lər isə qərar qəbul etməyə texniki mütəxəssislərin çox məhdud
hissəsi buraxılırdı.
Kompüter cəmiyyətinin ən fəal təbliğatçılarından biri olan
Amerika filosofu və sosioloqu A.Toffler (1928) hesab edir ki,
D.Bellin konsepsiyası və ona bənzər fikirlər (məsələn, Z.Bje-
zinskinin «texnotron era» nəzəriyyəsi) ictimai inkişaf haqqında
heç də yeni bir mərhələ, industrial dövrdən sonra gələn hansısa
«post» mərhələ deyil. O, D.Bellin təsvir etdiyi və gözlədiyi
dəyişiklikləri sənayeləşmənin genişlənməsindən başqa bir şey
hesab etmir, onlan «post» deyil, daha çox «supen> industrial
cəmiyyət sayır.
Sosioloji fikir tarixində A.Toffler ilk dəfə olaraq texnokra-
tiya konsepsiyalarında həmişə ayrılmaz olan texnika və indust-
riyanı bir-birindən ayınr. O, gələcək sivilizasiyanın «eyni
zamanda texniki və antiindustrial xarakter» daşıyacağını sübut
etməyə çalışır.
2.2.
Texnika: təbiət və cəmiyyət
Texnikanın təbiət və cəmiyyətdə rolu haqqında yazan
alimlərin sayı olduqca çoxdur. Burada isə XX əsrdə yaşamış bir
neçə böyük filosofun bu problem haqqında dediklərini və bir sıra
ümumiləşdirilmiş fikirləri misal gətiririk.
M.Haydeggerin əsərlərində texnikanın fəlsəfəsinə bilavasitə
aidiyyəti olan bir sıra geniş əhatəli məsələlər qoyulur: elmin
meydana gəlməsi və ixtisaslaşdırılması, elm və texnikanın
əlaqəsi, elmi texnologiyanın bütün planetdə yayılması və onun
gələcəyi. Haydeggerə görə texnika - bəşəriyyətin özünü realizə
etməsi, həyata keçirilməsi üsuludur. Texnika cəmiyyətə
münasibətdə birincidir. Haydegger texnikanın ənənəvi fəlsəfəsi
ilə əlaqəni kəsir və göstərir ki, texnikanın müdaxiləsi
müxtəlifdir, uzaq gələcəkdə isə hətta hansı nəticələrə gətirəcəyini
demək çətindir. Özünün statusuna görə texnika yalnız həqiqət ilə
müqayisə edilə bilər. Haydegger göstərir ki, texnika varlığın
dərin qatlannda olan xassələri üzə çıxarmaq üçün ən vacib
üsuldur; o imkan verir ki, gizli olan bir şey üzə çıxarılsın, təhrif
olunmamış şəkildə başa düşülsün və təqdim edil-
432
sin. Bununla yanaşı Haydegger texnikanın insan əlində vasitə
olması təsəvvürünü inkar edir. Əksinə məhz insan texnikaya
«təslim» edilib, bu isə onu təhlükəyə doğru aparmaq qorxusunu
yaradır.
Başqa alman filosofu K.Yaspersə görə isə, texnika bilikli
insanın təbiət üzərində hökmranlığa doğru yönəldilən
fəaliyyətinin məcmusudur. Burada məqsəd insan həyatına elə
görkəm verməkdir ki, o ehtiyac yükünü öz üzərindən ata bilsin
və ətraf mühitdən özünə lazım olan formanı ala bilsin. Yaspers
hesab edir ki, müasir texnikanın köməkliyi ilə insanın təbiətlə
əlaqəsi yeni formada baş verir. İnsanın təbiət üzərində
hökmranlığının qüvvətlənməsi ilə yanaşı təbiətin indiyə qədər
görünməmiş dərəcədə insanı özünə tabe etməsi qorxusu da
yaranır. Yaspers təsdiq edir ki, təbiət üzərində hökmranlıq o
zaman məna kəsb edir ki, insan öz qarşısına bir çox məqsədlərə
çatmaq ideyasını qoyur: həyatı yüngülləşdirmək, fiziki cəhətdən
mövcud olmaq üçün sərf edilən gündəlik qayğılan azaltmaq,
istirahət və rahatlığı artırmaq. Yaspersə görə texnikanın mənası
insanı təbiətin hökmranlığından azad etməkdir. Lakin təbiətə
münasibətdə insan səmimi olmalıdır. O, yazmışdır: «Adi əmək
alətlərindən maşına doğru sıçrayışın hansı nəticələr verəcəyini
hələ Hegel görmüşdü. Bu hər şeydən öncə əhə- mij^ətli
tərəqqidir; əmək aləti hələ nə isə ətalətli bir şeydir ki, öz
fəaliyyətində mən ondan formal olaraq elə bil ki, istifadə edirəm
və bu vaxt özüm də əşyaya çevrilirəm; çünki bu halda insanın
özü qüvvə mənbəyidir. Maşın isə, əksinə, müstəqil alətdir, onun
köməkliyi ilə insan təbiəti aldadır, onu özünə işləməyə məcbur
edir. Lakin yalan yalançıdan qisas alır».'^
Həyatı məsələlərin həllinə təsir etmək üsullarından biri də
bizim siyasi proseslərdə bilavasitə iştirakımızdır. Lakin
texnologiyaya aid məsələlərin həllində əhalinin böyük
əksəriyyəti səriştəsizdir. Bu işlə bilavasitə mütəxəssislər məşğul
olurlar..
Texnologiyanın cəmiyyətdə müsbət roluna inanan müəlliflər
deyirlər ki, texnologiya birmənalı olaraq iqtisadi inkişafa
K.^Icııepc.
C
MMCH H
najHaHeHiıc ncTopun.
M., 1994, c.126.
433
kömək edir. Onlar göstərirlər ki, böyük məhsuldarlıq həyat
səviyyəsini yüksəldir, deməli, adamlar yaxşı qidalanır və daha
az xəstələnirlər. Onlar üçün ən vacib demokratik azadlıq bazarın
iqtisadi azadlığıdır. Doğrudur, onlar bir qayda olaraq həm də
siyasi azadlıq uğrunda çıxış edirlər. Bu müəlliflər etiraf edirlər
ki, sosial ədavət və xarici təbii mühitin qorunması olduqca
vacibdir, lakin hesab edirlər ki, onun iqtisadi məqsədlə istifadə
edilməsinə mane olmaq yolverilməzdir. Bu müəlliflər adətən
texnologiyanı Utilitarist baxımdan qiymətləndirir, gəlir ilə
xərcin balansına maksimum dərəcədə nail olmağa çalışırlar.
Texnoloji inqilabda təhlükə görən alimlər şəxsi potensialın
həyata keçirilməsini hər şeydən üstün tuturlar və onları maddi
marağın üstünlüyü baxımından deyil, insani münasibətlər
mövqeyindən izah edirlər. Onları insan haqları və insan ləyaqəti
maraqlandırır.
Onların
fikrincə
texnoloji
siyasəti
müəyyənləşdirərkən iqtisadi məhsuldarlıqla yanaşı səmərəli
əmək də çox vacibdir. Müasir industrial cəmiyyətlərdə təbii
ehtiyatların tükənməsi və istehlakm yüksək səviyyəsi onlan
narahat edir. Onlar, bütün canlı varlıqlara rəhm etməyi və onlan
qorumağı zəruri hesab edirlər.
Texnikanın inkişafı bir çox hallarda absurd vəziyyət yaradır.
Məsələn, texniki rabitə vasitələrinin (telefon, radiotelefon,
kompüter şəbəkəsi) sürətlə yayılması cəmiyyətin həmin
vasitələrlə təmin edilməsi imkanını qabaqlayır. Qüdrətli texniki
vasitələr bəzən bayağı, şit şeylər yayır, çox xırda, boş,
məzmunsuz informasiyalarla doldurulur. Texniki ixtiraların bir
çoxu öz dövrünü qabaqlayır, iqtisadi cəhətdən faydasız olur.
Texniki qurğuların çoxsaylı olması, onların istehsala və məişətə
tətbiq edilməsi kütləvi şüurun intellektual (xüsusən əxlaqi)
səviyyəsini qabaqlayır. Odur ki, təhlükəsizliyi qorumaq üçün
texniki sistemlərə məhdudlaşdırıcı vasitələrin daxil edilməsi
zərurəti yaranır. Həyatın bütün axarını texnika ilə doldurmaq
qəzaların və bir sıra başqa texniki hadisələrin sayını çoxaldır.
Bununla belə öz amansızlığına baxmayaraq texniki tərəqqi
qarşısıalınmaz prosesdir.
434
Dostları ilə paylaş: |