hedonizm göstərir ki, insanlar faktiki olaraq yalnız həzz
almaqla kifayətlənməməli, ona nail olmaq üçün səy
göstərməlidirlər. Çünki zövq yeganə faydalı nemətdir,
Qeyri-zorakılıq etikası. İnsan həyatı həmişə zorakılıq ilə
bağlı olmuşdur. Dövlətlərarası, şəxsiyyətlərarası, milli
problemlərin güc mövqeyindən həlli problemləri demək olar ki,
ənənəyə çevrilibdir. Zorakılığın hüquq və imtiyazları, iqtisadi
və siyasi hökmranlığı əldə etmək və saxlamaq üsulu kimi
mövcud olması ictimai faktdır.
Qeyri-zorakılıq etikası məhz zorakılığın dünyanı idarə etdiyi,
qanunsuzluqlar törətdiyi vaxt meydana gəlir. Etika tarixindən
bizə məlumdur ki, hər bir yeni cərəyan mövcud və hökmran
tendensiyaya zidd olaraq yaranır.
Qeyri-zorakılıq etikası problem və konfliktlərin həll
olunmasının elə prinsip və metodudur ki, şəxsiyyət üzərində hər
cür, o cümlədən mənəvi və fiziki zorakılığı istisna edir. Qeyri-
zorakılıq etikası elə həyat tərzidir ki, hər kəs ona uyğun olaraq
başqa insanlar ilə öz əlaqəsini qurur, bütün canlılara, təbiətə
münasibət bəsləyir.
Qeyri-zorakılıq etikasının prinsiplərinin yaranmasında
böyük rus yazıçısı L.N.Tolstoyun böyük xidməti olmuşdur. O,
yazırdı ki, şərə qarşı zorakılıqla müqavimət göstərməyin
zəruriliyini qəbul etmək, insanların özlərinin adət etdikləri
sevimli
nöqsanlarına
(qısqanclıq,
qərəz,
qibtə,
hakimiyyətsevərlik,
qorxaqlıq,
kin
və
s.)
bəraət
qazandırmaqdan başqa bir şey deyil. Tolstoyun dediklərindən
belə nəticə çıxır ki, zorakılıq gücsüzlükdür, səmərəsizlikdir,
dağıtmaqdır, qeyri-insanidir.
Hindistanın müstəqilliyi uğrunda çalışan M.Qandi azadlığı
dinc yolla əldə etməyi arzulayırdı. Qandi qeyri-zorakı
mübarizənin iki formasını qəbul edir: əməkdaşlıq etməmək və
vətəndaş itaətsizliyi. Bu fikirlər onun «Mənim qeyri-zorakılığa
inamım» əsərində öz əksini tapmışdır. O, yazmışdı:
«Qeyri-zorakılıq bəşəriyyətin xidmətində olan çox böyük
qüvvədir. O insan düha-
471
sının yaratdığı ən güclü dağıdıcı silahdan daha güclüdÜD>.^’ Qan-
di üçün qeyri-zorakılıq təkcə üsul deyil, həm də ideal idi.
5.
Dinin fəlsəfəsi
5.1.
Din nədir? İnam və Allah
Dinin nə olması haqqında məsələ çox qədim vaxtlardan
mübahisə və müzakirələrə səbəb olmuşdur. Bu mübahisənin
əsasında insanların dünyagörüşündə və onların sosial-siyasi,
əxlaqi amallarındakı fərq durur.
Din cəmiyyətdə sosial birlik, həmrəylik, mənəvi əlaqə üçün
qüdrətli vasitə kimi çıxış edir. Din nisbi müstəqilliyə malikdir,
bu da ona xüsusi sabitlik verir.
Təbiət hadisələrini, ayrı-ayrı əşyaları, heyvanları və s. ilahi
ləşdirən ibtidai dinhri insanların özləri yaradıblar. Dinin erkən
formalan
bunlardır:
XAnimizm
təbiət
hadisələrinin
şəxsləşdirilməsi, onlara insana x^s olan əlamət və qabiliyyətlər
verməyə əsaslanan görüşlər sistemidir^ Animizm (lat. «an-
4^ma», «animus» - ruh, can) ruh haqqında dini-mistık təsəv-
^rlərə deyTUrT^J TotemlznT^^n qrupları (tayfa, qövm)' ilə
totemlər (heyvan( bitki, bəzən hətta cansız predmet və
hadisələr) arasındakı fövqəltəbii qohumluğa inanmağa
əsaslanan ibtidai görüşlər sistemidir. F e i i ş i z m (frans.
«fetiche» - idol, talisman-tilsim) bəzi predmetlərin (fetişlərin)
fövqəltəbii, ilahi xassələrə malik olmasına inanmağa deyilir.
Hər şey - qeyri-adi forması olan daş, ağac, heyvan, kiçik
heykəlciklər (idollar) fetiş kimi çıxış edir.
Bir sıra milli dinlər də mövcuddur: yəhudilərin iudaizmi,
hinduizm, yaponların sintoizmi, çinlilərin daosizmi, dinə
çevrilən konfiısiçilik və s.
Buddizm, xristianlıq, islam isə dünya dinləri hesab edilir.
Çünki onlar bir xalq deyil, çoxları tərəfindən həyata keçirilib,
dünyanın çox yerinə yayılıb.
Sitat götürülüb:A..Zl.JIıiTMaH.CoBpeMeHiıaH HHiUfHCKaa
(]}Haoco(])Mfl.
M.,«Mbicjib»,
1985,
C.
198.
472
İudaizm, xristianlıq, islam həm də səmavi (göydən göndərilən) din
hesab edilir. Çünki müvafiq olaraq Bibliya (Qədim / Əhd), «İncil»
(Yeni Əhd) və Quran - Allah kəlamı hesab edilir.^
Bütün dinlər Ali Reallığa inam ilə bağlıdır və insanlan
ümumi məqsədə doğru aparır. Doğrudur, müxtəlif dinlərin hər
biri özünün müstəsna məqsədini elan edir, öz Allahının və
yaxud Ali Prinsipinin başqalarına oxşamadığını qətiyyətlə sübut
etməyə çalışır. Buna baxmayaraq Ali Reallığın və yaxud Ali
Prinsipin mövcudluğunu qəbul etməklə biz təsdiq edirik ki, bu
Reallığa itaətin formalan çox olsa da O yalnız tək ola bilər.
Konfusi demişdir: «Dünyada çox yollar var, lakin onların
hamısı bir məqsədə doğru aparır. Yüz üsul var, lakin nəticə
həmişə birdir».“*“
Filosof və sosioloqların heç də hamısı dinin insan həyatında
roluna müsbət qiymət verməmişlər. Məsələn, K.Marks hesab
edirdi ki, din şüurun təhrif edilmiş formasıdır və xalq kütləsinin
istismar olunmasına şərait yaradır. O, dini «xalq üçün tiryək»,
«zülm çəkən canlı varlığın ah-naləsi» hesab edirdi.
Materialistlər, xüsusən marksistlər mübariz ateizm (Allahı
inkar) mövqeyində dayanırdılar. F.Engels yazırdı: «...Hər bir
din in- sanlann beynində onların üzərində, gündəlik həyatında
hökmranlıq edən xarici qüvvələrin elə fantastik inikasıdır ki,
burada dünyəvi qüvvələr qeyri-dünyəvi forma kəsb edİD>.“"
Marksist təlimə görə, dinin ən dərin kökləri ictimaidir. Allaha
inam hər şeydən əvvəl insanların təbiətdən və onlar üzərində
hökmranlıq edən ictimai qüvvələrdən asılılığının obyektiv
münasibətləri ilə şərtlənir. Dinin həm də qnoseoloji kökləri var.
İctimai varlıq insan şüurunda gerçəkliyin təhrif olunmuş şəkildə
əks olunmasının mümkünlüyü şəraitində təbiətüstü qüvvəyə
inam yaradır. Ateizm - dini görüşləri inkar etməyə yönəlmiş
təlim kimi meydana gəlib.
Dinin bir çox idealist tədqiqatçıları da Allahın varlığını inkar
edirlər (ateist ekzistensialistlər, freydçilər və b.). Məsələn, Freyd dini
cəmiyyətin xüsusi xəstəliyi, narkotik sərxoşluğun
^“Sitat götürülüb; Всемирное писание. M., «Республика». 199.*), c.44.
К.Маркс п Ф.Эпгсльс. Сочинения. Т.20, с.328.
473
Dostları ilə paylaş: |