əhəmiyyətini araşdırır. Santayana hesab edirdi ki, poeziyada,
dində və incəsənətdə özünü ifadə etməklə insan mədəniyyət
yaradıcısı kimi ali məqsədini həyata keçirir.
Özünün skeptik metodunu ardıcıl olaraq həyata keçirən
Santayana hesab edirdi ki, şüurun məlumatlarını mövcud
reallığın obrazı kimi bizə qəbul etdirə biləcək heç bir məntiqi
dəlil yoxdur. Dini inamın idrakda rolunu qəbul edən Santayana
ağılı məhdudlaşdırmır və biliyi aradan götürmür. Əksinə, bütün
biliyi o inam üzərində qurur: «Mən Kant kimi inama yer vermək
üçün biliyi aradan götürmürəm... Əksinə, biliyin meydana
gəlməsi üçün mən inamı saxlayıram; çünki fəaliyyət göstərmək
zərurəti qarşısında qalan hər bir canlı varlığa inam verilib və bu
inam hər bir canlının öz ətrafı ilə qarşılıqlı əlaqədə olması ilə
təsdiqlənir.»'^^
Santayana təsdiq edirdi ki, mahiyyət maddi deyil, əşyalarda
mövcud deyil və şüurda məhz onun özünün bilavasitə məlumatı
kimi aşkar edilir.
12.3.
Emil Meyersonun «yeni realizmi»
Fransız filosofii EMeyerson (1859-1933) elm, ilk növbədə
tə-biətşünaslıq və riyaziyyat tarixinin fəlsəfə fənninə çevrilməsi
işində həlledici rol oynayan filosoflardan biridir. Onun fikrincə
fəlsəfənin məqsədi gerçək dünyanı, «şey özündə»ni dərk etməkdə
konkret elmlərə yardım göstərməkdir. Yeni kantçılıqdan fərqli
olaraq o, hesab edirdi ki, «şey özündə» nəinki mövcuddur, «şey
özündə» həm də dərk ediləndir. Üstəlik, fəlsəfə içində fırlandığı
və oradan çıxa bilmədiyi biliklə deyil, real obyektlərin dərk
edilməsi ilə məşğuldur. Müəyyən mənada belə çıxır ki, fəlsəfə
reallığı dərk etməyə konkret elmlərdən daha yaxındır, belə ki,
konkret elmlər idrak prosesini həyata keçirərkən biliyin
intellektual formalarını və onun obyektiv məzmununu ayırmaq
qabiliyyətində deyil və ya bunu mümkün olan iş hesab etmir. O,
yazırdı: «Hətta empirik biliklə məhdudlaşmaq istədiyimiz anda
Sitat götürülüb: А.Ф.Зотов. Ю.К.Мельвиль. Западная фшюсофпя XX века, с. 105.
218
da, bizə qanunlan mücərrədləşdirmək lazımdır, buna görə də
hadisələrin təzahürü şəraitində ierarxiya düzəltmək zəruridir
(çünki, tamamilə eyni olan şəraitlər heç vaxt yenidən bərpa
edilmir); bir sözlə, biz fikirləşməliyik. Beləliklə, aradan
götürülməli olan faktor həmişə elmdə mövcuddur və bunun
nəticəsində də elm bizim qarşımızda reallığın təbiətini açmağa
qadir deyil.»’“
E.Meyerson belə nəticəyə gəlir ki, fəlsəfənin vəzifəsi xüsusi
elmlərin metod və nəticələrini təhlil etməkdən istifadə edərək real
dünyanı tədqiq etməkdir.
13.
Xose Orteqa-i-Qassetin fəlsəfəsi
Böyük ispan filosofu Orteqanın (1883-1955) ideyaları həyat
fəlsəfəsi, fenomenologiya və ekzistensializmin qovşağında
yaranır və spesifik ispan şəraitindən, siyasi görüşlərindən və hətta
mütəfəkkirin şəxsi metodlarından kənara çıxır və universal
xarakter daşıyır. Bu ideyalar müasir Qərb filosoflarının çoxuna
böyük təsir göstərmiş və göstərməkdə davam edir.
Orteqa fəlsəfəsinin mərkəzində tarixi inkişaf prosesinə qərq
olmuş insan dayanır. Onun təklif etdiyi «həyati ağıl» nəzəriyyəsi
(rasiovitalizm) Avropa mədəniyyətinin mürəkkəb şəraitində
yaşayan müasir insana yol göstərmək istəyidir. Bu nəzəriyyənin
yaradılmasına Husserlin fenomenologiyasının böyük təsiri
olmuşdur. O, yazırdı: «Mistisizmdən fərqli olaraq fəlsəfə - elan
edilmiş sirr olmağa çalışır.»“’^
Orteqanın əsas formulu belə səslənir: «Mən»-«Mən»əm və
mənim vəziyyətimdir». Birinci «Mən» «insan həyatının radikal
reallığıdır» və burada bütün başqa reallıqlar «kök salıbdın). İkinci
«Mən» - klassik fəlsəfədəki şüur, subyektdir. O, deyirdi:
«Təfəkkür fenomeninin... iki tərəfi var: bir tərəfdən o fərdin
həyati zərurəti kimi meydana gəlir və subyektin fayda qanunu ilə
idarə olunur, başqa tərəfdən təfəkkür şeylərə dəqiq uyğun-
Yeno orada, s.l40.
167
X.Ортега-и-Гассет. Что такое философия? M.. «Наука», 1991, с. 107.
219
laşmaqda yerləşir və onu həqiqətin obyektiv qanunu idarə
edir.»'^®
Orteqa
bəşəriyyətin
keçdiyi
inkişaf
mərhələlərini
ümumiləşdirərək yazırdı: «Nəticə: bütün insan tarixi boyunca
getdikcə daha mürəkkəb və məzmunlu formalarda dövri olaraq üç
müxtəlif an təkrar olunub: 1. İnsan maddi dünyada başlı-başına
atıldığını hiss edir. Bu - özünü özg^hşdirmədir. 2. Böyük səy
göstərməklə insan öz daxili aləminə çəkilir, şərait üzərində
hökmranlıq etmək məqsədi ilə onun haqqında ideya yaradır. Bu -
özünü dərinləşdirməkdir,., 3. İnsan artıq hazır plana uyğun
olaraq yenidən dünyaya daxil olur. Bu - hərəkət, fəallıq, praksis
deməkdİD).'*^’
Orteqanın fikrincə tarixi süni yolla yaratmaq olmaz, faktlan
birləşdirən ümumi cəhətləri tapmaq lazımdır. O, demişdi:
«Mənim tarixçilərdən yeganə xahişim odur ki, öz elədiklərinə,
praktiki olaraq həyata keçirdiklərinə ciddi yanaşsınlar, özlərinə
heç bir hesabat vermədən tarixi kor-koranə əl ilə quraşdırmaq
əvəzinə istənilən məkanda və istənilən zamanda özünü eyni
şəkildə göstərən bizim həyatda hansısa ümumi, vahid strukturun
mövcudluğu haqqında dəqiq ideyadan çıxış edərək onu şüurlu
olaraq quraşdırsınlar.»*™
Fəlsəfəni «elan edilmiş sirr» adlandıran Orteqa insan ruhunu
mistisizm baxımından izah edirdi. O, deyirdi: «Ruh əsl mənada o
vaxt mövcud olur ki, dünyasız qalır, ondan azad olur, başqa sözlə
tək qalır. Allaha yaxın olmaq üçün təklikdən başqa vasitə yoxdur,
çünki yalnız tənha vəziyyətdə ruh özünün əsl varlığını tapır.
Allah və Onun qarşısında tənha ruh....»*’*
Orteqanın fikrincə Şərq ona görə geri qalıbdır ki, orada
təfəkkür tərzi həddən artıq fərdidir, ağıldan daha çox ənənəyə
əsaslanır. O, yazırdı: «Şərq adamının təfəkkürü az və ya çox
dərəcədə doğru və dərin olmasından asılı olmayaraq heç vaxt
subyektdən ayrılmayıb, avropalının şüurundakı fiziki qanuna
Yenə orada, s. 18.
Х.Ортега-и-Гассет. Избранные труды. M., «Весь Мир», 1997, с.489. Yenə
orada, s.241.
Х.Ортега-и-Гассет. Что такое философия?, с. 145.
220
Dostları ilə paylaş: |