sında mən onu gələcəyə dərin ümidlərlə bağlı gördüm. Türkün
ölməyəcəyinə onun qədər inanmış bir adama hələ ki, təsadüf
etmədim».’’^
XX əsrin əvvəllərindən başlanan bu proses - Avropa fəlsəfəsi
və sosiologiyası ilə tanışlıq və ona olan maraq bu gün də davam
edir.
Artıq müasir Türkiyənin bəzi universitetlərində fəlsəfə
fakültələri fəaliyyət göstərir, bir çox humanitar fakültələrdə isə
fəlsəfə fənləri tədris edilir. Fəlsəfənin bütün sahələrinə, onun
tarixinə aid əsərlər yazılır. Həm Şərqin, həm də Qərbin klassik
fılosofla- nnın, müasir müəlliflərin əsərləri türk dilinə tərcümə
edilib yayılır. Xüsusi dərgilərdə fəlsəfənin aktual məsələlərinə aid
məqalələr çap olunur. Türk fəlsəfə cəmiyyəti səmərəli çalışır.
3.
XX əsrdə Çin fəlsəfəsi
Çinin bütün həyat tərzinin formalaşmasında konfusiçiliyin
böyük rolu olmuşdur. Çin fəlsəfəsinin müxtəlifliyi yalnız Kon-
fıısi fəlsəfəsi ilə məhdudlaşmır. Bununla yanaşı ictimai fikir
sahəsində başqa cərəyanlar da, o cümlədən xalq arasında kifayət
qədər populyar olan buddizm və daosizm də fəaliyyət göstərir.
XX əsrin birinci yansında ənənəvi və Qərb fəlsəfəsi
dəyərlərinin Çin üçün əhəmiyyəti haqqında mübahisələr geniş yer
tuturdu. Bu mübahisələr müxtəlif şəkildə indiyə qədər davam
edir. Çində fəlsəfi irsə münasibəti üç hissəyə bölmək olar:
ənənəvi, tənqidi və Çin ilə Qərb mədəniyyətinin, o cümlədən
fəlsəfəsinin sintezi fikri.
XX əsrin əvvəllərində artıq Çində sosializmə maraq
başlamışdı. Sosialistlərin lideri Sun Yatsen (1866-1925) və b.
sosializmi marksizm anlamında deyil, ümumiyyətlə bərabərlik və
ədalət idealı kimi başa düşürdülər.
1949-cu ildə Çin Xalq Respublikası yaradılandan sonra
Kommunist partiyası hakim partiya olur və Мао Tszedunwt
(1893- 1976) rəhbərliyi altında marksist fəlsəfə təbliğ olunmağa
başlayır. Мао Tszedun dialektika, inqilab, sinfi mübarizə, ziddiy-
''*• Yenə orada, s.5.
231
yətlər və s. haqqında əsərlər yazır. Tədricən marksizmin Çin
variantı hazırlanır, marksizmin bir çox əsas müddəalan təhrif
edilir.
XX əsr 70-ci illərin axın - 80-ci illərin əvvəllərində Çində
islahatlar başlanan vaxt iqtisadi dəyişikliklərin siyasi
dəyişikliklər ilə əlaqələndirilməsi zərurətini qəbul edənlərin sayı
çoxalır. Tədricən bazar iqtisadiyyatına keçid və siyasi sistemin
nisbətən demokratikləşməsi ölkəni irəli aparmaq üçün ən vacib
vasitə hesab edilirdi. 1980-ci ilin avqustunda D^/ı Syaopinin (öl.
1996) partiya və dövlət rəhbərliyi sisteminin yenidənqurma
proqramı ilə çıxışından sonra ölkədə geniş müzakirələr başlandı.
Vaxtaşırı bu müzakirələr buıjua liberalizminə qarşı mübarizə
bəhanəsi ilə dayandınlırdı.
Den Syaopinin əsas müddəalan aşağıdakılar idi: «...Sosializm
quruculuğunda öz xüsusi yolumuzu tutmaq, Çinin milli
özəlliklərindən çıxış etmək, Çinin iqtisadi və mədəni geriliyini
aradan qaldırmaq çox uzun vaxt tələb edir; bütün ictimai
münasibətlərin islahatı sahəsində mərkəzi məsələ iqtisadiyyatın,
məhsuldar qüvvələrin inkişafıdır; əsas dayaq elm və texnikadır;
ziyalılar modernləşmə prosesinin əhəmiyyətli, bərabərhüquqlu
iştirakçısıdır; sosializmdə bazar iqtisadiyyatmın olması normal,
qanunauyğun hadisədir; iqtisadiyyatın idarə edilməsində
kapitalist cəmiyyəti üçün xarakterik olan forma və metodlardan
istifadə etmək kapitalizm yolu ilə getmək deyil; xüsusi mülkiyyət
sosializm cəmiyyəti quruculuğunun aynimaz elementidir; xarici
dünyaya açıq olmaq siyasəti olmadan islahatlan həyata keçirmək
mümkün deyil; xarici kapital, texnika, texnologiya və idarə
metodlannı təbliğ etmək vasitəsi kimi xüsusi iqtisadi zona və
rayonlann yaradılması ilə hamının varlanmasını təmin
etmək».*’^
İndiki dövr Çində ziyahlann bir qismi arasında neokonserva-
tiv neorealizm adlanan ideya geniş yayılıb. Onlar Kommunist
partiyası tərəfindən qurulan rejimin nüfuzunu müdafiə edirlər.
Yeni realistlər (və yaxud yeni mühafizəkarlar) radikal, inqilabi
dəyişikliklərə qarşı qəti çıxış edirlər. Onlar tədrici islahat
tərəfdarıdırlar; onların fikrincə demokratiya yaxşı şeydir, lakin bu
В.Буров. Собственным путём. Bax: Журн. «Свободная мысль-XXI”, № 1,2003, с.50.
232
uzaq gələcəkdə mümkündür. İndi siyasətlə deyil, konkret işlərlə
məşğul olmaq lazımdır. Demokratik hərəkatı yeni realistlər
gələcəyi olmayan ziyanlı bir şey hesab edirlər.
4.
XX əsrdə Hind fəlsəfəsi
Görkəmli hind-müsəlman şairi və mütəfəkkiri Məhəmməd
İqbal (1877-1938) yüksək dünyəvi təhsil almış, həm Şərqin, həm
də Qərbin ədəbiyyatı, incəsənəti, fəlsəfəsi ilə yaxından tanış
olmuşdu. Bununla yanaşı qeyd etmək lazımdır ki, o, bədii və
fəlsəfi yaradıcılığında daha çox islama əsaslanırdı. İqbal hesab
edirdi ki, həyatı kökündən dəyişdirmək yalnız islam prinsipləri
əsasında mümkündür.
İqbal Hindistan Hökumət kollecində oxumuş və burada
fəlsəfə magistri dərəcəsini almışdır. Sonra o, İngiltərənin Kem-
bric universitetində təhsilini davam etdirmiş, Almaniyanın
Münxen universitetində «İranda metafizikanın inkişafı»
mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Hindistana qayıdandan sonra o. Hökumət kollecində professor
kimi fəaliyyət göstərmişdir.
İqbal fəlsəfə və dinin bərabərhüquqlu olmalannı elan edir və
göstərirdi ki, əgər fəlsəfənin vəzifəsi azad axtarışdırsa, di- ninki -
inamdır.
İqbal fəlsəfəsinin mərkəzində insan dayanır. Onun fikrinə
görə Allah özünü insanda təzahür etdirir. Əgər Allah mütləq Mən
kimi çıxış edirsə, insan sonu olan mənlikdir. İnsan mənliyinin
Allah mənliyinə yaxınlığı sayəsində Allahın dərk edilməsi insan
mənliyindən keçir.
İqbalın dünyagörüşü sisteminin əsası məhəbbət fikri olduğu
üçün məhz məhəbbət həqiqəti axtarmağın başlanğıc nöqtəsini
təşkil edir. Onun yaradıcılığında sufizm əhəmiyyətli yer tutur.
İqbal XIII əsrin böyük sufi-şairi və mütəfəkkiri Cəlaləddin
Rumini özünün mənəvi müəllimi hesab edirdi.
Hələ Birinci Dünya müharibəsi ərəfəsində radikal mövqedə
dayanan bir sıra hind ziyalılanndan İqbalın fərqi onda idi ki, onun
şüurunda siyasi azadlıq əxlaqi azadlıq anlayışı ilə, müasir
y
233
Dostları ilə paylaş: |