olmur. Bu mədəniyyətlər kortəbii çoxalır və məhv olur. İkinci
nəsil sivilizasiyalarda sosial əlaqə, yeni sosial qaydalann ilk
yaradıcılığını öz arxasınca aparan yaradıcı şəxsiyyətlərə doğru
yönəlib. İkinci nəsil sivilizasiyaları dinamik və çevikdir, Roma
və Babil kimi böyük şəhərlər qurur, əmək bölgüsü, əmtəə
mübadiləsi və bazarı inkişaf etdirir. Sənətkarlar təbəqəsi, tacirlər,
zehni əmək adamları meydana gəlir, ranqlar və statusların
mürəkkəb sistemi yaranır. Burada demokratiya atributları, seçkili
orqanlar, hüquq sistemi, özünüidarə, hakimiyyət bölgüsü inkişaf
edə bilir. Üçüncü «^5//sivilizasiyalar din əsasında formalaşır, t
A.Toynbinin dediyinə görə XX əsrə qədər mövcud olmuş otuz
sivilizasiyadan 7-si və yaxud 8-i qalıb: xristian, islam, buddist,
hinduizm və b. sivilizasiyalar, f
Öz sələfləri kimi Toynbi də sivilizasiyalann inkişafının sik- lik
sxemini qəbul edir: yaranma, artma, çiçəklənmə, sökülmə və
dağılma dövrləri. Lakin bu sxem qaçılmaz deyil, sivilizasiyaların
məhvi ehtimaldır, lakin zəruri deyil. Sivilizasiyalar da insanlar
kimi uzaqgörən deyildir: onlar özlərinin inkişafını təmin edən öz
hərəkətlərinin və vacib şəraitin daxili hərəkətverici qüvvəsini
axıra qədər başa düşmürlər. Fikrin tarixi prosesə təsir dərəcəsi
artır. Alimlərin nüflızu və onların siyasi həyata, iqtisadiyyata və
gündəlik həyata təsiri getdikcə çoxalır.
K.Yaspersin təməl vaxt (sivilizasiya) konsepsiyası. Təməl
(məhvər) vaxt K.Yaspersin kulturoloji dünyagörüşündə əsas
anlayışlardan biridir. Bu elə bir dövrdür ki, sivilizasiyaların
sonrakı inkişafı üçün elə bil ki, ox rolunu oynayır və gələcək
dövrdə onun ətrafında fırlanır. Yaspers b.e.ə. 800-cü ildən 200-cü
ilə qədər olan dövrü - təməl vaxt adlandırır. Onun fikrincə, dünya
sivilizasiyasının bütün sonrakı inkişafının miqyasını və
problemlərini məhz həmin vaxt müəyyənləşdirmişdir.
Yaspersə görə həmin dövrdə dünya mədəniyyətinin «üç
yuvası»nda tamamilə yeni dəyərlər irəli sürən dini-etik təlimlər
meydana gəlmişdir. Həmin dəyərlər 0 qədər dərin və universaldır
ki, bu gün də öz aktuallığını itirməyibdir. Aralıq dənizinin şərq
tərəfindəki bölgədə (Qərbin başlanğıcı) - Fələstin
494
peyğəmbərləri, Zərdüşt, yunan şairləri, filosofları və
tarixçilərinin təlimləri; Hind bölgəsində - Buddanın nəsihətləri;
Çində - daosizm və konfusiçilik təlimləri meydana gəlmişdir.
Yunan- yəhudi ənənələri əsasında yaranan Qərb mədəniyyətini
başqa qədim Şərq mədəniyyətlərinə qarşı qoyan Veberdən fərqli
olaraq Yaspers qədim dünya mədəniyyətinin «üç yuvası»nm
hamısı üçün bir ümumi təməl vaxtın eyni dərəcədə əhəmiyyətli
olması fikrini əsaslandırırdı.
\ Dünya mədəniyyətinin inkişafında Yaspers «iki nəfəs»in
olduğunu göstərir. Birinci - «Prometey dövrü»ndən (oddan
istifadə, nitqin və əmək alətlərinin yaranmasından) başlayır və
qədim dövrün «böyük mədəniyyətləri»ndən keçərək təməl vaxta
gətirir. İkinci isə - «yeni Prometey dövrü»ndən (indiyə qədər
davam edən elm və texnika dövründən) başlayaraq və gələcək
«böyük mədəniyyətlər»dən keçərək «insanın həqiqi təşəkkülü»
ilə bağlı olacaq hələ uzaqda olan ikinci təməl vaxta aparır.
Yaspersin fikrincə təməl vaxtda yaranan və qədim dövdəki
«böyük mədəniyyət»ə malik xalqlar tərəfindən mənimsənilən
universal mədəni dəyərlər nəticədə həmin xalqların mədəni
özünəməxsusluğunu itirməyə gətirib çıxardı. Bu isə daha
əhəmiyyətli dünya mədəniyyətlərinin vahid ümumbəşəri
mədəniyyətə doğru inkişafının vektorunu müəyyənləşdirir.
Təməl vaxt - bütün dünya mədəniyyətlərini seçim qarşısında
qoyur: ya doğulmada olan dünya mədəniyyətində assimilyasiya
olmaq, ya da məhv olmaq, t
«...Əvvəlcə dünyada bir-birindən köklü surətdə və ya xeyli
dərəcədə fərqlənən hansı düşüncə tərzlərinin, həyat tərzlərinin,
mədəniyyətlərin olması və bunların əsas fərqləndirici
xüsusiyyətləri öyrənilməlidir. Çünki hər bir xalqın, etnosun
özünə məxsus spesifik cəhətləri olsa da, daha böyük miqyasda
eyniyyət məqamlarının olması bir neçə böyük sivilizasiyalardan
və mədəniyyətlərdən danışmağa imkan verir».^*^
İnformasion cəmiyyətin təşəkkül tapması həyat tərzini,
sosial-mədəni prosesləri, elmi biliyin paradiqma strukturunu
kökündən dəyişən dünya sivilizasiyasının yeni mərhələsini açır.
S.Xolilov. Sivilizasiya vocomiyyot. İ3ax: Jum. «İ|wk yolu», №2.2000, s.18-19.
495
< Sivilizasiyaların toqquşması nazəriyyəsL Amerika
politolo-
qu
Semuel
P.Hantinqtonun
«Sivilizasiyalann
toqquşması və dünya qaydasının dəyişdirilməsi» kitabı (1996)
dünyada böyük maraq doğurubdur. O, «Qərbi Qərb edən
nədir?» sualına belə cavab verir: Klassik irs: yunan fəlsəfəsi və
rasionalizm; Roma hüququ, latın dili və xristianlıq; dini və
dünyəvi hakimiyyətlərin ayrılması, qanunun hökmranlığı;
sosial plüralizm və vətəndaş cəmiyyəti; nümayəndəli
hakimiyyət; fərdiyyətçilik.»^ Hantinqton sivilizasiyaların
toqquşmasını zəruri hesab edir və bunun səbəbini aşağıdakı
kimi izah edir, t
«Əvvəla, sivilizasiyalar arasındakı fərq nəinki sadəcə olaraq
bir reallıqdır, onlar getdikcə daha vacib olurlar. Sivilizasiyalar
özlərinin tarixinə, dilinə, mədəniyyətinə, ənənələrinə, ən vacibi
isə - dininə görə oxşar deyillər. Müxtəlif sivilizasiyalara məxsus
insanlar Allah və insan, fərd və qrup, vətəndaş və dövlət,
valideyn və uşaqlar, ər və arvad arasındakı münasibətlərə
müxtəlif cür baxırlar; hüquq və vəzifələrə, azadlıq və məcbur
etməyə, bərabərlik və tabeçiliyə fərqli qiymət verirlər. Bu
fərqlər əsrlərlə yaranıb. Onlar yaxın gələcəkdə aradan qal-
dınlmayacaqdır».^^
«İkincisi, müxtəlif sivilizasiyalardan olan xalqlar arasındakı
qarşılıqlı əlaqə sivilizasion mənlik şüurunun artmasına,
sivilizasiyalar arasındakı fərqləri və bir sivilizasiya daxilindəki
birliyi daha dərindən anlamağa gətirib çıxarır».
«Üçüncüsü, iqtisadi modemizasiya və onu müşayiət edən
sosial dəyişikliklər yerli dəyər sistemini və həyat tərzini dağıdır,
tarixi eyniyyət kimi milli dövlətləri zəiflədir. Yaranan boşluğu
çox hallarda daha geniş sosial təbəqələri özünə cəlb edən
təməlçi dini hərəkatlar doldurun>.
«Dördüncüsü, Qərbin həddən artıq güclənməsi əks reaksiya
kimi qeyri-qərb sivilizasiyaların
yaranmasına, dünyanı
özlərinin Qərbdən fərqli olaraq yaratdıqları nümunələrə uyğun
olaraq qurmaq cəhdlərinin meydana çıxmasına səbəb olun>.
Bax: Журн. «Мировая экономика и международные отношения», № 8,1997. с. 86.
Сравнительное изучение цивилизаш{й. Хрестоматия. М., «Аспект Пресс», 1999,
с.215-216.
496
Dostları ilə paylaş: |