sferasında «mədəniyyət» anlayışı da xüsusi məzmuna malikdir və
yalnız yaradıcılığın xarakterini deyil, həm də bu yaradıcılığın
nəticələrini qavramağın xarakterini müəyyən edir.
Əmək mədəniyyəti, davranış mədəniyyəti, təfəkkür və nitq
mədəniyyəti, hissetmə və qavrama mədəniyyətindən danışmaq
olar. Bütün bu hallarda söhbət insanlar, onların inkişaf səviyyəsi
haqqında gedir. Ona görə də yalnız insan vasitəsilə onları
mədəniyyət ünsürləri kimi, əşyalaşmış mədəniyyət kimi qəbul
etmək olar. Bilavasitə mədəniyyət isə - yalnız insanın
xarakteristikası kimi, onun mənəvi, əxlaqi, peşə inkişafının
dərəcəsi və sintetik xarakteristikası kimi çıxış edir. Elə buna görə
də
«mədəniyyət»
kateqoriyasının
praktiki
fəlsəfənin
kateqoriyalar sisteminə daxil edilməsinin mümkünlüyü və
zəruriliyi müəyyən edilir.
Bir sıra heyvanlar mədəniyyətə oxşar nə isə yarada bilirlər.
Məsələn, anlar gözəl memarlıq tikilisi - şanı yaradırlar, hörümçək
şikarını tutmaq üçün gözəl tor toxuyur, qarışqalar özləri üçün
böyük yuva tikirlər və s. Deməli onlar təbiətdə hazır olmayan şey
yaradırlar. Lakin həmin canlı varlıqların fəaliyyəti təbii instinkt
ilə proqramlaşdırılır və bundan kənarda onlar heç nə yarada
bilməzlər. Onlar, insan kimi azad yaradıcılıq fəaliyyətinə malik
deyillər.
Deməli, maddi və mənəvi dəyərlərin məcmusu, həmçinin
yaradılma üsulları, onlardan insan üçün istifadə etməyi
bacarmaq, onları nəsildən-nəslə ötürmək qabiliyyəti mədəniyyət
deməkdir (lat. «cultura» - becərmə, emal etmə).
■ Dəyər mədəniyyət hadisəsidir və öz mahiyyətinə görə həm
sosial, həm də fərdidir, o maddi və mənəvi dünya obyektlərinin
ümumi cəhətdən müəyyənləşdirilməsi, onların insan və cəmiyyət
üçün müsbət və mənfi tərəflərinin üzə çıxarılmasıdır.'
Öz-özlüyündə əşyaların, hadisələrin insanlara aidiyyəti yoxdursa,
onlar dəyər anlayışına daxil olmurlar. Dəyər anlayışı -
«əhəmiyyət», «fayda» və ya «ziyan» anlayışı ilə əlaqədədir.
Bir-birinə qarşı qoymadan maddi və mənəvi mədəniyyətləri
ayırmaq olar. Maddi mədəniyyətdə onu formalaşdıran mənəvi
başlanğıc var, çünki burada insanın ideyasının, biliyinin.
488
məqsədinin ifadəsi olduğu üçün onu mədəniyyət adlandmrlar.
Mənəvi mədəniyyət məhsulları da çox vaxt maddi forma kəsb
edirlər. Başqa sözlə, mədəniyyət ünsürü cismanidirsə - o maddi
mədəniyyət, əgər o ideyalar, obrazlar, nəzəriyyələr və b.
formada mövcud olursa - o halda o mənəvi mədəniyyət hesab
edilir.,
Cəmiyyətdə insanlar tərəfindən yaradılan maddi sərvətlər
mədəniyyətin mövcudluğunun yalnız xarici formasıdır. Onun
əsl məzmunu isə insanın özünün inkişafındadır.
Maddi mədəniyyət insanın praktiki cəhətdən təbiəti
mənimsəmək səviyyəsinin göstəricisidir. Mənəvi mədəniyyətə
isə elm və onun nailiyyətlərinin istehsala və məişətə tətbiq
edilməsi dərəcəsi, təhsilin səviyyəsi və keyfiyyəti, maarifin
vəziyyəti, tibbi xidmət, incəsənət, əxlaq normaları, insanların
davranışı, onların tələbat və maraqlarının inkişaf səviyyəsi
daxildir.
Mədəniyyətin sabit tərəfi mədəni ənənələrdir. Mədəni
ənənələrin diapazonu nə qədər zəngin və genişdirsə, bütövlükdə
bəşəriyyətin mənəvi həyatı da o qədər zəngindir.
6.2.
Sivilizasiya
; Sivilizasiya anlayışı, «Sivilizasiya» termini şəhər sakini olan
vətəndaşa aid edilən latınca «sivilis» sözündən yaranıb. Lakin
bu sözün mənası tədricən genişlənir, onun etimologiyası və
başlanğıcda işlədilən mənası sonralar başqa məzmun qazanır.
«Sivilizasiya» anlayışını «vətəndaş», «dövlət», «cəmiyyət»
mənasında qəbul edən İbn Xaldun göstərirdi ki, konkret bir
dövlət, siyasi quruluş meydana gəlir, inkişaf edir və nəticədə
tənəzzülə uğrayır. Sonra yeni dövlət və yeni sivilizasiya yaranır.
Belə dövri proses daim baş verir. İbn Xaldun sivil həyatın
dağılmasının bir sıra əsas səbəblərini aşağıdakı qaydada
göstərmişdir: 1) qarşılıqlı əlaqə və həmrəylik münasibətlərinin
zəifləməsi, cəmiyyətin bütövlüyünün pozulması; 2) dinin
zəifləməsi
nəticəsində
insanlar
arasındakı
normal
münasibətlərin pozulması; 3) hakimiyyətin xalqdan uzaqlaşıb
özgələşməsi,
489
ona görə də idarəçiliyə xaricdən məmurların dəvət edilməsi;
4)
özbaşınalığın, zalımlığın və qorxu hissinin güclənməsinin
təzahürü kimi tiraniyanın yaranması; 5) hakimiyyət tərəfindən
ədalət prinsipinin pozulması və bunun nəticəsində sosial
təbəqələşmənin baş verməsi; 6) zinət və israfçılığa meyl və
şəhər mədəniyyətinin pozulması.’
Elmi ədəbiyyatda sivilizasiya anlayışı müxtəlif mənalarda
işlədilir. Bu anlayış həm mədəniyyətin sinonimi, həm də nə isə
onun əksi kimi izah edilir. Eyni zamanda çox hallarda
sivilizasiya anlayışı konkret cəmiyyəti xarakterizə etmək üçün
işlədilir. Məsələn, Qədim Misir, Bizans, ərəb, türk, İran və b.
sivilizasiyalarda olduğu kimi. Bu barədə bir qədər aşağıda bəhs
ediləcək.
(«Sivilizasiya» anlayışı termin kimi XVIII əsrdə
«mədəniyyət» anlayışı ilə sıx əlaqədə meydana gəlmişdir.
Fransız maarifçiləri ağıla və ədalətə əsaslanan cəmiyyəti sivil
hesab edirdilər. XIX əsrdə bu söz daha çox Qərbi Avropa
xalqlarının yüksək mədəniyyətini ifadə etmək, hətta kapitalizmi
xarakterizə etmək üçün işlədilirdi..
I Mədəniyyət və sivilizasiyanın müxtəlif anlayışları əvvəlcə
Almaniyada yaranmışdı. Kant sivilizasiya deyəndə - cəmiyyət
və şəxsiyyət həyatının xarici tərəfini, mədəniyyət deyəndə isə
-
onların mənəvi mahiyyətini və yaxud mənəvi potensialını
nəzərdə tuturdu. Alman fəlsəfəsi sonralar da bu fərqi xüsusi
göstərirdi. İngiltərədə isə bu iki termin eyni mənada
işlədilmişdi. Sonralar da - XIX və XX əsrlərdə ingilis dilli
əsərlərdə mədəniyyət və sivilizasiya çox hallarda sinonim kimi
verilirdi.»
Görkəmli türk alimi Ziya Gökalp (1876-1924) mədəniyyəti
-
regional, milli hadisə, sivilizasiyanı isə - beynəlmiləl,
ümumbəşəri hadisə hesab edirdi. Deməli, sivilizasiya
mədəniyyətə nisbətən daha geniş məvhumdur, o özünün bütün
təzahürlərində beynəlmi ləldir.
I Sivilizasiya - yüksək sosial-siyasi, iqtisadi, mədəni inkişafa
çatmaq vasitələrini, mədəniyyəti mənimsəmiş və mədəniləş-
miş mühitdə yaşamağı və fəaliyyət göstərməyi bacaran insanı
490
Dostları ilə paylaş: |