əsl qurtuluş yalnız zənciri qırmaq və öhdəliyi atmaq deyil, hər
şeydən əvvəl azadlığın mahiyyətini öncədən müəyyən
etməkdir».^' Onun sözlərinə görə özbaşınalıq «azadlığın gecə
tərəfi-
dİD>.
Çoxlan isə deyirlər ki, azadlıq müəyyən fikir müstəqilliyi,
fəaliyyət sərbəstliyi deməkdir, insanın öz yaradıcılıq
qabiliyyətini sərbəst ifadə etmək imkanıdır.
Beləliklə, azadlıq haqqında olduqca çox fikir müxtəlifliyi
var. K.Yaspers bu münasibətlə haqlı olaraq deyirdi ki, ola bilsin
insanlar arasındakı ən dərin ziddiyyətlər azadlığı necə başa
düşmək ilə şərtlənmişdir.
Siyasi azadlıq. Fəlsəfə tarixində bir sıra böyük filosoflar
(Aristotel, Hegel, Marks və b.) azadlıq, o cümlədən siyasi
azadlıq haqqında fikir söyləmişlər. Məsələn, ingilis filosofu
T.Hobbsa görə azadlıq qanunla yasaq edilməyən hər şeyi
istədiyin kimi etmək və qanunun məcbur etmədiyini isə
etməmək imkanıdır.^^ Burada azadlıq - qanunun əksidir, lakin
onlar bir- birini inkar etmir, qarşılıqlı olaraq məhdudlaşdırırlar.
Qanunlar çoxaldıqca - azadlıqlar azalır və yaxud əksinə.
T.Hobbs buradan belə nəticə çıxanr: bir halda ki, qanunlar
vətəndaşların bütün hərəkət və davranışlarım əhatə edə bilmir,
istənilən idarə formasında həmişə qanunun yasaq etmədiyi və
yaxud məcbur etmədiyi sonsuz dərəcədə çoxlu hallar olur. Ona
görə də hər bir dövlətdə - istər monarxiya, istərsə də
demokratiya olsun - vətəndaşlar azaddır.” Hətta suverenin
(monarx və ya xalqın) hakimiyyəti məhdudlaşmayanda da
vətəndaş azaddır. Çünki suverenin iradəsi qanun deməkdir,”
qanun isə azadlığı məhv etmir, onu yalnız məhdudlaşdırır.
Azadlığın liberal anlayışına görə qanun azadlığın əksi deyil,
onun zəruri şərtidir, o azadlığı məhdudlaşdırmır, əksinə onu
saxlayır və genişləndirir. Başqa ingilis filosofu C.Lokk deyirdi:
«Qanun olmayan yerdə azadlıq da yoxdun>.” Azadlığın liberal
М.Хайдеггер. Время и бытие. M.. 1993, c.l 18.
Т.Гоббс. Сочинения. В 2-х тг., Т.1, М.. 1989, с.409; Т.П, М., 1991, с.16.5.
170-171. Ycno orada, T.l, s.379,409; Т.П, s.l67.
Ycno orada, T.l, s.338, 343; Т.П, s.210.
ДЖ.ЛОКК.
Сочинения. В 3-х гг.. Т.З. М.. 1988. с.293.
456
anlayışı qanun və iradəni qəti şəkildə bir-birinə qarşı qoymağa
əsaslanır. İradə nə isə fərdi, müəyyən olmayan, naməlum və
daimi olmayan bir şeydir.Qanun isə ümumi, müəyyən, elan
edilmiş və daimi bir şeydir.^^ Başqasının iradəsindən asılı
olmaq insanı azadlıqdan məhrum edir, qanundan (yalnız ondan)
asılı olmaq isə onu azad edir. Beləliklə, liberal anlayışda qanun
azadlığı deyil, azadlıq qanunu məhdudlaşdırır, qanun azadlığın
hüdudunu deyil, azadlıq qanunun hüdudunu müəyyən edir.
Libertarizm anlayışı liberalizmdən fərqli olaraq müasir sosial
fəlsəfədə radikal fərdiyyətçiliyi ifadə edir, bu və ya başqa
şəkildə izah edilən faktiki sosial bərabərlik və sosial ədalət
naminə fərdin azadlığını məhdudlaşdırmağa qarşı kəskin çıxış
edir. İmkanların bərabərliyi prinsipi klassik liberalizmin
aşağıdakı müddəasından irəli gəlir: ailə, icma və ya dövlət deyil,
məhz insan cəmiyyətin yeganə özəyidir və sosial qurumun
məqsədi insanın azadlığını təmin etməkdir.
Alman filosofu F.Şellinqə görə vətəndaşın azadlığı
cəmiyyətin müvafiq şəkildə təşkil edilməsi, onun dövlət forması
ilə şərtlənir. O, yazırdı: «Ümumi hüquqi quruluş azadlığın
şərtidir, çünki onsuz azadlığın təminatı ola bilməz... Azadlıq
yasaq edilmiş məhsul kimi istifadə edilən mərhəmət və ya nemət
ola bilməz. Azadlıq təbiət qanunları kimi açıq və dəyişməz
qaydalarla təmin edilməlidir».^*
Müasir mütəxəssislərin çoxu siyasi azadlığın dörd növü
olduğunu göstərirlər: 1) milli azadlıq; 2) nümayəndəli idarə
qurmaq azadlığı (avtokratiyanın əksinə olaraq); 3) iqtisadi
azadlıq; 4) fərdi azadlıq.
Milli azadlıq. İqtisadi istismar adətən ölkənin müstəmləkə
olmasının əsas səbəbi hesab edilir. Müstəmləkəçilik yerli əhalini
itaətdə saxlayan hakimiyyət forması yaradır və yerli əhali aşağı
sinfi təşkil edir, hətta çox vaxt öz ölkəsinin təbii sərvətlərindən
istifadə etməyə buraxılmır. Müstəmləkə idarəsi həm də yad dilə,
dinə və mədəniyyətə əsaslandığı üçün yerli tira-
Yenə orada, s.375.
Yenə orada, s.341.
-s Ф.В.Шеллинг. Сочинения, Т. 1. M.. 1987, c.456.
457
niyadan da pis hesab edilir. Müstəmləkəçilik çox hallarda yerli
mədəniyyəti və dini sıxışdırır və hətta yerli dili aradan
götürməyə gətirib çıxarır. Belə vəziyyətdə milli azadlıq ön
plana keçir.
Nümayəndəli idarə qurmaq azadlığı. Siyasi azadlıq
qazanmaq üçün milli azadlıq, əlbəttə, zəruri olsa da kifayət
deyil. Hansı hakimiyyət forması azadlığı daha çox təmin edir?
Təbiidir ki, insanlar özləri özlərini idarə edərkən maksimum
azadlıqlarını təmin etməyə çalışırlar. Azadlıq idealına daha
yaxın nümayəndəli idarə formasıdır. Burada müntəzəm olaraq
seçkilər keçirilir. Həddibuluğa çatan bütün vətəndaşlar, bütün
siyasi partiyalar, müstəqil siyasətçilər seçkidə iştirak etmək
hüququna malikdirlər. Seçkilərin saxtalaşdırılmasının qarşısı
alınır.
İqtisadi azadlıq deyəndə adətən xüsusi mülkiyyətə malik
olmaq, istədiyin malı almaq və satmaq, öz əməyini satmaq
azadlığı nəzərdə tutulur. İqtisadi azadlıq həm də xüsusi
mülkiyyəti satmaq və işə götürmək haqqında müqavilələri
təmin edən dövlət idarəçiliyini nəzərdə tutur. Nümayəndəli
idarə iqtisadi azadlığa tam təminat verə bilərmi? Əlbəttə yox.
Milli azadlıq, nümayəndəli idarə forması və iqtisadi azadlıq -
mahiyyətcə kollektiv azadlıqdır.
Fərdi azadlıq. C.Lokk göstərirdi ki, üç növ təbii hüquq var:
yaşamaq hüququ, azadlıq hüququ və mülkiyyət hüququ. ABŞ
İstiqlaliyyət Bəyannaməsinin müəllifi T.Cefferson mülkiyyət
hüququnu xoşbəxt olmaq hüququ ilə əvəz etdi. Özünün bütün
keyfiyyətlərinə və dəyərinə rəğmən təbii hüquq nəzəriyyəsi hər
şeyi əhatə etmir və azadlıq haqqında başqa ideyaları əvəz edə
bilmir.
Fərdi azadlıq başqa adamların, xüsusən dövlətin şəxsi həyata
lüzumsuz müdaxiləsindən azad olmaqdır. Ən vacib şəxsi
azadlıqlar adətən aşağıdakılar hesab edilir: söz və fikir azadlığı,
informasiya azadlığı, mülkiyyət azadlığı, dini etiqad azadlığı,
nigah bağlamaq və boşanmaq azadlığı. Fərdi azadlıq ideyası
liberal təlimlərdə daha fəal müdafiə olunur.
458
Dostları ilə paylaş: |