Nəinki müsəlman ilahiyyatçıları, hətta müasir dünyəvi təhsil
almış alimlərin də çoxu islamın ictimai həyatda apancı rol
oynadığını göstərirlər. Onların fikrinə görə islamın keçici
olmayan dəyərləri indi də insan həyatının bütün sahələrində, o
cümlədən iqtisadiyyatda öz əhəmiyyətini saxlayır. Quranın,
peyğəmbərin hədisləri, şəriətin ideyalan müasir inkişaf
mərhələsinin tələblərinə qətiyyən zidd deyil, əksinə, bu ideyalar
müsəlman dünyasının iqtisadi və mədəni tərəqqisinin, hələ
tarixdə misli görünməmiş yüksək islam sivilizasiyasının
yaradılmasının əsası olmalıdır. Onlar göstərirlər ki, islam
cəmiyyətində bütün sosial sarsıntılann aradan götürülməsi və
şəxsiyyət ilə dövlət arasında ahəngdar münasibətin yaradılması
üçün hər cür əsl insani şərait mövcuddur.
Milli ənənələr islami dəyərlər ilə o qədər sıx əlaqədədir ki,
onlan çox hallarda bir-birindən ayırmaq mümkün deyil, islami
dəyərlər milli-mədəni irsin və ənənənin aynlmaz hissəsi hesab
edilir.
2.1.
Ərəb ölkələrində sosial-siyasi və fəlsəfi fikir
XIX əsrin axın - XX əsrin əvvəllərində bir çox ərəb
ölkələrində, xüsusən Misirdə islahatçılıq hərəkatı geniş
yayılmışdı. Ərəb islahatçıları öz qarşılarına, əlbəttə, dini
ehkamlar sistemi kimi islamı düzəltmək və yaxud islah etmək
məqsədi qoymurdular. Məhəmməd Abdo, Abd-ər-Rəhman,
əl-Kəvakibi, Rəşid Rida, Abdullah Nedim və başqaları «mömin
sələflərimiz»in yoluna dönməyə, islamı sonradan edilmiş
əlavələrdən təmizləməyə çağınrdılar.
Məhəmməd Abdo (1849-1905) deyirdi ki, müsəlmanlar yalnız
Allahın iradəsinə tabe olmalıdır, kiminsə dini hakimiyyətə sahib
olmasını, Allah ilə insanlar arasında vasitəçi olmasını rədd edirdi.
Məhəmməd Rəşid Rida (1865-1935) xilafətin yenidən
dirçəldilməsi zərurətini sübut etməyə çalışırdı.
Əli Əbdül Rəzaq (1888-1966) isə xilafətin ümumiyyətlə islam
dininə heç bir aidiyyəti olmadığı fikrində idi. «İslam və
225
hakimiyyətin əsaslan» kitabında deyirdi ki, Quranda dövlət və
yaxud idarə forması kimi xilafət haqqında heç nə deyilmir.
Bir sıra ərəb ölkələrinin siyasətində islam çox vaxt milli
özəlliyin rəmzi kimi çıxış edir. Bununla yanaşı ərəb ölkələrinin
bir çoxunda həm də milliyyətçiliyi islama zidd olan nəzəriyyə
kimi inkar edən müsəlman maksimalistləri fəaliyyət göstərirlər.
Onlar milliyyətçiliyi mahiyyət etibarilə milli eqoizmin təzahürü
sayır, elə buna görə də onu korrupsiyaya, mənəvi pozğunluğa
gətirən bir sosial bəla hesab edirlər. Maksimalistlərin dediyinə
görə islam bütün insanlann bərabərliyini, millətçilik isə onlann
müxtəlifliyini irəli sürür.
Beləliklə, ərəb ölkələrində mənəvi irs haqqında danışarkən,
üç mövqeyi ayırmaq olar: ənənəçilər, islam daxilində islahatçılar,
qərbçilər.
Ənənəçilərin fikrincə orta əsrlərin böyük ərəb filosoflan əl-
Kindi, əl-Ərəbi, İbn Rüşd və başqalanmn yaradıcılığı fəlsəfənin
zirvəsi olmuş və Qərb fəlsəfəsinin inkişafına həlledici təsir
göstərmişdir. Ərəb ölkələrində fəlsəfə, onların dediyinə görə
Qərbin yardımı olmadan meydana gəlib. Məsələn, Misir filosofu
Mustafa Əbd ər-Razik (1885-1947) hesab edirdi ki, hələ
Aristotelin əsərləri ərəb dilinə tərcümə ediləndən əvvəl müsəlman
hüququnun (fıqxin) meydana gəlməsi «müsəlmanlarda fəlsəfi
təfəkkürün yaranmasını göstərin).
XX əsr Qərb fəlsəfi fikrinin ərəb ölkələrində xeyli tərəfdan
olmuşdur. Lakin onlar həmin fikir cərəyanlannı öz mənəvi
dəyərlərinə uyğunlaşdırmağa çalışırdılar. Məsələn, İkinci Dünya
müharibəsindən sonra ərəb ölkələrində geniş yayılmış ekzisten-
sializmin təmsilçilərindən biri olan misir filosofu Əbd ər-
Rəhman Bədəvi (1917-2002) «millətçilik məcrəsində inkişaf
edən fəlsəfi fikrin Şərq ölkələrindəki başqa həmkarları kimi
müasir Qərbin subyektivist konsepsiyalarını öz xalqının dini
ənənələri ilə birləşdinnəyə cəhd göstərirdi».
Bax: Философское наследие народов Востока и сопремениость. М.. «Наука», 1988. с.43.
Современная философская и социологическая мысль стран Востока. М. «Наука». 1965.
с.100.
226
2.2.
tran. İmam Ruhulla Xomeyninin
sosial-siyasi görüşləri
Xomeyni (1898-1989) göstərirdi ki, «islami siyasi ideal»
proqramında əsas yeri sosial bərabərlik və siyasi demokratiya
tələbi tutur. Onun fikrincə ölkənin ali rəhbəri ruhani olmalıir.
Xomeyni inandırmağa çalışırdı ki, islam insanın həm
mənəviyyatca təkmilləşdirilməsi, həm də cəmiyyətin sosial-siyasi
quruluşunun müsbət istiqamətdə dəyişdirilməsi üçün əsas
vasitədir.
Xomeyni islam dövləti haqqında fikirlərini bir sıra
əsərlərində, xüsusən «Vilayəti-fəqih» kitabında daha ətraflı şərh
etmişdir. O, islamı yalnız din kimi deyil, həm də hərəkət proqramı
kimi qəbul edirdi: «İslam haqq və ədalət uğrunda mübarizə
aparan şəxslərin, azadlıq və müstəqillik istəyənlərin dini olmaqla
bərabər mübarizlərin və istismara qarşı duran bir xalqın
məktəbidİD).*’^^ Xomeyni çıxış yolunu islam dövləti qurmaqda
görürdü, çünki belə dövlət Allahın iradəsini ifadə edir. Belə
şəraitdə sosial-siyasi və iqtisadi problemlər maddi-texniki deyil,
mənəvi, ilk növbədə islam dəyərləri sayəsində həll edilir. O
deyirdi: «Onlar Merkuri planetinə, kəhkəşanlara getsələr belə
yenə əxlaqiyyat, səadət və ruhi yüksəklik baxımından acizdirlər
və ictimai problemlərini həll edə bilmirlər. Ona görə ki, ictimai
problemləri həll etmək üçün etiqadi və əxlaqi yollar lazımdır,
maddi qüdrət, sərvət toplamaq onları həll edə bilməz. Sərvət,
qüdrət imana möhtacdır ki, kamil olub insanın qulluğunda
olsun».*’’
2.3.
Türkiyə. Ziya Gökalpın sosial-fəlsəfi görüşləri
Klassik Şərq fəlsəfəsi ilə yanaşı XIX əsrin axırları - XX əsrin
əvvəllərində Türkiyədə Avropa fəlsəfəsi və sosiologiyası ilə
tanışlıq getdikcə artırdı. XVIII əsr fransız maarifçilərinin
görüşlərinə, O.Kont və E.Dyürkheymin sosiologiyasına meyl
daha güclü idi. Universitetlərdə xüsusi fəlsəfə &irsu öyrənilməyə
başlanırdı.
İmam Xomeyni. Vİlayəti-fəqih (islam hökuməti sistemi). Tehran, 1996, s.23. Yenə orada,
s.34-35.
227
Dostları ilə paylaş: |