Məsələn, konkret dövlət deyil, konkret hakimiyyət strukturu
deyil, ümumiyyətlə dövlətin və hakimiyyətin təbiəti, konkret
siyasi partiya deyil, onun cəmiyyət həyatındakı yeri və rolu
nəzərdə tutulur.
«Siyasi fəlsəfə» söz birləşməsində «fəlsəfə» bütövlükdə
məsələnin mahiyyətini əhatə edir; «siyasi» sözü isə eyni vaxtda
həm predmeti, həm də funksiyanı göstərir. «...Bütün siyasi
fəlsəfə siyasi fikirdir, lakin hər bir siyasi fikir siyasi fəlsəfə
deyil. Siyasi fikri öz-özlüyündə mülahizə (rəy) maraqlandırmır;
əksinə, siyasi fəlsəfə şüurlu, ardıcıl və yorulmaz səy ilə siyasi
prinsiplər haqqında mülahizələri onlar haqqında bilik ilə əvəz
etməyə yönəlibdir».*’
Beləliklə, siyasi fəlsəfə ümumiyyətlə idarəetmə, vətəndaş və
dövlət problemləri ilə məşğuldur və daha ümumi suallara cavab
verməyə çalışır: nə üçün vətəndaş öz dövlətinin hökumətinə
tabe olmalıdır və qorxudan başqa tabe olmağın digər əsası
varmı? Bizə dövlət lazımdırmı, yoxsa dövlətsiz də keçinmək
olar? Azadlıq nədir və vətəndaş nə qədər azad olmalıdır?
Siyasi fəlsəfə ümumi fəlsəfənin bir hissəsi kimi çıxış edir.
«...Siyasi fəlsəfə eyni zamanda siyasi dünyanın idrak
nəzəriyyəsi, yəni siyasi epistemologiya, həm də siyasi varlıq
haqqında təlim, başqa sözlə siyasi ontologiya kimi çıxış edir.
Birinci halda siyasi fəlsəfə - siyasi dünyanın mənəvi və
dünyagörüşü aspektlərini öyrənən xüsusi fənn kimi çıxış edir,
siyasi ontologiyanı, aksiologiyanı, epistemologiyanı və
metodologiyanı özündə birləşdirir. İkinci halda isə bu,
insanların mənəvi fəaliyyətinin elə sferasıdır ki, burada siyasi
dünyanın dünyagörüşü, normativ və dəyər sahəsində əsaslan,
siyasi ideyanın özü, dövlət və hakimiyyət ideyası və s.
formalaşır. Siyasi fəlsəfə eyni zamanda həm fəlsəfə, həm də
siyasi həyat sahəsinə toxunaraq fəlsəfə ilə siyasi elmlərin
kəsişdiyi yerdə durur».^® Bu mənada siyasi fəlsəfə, yuxanda
göstərildiyi kimi, ümumi fəlsəfənin ayrılmaz tərkib hissəsidir.
Л.Штраус. Введение в политическую философию. М.. «Пракснс». «Логос». 2(К)0. с.11.
К.С.Гаджиев. Политическая философия. М.. «Экономика», 1999, с. 193.
441
XX əsrin birinci yarısında Qərbdə peşəkar filosoflann dövlət
və vətəndaş problemlərinə marağı bir qədər azalır. Əvvəllər isə
bu problemlər fəlsəfənin vacib tərkib hissəsi olmuş, Platon,
Aristotel, əl-Fərabi, İbn Xaldun, Nəsirəddin Tusi, T.Hobbs,
Hegel, K.Marks və başqaları siyasi problemlər ilə ciddi məşğul
olmuşlar.
XX yüzilliyin 80-ci illərindən başlayaraq siyasi mövzu
fəlsəfədə yenidən aktuallaşır. İki amerikalı filosoflın: Con
Rolzun «Ədalət nəzəriyyəsi» (1979) və Robert Nozikin
«Anarxiya, dövlət və utopiya» (1974) əsərlərinin çapı bu sahədə
böyük canlanmaya səbəb oldu.
Yuxarıda deyildiyi kimi, cəmiyyətin sosial qruplara və
siniflərə parçalanması ilə əlaqədar əsasən hakim siyasi
qüvvələrin mənafeyini ifadə edən dövlət hakimiyyəti vasitəsilə
mövcud ictimai-siyasi strukturu qoruyub saxlamaq zərurəti
meydana gəlir. Siyasi şüur sosial-siyasi qrupların dövlət
hakimiyyətinə münasibətində onların təsərrüfat-iqtisadi və
ictimai münasibətlərinin əks olunmasıdır. Ona görə də siyasi
şüur yekcins ola bilməz, çünki o cəmiyyətin bütün təbəqələri
arasındakı qarşılıqlı münasibəti əhatə edir.
Müasir dövrdə siyasi fəlsəfənin əhatə etdiyi problemlər
dairəsi olduqca genişdir. Bu dövlət hakimiyyəti, ictimai
quruluş, şəxsiyyətin hüquqi statusu, siyasi mübarizə və inqilab,
dövlət- lərarası münasibət, müharibə, sülh və s. problemlərdir.
Siyasi mənafe hər insana toxunur, ya tamam açıq, ya da gizli
forma kəsb edir. Mahiyyətcə ibtidai icma quruluşundan başqa
bütün cəmiyyətlərdə həyat kəskin sosial ziddiyyətləri özündə
birləşdirən siyasi maraqlarla doludur. Məhz siyasi maraqlar
daha çox ictimai fəal birliklərin və xüsusən kəskin sosial
ziddiyyətlərin özəyini təşkil edir. Bu mübarizədə hər şey - elm,
incəsənət, din, fəlsəfə - siyasi şüurun obyekti ola bilər və
ideoloji diskussiyalar sferasına cəlb edilə bilər. Yalnız sosial-
iqtisadi deyil, həm də cəmiyyətin mənəvi həyatı daha böyük
dərəcədə siyasi maraqlardan asılıdır. Bu o demək deyil ki, hər
bir mədəniyyət hadisəsi ya siyasi mənafelərin əks olunmasıdır,
ya da onun qurbanıdır; əsl yaradıcılıq təmənnasız baş verir.
442
Bununla yanaşı yeninin əsl yaradıcılan həmişə siyasi baxımdan
mütərəqqi fikirləşirlər.
Fəlsəfədə siyasi şüuru adətən iki səviyyəyə bölürlər: adi-
praktiki və ideoloj i-nəzəri səviyyələr. Adi-praktiki siyasi şüur
kortəbii meydana gəlir, insanlann praktiki fəaliyyətindən, on-
lann sosial təcrübəsindən və onları bilavasitə əhatə edən
mühitdən qidalanıb boy atır. Adi şüurun məzmununu tənqidi
olaraq təhlil edən nəzəri ideologiya dəqiq, elmi cəhətdən əsas-
landınlmış siyasi proqram hazırlamağa cəhd göstərir.
Siyasi şüurun ayrılmaz hissələrindən biri də hüquqi şüurdur.
Hüquqi şüur hüquq hadisələrini bilmək, ayn-ayrı siyasi
qüvvələrin və ya bütün cəmiyyətin mənafeyi və tələbatı ilə
həmin hadisələrin müəyyənləşən qiyməti haqqında hüquqi
görüşlər və nəzəriyyələrin cəminə deyilir.
Hüquqi şüurda mövcud cəmiyyətdə hüququn müxtəlif
subyektlərinin - fərdlərin, müəssisələrin, əmək kollektivlərinin,
təşkilatlann, vəzifəli şəxslərin və s. sosial-iqtisadi fəaliyyəti
haqqında hüquqi qanun kimi qəbul edilmiş normativləri bilmək
və onlan qiymətləndirmək ifadə olunur.
Sosial təbəqələr, millətlər, dövlətlər və s. arasındakı
münasibətləri əks etdirən siyasi şüurdan fərqli olaraq hüquqi
şüur ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələri
baxımından həyatı əks etdirir. Hüquqi şüur - normativ şüurdur, o
ictimai münasibətləri qaydaya salmaq zərurətindən meydana
gəlib. Ona görə də hüquqi şüur siyasi şüur tərəfindən ifadə
edilmiş vəzifələrin həyata keçirilməsini təmin edən vasitə
rolunu oynayır.
Hüquqi şüurun xarakter cəhəti onun hüquq ilə qırılmaz
əlaqədə olmasıdır. Ona görə də burada hüququn təbiəti və
qaynaqları haqqında qısaca bəhs etmək lazımdır.
Bütün hüquqi normalar əxlaq normalarından, dindən,
adətlərdən, ənənələrdən fərqli olaraq dövlət tərəfindən yaradılır
və qanunverici aktlarda təsbit edilir.
Hüquq normaları məcburetmə qüvvəsinə malikdir, həm
yasaq edilmiş, həm də qanuni hərəkətləri müəyyən edir. Əgər
443
Dostları ilə paylaş: |