalizm və tarixilik prinsipi dayanır; 3.
«Qeyri-klassik (modernist) model» insanın gündəlik həyatına
istiqamətlənib. 4. Mədəniyyətin «postmodernist modeli»
mədəni reallığın yenidən canlanmasını inkar edir və belə bir
fikri əsaslandırmağa çalışır ki, dünya elə bil insanın ona təsir
etməsinə müqavimət göstərir; 5. Mədəniyyətin «aksioloji
(dəyər) modeli» insan varlığının dəyərlər aləmi adlandıra
biləcəyimiz sahəsini xüsusi olaraq ayırır. Onun əsas problemi
dəyərlərin təbiətini, onların qaynağını və ümumi əhəmiyyətini
başa düşməkdir; 6. «Fəal
” Ycno orada, s.49-55.
Yenə orada, s.l73.
Yenə orada, s.203.
486
münasibət»
vəziyyətində
mədəniyyət
insanın
həyat
fəaliyyətinin spesifik üsulu kimi çıxış edir; 7. Semiotik (işarələr)
baxımdan mədəniyyət özünün mahiyyət xarakteristikası kimi
qeyd edilir, yəni təcrübənin bioloji vəziyyətdən kənarda olan
işarə mexanizmi ilə ötürülməsi kimi baxılır; 8. Strukturalist
baxımdan mədəniyyət şəxsi faktor nəzərə alınmadan insan
fəaliyyətini nizamlayan dəyər münasibətlərinin daşıyıcıları olan
sosial elementlərin, «mədəni «nümunələr»in məcmusu kimi
başa düşülür (kəbin, ailə, adət, mətnlər, simvollar və s.);
9.
Sosioloji baxımdan mədəniyyət sosial təsisat kimi şərh
edilir; yəni təbiətdən fərqli olan sabit, dayanıqlı tam kimi başa
düşülür; 10. Humanitar baxımda əsas diqqət mədəniyyətin
mənəvi-əxlaqi subyekti kimi insanın daha da kamilləşməsi
istiqamətinə yönəldilir.^
Bir sıra Qərb alimləri təsdiq edirlər ki, standart və dəyərlər
müxtəlif mədəniyyətlərdə spesifik xarakter daşıyır. Ona görə də
insan haqlarını yalnız bir mədəniyyətin əxlaqi kodeksinə
əsaslanaraq müəyyənləşdirmək və onları bütün bəşəriyyətə
tətbiq etmək cəhdi lüzumsuzdur. Bu məsələdə azadlıq və
ədalətin ümumdünya standartlarına əsaslanmaq lazımdır.
İndiki dövrdə mədəniyyət kommunikasiya texnologiyası
sayəsində geomədəniyyətə (geokulturaya) çevrilir və
dövlətlərin strateji siyasətində getdikcə daha çox rol oynayır.
Bir çox alimlərin fikrincə bu meqakultura milli mədəniyyətlərin
təkcə qovuşması xəttində deyil, həm də onların içərisində
formalaşır.
İctimai və fərdi həyatın hansı sferasını və ya hadisəsini
götürsək, biz hər yerdə ilk növbədə mövcud cəmiyyətin,
həmçinin müəyyən fərdin inkişaf səviyyəsindən asılı olan insan
fəaliyyətinin müxtəlif variantlarını müşahidə edirik. Məsələn,
əmək sahəsində bu özünü əmək mədəniyyətində göstərir.
Həyata daxil olarkən insanlar həmin həyatın mövcud
şəraitinə yiyələnmək məcburiyyətindədir. Həmin şəraitə
yiyələnmək dərəcəsi insanın mədəniyyətini müəyyən edir: dili
mənimsəmə dərəcəsi - dil mədəniyyətini, əxlaqı mənimsəmək -
əxlaq mədəniyyətini xarakterizə edir və s. Mənəvi fəaliyyət
487
Dostları ilə paylaş: |