sitetlər, tədqiqat institutlan, sənaye laboratoriyaları) rəhbər
vəzifəyə gətirilir. İqtisadiyyat maddi məhsula deyil, əsasən
xidmət sahəsinə yönəldilir. Siyasi qərarlar rasional-texniki
zəmin əsasında hazırlanır və beləliklə, «ideologiyanın sonu»n-
dan xəbər verir. İnsanlar sosial dəyərlərə münasibətdə ümumi
rəyə gəlirlər, mütəxəssislər qərar qəbul etmək nəzəriyyəsi və
sistemli təhlil kimi rasional metodlardan istifadə edərək sosial
planlaşdırmanı əlaqələndirməyə başlayırlar. Bir sözlə, D.Bel-
lin əqidəsinə görə, bizi gələcəyə istiqamətləndirən peşəkar
idarəçilər, texnokratlar erası gözləyir.
İndustrial cəmiyyəti tam qurmadan postindustrial cəmiyyətə
keçmək cəhdi adətən uğursuzluqla nəticələnir. Amerikalı alim
Alvin Toffler hələ 1980-ci ildə xəbərdarlıq edirdi: «Keçid dövrü
nəhəng sosial sarsıntılar, iqtisadiyyatda güclü irəliləyiş,
texnoloji iflas və fəlakət, siyasi qeyri-sabitlik, müharibələr və
müharibə təhlükəsi ilə müşahidə olunacaq».
Postindustrial cəmiyyətdə «yeni dəyər ölçüsü» - «intellektual
kapital» ön plana çəkilir. «Qərb ölkələri vətəndaşlannın dəyər
oriyentasiyası dəyişir - maddi rifah və fiziki təhlükəsizliyə əsas
diqqət öz yerini həyatın keyfiyyəti haqqında qayğıya
verdi».*^®
9.3.
İnformasion cəmiyyət konsepsiyası
XX əsrin 60-cı illərində demək olar ki, eyni vaxtda ABŞ və
Yaponiyada F.Maxlup və T.Umesao tərəfindən elmi dövriyyəyə
daxil edilən bu termin sonralar M.Porat, İ.Masuda, T.Stounyer,
R.Rats və başqa müəlliflər tərəfindən daha da inkişaf etdirildi və
bu yolla informasion cəmiyyət nəzəriyyəsi meydana gəldi.
Onlar yaranmaqda olan yeni sosial-iqtisadi situasiyanı
pozitivizm baxımından müəyyənləşdirməyə cəhd göstərirdilər.
İnformasiya erası sadəcə olaraq əvvəllər mövcud olmuş
kommunikasiya vasitələrinin daha da inkişaf etdirilməsi deyil,
onun «intellektual texnologiya»ya əsaslanaraq ictimai təş-
Третья волна. M., ACT, 1999. c.558.
Новая поетиндуетриальная волна на Западе, с.250.
209
kilatlanmanın və sosial dəyişikliklərin yeni prinsiplərinin
yaranmasına səbəb olmasıdır. Artıq nəzəri bilik yeniləşmənin
əsas mənbəyi olur və texniki tərəqqinin təbiətini tamamilə
dəyişir, dövlətlər arasındakı münasibətləri qloballaşdırır.
Yüksək texnologiyanın yaratdığı yeni rabitə vasitələri vaxtı
qısaldır və məsafəni yaxınlaşdırır. İndi rabitə vasitələri bütün
dünyanı əhatə edir. Bəşəriyyət artıq qlobal informasion
infrastruktur yaratmaq yolundadır.
İnformasiyanın nəhəng axınına tab gətirmək üçün onun
qaydaya salınması, saxlanması və istifadə edilməsini təmin
edən vasitələr lazımdır. Bəşəriyyət tarixində yaxınlaşan eranı
yalnız informasion cəmiyyət deyil, həm də bilik cəmiyyəti,
postindustrial cəmiyyət, infosfera adlandırmağa başladılar.
Təhsil və elmi fəaliyyətin təşkili sahəsində əhəmiyyətli
dəyişikliklər gözlənilir. Yeni informasiya texnologiyası və
robo- totexniki sistemlər sənayedə əməyin xarakterini
kökündən dəyişir, bu sahədə işləyənlərin sayını kəskin surətdə
azaldır, texnologiyanın özünü və istehsalın təşkilini yeniləşdirir.
Bütün bunlar əhəmiyyətli dərəcədə gözlənilməyən sosial
nəticələrə gətirib çıxara bilər. «İnformasiya və bilik, pul və
texniki resurslardan fərqlənir. İqtisadçılar onları «ictimai
nemət» adlandırırlar. Bu o deməkdir ki, istifadə olunduqca
azalmır. Onlar məhvedilməzdir: mənim hər hansı həcmdə
qazandığım bilik heç cür sizin də o qədər bilik qazanmaq
qabiliyyətinizi azaltmır... Nə qədər adamın sonralar ondan
istifadə etməsi, biliyin yaradılması onun dəyərinə təsir etmir»
(Tomas Stüart).
İnformasion cəmiyyətdə dövlətin yeri necə olacaq? Bu suala
məşhur sosioloq Manuel Kastels belə cavab verir: «...Lakin
dövlət yox olmayacaqdır. İnformasion epoxada onun statusu
sadəcə olaraq aşağı düşəcək. Dövlət öz layihə mozaikaları ilə
dünyanı bürüyən, öz elektoratını yaradan və milli dövlətlər,
multnasional korporasi-yalar, beynəlxalq ag-
210
entliklər ilə danışıq aparan yerli və regional hökumətlər
formasında daha da çoxalır».
10.
Freydizm
XX əsrdə Qərbin ictimai fikir tarixində freydizm xüsusi yer
tutur. Avstriyalı psixoloq və filosof Ziqmund Freydin (1856-
1939) və onun davamçılarının, ən əvvəl K.Yunqun və
E.
Frommun ideyalarının təsiri Qərb cəmiyyətinin mənəvi
həyatının demək olar ki, bütün sahələrini əhatə edir (fəlsəfə, din,
əxlaq, incəsənət).
Freydin təlimi psixoanaliz adlanır. Psixoanalizin o dövrdə
hökmranlıq edən psixika haqqındakı fəlsəfi konsepsiyalardan
prinsipcə fərqini xarakterizə edən Freyd göstərirdi ki, bu kon-
sepsiyalann əsas nöqsanı psixikanın şüur ilə eyniləşdirilməsi idi.
Özünün əsas ideyalannı Freyd «Mən» və «O», «Totem'və
tabu'^^», «Yuxunun yozumu», «Adi həyatın psixopatologiyası»
və başqa əsərlərində şərh edir.
İnsan şüuru, elə bil ki, üç səviyyədən ibarətdir: fövqəl şüur
(«Məndən üstün» - ədəb qaydalan, valideyn yasağı, əxlaq
senzurası); şüur («Mən») və şüursuzluq («O» - instinktlərin,
çatışmazlıq komplekslərinin, sıxışdırılıb çıxanlan həyəcanların
və s. məcmusu); burada ən əhəmiyyətli tərəf cinsi instikt və
təcavüz instinkti hesab olunur. «O» - həm şəxsi şüursuzluq (yəni
sıxışdırılıb çıxarılan elə həyəcanlar, duyğulardır ki, insan
onlarla öz həyatında daim qarşılaşır), həm də heyvani və ibtidai
vəziyyətimizdən bizə miras qalan komplekslərdir. Bizim «Mən»
isə, elə bil ki, ülgücün kəsən tərəfi üzərində «Məndən üstün» ilə
«O» arasında müvazinət saxlayır. Ona yuxarıdan cəmiyyətin
tələbləri (əxlaq, hər cür məhdudiyyətlər), aşağıdan isə özünün
kompleksləri və instinktləri təzyiq göstərir. Kompleks və
instinktləri əzmək və tamamilə «Məndən üstünə»
М.Кастельс. Информационная эпоха. M., 2000, c.511.
Totem - qəbilənin, tayfanın əcdadı və himayədarı sayılan və pərəstiş edilən obyektdir
(heyvan, bitki və s.).
Tabu - müəyyən hərəkət və predmet üzərinə qoyulan dini-mistik yasaqdır.
211
Dostları ilə paylaş: |