II. Şüurun fəlsəfəsi
1.
Fəlsəfədə şüur anlayışı
Şüurun meydana gəlməsi məsələsi ən mürəkkəb məsələlərdən
biridir. İnsanın və onun şüurunun meydana gəlməsi problemləri
ilə xüsusi elmlər məşğul olur, fəlsəfə isə bu problemlərin həll
edilməsi üçün zəruri olan nəzəri əsası hazırlayır.
Hələ qədim mifologiyada şüuru, bədəni idarə edən sehirli
başlanğıcın fəaliyyəti hesab edən fikir sonralar bütün dünyaya aid
edilir. Beləliklə, maddi olmayan başlanğıc təsəvvürü meydana
gəlir. Platonun şüur haqqında dedikləri də bu fikrə yaxın idi.
Onun dediyinə görə insanın bədəni ölür, çünki bədən ölməz ruhu
özündə müvəqqəti saxlayan yerdir və ruhun quludur; maddi
olmayan Kosmos ruhu bütün Kainatı idarə edir.
Bəzi alimlər sübut etməyə çalışırlar ki, Kainatın şüuru və
yaxud Kosmik ağılın mövcudluğundan danışmaq heç də mənasız
deyil. Kainatın özü də Yaradıcı Varlıq kimi, hətta tamam başqa
ölçülü məkanda və bizə məlum olmayan zamanda baş verənləri
də anlayıb dərk edən Fövqəl şüura malikdir.
Orta əsrlərdə belə bir fikir də irəli çəkilirdi ki, hələ dünyanın
yaradılmasından əvvəl mövcud olan və dünyanı heç nədən
yaradan qeyri-maddi mənəvi başlanğıc dünyanı indi də idarə edir.
İnsan şüuru - İlahi şüurun törəməsidir.
Dekart təsdiq edirdi ki, yalnız fikirləşə bilən mövcud olur.
Beləliklə, «mən düşünürəm, deməli, mən mövcudam» fikri
şübhəsizdir. Düşünməyim dayansa yəqin ki, mənim
mövcudluğum da dayanar. Dekart hesab edirdi ki, şüur
materiyadan asılı deyil.
Əgər Dekart şüur və materiyanın bir-birindən asılı olmayaraq
mövcudluğunu qəbul edirdisə. Yeni dövrün tanınmış idealistləri
hesab edirdilər ki, real gerçəklik tamamilə şüurdan asılıdır.
Məsələn, C.Berkli göstərirdi ki, «mənim bir istəyim kifayətdir ki,
əvvəlki ideyanı sıxışdınb atan müəyyən ideya yaransın». Deməli,
ideya ruhun fəaliyyətidir. İdealizm adətən materiyanı şüurun
törəməsi hesab edir.
253
Materialist fəlsəfədə isə şüur tamamilə başqa mövqedən şərh
edilir. Məsələn, Demokrit, Epikur, Lukresi Kar hesab edirdilər ki,
şüur insan bədənindən asılı olduğu kimi, ətraf cisimlərin
təsirindən də asılıdır. Şüur insanla birlikdə meydana gəlir.
Yeni dövr materialistlərinin şüur haqqındakı fikirləri
ümumiyyətlə antik fəlsəfənin əsas müddəalarını təkrar edir.
Əgər idealistlər şüurun insan bədənindən, onu əhatə edən
maddi hadisələrdən, duyğulardan tam müstəqilliyini qəbul
edirlərsə, materialistlər, əksinə, şüurun onlardan tam asılılığını
elan edirlər. Əgər idealistlər təfəkkürün, iradənin, ruhun demək
olar ki, hər şeyə qadir olan fəallığını irəli sürürlərsə və
materiyanın passivliyini xüsusi qeyd edirlərsə, materialistlər
əksinə, maddi aləmin tam fəallığını göstərirlər. Onların fikrincə,
əgər bizim düşüncələrimiz reallığı əks etdirirsə, əgər bu
əksedilmə yalnız real obyektlərin təsiri ilə müəyyənləşirsə, onda
bu düşüncələr həmin obyektlərə uyğun gəlməlidir.
K.Marks yazırdı: «Şüur heç vaxt başa salınmış varlıqdan başqa
qeyri bir şey ola bilməz; insanların varlığı isə onların həyatının
real prosesidİD>.‘* V.İ.Leninin fikrincə, Marksaqədərki
materializmin şüurun izahında çatışmayan əsas cəhəti şüurun
sosial təbiətini görməməsidir və seyrçi xarakter daşıdığına görə
guya şüurun yaradıcı fəallıq prinsipini düzgün izah edə
bilməməsidir, onun praktika ilə əlaqəsini üzə çıxarmamasıdır.
Marksistlərin dediyinə görə bu çatışmazlığı dialektik materializm
aradan götürmüşdür.
2.
Əksolunma və şüur
Şüur elə fəlsəfi kateqoriyadır ki, o bir tərəfdən, insanın
gerçəkliyi məqsədyönlü şəkildə əks etdirməsini ifadə edir, digər
tərəfdən isə yalnız maddi varlığı əks etdirməklə məhdudlaşmır, o
həm də mənəvi dəyərlərin istehsalıdır. Bu iki tərəf qarşılıqlı
əlaqədə olmaqla bir-birini tamamlayır.
Şüur həyatın müəyyən inkişaf mərhələsində insanla birgə
meydana gəlir. Şüurun meydana gəlməsi probleminin əsas çə-
K.MapKC H .3nre;ıı.c. C
OHMUCUHH
.
T.3.
C
.25.
254
tinliyi ondadır ki, necə, hansı şəkildə materiya (insan beyni) şüuru
istehsal edir. Bu proses hədsiz dərəcədə mürəkkəbdir.
Bütün materiyanın əksetdirmə xassəsi var, bu onun ümumi
xassəsidir. Bəs əksetdirmə nə deməkdir? Əksetdirmə - hər bir
maddi əşyanın və canlı orqanizmin onlarla qarşılıqlı təsirdə olan
başqa əşyaların (obyektlərin) və hadisələrin təsirinə müəyyən
şəkildə cavab verməkdir.
Əksolunmanm aşağıdakı formalan var: bütün maddi
obyektlərə xas olan ən sadə əksolunma; canlı sistemlərdə xarici
təsirə qarşı qıcıqlanma xassəsi; sinir sistemi, baş beynin
mürəkkəbləşməsi ilə əlaqədə olan psixi əksolunma.
Əksolunmanm ali forması insan şüurudur.
Əksolunmanm ən sadə forması hərəkətin mexaniki, fiziki,
kimyəvi və başqa formalarını əhatə edir və qeyri-üzvi (cansız)
aləmdə baş verir.
Əksolunmanm subyekti xarici təsirə müəyyən şəkildə
tamamilə cavab verir və onda baş verən dəyişiklik əsasən xarici
təsirə uyğun gəlir.
Əksolunma canlı təbiətdə də baş verir və hərəkətin bioloji
formasını əhatə edir. Alimlərin fikrinə görə Yer üzündə həyat
təxminən 3 milyard il əvvəl meydana gəlib.
Qeyri-üzvi aləmdən, cansız təbiətdən üzvi aləmə, canlı təbiətə
keçid dövrünü inkişafın xüsusi mərhələsi və əksolunmanm
mürəkkəbləşməsi dövrü kimi xarakterizə etmək olar. Həyat canlı
varlığın
mövcudluğunun
xüsusi
formasıdır.
Maddələr
mübadiləsi, boyatma, qıcıqlanma, çoxalma qabiliyyəti, bərpa
olunmağa çalışmaq, ətraf mühitə uyğunlaşmaq canlı orqanizmin
fərqləndirici əlamətləridir. Ən sadə canlı orqanizm birhüceyrə-
lidir.
Təkamül gedişində canlı orqanizmlər mürəkkəbləşib və
təkmilləşiblər, onlar xarici təsirə məruz qalmaqla, özləri də xarici
mühitə əks təsir göstərirlər. Bu yolla yaşamaq uğrunda
mübarizədə orqanizmlərin mürəkkəbləşməsi və təkmilləşməsi
baş verir. Əksetmə funksiyasını yerinə yetirmək sahəsində
ixtisaslaşan və əsəb hüceyrələri adlanan xüsusi hüceyrə qrupları
var. Onlar əsəb impulslarını başqa orqanlara ötürür, əvvəlki
255
Dostları ilə paylaş: |