ticəsi kimi 2) texnologiyada baş verən dəyişikliklər ictimai
hə)^atdakı dəyişikliklərin ən əhəmiyyətli qaynağıdır.
İndiki dövrdə texniki bilik - təcrübi bilik ilə nəzəri biliyi
birləşdirən bir əlaqə vasitəsinə çevrilir. Texniki biliyin özəlliyi
onun istehsala və quraşdırmaya doğru istiqamətlənməsindədir.
Texniki qurğular insan bədənindəki orqanlann davamı və
dəfələrlə qüvvətləndirilməsi vasitəsi olmaqla, öz növbəsində
insana onlardan necə istifadə etmək yollarını da göstərir.
İstehsal prosesində canlı əməyin ixtisar edilməsi texniki
tərəqqinin qanunauyğun tendensiyasıdır.
Bir çox alimlər elm ilə texnika arasında ümumi cəhətlərin
artdığını, fərqlərin isə getdikcə azaldığını göstərirlər. İtalyan
filosofu Nikolo Abbanyano yazır: «Praktiki məqsəddən məhrum
nəzəri idrak kimi elm ilə bu idrakdan həmin məqsəd üçün
istifadə edən texnika arasındakı ənənəvi fərq tamamilə sıradan
çıxmaq dərəcəsinə qədər ciddi şəkildə zəifləyib. Elmi axtan- şın
daha çox dəqiq, incə texnikaya ehtiyacı var, deməli, texnika
buraya onun əsas tərkib hissəsi kimi həm vasitə, həm də məqsəd
kimi daxil olur. Elektron texniki vasitələr ilə nəzəri kəşflər
arasındakı qırılmaz birliyin parlaq sübutudur. Çünki burada
texniki cihazların kəşfi və nəzəri kəşflər eyniyyət təşkil edİD>.‘’
Elə vəziyyət yaranıbdır ki, elmin inkişafını kompü- tersiz
təsəvvür etmək mümkün deyil. «Kompüterlər ona görə elmi
tədqiqatın zəruri elementi olur ki, onlar insan beyninin uzun
sürən işdən sonra çatacağı nəticəyə bir anda malikolma imkanı
yaradın>.'®
Qlobal rabitə sistemi bütün dünyanı əhatə edir; rəqəm
texnologiyası, lif optikası və yeni qüvvətli peyk telerabitə
sisteminin təsiri altında sözün əsl mənasında baş verən köklü
transformasiya prosesindədir. Rabitə vasitələrində baş verən
belə tarixi dəyişikliklər dünyanın müxtəlif yerlərində olan
insanlara işgüzar əlaqəyə girmək, informasiya mübadiləsi
aparmaq və müxtəlif əməliyyatlar keçirmək imkanı yaratdı. Bu
vəziyyət
Н.Аббаиьяно. Мудрость философии. СПб, «Алетейя», 1998, с. 144. '* Yenə
orada, s.l45.
438
göstərir ki, bəşəriyyət qlobal informasion infrastruktur
yaratmaq yolundadır.
Yeni yüzillikdə elm və texnologiyanın fantastik inkişafını
gözləmək olar. Texnologiyada dəyişiklik ağlagəlməz sürətlə baş
verəcək. Molekulyar biologiya bitki və heyvan orqanizminə
genetik müdaxilənin yeni növlərini, həmçinin tibbi müalicənin
yeni səmərəli metodlarını mümkün edəcək. Kompüterlər və
məlumatın rəqəmlərlə verilməsi biznesdə, təhsildə və kütləvi
informasiya vasitələrində yeni imkanlar yaradacaq.
EXT nəticəsində postindustrial cəmiyyət, müasir kapitalizm,
texnotron və yaxud informasion cəmiyyət adlanan yeni tip
cəmiyyət bir sıra ölkələrdə artıq formalaşıbdır. Bu yeni
cəmiyyətdə ən mükəmməl texnologiyaya yiyələnlər maksimum
gəlir əldə edirlər. Bunun üçün elmi tədqiqatları intensiv-
ləşdirmək, onların tətbiqini sürətləndirmək, təhsilin səviyyəsini
qaldırmaq, geniş informasiya şəbəkəsi yaratmaq, əhalinin sosial
müdafiəsini əhəmiyyətli dərəcədə təmin etmək zəruridir. Yeni
şəraitdə cəmiyyətin fiziki deyil, intellektual potensialı ön plana
çəkilir. Kadrların ixtisas dərəcəsi və savadı xüsusi əhəmiyyət
kəsb edir. Ən vacib məsələlərdən biri də istehsal prosesini idarə
etməyin texniki təşkili və sosial aspektlərini öyrənən fənnə -
menecmentə əsaslanmaqdır.
Kompüterləşmə insan həyatının bütün sahələrinə tədricən
daxil olur (sənaye, dəftərxanaçılıq, bank və rabitə xidməti,
təhsil, məişət və s.).
Kompüter texnologiyasının, internetin, multmedia və qlobal
rabitə vasitələrinin sürətli ekspansiyası artıq virtual məkan
anlayışlarına və obrazlarına əsaslanan insan fəaliyyətinin
prinsipcə yeni növlərinin yaranmasına gətirib çıxardı: yeni
informasion iqtisadiyyat, kommunikavistika, mass-media
fəlsəfəsi (və yaxud imaqologiya), virtual coğrafiya və b.
439
3.
Siyasi fəlsəfə
3.1.
Siyasi fəlsəfə nə deməkdir?
«Siyasət» (yun. «politike») termini dövləti, cəmiyyəti və
insanları idarəetmə qaydalan kimi qədim yunan anlayışlarına
əsaslanır: «polis» (şəhər dövləti), «politikos» (dövlət xadimi),
«politeya» (konstitusiya).
Ənənəvi olaraq Sokrat siyasi fəlsəfənin banisi hesab edilir.
Lakin Aristotel və Platonun siyasi fəlsəfəsi bu elmin klassik
formasıdır. Sokrat Platonun, Platon isə öz növbəsində
Aristotelin müəllimi olmuşdur. Onların siyasətə aid əsərləri
siyasi fəlsəfənin bizə qədər çatan ən qədim nümunələridir.
Aristotelə görə siyasi elm - siyasi fəlsəfənin eynidir, çünki elm
və fəlsəfə onun fikrincə eyni anlayışlardır. Klassik siyasi fəlsəfə
XVI- XVII əsrlərdə Avropada yeni siyasi fəlsəfə yaranana
qədər hakim mövqe tutmuşdur.
Siyasət - hakimiyyət və cəmiyyəti idarə etməklə bağlı
siniflər və sosial qruplar arasında yaranan çoxsahəli münasibət,
fəaliyyət, davranış qaydalan, orientasiya və kommunikasiya
əlaqələridir. Siyasətin əsas faktorlan kimi hər şeydən əvvəl
böyük sosial qruplar (siniflər, millətlər, xalqlar, sivilizasiyalar)
və onların mənafeyini ifadə edən siyasi təşkilatlar, institutlar,
liderlər çıxış edir. Siyasətdə sosial qrupların köklü iqtisadi
maraqları əks olunduğu üçün bəzi siyasətçilər onu
«iqtisadiyyatın cəmlənmiş ifadəsi» (V.İ.Lenin) hesab edirlər.
Bununla yanaşı siyasət nisbi müstəqilliyə malikdir, iqtisadiyyat
və cəmiyyətin başqa sahələrinə ciddi (müsbət və ya mənfi) təsir
göstərir.
Belə qəbul olunubdur ki, siyasət elmin nailiyyətlərinə
əsaslanmalı və ali əxlaq meyarlarına uyğun gəlməlidir. Çünki
məhz siyasi fəaliyyət sosial fəaliyyət növləri arasında daha
məsuliyyətli sahədir.
Siyasi fəlsəfə sosial həyatın müəyyən sferasını - siyasi
sahəni əks etdirir. Bu fəlsəfənin diqqət mərkəzində konlo’et
siyasi situasiya, siyasi fəaliyyətin konlcret formalan və
təzahürləri deyil, siyasi aləmin təbiəti - ümumiyyətlə siyasi
həyat durur.
440
Dostları ilə paylaş: |