Əgər kimsə bu müddəanı təhrif edərək göstərir ki, guya iqtisadi
moment yeganə həlledici momentdir, o bu fikri heç nə
deməyən, mücərrəd, mənasız ifadəyə çevirir... Bütün bu mo-
mentlərin qarşılıqlı təsiri mövcuddur ki, burada iqtisadi hərəkət
son halda zəruri moment kimi sonsuz dərəcədə çox təsadüflər
arasından keçərək özünə yol salır...».‘
Son vaxtlar alimlərin çoxu bazar iqtisadiyyatını demokratiya,
daha geniş fəaliyyət, yaradıcılıq imkanı üçün daha zəruri amil
hesab edirlər. İstehsalın inkişafı elm və texnikanın inkişafından,
qabaqcıl texnologiyadan, istehsalın təşkilindən, birinci növbədə
bilavasitə istehsalçıların qabiliyyətindən və s. asılıdır. Bir sözlə,
marksistlərin dediyindən fərqli olaraq, istehsal əhəmiyyətli
(bəzən həlledici) dərəcədə insanların şüurundan və iradəsindən
asılı olur.
Amerika filosoflarının çoxu hələ 1941-ci ildə Ceyms Bem-
xem (1905) tərəfindən irəli sürülən «menecer inqilabı» təliminə
inanır. Bu təlimə görə kapitalist sinfi idarə edən sinif tərəfindən
sıxışdırılıb meydandan çıxarılır və postkapitalist cəmiyyətdə
həlledici rol oynamır.
XX əsrdə fəlsəfədə, xüsusən marksist fəlsəfədə «bazis» və
«üstqurum» anlayışları geniş yayılmışdır. Bu kateqoriyalar
marksizmin fundamental kateqoriyalarından hesab olunur.
Marksizmə görə bazis cəmiyyətin iqtisadi strukturunu təşkil
edən, insanların sosial həyatının ideoloji formalarının sistemini
müəyyən edən istehsal münasibətlərinin məcmuudur. Üstqurum
ideoloji münasibətlərin, onları möhkəmləndirən və həmin
cəmiyyətə xas olan qurum və təşkilatların (dövlət, siyasi
partiyalar, ictimai biliklərin və s.) məcmuudur. Bazis və
üstqurum tarixən konkret olur. Hər bir ictimai-iqtisadi
formasiyanın bazisi və ona uyğun olan üstqurumu var.
Cəmiyyətin iqtisadi bazisi, onun təbiəti necədirsə, həmin
cəmiyyətin üstqurumu da elə olur. Əgər bazis ziddiyyətlidirsə,
bu hal üstqurumun ziddiyyətli olmasında öz əksini tapır.
' K.MapKC H
0.3nrcjibc.
CoMiıiiCiiııa,
T.37. c.394-395.
420
1.3.
iqtisadi sistem
İqtisadiyyatın sovet modeli üçün xüsusi mülkiyyətin və
sahibkarlığın ləğv edilməsi, onların yerində idarə və
planlaşdırmanın nəhəng bürokratik aparatın olmasını tələb edən
və bütün sahələri əhatə edən dövlət mülkiyyətinin yaradılması
həlledici əhəmiyyətə malik idi. Sovet İttifaqında mərkəzləşmiş
planlaşdırmanın həyata keçirilməsi nəticəsində dünya
praktikasında birinci dəfə olaraq dövlət bütün istehsalın
bilavasitə təşkilatçısı və rəhbəri olur, bazar lazımsız olur və plan
ilə əvəz edilir. Bununla yanaşı iqtisadiyyatın sovet modeli
böyük siyasi effektə malik olaraq uzun illər hakim dairələrə
rejimi möhkəmlətmək imkanı yaratdı.
Sovet İttifaqında guya Marksın təliminə uyğun yaradılmış
iqtisadiyyat (Lenin və Stalinin əlavələri ilə) bütün
parametrlərinə görə əsassız olduğunu göstərdi, yəni artımın
ümumi tempinə, istehsalın strukturunu formalaşdırmağa,
səmərəliliyinə (əmək məhsuldarlığına, enerji və maddi
tutumuna) görə kapitalist iqtisadiyyatı ilə müqayisədə çox geri
qaldığını nümayiş etdirdi. Maodan sonrakı Çinin təcrübəsi.
Şimali və Cənubi Koreyanın, Almaniyanın Şərqi ilə Qərbinin
müqayisəsi buna misaldır.
Marks sübut etməyə çalışırdı ki, kapitalizm «axırıncı
istismarçı formasiya» kimi özünün bazar iqtisadiyyatı ilə
birlikdə zəruri ölümə məhkumdur. Belə mücərrəd nəzəri
nəticəyə gəlmək üçün «dəyər qanunu» kifayət idi. Marksa görə
bu qanun əmtəə mübadiləsini onun ictimai dəyəri, yəni
əmtəənin istehsalına sərf edilən ictimai zəruri əməyin miqdarı
ilə tənzimləyir. «Dəyər qanunu»nun köməkliyi ilə Marks
məntiqi yolla bir neçə tendensiyanı üzə çıxardı: kapitalist yığımı
və proletariatın dilənçiləşməsi qanunu, gəlirin orta normasının
aşağı düşməsi meyli, sərbəst rəqabətin inhisar (monopoliya)
tərəfindən sıxışdırılması və s. Marks bütün qüvvəsini bu
qanunun sosial aspekti üzərində cəmləmiş və kapitalizmin
ölümə məhkum olduğunu sübut etməyə çalışmışdır.
Siyasi iqtisad elminin yaradıcıları olan A.Smit (1723-1790)
və D.Rikardonun (1772-1823) əsas xidməti sərvətin nə ticarət
421
prosesində, nə də təbii ehtiyatlar sayəsində deyil, hər şeydən əwəl
istehsal prosesində insan əməyi ilə yaradıldığını sübut etmək
olmuşdur. Hələ Marksa qədər iqtisadi fikir birdəfəlik belə
nəticəyə gəlmişdir ki, fiziki xarakterli hər hansı bir şey dəyərin
meyan (ölçüsü) ola bilməz (Marksdakı kimi) və bu meyar bazar
münasibətlərinin özündə gizlənir.
XIX əsrin axırı - XX əsrin əvvəllərində müvazinət
nəzəriyyəsinin yaradıcıları L.Valras (1834-1910) və V.Pareto
(1848- 1923) ilk dəfə göstərdilər ki, iqtisadi dəyərlər sistemində
bütün elementlər - həm əmək, həm özünün müxtəlif formalann-
da kapital, həm təbii ehtiyatlar, həm müxtəlif əmtəə və xidmət
növləri dinamik müvazinət vəziyyətindədir. Belə vəziyyət op-
timuma can atır, yəni elə bölgü yaradır ki, müxtəlif tələbatların
bütün cəmi maksimum təmin edilir. Bu sistemdə hər bir
dəyişiklik optimumu pozur və beləliklə, dəyərin ümumi həcmini
azaldır. A.Smit və D.Rikardonun belə izahatı obyektiv
substansiya tərəfindən hər hansı dəyər yığımının yaradılmasını
tamamilə inkar edir və xüsusən K.Marks tərəfindən göstərilən
problemi aradan götürür: tələb təklif edilən əmtəənin
qiymətindən asılı olduğu üçün, guya qiyməti tələb və təklif ilə
izah etmək olmaz.
İndiki dövrdə kompüter texnologiyasının inkişafı iqtisadi
sistemlərdə keyfiyyətcə yeni dəyişikliklər yaradır. Dünya iqtisadi
birliyi bu və ya digər dərəcədə qarşılıqlı əlaqədə olan dövlətlərin
mexaniki cəmindən bütöv iqtisadi sistemə çevrilir ki, burada
milli sosiumlar vahid ümumdünya iqtisadi orqanizmin tərkib
hissəsi olur. Qloballaşma şəraitində milli və ümumdünya iqtisadi
münasibətləri rollarını dəyişməyə başlayırlar. Əvvəllər milli
münasibətlər aparıcı rol oynayırdılarsa, indi ümumdünya iqtisadi
münasibətləri aparıcı, müəyyənedici qüvvəyə çevrilməkdədir.
Milli dövlət artıq əvvəllər olduğundan fərqli olaraq milli
iqtisadiyyatı arzuolunmaz xarici təsirlərdən qoruya bilmir.
İqtisadiyyatın qloballaşması çox hallarda ölkələrin iqtisadi
açıqlığına, ticarətin və kapital axınının milli rejimlərinin
liberallaşmasına, qlobal maliyyə bazarının və ümumdünya infor-
422
Dostları ilə paylaş: |