xüsusi xarakteri fərqləndirir. Əvvəllər məlum olmayanı açaraq
texnika əldə edir, hasil edir, toplayır, bölüşdürür, yenidən
dəyişdirir və bu yolla ətraf təbiətin simasını dəyişdirir. Bununla
yanaşı anlamaq vasitəsi kimi texnika həqiqətin açılması üsulu
kimi də bütövlükdə dünyanın mənzərəsini dəyişdirir.
Müasir dövrdə istehsalın inkişafında qabaqcıl texnologiya
həlledici əhəmiyyət kəsb edir. Elm həqiqət, texnologiya isə
fayda axtanr. Elm biliyə can atır, texnologiya istehsal etməyə
xidmət edir. Fəqət elm və texnologiya arasında qınlmaz əlaqə
var. Bir tərəfdən elm öz-özlüyündə yüksək inkişaf etmiş
texnologiyaya söykənməsə öz məqsədinə çata bilməzdi. Başqa
tərəfdən, müasir texnologiya elmin qazandığı biliyin həyata
keçirilməsi yolunda çox mürəkkəb prosesdən başqa bir şey
deyil. Texnologiyanı yalnız texnika hesab etmək olmaz.
Texnologiya elmi biliyin həyata keçirilməsinə əsaslanan
prosesdir. Deməli, texnologiyanı texnika ilə eyniləşdirmək
olmaz. Texnologiya texnikanı özündə ehtiva edir, heç bir halda
ona mün- cər edilmir.
İstehsalın texnoloji cəhətdən təşkil edilməsi təsərrüfat
vəzifələrini düzgün başa düşməyi, onlann həyata keçirilməsi
üçün insana yardımçı ola biləcək təbii qüvvələrin seçilməsini
tələb edir. Bunun üçün təbii qüvvələr müvafiq şəkildə qurulmalı
və təşkil edilməlidir. Buna isə texnikanın köməyi ilə nail olmaq
olar.
Texnika ilə texnologiya bir-birini tamamlayır. «Texnika» adı
altında elmi nəzəriyyələrin və texnologiyanın əmək alətlərinə,
maşınlara, sənayeyə tətbiq edilməsi başa düşülür. Daha müasir
termin olan «texnologiya» çox hallarda «texnika» termini ilə
üst-üstə düşür və yaxşı inkişaf etmiş texnikanın müasir insan
qarşısında duran genişmiqyaslı problemlərin həllinə az- çox
əsaslandırılmış və sistematik tətbiqini tələb edir.
Belə fikir var ki, texnologiya nəzarətsiz, müstəqil qüvvə
deyil, insan seçiminin nəticəsi, cəmiyyətin bazar vasitəsilə ifadə
edilən tələbidir.
Başqa bir fikir: fransız filosofu Jak Elül texnologiyanı
toxunduğu hər şeyi simasızlaşdıran müstəqil və idarəedilməz
429
qüvvə hesab edir. İnsanlar maşmlann tələbinə uyğunlaşaraq
onun quluna çevrilirlər. Texnologiyanın öz məntiqi və daxili
şərtlənməsi var. Texniki determenizm meydana gəlir, yəni
texnika sonsuz, hər yerdə mövcud olan, qaçılmaz bir şey olur.
İnsanlar getdikcə texnologiyanın məhsullarından daha çox asılı
vəziyyətə düşürlər. Dövlət və ictimai rəy texnologiyanın sahibi
deyil, onun qulluqçusu olurlar.
Politoloq Lenqdon Vinner sübut etməyə çalışır ki,
texnologiya muxtar sistemdir və bütün insan fəaliyyətini öz
tələblərinə uyğun olaraq formalaşdırır. İnsanın məqsədi mövcud
vasitələrə uyğunlaşdırılır. Əvvəlki kimi əksinə olmur.
Texnologiya haqqında nə qədər çox fikir söylənsə də bütün
hallarda onlan bir sahə birləşdirir: texnologiya - texniki vasitələr
və elmi metodların yardımı ilə nəzəri biliyin praktikada
gerçəkləşdirilməsidir. Nəhayət, «texnologiyaya insan və
maşınların qaydaya salınmış sistemləri ilə əməli məsələlərin
həll edilməsi üçün təşkilatlanmış biliyin tətbiq edilməsi» kimi
tərif vermək olar. Belə geniş tərifin bir neçə üstünlüyü var.
«Təşkilatlanmış bilik» bizə əməli təcrübəyə dayanan
texnologiyalar, eyni dərəcədə həm də əsasında elmi
nəzəriyyələrin durduğu texnologiyalar haqqında danışmaq
imkanı verir. «Əməli məsələlərin həll edilməsi» dedikdə buraya
həmçinin maddi dəyərlərin istehsalını (məsələn, sənaye və kənd
təsərrüfatında), xidmət göstərməyi (o cümlədən kompüterlərin,
rabitə vasitələrinin və biotexnologiyanın köməyi ilə) də daxil
etmək olar, «İnsan və maşınların qaydaya salınmış sistemləri»
diqqəti sosial institutlara, həm də texnologiyanın texniki
təminatına yönəldir. Bundan başqa, bu tərifin genişliyi müxtəlif
texnologiyalar arasındakı əhəmiyyətli fərqi bizim yadımıza
salır».*^
Hələ XX əsrin əvvəllərində amerikalı iqtisadçı-alim
T.Veblenin (1857-1929) texnokratik nəzəriyyəsində texnika ən
geniş anlamda sənayenin inkişafı üçün zəruri olan biliklərin (o
cümlədən konkret maşın və avadanlıqlarda maddiləşən) cəmi
kimi izah edilir. «Texnika və yaxud mexanikləşmiş industri-
yaya təsir göstərən sənaye məharətinin vəziyyəti yüksək mə-
И.Барбур. Əi HKa в век технологии. M.. 2001. c.4.
430
nada sivil xalqların ümumi sərəncamında olan bilik və
təcrübənin birgə kapitalıdır».'^ Texnikanın istehsala təsiri o
qədər əhəmiyyətlidir ki, alim hələ XVIII əsrdən məlum olan
istehsal faktorlarının (torpaq, əmək və kapital) siyahısını
dördüncü amil - texnoloji bilik ilə tamamlayır.
Başqa Amerika alimi C.K.Holbreyt irəli sürdüyü texnokra-
tiya konsepsiyasında T.Veblendə olduğu kimi göstərir ki,
sənaye əvvəlki kimi əsas sosial institut olaraq eyni ictimai
məqsədi həyata keçirir. Özündən əvvəlki ənənəyə sadiq qalan
Holbreyt texnikanı «təşkilatlanmış bilik» kimi ön plana çəkir.
İstehsal sahəsindən başqa məhsulun realizə olunmasını,
planlaşmanı və s. əhatə edən müasir istehsal hədsiz
mürəkkəbliyi, nəhəng miqyası, təkbaşına qərar çıxarmağı
mümkünsüz edir, belə ki, səriştəli qərar böyük həcmdə həddən
artıq müxtəlif informasiyanın alınmasını tələb edir ki, bu da bir
adamın imkanı xaricindədir. Holbreyt hesab edir ki, 1960-70-ci
illərdə yalnız biliyin və təcrübənin cəmi hakimiyyətin qaynağı
idi.
Holbreytin fikrincə yeni texnostruktur meydana gəlibdir. O,
təsdiq edir ki, texnostruktur müasir sənaye texnologiyasının və
planlaşmanın möhtac olduğu müxtəlif texniki biliyə, təcrübəyə
və qabiliyyətə malik olan insanların cəmidir. Faktiki olaraq
qərar qəbul etməyin bütün prosesi Holbreytə görə texnostruk-
turun müstəsna hüququ olur.'"* Onun dediyinə görə dövlət «tex-
nostrukturun icraiyyə komitəsinə» çevrilir.'^
XX əsrin sonunda Amerikanın texnokratik ənənəsində
keyfiyyətcə yeni dəyişikliklər baş verdi və bunu da avtoritar tex-
nokratiyadan tənqidi texnokratiyaya keçid kimi xarakterizə
etmək olar. Nəzəri cəhətdən texnikanın müasir sosial
nəzəriyyəçilərinin
tənqidiliyi
«texnoloji
determinizm»
prinsipinin xeyli yumşaldılmasında, texniki tərəqqiyə mütləq
inamdan imtina edilməsində, yeni texnologiyaların qəbul
edilməsi haqqında qərar çıxarmaq işində iştirak edən müxtəlif
elm nümayəndələrinin tərkibinin genişləndirilməsində öz
ifadəsini tapır. Əvvəl-
Sitat götürülüb: История теоретической сошюлопш. Т.З. M.. «КАНОН-Пресс». 1998. с.75.
Дж.К.Г'олбрейт. Новое индустриальное общество. М.. 1969. с. 124.
Дж.К.Голбрейт. Экономические теории и цели общества. М.. 1976. с.223.
431
Dostları ilə paylaş: |