forması sayırdı. O, göstərirdi ki, insan varlığında olan dini im-
puls infantil (uşaqlıq dövründən qalan) istək və fantaziyanın
ifadəsidir. Bu vəziyyət bizim özümüzün heçliyini və
ölməyimizin zəruriliyini başa düşmək istəməməyimizdən irəli
gəlir.
Göstərmək lazımdır ki, dindən imtina ediləndə müasir insana
ciddi mənəvi zərbə dəyir. Belə halda insan dünyada özünü tənha
hiss edir, mənəvi dayağı əsasən itirir. İdealist fəlsəfə bu
emosional-mənəvi boşluğu doldurmağa, dinə xas olan sabit
psixoloji tarazlığı bərpa etməyə çalışır.
Əgər din insan ağlının müvəqqəti yanılması olsaydı, onda
ictimai-kütləvi şüurun strukturunda min illərlə mərkəzi yer tuta
bilməzdi, elm və fəlsəfə varlığın əsas məsələlərinin həll
edilməsinə dair öz təkliflərini irəli sürən kimi yox olardı. Din
mədəni təkamülün təsadüfi qolu deyil, insanların xarici
gerçəkliyi və özünü dərk etməsini tarixi, sosial, mənəvi-psixoloji
cəhətdən şərtləndirən vasitədir. Böyük rus yazıçısı L.N.Tols- toy
demişdir: «Din həyatın mənası haqqında suala cavab verir».
Dinin müdafiəçiləri təsdiq edirlər ki, əsl din Allaha inam,
Allah tərəfindən yaradılan hər bir insan ruhunun inama olan
tələbatıdır. Din bütün cəmiyyətlər və mədəniyyətlər üçün zəruri
elementdir. Elm reallığın həmişə tam olmayan obrazını verir və
onu axıra qədər izah edə bilmir. Ona görə də ruhun sonsuzluğa
və bütövlüyə can atmasını təmin etmək üçün insan dinə müraciət
edir.
Dini etiqad dedikdə hər şeydən əvvəl təbii, səmimi inam
nəzərdə tutulur. Dini etiqad dindarın ilahi reallıq, dünya və özü
haqqında bilgisidir. Bu bilik dini praktikanı və ümumiyyətlə
dindarın gündəlik fəaliyyətinin əsasında durur. Dini etiqadın
mərkəzində Allaha inam dayanır.
Bütün müqəddəs kitablarda göstərilir ki, Allah əbədi və
əzəlidir, O həm məkandan, həm də zamandan kənardadır.
İdealist mövqedə duran fılosoflann əksəriyyəti bu fikirlə tam
razıdırlar. Müasir filosoflar arasında da buna inananlar çoxdur.
Məsələn, Fordhem universitetinin professoru Brayan Leftou
deyir ki, Allah zaman və məkanda ola bilməz, «...zamanda ol-
474
maq - nədənsə əvvəl və yaxud sonra mövcud olmaq və yaxud
meydana gəlmək deməkdir». «Allah sadəcə olaraq dünyanı
zamandan və məkandan kənarda yaradır. Kainatın yaradılması
üçün heç bir «nə vaxt» mövcud deyil, elə zaman yoxdur ki,
həmin anda Allah yaratma aktını həyata keçirir. Kainatın
mövcudluq zamanı ilə onun varlığının Allah tərəfindən
yaradıldığı zaman arasında heç bir əlaqə yoxdur...»."*^
Təbiətüstü qüvvənin mövcudluğunun məntiqi yolla sübutu
olmadığı üçün dini şüurun atributu kimi inam aktı çıxış edir (əl-
Qəzali). Dini inam sadəlövhlük deyil. İnam yalnız dinə deyil, bir
çox şüur formalarına da aiddir. Məsələn, müəyyən ideala inam.
Dini inamın isə mərkəzi obyekti - Allah ideyasıdır.
Mütləq Varlıq olan Allah rasional vasitələrlə dərk edilə
bilməz. Dünyanı öz-özünə kifayət edən bir şey kimi anlayan
insan ağılın imkanlarına inanır. Dünya haqqında dini təsəvvür
isə tamam başqadır. İnsan zəkası özünü Mütləq Varlığın
mövcudluğuna tabe etməkdən başqa heç nəyə qadir deyil.
Mütləqin nə olduğu isə onun işi deyil. Dünya insanın ona necə
münasibət bəsləməsinə görə deyil, burada Allah iradəsinin necə
həyata keçməsinə görə məna kəsb edir.
Görkəmli müsəlman sufi-mütəfəkkirləri (əl-Qəzali, əl-Ərə-
bi. Cəlaləddin Rumi və b.) sübut edirlər ki, yalnız bir Mütləq
Varlıq var. O tək və şəriksizdir, əbədi və məkansızdır. Bütün
Kainatı - canlı və cansız təbiəti, tək-tək əşyaları, cəmiyyəti, o
cümlədən insanı şərti olaraq varlıq adlandırsaq da onlar fanidir,
keçicidir, əvvəli və axırı var. Deməli, tək Varlıq və yoxluq var.
Mövlana Cəlaləddin Rumiyə görə bütün ruhlar bir ruhda, yəni
Allahda birləşir və əsl varlığa çevrilir. «Ey ruhumuzun ruhu, biz
kimik ki, sənin yanında varlıq deyib ortaya çıxaq»."*^ Bizə
nəhəng və sonsuz görünən Kainat da Allahla müqayisədə heç
nədir. «Dünya sənin nəzərində böyük və nəhayətsiz görünsə də
bil ki, qüdrəti-İlahiyyə qarşısında bir zərrə də deyil».'*'*
•*- Великие мыслители о великих вопросах. М.. «Гранд». 2000. с.372.
Mevlana. Mesnevi. 1 (601).
Yenə orada, 1 (524).
475
Allahın varlığını məntiqi yolla nə sübut, nə də inkar etmək
mümkün deyil. Lakin buna baxmayaraq Onun varlığını sübut
etmək cəhdləri çox olmuşdur. Belə cəhdlər (dəlillər) ənənəvi
olaraq üç qrupa bölünür.
Teoloji dəlil Allahın varlığını Kainatın yüksək dərəcədə
təşkil olunması və məqsədəuyğunluğunu nümayiş etdirmək
yolu ilə sübut etməyə çalışır və əsaslandırır ki, belə
məqsədəuyğunluq
yalnız
ağıllı,
qüdrətli
Yaradıcının
məqsədəuyğun fəaliyyəti nəticəsində mümkün ola bilər.
Kosmoloji dəlil belə bir faktdan çıxış edir ki, dünyada şeylər
meydana gəlir və məhv olur, ona görə də hərəkətin ilk səbəbi və
mövcudatın dəyişməyən başlanğıc səbəbi olmalıdır; bu
səbəbdən daha yüksək səbəb ola bilməz, o nə yaranır, nə də yox
olur -
0 əbədidir.
Ontoloji dəlil sonsuz varlığın sadə ideyasına əsaslanır və
təsdiq edir ki, bu ideyanın məntiqi təhlili əsasında biz nəticə
çıxara bilərik ki, bu ideyaya uyğun gələn nə isə özü sonsuz
varlıqdır, yəni Allah zəruri olaraq mövcud olmalıdır. Orta
əsrlərdə Avropada meydana gəlmiş ontoloji dəlil, fəlsəfədə çox
ciddi mübahisələrin predmeti olmuşdur.
XIX əsrin axırlarında F.Nitsşe göstərirdi ki, xristianların həm
Allahın oğlu, həm də Allah hesab etdikləri İsa peyğəmbər
çarmıxa çəkilərkən «İncil»də deyildiyi kimi dirilməyib, elə
oradaca ölüb. Odur ki, xristian dini artıq bizim həyatın məqsəd
və mənasını müəyyən etmir. Nitsşe deyirdi ki, «Allah öldüyü»
üçün biz Onun müdafiəsindən, faktiki olaraq hər hansı ümumi
qəbul edilmiş əxlaqi standartdan məhrum olduq. Allahsız
dünyadakı həyat - özümüzün xüsusi dəyərlərimizi yaratmaq,
Nitsşenin «tənha mövcudluq» adlandırdığı vəziyyətə
uyğunlaşmaq, bizim həyatın məqsədsiz olduğunu və heç bir Ali
Varlığın bizim taleyimizi izləmədiyini başa düşmək deməkdir.
F.Dostoyevski demişdir: «Əgər Allah yoxdursa, onda hər
şeyə icazə verilir». Ateist J.P.Sartr isə dindar Dostoyevskinin bu
fikrini tamamilə qəbul edir və deyir: «Bu ekzistensializmin
başlanğıc nöqtəsidir. Doğrudan da, Allah yoxdursa hər şey
etmək olar, ona görə də insan təkbaşına buraxılıb, onun nə daxi
476
Dostları ilə paylaş: |