Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə154/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   150   151   152   153   154   155   156   157   ...   164

Kanta  görə  etika  lazım  olan  haqqında  elmdir,  o  öz  əsasını 

təbiət və cəmiyyətdə mövcud olanda deyil, ağılın qeyd-şərtsiz 

qəbul edilən xüsusi, qeyri-empirik müddəalarında axtarmalıdır. 

Kant  etik  relyativizmi  qətiyyətlə  rədd  edirdi.  Onun  fəlsəfi 

fəaliyyətinin əsas məqsədi hər bir etikanın təməli hesab edilən 

əxlaqi  prinsipin  tamamilə  möhkəm,  ümumi  olmasını  sübut 

etmək idi. Belə prinsipi Kant kateqorik imperativ adlandırırdı. 

Əxlaq  qanunlan  onun  dediyinə  görə  elə  imperativlərdir  (qəti 

göstərişlər, tələblərdir) ki,  onların  həyata keçirilməsi lazımdır, 

lakin  buna  baxmayaraq  heç  də  həmişə  yerinə  yetirilmir.  Kant 

təsdiq  edirdi  ki,  biz  özümüzün xüsusi  mənafeyimizdən  imtina 

etməli, öz hərəkətlərimizi hamı üçün ağlabatan, hamı tərəfindən 

özününkü  kimi  qəbul  edilən  qaydalar  əsasında  qurmalıyıq. 

Kateqorik imperativ bizim istək, məqsəd və niyyətimizdən asılı 

olmayaraq nəyi isə şərtsiz olaraq yerinə yetirməyi tələb etməyi 

göstərən  termindir.  Bu  mənada  Kant  etikada  imperativ 

istiqamətin  klassikidir.  O,  etikanın  vəzifəsini  insanın  faktiki 

mövcud olan əxlaqi həyatını təsvir və izah etməkdə deyil, daha 

çox həmin elm üçün mütləq qanunlarm yaradılmasında görürdü. 

Kantın əxlaq fəlsəfəsinin predmeti haqqında dedikləri XX əsr 

Qərb  etik  fikrində  geniş  yayılmışdır.  Burada  əxlaqın  mövcud 

formalarının  təsviri  başqa  fənlər  (sosiologiya,  psixologiya, 

antropologiya, etnoqrafiya) sahəsinə keçirilir. Əxlaqın fəlsəfəsi 

üçün  iki  sahə  saxlanılır.  Əvvəla,  elə  imperativ  (məcburi 

davranış  qaydası)  axtarılır  ki,  onlar  mövcud  gerçəklik  ilə 

əlaqədə olmayan və təsvir edilən elmi faktlardan məntiqi yolla 

çıxarılmayan nə isə lazımi bir şey olsun. İkincisi, poziti- vistlər 

tərəfindən məntiqə və idraka, əxlaq dilinin, davranış haqqında 

mühakimələrin  və  anlayışların  təhlilinə  aid  edilən  problemlər. 

Bunun  əksinə  olaraq  irrasionalist  filosoflar  etikanı 

həyati-praktiki fəlsəfə hesab edirlər. 

Marksistlər  nəzəri  və  praktiki  etikanı  bir-birinə  qarşı 

qoymağı  qəbul  etmir  və  göstərirlər  ki,  hər  bir  bilik  insanın 

dünyanı  mənimsəmək  sahəsində  göstərdiyi  praktiki  fəaliyyət 

sahəsidir.  Normativ  etika  nəzəri  etikanın  məlumatlarına 

əsaslanır. 



465 


4.4.

 

Əxlaq və davranış prinsipləri 

Fəlsəfə  tarixində  insanın  davranış  qaydalarını  fəlsəfi 

baxımdan öyrənən ilk böyük filosof Sokrat olmuşdur. Etikanın 

yaradıcısı Aristotel olsa da bir çox alimlər bu elmin banisi kimi 

Sokratı  tanıyırlar.  Məsələn,  T.V.Adomo  Sokrat  haqqında 

yazırdı:  «Ona  Qərbin  fəlsəfi  ənənəsində  əxlaqın,  etikanın  əsl 

yaradıcısı rolu verilir. Lakin Qərbin bütün fəlsəfə tarixində özü 

heç nə yaratmayan yeganə dahi filosofdur. Şübhəsiz ki, bu So- 

kratın  xüsusi  əxlaqi-fəlsəfı  mövqeyi  ilə,  ümumiyyətlə  öz- 

özlüyündə əxlaq fəlsəfəsini kəşf etməsi ilə əlaqədardır. Sokra- 

tm fılosofluq etməsi əsasən praktiki istiqamət kəsb edərək insan 

davranışını  öyrənməyə  doğru  yönəlmişdir.  Sokratm  əsas  fikri 

budur ki, canlı deyilən söz həmişə öz cavabını tapmalı, fəlsəfi 

kəlam «deyilən kəlam cavaba çevrilməli və konkret insanların 

problemlərini həll etməyə istiqamətləndirilməlidir; yazılan söz 

isə,  əksinə,  istisnasız  olaraq  bütün  insanlara  yönəldilməlidir, 

ona  görə  də  konkret  məsələ  ilə  toqquşanda  o  özünün 

fəaliyyətsizliyini və çeviksizliyini nümayiş etdirir».^^ 

Əxlaqi davranışlarımızda biz öz praktiki həyatımız ilə onun 

idealı  arasında  ahəngdarlıq  (harmoniya)  yaratmaq  məqsədi 

güdürük,  yəni  həyatın  necə  olmasını  öz  mövqeyimizdən 

müəyyənləşdirmək  istəyirik.  Şüurlu  olaraq  buna  can  atan 

insandan  başqa  heç  kim  öz  vəzifəsini  yerinə  yetirə  bilməz. 

Məqsəd həmişə əməldən əvvəl gəlir. Bizim əxlaqi həyatımızın 

axırı bizim istəklərimizin ardıcıllığı ilə şərtlənir. 

Xeyir  və  şər,  həyatın  mənası  ideal  fəlsəfi-etik  biliyin  əsas 

problemləridir.  Onlar  əxlaq  fəlsəfəsinin  və  normativ  etikanın 

bütün  problemlərini  istiqamətləndirən  ən  əsas  və  ümumi 

kateqoriyalardır. 

Etikanın  (və  ya  əxlaq  fəlsəfəsinin)  problemləri  arasında 

faydalı və arzu edilən və yaxud faydasız və arzu edilməz hesab 

edilən əxlaq qanunları, xoşbəxtlik, ədalət, eqoizm və altruizm , 

qoçaqlıq və qorxaqlıq, ümumiyyətlə istənilən insani vəziyyət və 

keyfiyyətlər var. 



Т.В..Адор

110


. Проблемы философии морали. с.203. 

466 


indi isə bir neçə davranış prinsipləri haqqında qısa məlumat 

veririk. 



Emotivizm?^  Məntiqi  pozitivizmin  görkəmli  nümayəndəsi 

A.C.Ayer  (1910-1989)  özünün  «Dil,  həqiqət  və  məntiq» 

əsərində  göstərirdi  ki,  əxlaq fəlsəfəsinin davranış qaydalan ilə 

heç bir əlaqəsi  yoxdur. Əxlaq fəlsəfəsi müstəsna olaraq sözün 

mənası  ilə  məşğuldur.  Sonra  Ayer  sübut  etməyə  çalışırdı  ki, 

«xeyirxah», «ədalətli», «yalançı» və b. sözlər real həyatda olan 

heç nəyi təsvir etmir, sadəcə olaraq emosiyanı ifadə edir. Ona 

görə də Ayerin bu nəzəriyyəsini etikanın emotiv nəzəriyyəsi və 

yaxud  emotivizm  adlandırırlar.  Bu  nəzəriyyəyə  görə  etik 

terminlər  (məsələn,  «yaxşı»  və  «pis»)  olan  cümlələrin  hamısı 

danışan adamın emosional vəziyyətini ifadə edir. 

Məntiqi  pozitivizmin  bu  nəzəriyyəsinə  qarşı  çıxış  edənlər 

göstərirlər ki, əgər Ayerin bu etikası doğru olsaydı, onda əxla- qi 

dəlillər  (arqumentlər)  irəli  sürmək  mümkün  olmazdı.  Əslində 

isə  insanlar  həmişə  əxlaqi  dəlillər  təklif  edirlər.  Onlar  kimin 

müqəssir,  kimin  haqlı  olması,  siyasi  qərarların  əhəmiyyəti  və 

çatışmazlığı  və  s.  haqqında  mübahisə  edir  və  öz  fikirlərini 

əsaslandırmağa çalışırlar. 



Eqoiznt  və  altmizm,  Eqoizmi  (lat.  «ego»-mən)  sistematik 

olaraq özünü sevmək və  ya mənfəətpərəstliyə əsaslanan əxlaq 

haqqında nəzəriyyə adlandırmaq olar. Altruizmə (lat.  «alter»  - 

başqası) isə sistematik təmənnasızlıq, şüurlu olaraq başqasının 

rifahı  üçün  yaşamaq  qərarı  və  ya  başqalannın  rifahı  naminə 

yaşamağı  sübut  edən  əxlaq  haqqında  nəzəriyyə  kimi  tərif 

vermək  olar.  Bu  nəzəriyyəyə  görə  biz  həmişə  başqasının 

xoşbəxtliyinə  ona  görə  çalışmalıyıq  ki,  bu  həm  öz 

xoşbəxtliyimizi,  həm  də  başqalarının  xoşbəxtliyini  təmin 

etməyin ən yaxşı üsuludur. Altruizm - eqoizmin tam əksidir. 

Bu  təriflərin  hər  biri  iki  hissədən  ibarətdir.  Birinci  hissə 

davranışın motivini (mənfəətpərəstliyi və ya təmənnasızlığı) və 

şəxsiyyətin  xarakterini  (sistematik  olaraq  mənfəətpərəst  və  ya 

təmənnasız olmağı) göstərir. İkinci hissə isə mənfəətpə- 



«Emotivizm» ingiliscə «cmotivc» - emosiya yaradan, həyəcanlandıran, latınca «emoveo» - 

sarsıtma, həyəcan deməkdir. 

467 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə