«təmiz qeyri-müəyyənlik və boşluq»’ kimi heç nə ilə eynidiıy
Lakin varlıq və heçlik eyni zamanda bir-birindən fərqlənirlər:
varlıq nəyin müsbət ifadəsidirsə, heçlik onun mənfi ifadəsi olur.
Beləliklə, varlıq ilə heçliyin vəhdətində həm də fərqlənmə var; bu
o deməkdir ki, varlıq və heçlik bir-birinə keçirlər və bu qarşılıqlı
keçidin, bir-birində yox olmanın nəticəsi kimi yaranma, əmələ
gəlmə meydana çıxır; bu yaranmadan isə müəyyən varlıq kimi
hazırda mövcud olan varlıq dünyaya gəlir. O, yazırdı: «Hazırda
mövcud olan varlıq müəyydn varlıqdır; onun müəyyənliyi əsl
müəyyənlikdir, keyfiyyətdir».* Yaranmanı varlıq ilə heçliyin
vəhdəti kimi xarakterizə edən Hegel yazırdı: «Başlanan vaxt şey
hələ yoxdurj lakin başlanğıcda nəinki onun heç nəyif həm də
varlığı yerləşİD>.’^ Bu yolla, Hegel qeyri müəyyənlik ilə
müəyyənliyin vəhdətini xüsusi qeyd edirdi.
XX əsrin 30-40-cı illərində yeni kantçılığın və neopoziti-
vizmin qnoseologizminə və metodologizminə əks reaksiyanın
yaranması və həmçinin alman idealist fəlsəfəsinin subyekti-
vizmini tənqid etmək ilə yanaşı ontologiya problemlərinə
qayıtmaq tendensiyası başlayır.
XX əsr Avropa fəlsəfəsində çox vaxt maddi varlıq və insan
varlığı bir-birindən ayrılır, varlığın müxtəlif qatları arasındakı
əlaqə irəli çəkilir. Bəzi filosoflar üçün varlıq yalnız varlıq
haqqında anlayışda mövcuddur. Marksizmdə varlığın bütün
hallarda maddi əsası olur, sosial varlıq insanlann həyat
fəaliyyətinin real prosesi kimi başa düşülür, yəni varlıq maddi
həyatın özünün istehsalı hesab edilir. Təbii və sosial varlığın
qarşılıqlı münasibət problemində dialektik materializm təbiəti
birinci hesab edir. Həyat fəlsəfəsi təsdiq edir ki, varlıq həyatın
özü, onun artmasına olan tələbatdır. Dəyərlər fəlsəfəsi dəyəri
dünyanı son həddə çatdırılmış əsas hesab edir. Fəlsəfi
antropologiya varlığı insanın öz mövcudluğundan kənara çıxmaq
qabiliyyəti hesab edir.
^ Гегель. Наука логики. T.l. .M., 1970, c.140.
* Yenə orada, s.I69.
Гегель. Энциклопедия философских наук. T.l. M.. 1974. c.224.
244
J.P.Sartr «varlıq» və «şüur» anlayışlarını müqayisə edərək
yazırdı: «Şüur varlıqdır; onun mahiyyəti həmin varlığın
mövcudluğunu qəbul edir, və əksinə, o varlığın şüurudur, onun
mahiyyəti mövcudluğu nəzərdə tutur, yəni varlıq onun
görünməsini tələb edir».*® «...Mövcud olanın varlıq xüsusiyyəti
ondadır ki, varlıq şüur qarşısında özünü açıb göstərmir. Mövcud
olandan onun varlığını almaq olmaz, varlıq həmişə mövcud
olanın göz qabağında dayanan əsasıdır...».“ Sartr qətiyyətlə
deyirdi: «...Varlığın özünü anlamaq üçün heç nəyə ehtiyacı
yoxdur və onun əsaslı surətdə nəzərdən keçirilməsi orada heç
nəyin zərrə qədər də izi olmadığını göstərir. Lakin, əksinə,
olmayan heç nə yalnız başqasından alınmış mövcudluğa malik
ola bilər: o məhz varlıqdan öz varlığını alır; heç nəyin varlığına
yalnız varlıq çərçivəsində rast gəlinir; varlığın tamamilə yox
olması qeyri-varlığın hökmranlığının başlanması ola bilməz;
əksinə, o heç nəyin yox olmasını müşayiət edir. Varlığın
sBthində olmayan qeyri-varlıq yoxdur», *^ Deməli, heç nəyin
dünyaya gəlməsinə kömək edən Varlıq özü-özünün heç nəyi
olmalıdır.
Varlıq problemini xüsusi tədqiq edən alman filosofu
M.Haydegger göstərirdi ki, real mövcud olanlar o zaman varlıq
olur ki, biz onlan hiss edir, düşünür və haqqında danışa bilirik.
«Haqqında danışdıqlarımızın hamısı mövcuddur...».*^ Əşyalar,
hisslər, anlayışlar, bizim özümüz, fantaziyalar və s. hamısı
mövcudatdır. «Varlıq hər dəfə mövcud olanın varlığıdır».*'*
Varlıq indi mövcud olan, hal-hazırda meydanda olandır.
XX əsrin axırlarında isə müasir dövrün tələblərinə uyğun
tamamilə yeni bir anlayış - «virtual varlıq» deyilən anlayış
meydana gəldi. «Virtual» termini - XVII əsrdə klassik mexa-
nikada qabaqcadan düşünülən, lakin obyektiv reallıqla, məsələn,
qoyulan məhdudiyyət və xarici əlaqələrlə sıxışdırılan bəzi riyazi
eksperimentləri qeyd etmək üçün irəli sürülmüşdür.
Ж.П.Сартр. Бытие и ничто. M., «Республика», 2000, с.35.
" Yenə orada, s.36.
'■ Yenə orada, s.54.
М.Хайдеггер. Бытие и время. M., «AD
Marginem», 1997, c.6. Yenə orada, s.9.
245
«Virtual dünya» anlayışı xəyalilik, zahirilik, həqiqilik mənala-
nnı ifadə edir.
Virtual varlıq kompüter üsullan ilə yaradılan süni mühitə
deyilir. Həmin mühitə onu daxildən dəyişərək, transformasiyanı
müşahidə edərək və bu yolla real duyğunu hiss edərək daxil
olmaq mümkündür. Audiovizual reallığın belə yeni tipinə
düşməklə nəinki başqa insanlarla, həm də süni personajlarla
kontakta girmək olar.
Kompüter-virtual dünyanın xarakter xüsusiyyətlərinə aşağı-
dakılan aid etmək olar; 1) virtual reallıq öz-özünü yaratmır,
ondan kənarda olan xarici obyekt tərəfindən meydana gətirilir; 2)
virtual reallığın özünün xüsusi məkanı, fərdi zamanı,
mövcudluğunun özünə məxsus qanunlan var; 3) virtual varlığın
başqa sistemlər, o cümlədən onu yaradan sistem ilə fəal rabitəsi
var.
Beləliklə, virtual varlıq maddi gerçəklikdən aynhb mövcud
olmayan bir şeyi əks etdirir və bu mənada xəyali (ilyüzor)
xarakter daşıyır.
2.
Materiyanın fəlsəfi anlayışı
«Materiya» sözü (lat. «materia») maddə deməkdir. Belə
mənada həmin termin materiyanın hissi qavrayışına əsaslanır.
Dialektik materializmə görə qeyri-maddi materiya növü də var:
işıq, elektromaqnit sahəsi, materiyanın sosial forması və s. Bu
təlimə görə bizim duyğulardan kənarda və duyğulanmızda əks
olunan nə varsa - hamısı materiyadır.
Bütün idealist konsepsiyalarda materiya - ümumiyyətlə bütün
maddi varlıq - mənəvi, ideal varlığın törəməsidir.
Bir sıra filosoflar «varlıq» və «mövcudluq» anlayışlarını
bir-birindən ayırırlar. Məsələn, M.Haydegger yazırdı: «Varlıq
hansısa predmetdir, lakin heç bir mövcudluq deyil... Mövcudluq
haqqında deyirik: o var... Biz demirik: varlıq var... lakin deyirik:
varlıq verilib... «Var» əvəzinə biz «verilib deyirik».’^ O, davam
edir: «Varlıq mövcudluğa nisbətən genişdir, lakin hər necə olsa
da, o insana hər hansı mövcudluqdan yaxındiD>.“^
хрестоматия по философии. M.,
«Проспект». 1997. с.473. Yenə
orada, s.474.
246
Dostları ilə paylaş: |