ması) - texniki formanın təbiətə üstün gəlməsinin əlamətləri
bunlardır. Texnikalaşmış dünya, bürokratiyanm öldürücü
mühafizəkarlığı şəxssizləşdirmə, insanın təbii vəziyyətdən
uzaq- laşdırılmasınm əlamətləridir».®^
Bəzi alimlər hesab edirdilər ki, xalq kütlələrini bir qrup yaxşı
hazırlıqlı insan (elita) idarə etməlidir. Bir çoxları isə göstərir ki,
cəmiyyətə mütləq lider lazımdır.
Elitizm konsepsiyasının tərəfdarları hesab edirlər ki, xalq
cəmiyyəti idarə edə bilməz, çünki onun, birincisi, siyasətdə,
iqtisadiyyatda və başqa sahələrdə səriştəsi yoxdur; ikincisi, bir
qayda olaraq kütlə fəaliyyətsiz və ətalətlidir, fəallığı isə dalaş-
qanlıq, cəmiyyətin əsasını dağıtmaq formasında büruzə verir;
üçüncüsü, cəmiyyətin kütlələr tərəfindən idarə edilməsi texniki
cəhətdən mümkün deyil, çünki bütün xalq parlamentdə, nazirlər
kabinetində iclas keçirə bilməz, ona görə də mütləq xalqın
nümayəndələrini seçmək lazımdır. Deməli, cəmiyyəti idarə
etmək üçün yüksək hazırlıqlı, səriştəli adamlar, yəni elita
zəruridir.
Liderlik və volyuntarizm*^® nəzəriyyəsinin tərəfdarlan
sübut etməyə çalışırlar İd, kütlələr lidersiz, rəhbərsiz heç bir
konstruktiv iş görə bilmir. Ona görə də xalq, əlbəttə, tarixi
yaradır, lakin təkbaşına özü yox, rəhbərin başçılığı ilə. Bəziləri
göstərirlər ki, lider öz iradəsini xalqa zorİa qəbul etdirir,
başqaları isə deyirlər ki, lider kütlə ondan nə istəyirsə onu edir,
kütlə özünün mənliyini lider seçir və onu idarə edir. Beləliklə,
lider, avtoritet özü kütlənin yetirməsidir. Lakin avtoritar
rejimlərdə həmişə kütlə rəhbərin əsiri olur. Buna misal Stalin,
Мао, Mussolini, Hitler, Kastro, Səddam Hüseyn və başqalarının
öz xalqı üzərində tam hökmranlığını göstərmək olar. Rəhbərlər
insanları öz arxasınca apara bilir, əməli fəaliyyət iradəsinə
malik olur, cəsarəti ağılından yüksək olur.
Onu da qeyd etmək lazımdır ki, burada təbliğatın rolu çox
böyükdür. E.Fromm hesab edirdi ki, fasiləsiz təbliğat tənqidi
П.С.Гуревич. Философия культуры. M.. «Nota Bene», 2001, c.l72.
Volyunlarizm (lat. «voluntas» - volya, iradə) volyanı (iradəni) bütün mövcudatın əsası hesab
edir.
414
təfəkkürü zəiflədir, insanı bihuş edir, ağıla deyil, hissiyyata
yönəlir. Gərgin emosional vəziyyət kütləni qəhrəmanlıq
göstərməyə, özünü şəhid etməyə həvəsləndirə bilir. Belə halda
kütlə ən xeyirxah məqsədlərə də aludə ola bilər. Freyd deyirdi ki,
kütlə təmənnasız olaraq ideala sadiq olmağa qabildir. Üstəlik
kütlə böyük mənəvi yaradıcılığa da qadirdir: dili zənginləşdirir,
folklor yaradır, xalq mahnılarını bəstələyir və s.
Bununla yanaşı göstənnək lazımdır ki, kütlə konkret şəraitdə
insanların zəruri deyil, çox hallarda təsadüfi yığınıdır. Bu birliyin
ümumi emosional istiqaməti var, onu əksəriyyətin qəbul etdiyi
ənənələr deyil, daha çox qəzəb, bəzən heyvani hissiyyat idarə
edir. Totalitar rejimlər xalqı kütləyə çevirmək istəyir. Çünki
kütləni istənilən tərəfə çevirmək, göstəriş vermək, fanatiklər
dəstəsinə çevirmək asandır. Orteqa-i Qasset deyir ki, İtaliya
faşistlərinin lideri Mussolininin «hər şey Dövlət üçün. Dövlətdən
kənar heç nə, Dövlətə qarşı heç nə» şüan- nı göstərmək kifayətdir
ki, onun ideologiyasının tipik kütlə ideologiyası olduğunu
biləsən. «Dövlətin diktaturası davranış qanununa çevrilən
zorakılıq və birbaşa hərəkat tərəfindən qəbul edilən ali
formadır».^*
Elita nəzəriyyəsinin əsasını İtaliya politoloqu və filosofu
V.Pareto (1848-1923) və H.Moska (1858-1941) qoymuşdur.
Məsələn, H.Moska demişdir: «Təşkilatlanmış azlığın təşkilat- sız
çoxluq üzərində suveren hakimiyyəti qaçılmazdın>. «Yüz adam
həmrəy, işin ümumi anlayışı ilə hərəkət edərək, bir-biri ilə
həmrəy olmayan, təkbətək ünsiyyət saxlayan min adama qalib
gəlir».*^
Bu nəzəriyyənin tərəfdarları sübut etməyə çalışırlar ki, kütlə
«ən yaxşı halda ətalətdə
O
1
UD
>,
həyəcana gələn vaxt isə qorxulu
qüvvəyə çevrilir, nəzərə çarpan mühüm yenilikləri sevmir;
bərabərliyə can ataraq insan mədəniyyətini dağıdır, onu keçmiş
vəhşilik dövrünə tərəf geriyə atır.
Х.Ортега-н-Гассет. Дегуманизация искусства. M., 1991, с. 151.
Sitat götürülüb: A.И.Кравченко. Социология. Хрестоматия. M., 1997, с.246.
415
V
BOLMƏ
Praktiki fəlsəfə
İndiki dövrdə sosial və mədəni həyatın əvvəllər görünməyən
yüksək dinamizm qazanması, həyatın müxtəlif sahələrində sosial
fəaliyyətin mahiyyətinin prinsipcə dəyişməsi fəlsəfəni eyni
zamanda praktiki bilik sahəsinə çevirir.
1. İqtisadiyyatın fəlsəfəsi
1.1.
İctimai istehsal
«İctimai istehsal» anlayışı ingilis mütəfəkkirləri Con Lokk və
Adam Smit tərəfindən istifadə edilmişdir. K.Marks bu anlayışı
insanların birgə həyat fəaliyyəti üsuluna tətbiq edərək cəmiyyəti
bu fəaliyyətin məhsulu və nəticəsi hesab etmişdi.
Cəmiyyət sadəcə olaraq təkrar istehsal və adaptasiya
(uyğunlaşmaq) deyil, həmçinin yaradıcılıq, özünü istehsal
etmədir. İctimai istehsal ona görə belə adlanır ki, həyat üçün
vacib olan sosial flınksiyalan icra edir. Bu funksiyalar
müxtəlifdir: yaşamağın maddi şəraitinin təkrar istehsalı; ideya
(ideologiya) və mənəvi dəyərlərin istehsalı; ictimai fərd kimi
insanın özünün istehsalı; sosial əlaqə və münasibətlərin istehsalı.
Bəzi alimlər hətta ailə, dövlət, hüquq, əxlaq, elm, incəsənət və
s. istehsalın xüsusi növləri hesab edirlər.
İctimai istehsalın funksiyasına ümumi ictimai əməyin həyata
keçirilməsi də daxildir. Bu elə əməkdir ki, ayrı-ayrı adamlar
tərəfindən olduğu kimi, sosial cəhətdən təşkilatlanmış insan
qrupları vasitəsilə də həyata keçirilir, lakin hər iki halda əməyin
nəticəsi hamıya aiddir. Elmi kəşflər, texniki ixtiralar, incəsənət
əsərləri bütün insanlara məxsusdur. Bu ictimai sərvətdir.
İnsanların öz ictimai həyatının birgə istehsalı prosesində
cəmiyyətin formaları yaranır: ənənəvi cəmiyyət, sənaye
cəmiyyəti, postindustrial cəmiyyət. Qərb və Şərq cəmiyyətləri.
Beləliklə, iqtisadiyyatın fəlsəfəsi istehsalın texnologiyası,
məhsulun hazırlanma üsulunun özü, insanın təsərrüfat
fəaliyyətinin maddi tərəfi ilə deyil, əmək məhsullarına müəyyən
ictimai forma verən ayrı-ayrı adamların cəmiyyətdəki əlaqə
416
Dostları ilə paylaş: |