cinayət sferasında baş verən əməl hüququ pozursa, hüquq
qanun tərəfindən müəyyən edilmiş cəza vasitəsilə bərpa edilir.
Cəza hüquqi qaydaların qanuni yolla bərpa edilməsidir. Hələ
dövlətin olmadığı ibtidai cəmiyyətlərdə cəza xüsusi qisas
şəklində çıxış edirdi. Vətəndaş (mülki) cəmiyyətində cəzanı
dövlət tərəfindən qəbul edilmiş qanunlar əsasında ümumi
(kütlavi, açıq) hakimiyyət həyata keçirir.
Hüququn mahiyyəti daxilən ziddiyyətlidir: bir tərəfdən
vətəndaşların şəxsi azadlığını və mənafeyini, onların təbii
hüquqlarını təmin edir; başqa tərəfdən vətəndaşlann ümumi
rifahını, ümumi iradəsini və ümumi mənafeyini qoruyur.
Müasir elmdə hüququn üç qaynağı olduğu artıq sübut
olunmuş hesab edilir: adət, hüquqi presedent və normativ akt.
1.
Hüququn elementləri ilk dövlət institutunun, rüşeym
şəklində olsa da meydana gəldiyi dövrə təsadüf edir. Hüquq
norması dərəcəsinə qaldırılan adət adi hüquq adlanan hüququn
məzmununu təşkil edir. Hüquq həmişə adət vasitəsilə xalqın
həyatı ilə bağlı olur.
2.
Hüquqi presedent hüquqi aktlarda təsbit edilmiş konkret
iş üzrə məhkəmənin və yaxud səlahiyyətli inzibati orqanın
qəbul etdiyi qərara deyilir. Presedent sonralar analoji işləri
araşdırmaq üçün əsas olur və məcburi hüquqi qüvvəyə çevrilir.
Belə qaynaqdan meydana gələn hüquqa - presedent hüququ
deyilir.
3.
Normativ aktlar fəal hüquqi yaradıcılıq fəaliyyətini tələb
edir, hüququn nəzəri inkişafına, onun ictimai həyat ilə daimi
korrelyasiyasına (münasibət və asılılığına) kömək edir. Yeni
normativ aktlar qanunvericiliyi çox çevik, dinamik hala gətirir,
sosial münasibətlərdə baş verən dəyişikliklərə həssas reaksiya
verməsinə imkan yaradır. Belə hüququ statut və ya qanunverici
hüquq adlandırırlar. Onun sayəsində cəmiyyət hüququ dövlət
istiqamətində adi hüquq və hüquqi presedent çərçivəsində
olduğu vaxtdakına nisbətən daha sürətlə irəliləyir.
Hər bir qanunverici hüquq tarixidir. Tarixən dəyişən
qanunvericilik haqqında bilik və dəyər kimi fəaliyyət göstərən
hüquqi şüur da tarixən dəyişgəndir. Hüquqi şüur yalnız müasir
444
qanunvericiliyi əks etdirmir, o həm də mövcud hüquqi sistemi
tənqid edə bilər, sosial ədalətin tarixən şərtləndirilmiş nəzəri
idealını ona qarşı qoya bilər.
Hüquqi şüur və hüquq bir qəbildən olan hadisələr olsa da
eyni deyillər. Onlar qırılmaz əlaqələrinə və qarşılıqlı
münasibətlərinə baxmayaraq müxtəlif və nisbətən müstəqil
hadisələrdir. Hüquq - hər şeydən əvvəl həyata keçirilməsi dövlət
hakimiyyətinin qüvvəsi ilə təmin edilən hüquqi qanunlardır.
Hüququn köməkliyi ilə ictimai qaydalar möhkəmlənir. Hüquqi
şüur isə - ümumi icbari xarakter daşımır, dövlətin məcburetmə
qüvvəsi ilə təmin edilmir və cəmiyyətin müxtəlif sosial
təbəqələri və siniflərinin mövqeyindən hüquq və onu
dəyərləndirmək
haqqında
təsəvvürə
malik
olmağın
zəruriliyindən meydana gəlir. Müxtəlif sosial-siyasi qruplar və
təbəqələrin hər birinin özünün spesifik hüquqi şüuru olur.
Əgər hüquq cəmiyyətin sosial-siyasi strukturunun nisbətən
sabit elementi kimi məlum süstlüyə, ətalətə malikdirsə, hüquqi
şüur onun daha çevik və hərəkətdə olan elementi kimi çıxış edir.
Hüquq - ictimai münasibətlərin müstəqil növü deyil, lakin
elə formadır ki, bütün başqa münasibətlər (iqtisadi, siyasi, ailə
və s.) burada özlərini qanuniləşdirir.
Hüquq - cəmiyyətdəki münasibətləri, insanların davranış
qaydalarını, müxtəlif birlik və dövlət orqanlannın fəaliyyətini
tənzimləyən normativ sistemlərdən biridir. Hüquq: 1) dövlətin
gücü ilə qorunan və hamı üçün məcburi olan normalar
sistemidir; 2) cəmiyyətdə insanlar arasındakı münasibətləri
tənzimləyən yuridik normaları və qaydaları öyrənən elmdir
(hüquq- şünaslıq).
Üç növ hüququ ayırmaq olar: 7. Vətəndaş hüququ fərdin
qanunla təsdiq edilən hüququdur. Bu hər bir insanın harada
istəyirsə, orada azad yaşamağı, söz və dini əqidə azadlığı,
mülkiyyət hüququ və qanun qarşısında bərabər hüququ
deməkdir. 2. Siyasi hüquq seçkilərdə iştirak etmək və dövlət
vəzifəsinə seçilmək hüququdur. Bu hüquq çox uzun vaxt və
çətinliklə əldə edilmişdir. 3. Sosial hüquq hər bir fərdin
müəyyən mi-
445
nimum iqtisadi rifahı və təhlükəsizliyi üçün müstəsna
hüququdur. Buraya xəstəlik vaxtı sosial təminat, işsiz olan vaxt
sosial müdafiə, həmçinin əmək haqqının müəyyən olunmuş
minimumu almaq hüququ daxildir.
Hüquq və siyasət ictimai həyatın qarşılıqlı əlaqədə olan iki
sferasıdır. Hüquq və dövlət arasındakı qarşılıqlı əlaqə
ikitərəflidir: bir tərəfdən dövlət hüquq sistemini təsdiq və qeyd
edir, onu ümumi, hamı üçün məcburi edir; onun pozulmasına
qarşı dövlət təsirli tədbirlər görür. Başqa tərəfdən, dövlətin özü
hüquq tərəfindən müdafiə edilir, onun normal fəaliyyəti təmin
edilir. Siyasət ilə hüquq arasındakı ümumi cəhət odur ki, onların
hər ikisi cəmiyyətin tənzimləyici, qarşılıqlı asılı olan
sistemləridir.
Yalnız hüquqa əsaslanan siyasət cəmiyyəti sabitləşdirən və
birləşdirən ağıllı fəaliyyət hesab edilə bilər. Hüquq və əxlaqdan
kənarda humanist və demokratik siyasətə yer yoxdur.
3.2.
Cəmiyyətin siyasi sferası
Siyasi sfera anlayışı. Tarixi inkişafın müəyyən mərhələsində
meydana gələn cəmiyyətin siyasi sistemi onun sosial qruplara və
siniflərə bölünməsi, əvvəllər mövcud olmayan sinfi
münasibətlərin yaranması ilə əlaqədardır. Cəmiyyətin sosial
strukturu mürəkkəbləşdikcə onun siyasi sistemi də tədricən
mürəkkəbləşir və daha çox şaxələrə ayrılır.
Cəmiyyətin siyasi sferası başqa sferalardan onunla fərqlənir
ki, başqa sferalara münasibətdə o hakim mövqe tutur. Siyasi
sferanın belə vəziyyəti onun çərçivəsində qəbul edilən
qanunların, qərarların, fərmanların, təlimatlann başqa sferalar
üçün məcburi olması ilə şərtlənir. Buna görə də siyasi sfera,
xüsusən keçid dövründə, müəyyən üstünlüyə malikdir. Bununla
yanaşı siyasət sferası cəmiyyətin başqa sferaları ilə sıx
əlaqədədir, onlardan asılıdır.
Dövlətdən başqa siyasi sistemə eyni zamanda rəsmi
təşkilatlanmış siyasi birləşmələr - partiyalar, həmkarlar
ittifaqları, müxtəlif gənclər təşkilatı, çoxsaylı başqa siyasi
təşkilatlar da
446
Dostları ilə paylaş: |