göstərir və bir həqiqətə - Allahın varlığına doğru apardığını
təsdiq edirlər. Məsələn, İbn Rüşdün «ikili həqiqət» təlimi buna
misaldır.
Britaniya antropoloqu, müasir funksionalizmin yaradıcısı
Bronislav Malinovski yazır: «Elm, magiya və din əşyalara,
müvafiq fikri proseslərə, sosial təşkilatlara və praqmatik
funksiyalara münasibətə görə fərqlənirlər. Onların hər birinin
başqalarından aydın şəkildə fərqlənən forması var. Elm-
texnologiyada ifadə olunur, müşahidəyə əsaslanır, nəzəri
cəhətdən qısaca şərh edilmiş qaydaların, daha son mərhələdə isə
bilik sisteminin tərkibində olur. Magiya - mərasim, hərəkət, söz
və cadunun birləşməsi kimi çıxış edir. O insana müşahidə və
təcrübə vasitəsilə deyil, mifoloji təsəvvürlərə əsaslanan
möcüzələrdə açılır. Din - kütləvi və yaxud xüsusi təntənə, dua,
qurbanvermə və dini ayin formasını qazanır».^'
Böyük elmi nailiyyətlərin, məsələn, Nyütonun qanunlarının,
Eynşteynin nisbilik nəzəriyyəsinin və başqa kəşflərin qaynağını
müqəddəs dini kitablarda axtarmaq bizcə düzgün deyil. Belə
münasibət dinin rolunu kiçiltməkdir. Din - insanı fani, keçici
maddi dünya üçün deyil əbədiyyət üçün hazırlayır, onun
mənəviyyatını saflaşdınr, Allaha yaxınlaşdırır. Elmin isə öz
vəzifələri var - real gerçəkliyi öyrənmək. Bununla əlaqədar
Harvard (ABŞ) universitetinin professoru Oyen Qinqric haqlı
olaraq deyir: «Mən Bibliyanı heç də elmi soraq kitabçası hesab
etmirəm və bu məsələdə Bibliya göyün necə qurulduğunu deyil,
insanın oraya necə getməyini öyrədir, - fikrini irəli sürən Qalileyi
qızğın müdafiə edirəm. Ona görə də mən Bibliyanı dərs vəsaitinə
oxşar bir şey etmək istəyənlərlə mübahisə etməyə hazıram».®^
Б.Малиновский. Научная теория культуры. M.. ОГИ. 2(Ю0.
с.182-183. Великие .мыслители о велики.х вопроса.\. с.258.
482
6.
Mədəniyyətin fəlsəfəsi
6.1.
Mədəniyyətin fəlsəfi anlayışı
'Mədəniyyətin
fəlsəfəsi
ümumiyyətlə
mədəniyyətin
mahiyyətini və mənasını başa düşməyi ifadə edir.
Orta əsrlərdə «kult» (pərəstiş) sözü «kultura» (mədəniyyət)
sözündən daha çox işlədilirdi; çünki «kult» sözü insanın Allaha
məhəbbətində özünün yaradıcı potensialını açmaq üçün onun
qabiliyyətini ifadə edirdi.^
İntibah dövründə mədəniyyət haqqında antik təsəvvürlər
yenidən üzə çıxır. Belə təsəvvür hər şeydən əvvəl harmonik,
yüksək inkişafa can atan insanda fəal yaradıcı başlanğıcı ifadə
edirdi. V Sözün müasir mənasında «mədəniyyət» sözü XVIII
əsrdən başlayaraq işlənir.. Tamamilə müstəqil anlayış kimi bu
sözə ilk dəfə alman hüquqşünası və tarixçisi S.Pufendorfun
(1632-1694) əsərlərində rast gəlmək olar., «Mədəniyyətin
fəlsəfəsi» termini isə XIX əsrdə alman romantiki V.Müller
tərəfindən elmə gətirilmişdir. Mədəniyyətin klassik anlamı
tarixin fəlsəfəsinə əsaslanırdı.
,Eduard Taylor (1832-1917) mədəniyyətə cəmiyyət üzvü
kimi insana xas olan bilik, incəsənət, əxlaq, hüquq, adət və
başqa xüsusiyyətlərin məcmuu kimi tərif verirdi < O, insan
nəslinə ümumi təkamül qanununun fəaliyyəti nəticəsində öz
yek- cinsliyini saxlayan bütöv birlik kimi baxırdı. E.Taylor
mədəniyyət problemini antropoloji təmələ çıxardı və insanı
mədəniyyət subyektinə çevirdi. Mədəniyyət antropoloji anlayış
kimi irəli sürüldü, «homo faber»in müxtəlif əməllərinin
məcmuu hesab edildi.
Z.Freyd mədəniyyətin genezisini (mənşəyini) insanın
heyvani təbiəti, başqa sözlə insanın vəhşiyə oxşar təbiəti ilə
əlaqələndirir. Bu halda mədəniyyətin özü insanın heyvani
instik- tini cilovlamaq vasitəsi kimi çıxış edir/ Z.Freyd
yazmışdır: «İnsan mədəniyyəti deyəndə mən insan həyatını
heyvani şəraitdən yüksəyə qaldıran və onu heyvan həyatından
fərqləndirən hər şeyi nəzərdə tuturam; mən həm də mədəniyyət
ilə sivili-
483
zasiya arasındakı fərqə məhəl qoymuram; həmin insan
mədəniyyəti, məlumdur ki, müşahidəçiyə özünü iki tərəfdən
göstərir. Bir tərəfdən o insanlara təbiət qüvvələrini mənimsəmək
və öz tələbatını ödəmək üçün ondan maddi nemətlər almaq
imkanı verən bütün qazanılan bilik və qabiliyyəti əhatə edir;
başqa tərəfdən, mədəniyyətə insanların öz aralarındakı
münasibəti nizamlamaq, xüsusən əldə edilən maddi nemətləri
bölmək üçün zəruri olan bütün idarə qurumlan daxildir».*^
Lakin hətta Freydin şagirdlərinin bəziləri tərəfindən bu
konsepsiya şübhə altına alınır. Məsələn, E.Fromm tamamilə əks
konsepsiya irəli sürür: məhz tarix, mədəniyyət insanda hansısa
dağıdıcı potensiyanı üzə çıxarır.
^ Gündəlik həyatda biz «mədəniyyət» deyəndə ilk növbədə
incəsənət, ədəbiyyat, musiqi, rəssamlıq və s. sahələri nəzərdə
tuturuq. «Sosiologiyada mədəniyyət anlayışı yalnız yaradıcılıq
fəaliyyətinin bu növlərini deyil, daha çox sahəni əhatə edir.
Mədəniyyət cəmiyyət üzvlərinin bütün həyat tərzinə aiddir -
geyinmək manerası, nigah mərasimi və ailə həyatı, əmək
fəaliyyəti, dini mərasimlər və boş vaxtın keçirilməsi buraya
daxildir. Buraya həm də insanların yaratdıqlan və onlar üçün
dəyər hesab edilən predmetlər daxildir: yay və ox, kotan, fabrik,
maşın, kompüter, kitab, mənzil»;^“*
I Mədəniyyət, unikal və nisbətən bütöv fenomen kimi indiki
dövrdə həm də böyük müxtəlifliyə malikdir. Ona görə də başqa
elə bir söz tapmaq çətindir ki, onun mədəniyyət qədər çoxlu məna
çalarları olsun. ı
İnsanın yaratdığı şeylər əvvəlcə fikirdə meydana gəlir, sonra
isə işarə və əşyaya çevrilir. Mədəniyyətdə nə isə konkret bir şey
var və ona görə də nə qədər yaradan subyekt varsa, o qədər də
mədəniyyət var. ‘«Mədəniyyət insan varlığının dərinliyini və
ölçüsüzlüyünü ifadə edir. İnsan nə qədər tükənməz və müxtəlif
simalıdırsa,
mədəniyyət
də
o
qədər
çoxcəhətli,
çoxaspektlidİD>.^<^
З.Фрейд. Будущее одной иллюзии. В кн.: Тотем и табу. М., «Олимп». 1997, с.350.
Э.Гидденс. Социология. М., «Эдиторнал УРСС», 1999, с.44.
П.С.Г'урсвич. Культурология. М., «Знание», 1996. с. 10.
484
Dostları ilə paylaş: |