Dəyər və dəyərin istiqamətləndirilməsi sistemi, etik duyğular,
əxlaqi mühakimələr, həmçinin əxlaqi ideallar əxlaqi şüurun
tərkib hissələridir.
Başqa mənəvi dəyərlərə münasibətdə olduğu kimi əxlaqi
şüurun da iki səviyyəsi olduğu qəbul edilib: adi-praktiki və nəzəri
səviyyələr. Əgər adi-praktiki səviyyədə cəmiyyətin real adətləri,
əməli davranışları əks olunursa, nəzəri səviyyədə cəmiyyət
tərəfindən proqnozlaşdırılan ideal formalaşır. Əxlaqi şüurun
ideal-nəzəri səviyyəsi daha çox əxlaq adlanır. Əxlaq real mövcud
olana tənqidi yanaşır, indikində idealın rüşeymlə- rini axtarır.
Əxlaq - insanın xeyir və şər, ədalət və ədalətsizlik, borc,
vicdan, vicdansızlıq və s. haqqında təsəvvürlərini ifadə edən
qayda və normalann məcmusudur. Əxlaq həyatın bütün
sferalarında - əməkdə, siyasətdə, məişət və ailədə, elm və
mədəniyyətdə insanın davranışını nizamlayır.
insan mahiyyətinin təzahürü kimi mənəviyyat özlüyündə
insan simasını müəyyənləşdirən əsas əlamətdir. Əxlaqi
davranışlar insanın elə əlamətidir ki, onsuz ümumiyyətlə
cəmiyyətin mövcudluğu mümkün deyil. Bu mənada əxlaqi şüur
insan cəmiyyətinin tərəqqisi, onun humanistləşməsi üçün zəruri
amildir.
Əxlaqı - iradənin ağılı adlandıran Hegel təsdiq edirdi ki,
«insan nə qədər ki, özü öz ağası deyil, o heç vaxt təbiətin ağası
ola bilməz». Onun etik görüşləri, xüsusən onun «ümumi
insansevərlik» borcu və vəzifələri haqqındakı düşüncələri Kantın
etik görüşləri ilə həmahəng səslənir. Hegelin etik görüşləri
bütövlükdə alman klassik fəlsəfəsi üçün xarakterik olan
humanizm ruhu ilə doludur.
Beləliklə, «etika» anlayışı iki mənada işlədilir. İlk növbədə 0
əxlaqi prinsiplər və ümumiyyətlə əxlaqın intellektual qaynağı və
onun əsaslandırılması haqqında nəzəriyyənin tədqiqini nəzərdə
tutur. İkincisi, bu söz fərdlərin və yaxud müxtəlif peşə
nümayəndələrinin
rəhbər
tutduqları
konkret
davranış
prinsiplərini ifadə edir. Məsələn, əmək etikası, müəllim etikası,
biznes etikası, həkimlik etikası və s. kimi fərqli etikalar var.
462
Əxlaq fəlsəfəsi başlıca olaraq sözün yuxanda göstərilən birinci
mənasında çıxış edir.
4.2.
Platon əxlaq haqqında
Antik fəlsəfədə əxlaq haqqında orijinal fikir söyləyən
Platonun əxlaq fəlsəfəsi haqqında qısa da olsa məlumat vermək
lazımdır.
Platon «əsl əxlaq»ın təbiətini tədqiq etmək üçün iki
analogiya (oxşatma ilə müqayisə) təklif edirdi.
Birinci analogiya ruh (yəni şəxsiyyət) və bədən arasında
olur. O, sübut edirdi ki, biz sağlam ruh, sağlam bədən və yaxud
xəstə bədən və xəstə ruh haqqında danışa bilərik. Bədənin
sağlamlığı onu təşkil edən elementlərin əsl harmoniyası və
nizamına əsaslanır; ruhun sağlamlığı da analoji olaraq psixi
elementlərin düzgün təşkil edilməsindən asılıdır. Platon ruhun
üç funksional hissəsi olduğunu göstərirdi: 1) ağıl və yaxud
alternativlər haqqında fikirləşmək, onlan müqayisə etmək
qüvvəsi, lazımsız ehtirası əzmək və düşünülmüş yol seçmək; 2)
fərdin təcavüzkar, müharibəni sevən, volyuntarist başlanğıcı; 3)
ehtiraslı istək. Bu üç başlanğıcdan hər biri ruhun sağlamlığı,
xeyirxahlığı işində müəyyən rol oynayır. Ağıl mərdliyi idarə
etməli, tənzimləməlidir və insanın təcavüzkarlığını müdrik,
rəvan yola yönəltməlidir. Sağlam, vacib həyati istək ağıl
tərəfindən tənzimlənməli, zəruri nisbətdə və lazımi dərəcədə
ödənilməlidir.
İkinci analogiya Platona görə insanın ruhu bütövlükdə və
cəmiyyət arasında olur. Ruhda özünün funksiyaları və birinin
başqasına ağılla müəyyənləşən tabeolma qaydaları olan bir neçə
başlanğıc olduğu kimi, cəmiyyətdə də xüsusi funksiyaları və
bir-biri ilə ünsiyyətdə müvafiq sosial münasibətləri olan
vətəndaşların bir sıra qrupları olur. Ağıl ruhu idarə etdiyi kimi,
ən müdrik vətəndaşlar da cəmiyyəti idarə etməlidir. Çünki onlar
cəmiyyət üçün yaxşı olan nə varsa həmin keyfiyyətə malikdir,
ziyanlı istək həvəsindən qorunmaq üçün özünü ağılın
nəzarətində saxlaya bilir.
463
Platona görə şər biliyin azlığından yaranır. Əgər insanlar
nəyin düz olduğunu başa düşsələr heç vaxt pis iş törətməzlər.
Lakin problem ondadır ki, düz işi və ya Platonun dediyi kimi
faydalı işi necə mənimsəmək olar? Düzgün həyat haqqında
insanların çeşidli fikirdə olduğu şəraitdə bunu necə həyata
keçirmək olar? Bu suala cavab verən Platon göstərirdi ki, düzgün
həyatın təbiətini dərk etmək intellektual vəzifədir. İnsanları
düzgün həyata hazırlamaq proqramını irəli sürən Platon təhsilin
iki üsulla həyata keçirilməsini tələb edirdi. Bir tərəfdən insanda
yeni xeyirxah davranış vərdişi yaranmalı, digər tərəf- dənsə
riyaziyyat və fəlsəfəni öyrətmək yolu ilə insanda əqli qabiliyyəti
inkişaf etdirmək zəruridir. Onun fikrincə xeyirxahlıq
bəşəriyyətdən asılı olmayaraq mövcuddur.
Kainatı canlı və qanunauyğun bütöv kimi başa düşən Platon
insanı bu Kainatın kiçicik obrazı, mikrokosmos hesab edirdi. Bu
fikrə uyğun olaraq insan yalnız o zaman əxlaqauyğun hərəkət
edir ki, o çoxlu mikrokosmoslan birləşdirən bütövlük qanunlarını
həyata keçirir, polisin, yəni vətəndaş ümumiliyi qanunlannı
təcəssüm etdirir. Platonun əxlaq fəlsəfəsini qanunla
əsaslandınlan hərəkət, əməl fəlsəfəsi adlandırmaq olar.
4.3.
Kantın əxlaq fəlsəfəsi
Kant etikada naturalist aspekt ilə əxlaqi davranış qaydalarının
qanşdırılmasını «praktiki fəlsəfə» hesab edirdi. Əxlaqın fəlsəfəsi
«bütün empirik cəhətlərdən və antropologiyaya aid nə varsa
hamısından təmizlənməlidir».^"*
Kant əvvəllər «moral» (əxlaq) anlayışından demək olar ki,
istifadə etmirdi. O, hələ «sitten» (xasiyyət) terminini işlədirdi.
Bizim bu gün moral (əxlaq) adlandırdığımız anlayışı Kant
praktiki ağıl, vəzifə, kateqorik imperativ (qəti tələb) terminləri ilə
ifadə edirdi. «Moral» termininin özünü isə Kant Aristotelin
işlətdiyi «etika» mənasında qəbul edirdi, yəni əxlaq haqqında
mühakimə yürütmək kimi.
И.Каит. Сочинения. В 6-тн тт.. Т.4, Ч.1, М., 1965. с.223.
464
Dostları ilə paylaş: |