Bunsuz müasir iqtisadiyyatın normal fəaliyyət göstərməsi
mümkün deyil».*^
İnformasion texnologiyanın təsiri altında elə iqtisadiyyat
yaranır ki, burada daha əhəmiyyətli sahə maddi cəhətdən hiss
edilən ehtiyatlar - əmtəə, xammal, işçi qüvvəsi, avadanlıq deyil,
hiss edilməyən başqa bir sahə - intellekt, informasiya, bilik hesab
edilir. İnvestisiya yeni maşından daha çox yeni konsepsiyalar və
onların yaradılması vasitələrinə sərf edilir.
Beləliklə, əmək bölgüsünün dəqiq müəyyənləşdirilməsi
iqtisadiyyatın inkişafı üçün zəruridir. «...Daxili əmək bölgüsü
ciddi surətdə nəzərə alınmalıdır və hər kəs yalnız yüksək
dərəcədə ixtisaslaşmış olduğu sahədə çalışmalıdır. Bir adamın
başladığı işi axıra qədər davam etdirməsi, son məhsula qədər
bütün mərhələləri özü icra etməsi, geriyə qayıtmaq olardı. Zira
millətin məhsuldar qüvvələrinin inkişaf səviyyəsi bu millətdə
əmək bölgüsünün nə dərəcədə inkişaf etməsindən asılıdiD>.^
‘ Yenə orada, s.223.
'
S.X
D
İİI
ÜV
. Elmi-texniki toroqqi vo onun sosial-iqtisadi nəticolori. Bakı, «Elm»,
1996, s.220.
426
2. Texnikanın fəlsəfəsi
2.1.
Texnika və texnologiya
anlayışlarının fəlsəfi
mahiyyəti
«Texnika» anlayışının kökləri çox qədim vaxtlara gedib
çıxır, Qədim yunan sözü «techne sənətkarın qabiliyyətindən
tutmuş yüksək incəsənət sahəsindəki ustalığa qədər çox geniş
mənada düşünülürdü.
XVII əsrdə Qərbi Avropa ölkələrində elmi inqilablar və
istehsalda baş verən dəyişikliklər dövründə latınca işlədilən
«technica ars» sözü (bacarıqlı istehsal sənəti) « technigve»
termini kimi fransız dilinə, sonra isə «technic» kimi alman
dilinə keçir. Bu termin tədricən xüsusi məna kəsb etməyə
başlayır. Yeni dövrdə bu söz istehsal olunan hər şeyə, daha çox
isə əmək alətləri və maşınların istehsalına aid olan bütün vasitə,
üsul və fəaliyyətlərin cəmini ifadə edir. Beləliklə, texnikanın
inkişafı ilə əlaqədar bu anlayışın özünün məzmunu da
əhəmiyyətli dərəcədə dəyişir.
Qərbdə texnikanın fəlsəfəsinin yaranmasını adətən İ.Berk-
manın «Texnologiya üzrə əsasnamə və yaxud sənətlərin, fabrik
və zavodların öyrənilməsi» (1777) kitabı ilə bağlayırlar. Lakin
çox hallarda bu fəlsəfənin başlanğıcını yüz il sonra Qərbi
Almaniyada çap olunan E.Kappın «Texnikanın fəlsəfəsinin əsas
əlamətləri» (1877) əsəri ilə əlaqələndirirlər. Bu kitab XX əsrin
axırlarında yenidən çap edilib. Onun əsas ideyası texnika
fenomenini təbiətin öz inkişafından çıxarmaq yolu ilə başa
düşməkdən ibarətdir. Texnikanın özü nə isə süni bir sahə olsa da
təbiətdən gəlir və başqa bir substrat (mühit, əsas) tərəfindən
yaradılmır. Maşın insan orqanlarının təbiət materiallarına olan
proyeksiyasıdır. E.Kappın dediyinə görə canlı təbiətin təkamülü
gedişində kökü «təbiət ruhunda», yəni maddi cisimləri idarə
edən canlı orqanizmlərin bütövlüyündə olan yeni bir hadisə -
texnika meydana gəlir. O, öz kitabına belə epiqraf vermişdi:
«Bəşəriyyətin bütün tarixi, diqqətlə baxanda, son nəticədə daha
yaxşı əmək alətlərinin ixtira edilməsidir».*
**
**
O
HJIOCO
(})
HH
TexHHKiı
B
OPr. M.. 1989. c.226.
427
Texniki yaradıcılıq sahəsində insanın öz təfəkkürünü
maddiləşdirmək, əşyaya çevirmək istiqamətində unikal
qabiliyyəti üzə çıxır. İnsan elə vasitələr yaradır ki, onların
təbiətdə analoqu yoxdur.
Bununla əlaqədar neotomist filosof F.Dessauerini də
texnikanın meydana gəlməsi və onun mahiyyəti problemi
maraqlandırmışdı. Onun fikrincə texnika haqqında ideya
Allahın parlaq ağlının təzahüründən başqa bir şey deyil.
Texnikanın predmeti maddi şəkildə mövcud ola bilər, lakin
özünü ideyalar dünyasında, «mümkün varlıq» sahəsində göstərə
bilər.
Beləliklə, hələ XIX əsrin axırlarında texnikanın fəlsəfəsi indi
də aktual olan bir sıra ciddi məsələlər irəli sürmüşdür.
Texnika müstəqil fəaliyyət göstərən sahə deyil, başqa amillər
tərəfindən yaradılır və hərəkətə gətirilir. «...Texnikanı elmdən
fərqləndirən əsas spesifik cəhət budur ki, o öz-özlüyündə
fəaliyyət sahəsi deyil. Texnika əsasən ixtiraçılıq fəaliyyəti və
elmi fəaliyyət sayəsində yaradılır. Texniki qurğu hazır olduqdan
sonra isə o, müxtəlif əməli məqsədlərin həyata keçirilməsi
işində bir vasitə kimi istifadə olunur. Texnikanın növləri
(istehsal texnikası, hərbi texnika, elm texnikası və s.) onun hansı
fəaliyyət sahəsində istifadə olunmasına görə müəyyənləşir».^
XX
əsrin
böyük
alman
filosofu
M.Haydegger
yuxarıdakından xeyli fərqli fikir söyləyir. Texnikanın mahiyyəti
haqqında düşünən filosof hesab edirdi ki, texnika bilavasitə öz
sahəsi ilə məhdudlaşmır və yalnız məqsədə çatmaq vasitəsi
deyil. O, demişdir: «Biz texnikanın ən qəddar əsirliyinə o vaxt
düşürük ki, biz onda nə isə bitərəf bir şey görürük...».'®
Texnikanın instrumental anlayışı bir adətə çevrilib. Haydeggerə
görə texnika anlayışı daha əhəmiyyətli və dərin məna kəsb edir.
«Texnika sadəcə bir vasitə deyil. Texnika gizlədilmiş bir şeyin
açılma növüdür. O gizlədiləndən çıxarılan sahədir, həqiqətin
həyata keçirilməsidir»." İndiki texnikanı «açılma» prosesinin
’ S.XoIilov. Göstərilən əsər, s.l03.
Sitat götürülüb: Новая те,хнологическая волна на Западе. М.,
1986, с.45. " Yenə orada, s.50.
428