masiya şəbəkəsinin formalaşmasına aid edilir. Bütün bunlar
doğrudan da təsərrüfat həyatının beynəlmiləlləşməsi yolunda
çoxəsrlik prosesin ən yeni mərhələsi olan qloballaşmaya xas
olan cəhətdir.
İqtisadi sistem cəmiyyətin nisbətən xüsusiləşmiş yarım
sistemidir və 0 bu və ya digər dərəcədə cəmiyyət üzvlərinin
tələbatını ödəyir, bu mənada onların yaşayışını təmin edir.
İqtisadi sistem yalnız özünün daxili məntiqi ilə (Marksda
olduğu kimi) deyil, həm də milli, etik, dini, ideoloji amillər ilə
(M.Veber) müəyyənləşir. Bu iki görüş bir-birini tamamlayır.
Hələ vaxtilə A.Smit tərəfindən irəli sürülən - hər bir fərdin
özünün şəxsi marağını təmin etməyə can atması fikri - həqiqətən
də bazar iqtisadiyyatının normal fəaliyyəti üçün çox mühüm
olmuşdur. Çünki, bazar iqtisadiyyatı şəxsi marağı ictimai rifaha
doğru yönəldən rəqabətin əsasıdır. İqtisadi sistemin işti-
rakçılan humanistliyə yox, özlərinin şəxsi marağına müraciət
edirlər. Məhz bu yolla cəmiyyət üzvlərinin subyektiv azadlığı
iqtisadi cəhətdən təmin edilir. Lakin belə sistemdə təsərrüfat
fəaliyyəti ilə məşğul olan hər bir iştirakçı üçün məcburi olan
formal qaydaların rolu da böyükdür. Burada söhbət ilk növbədə
heç bir güzəşt və qayda ilə məhdudlaşdırılmayan azad
rəqabətdən, kontraktın məcburiliyindən və mülkiyyət
hüququnun etibarlılığından gedir.
Məlumdur ki, M.Veber (1864-1920) kapitalizmin əxlaqi
əsasının vacibliyini qeyd edirdi, yəni öz kapitalını çoxaltmaq
sadəcə olaraq praktiki müdriklik deyil, həm də insanın
mənəvi-əxlaqi borcudur. İqtisadi fəaliyyətin müvəffəqiyyəti
əsas məqsəddir. Əgər kapitalizmə qədərki dövrdə «xarici əxlaq»
hökmran idisə, kapitalizmdə vəzifə, borc intizamı daxili amilə
çevrilir.
Qərb kapitalist ideologiyasının vacib cəhətlərindən biri,
özünü yalnız iqtisadiyyatda deyil, həm də fəlsəfədə,
ədəbiyyatda, incəsənətdə göstərən fərdiyyətçilikdir. Bazar
iqtisadiyyatına keçid dövrü bizim ölkədə də həmvətənlərimizin
mentalitetində fərdiyyətçilik xüsusiyyətinin güclənməsi ilə
səciyyələnir.
423
Başqa bir fikir də geniş yayılmışdır. Bir çox alimlər hesab
edirlər ki, postindustrial cəmiyyətin tələblərinə Qərb fər-
diyyətçiliyindən daha çox kollektivçilik cavab verir. Bu fikrin
tərəfdarları Şərqi Asiyanın inkişaf etmiş bir sıra ölkələrinin
(Yaponiya, Cənubi Koreya, Tayvan və s.) təcrübəsinə müraciət
edirlər. Çünki bu təcrübə fərdiyyətçi olmayan kapitalizmin
mümkünlüyünü sübut edir.
Ənənəvi sənaye kapitalizminin inkişaf etmiş ölkələrdə artıq
öz dövrünü keçdiyi və postindustrial mərhələdə olduğu fikri
demək olar ki, hamı tərəfindən qəbul edilibdir. Kapitalizmin
indiki inkişaf mərhələsi haqqında olduqca çox yazılır, müxtəlif
fikirlər irəli sürülür. Onlardan bir neçəsini misal gətirək.
Piter Drakerin «Postekonomik cəmiyyət» kitabı (1993)
ənənəvi kapitalizmi aradan qaldırma konsepsiyasına həsr edilib.
Burada baş verən irəliləyişin əsas əlamətləri - industrial
təsərrüfatdan bilik və informasiyaya əsaslanan iqtisadi sistemə
keçid, kapitalist xüsusi mülkiyyətinin və Marksın dediyi
özgələşmənin aradan götürülməsi, müasir insanın yeni dəyərlər
sisteminin formalaşması və qlobal iqtisadiyyat və qlobal
cəmiyyətin xeyrinə milli dövlət ideyasından imtina etməkdir.
P.Draker «postekonomik cəmiyyət» və «postkapitalist
cəmiyyət» anlayışlannı eyniləşdirir. O, yazır: «Ümumi bilikdən
xüsusi biliklər kompleksinə keçid, biliyi yeni cəmiyyət
yaratmaq qabiliyyəti olan qüvvəyə çevirir. Lakin nəzərə almaq
lazımdır ki, belə cəmiyyət xüsusi fənlər şəklində təşkil edilmiş
biliyə əsaslanmalıdır, müxtəlif sahələrdə xüsusi biliyə malik
olan insanlar bu cəmiyyətin üzvü olmalıdır. Onun gücü və
səmərəliliyi məhz bundadiD).^
Müasir
informasion
texnologiyadan
istifadə
edən
iqtisadiyyatı bəzi alimlər virtuaP iqtisadiyyat adlandırırlar.
İqtisadi və siyasi həyatda informasion texnologiya köklü
dəyişikliyə səbəb oldu. Amerika alimi R.Rozenkrans yazır:
«Virtual dövlət elə ölkədə olur ki, onun iqtisadiyyatı istehsalın
mobil fak- torlanndan asılıdır... Virtual dövlət onunla fərqlənir
ki, öz is-
- Новая постишогстриальная волна на Западе. Антологая. М., «Academia», 1999, s.lOO. ’
«Virtual» ingiliscə faktiki, real, səmərəli, xəyali və s. mənalarda işlədilir.
424
tehsalını kənara çıxanr və başqa ölkələrdə yerləşdirin>.'* *
Sənaye kapitalizmi dövründəkindən fərqli olaraq virtual dövlət
kənd təsərrüfatı istehsalından sənayeyə qədər bütün iqtisadi
funksiyalan, həmçinin bölgü funksiyasını birləşdirmir. Bu
dövlət yüksək texnoloji istehsaldan daha çox dizayn, marketinq
və maliyyə məsələləri üzrə ixtisaslaşır. «Virtual millətlər» öz
əllərində yeni informasiya texnologiyasını saxlayırlar ki, bu da
onlann XXI əsrdə daha da irəli getmələrinə səbəb olacaq, çünki
onların iqtisadi potensialına ciddi məhdudiyyət yoxdur.
Məsələn, bu gün ABŞ-da ümumi milli məhsulun (ÜMM) 70
faizini xidmət sahəsi verir, həm də bunun 63 faizi yüksək
keyfiyyət kateqoriyasıdır. Müvəffəqiyyətlə fəaliyyət göstərmək
üçün virtual dövlətdə ən yeni informasion və başqa
texnologiyanı mənimsəmiş yüksək ixtisaslı mütəxəssislərin
olması zəruridir. Ona görə də Yaponiya, Cənubi Koreya,
Tayvan və başqa Cənubi-Şərqi Asiya ölkələrinin təcrübəsi
göstərir ki, təhsil sistemi getdikcə daha çox həlledici və zəruri
əhəmiyyət kəsb edir.®
Qərbdə «virtual iqtisadiyyat»a çox yaxın olan “kibernetik
iqtisadiyyat” anlayışı da işlədilir. Telerabitə və informasion
texnologiyadan istifadə edən iqtisadiyyat belə adlandırılır.
Müasir iqtisadiyyatı ümumiyyətlə telerabitə və ən yeni
informasion kompüter texnologiyasında baş verən tərəqqidən
kənarda təsəvvür etmək mümkün deyil. «Rabitə və informasiya
sistemində baş verən irəliləyiş ilə əlaqədar yeni iqtisadi və
mali)^ə texnologiyası meydana gəlib. Müasir xarici maliyyə
təşkilatları kompüter şəbəkələri ilə rəngarəng xidmət növləri
təklif edir. Onlar pul, investisiya, ticarət, marketinq, reklam və
başqa iqtisadi kateqoriyaların elektron analoqlan ilə əməliyyat
aparan və formalaşmaqda olan kibemetik iqtisadiyyatın əsasını
təşkil edir. İnternet və başqa kommersiya informasiya şəbəkəsi
əsasında formalaşan qlobal şəbəkə məkanı maliyyə xidmətini və
bank əməliyyatını (investisiya, hesablamanın haqqını ödəmək,
firmalar arasında haqq-hesab və s.) transformasiya edir.
*
Bax; Ю.Г.Волков, В.С.Поликарпов. Энинклопсдическнй словарь. Человек. М.. 2000,
с.222.
* Yenə orada.
425
Dostları ilə paylaş: |