sübut etməyə çalışır. Məlumdur ki, qədim yunan miflərinin
birində deyilir ki, allahlar Sizifı dəhşətli cəzaya məhkum
edirlər:
0 bütün ömrü boyu gərəksiz və ümidsiz əməklə məşğul
olmalıdır. Kamyünün yaratdığı Sizif obrazı bütün bəşəriyyəti və
ayrılıqda hər bir insanı simvolizə edir. Sizif absurd (mənasızlıq)
qəhrəmanıdır. «Allahlara nifrət, ölümə kinbəsləmə və yaşamaq
arzusu ona görünməmiş əzablar gətirdi - o, öz qüvvəsini
məqsədsiz olaraq sərf etməyə məcburdur. Bu dünyadakı
hərisliyin qiyməti budur».Lakin insan hər situasiyada, nə qədər
dəhşətli olsa da, insan olaraq qalmalıdır. «Si- zifm» əxlaqi
çağınşı belədir.
7.
Fəlsəfi antropologiya. Personalizm
Fəlsəfi antropologiya (yun. «anthropos»-insan və «logos»-
təlim, söz) ekzistensializmə yaxın olan fəlsəfi prinsipi insanın
elmi baxımdan öyrənilməsi ilə birləşdirmək, seçdikləri fəlsəfi
prinsipləri elmi faktlarla əsaslandırmaq cəhdindən ibarətdir.
Fəlsəfi antropologiya emosiya, instinkt, ehtiras sahələrini
tədqiq etməyə cəhd edir, insanın daxili aləmindəki bu cəhətləri
mütləqləşdirir, zehni (intellektual) başlanğıcm rolunu kiçildir.
Antropoloji fəlsəfənin nümayəndələri özlərinin insan və onu
əhatə edən gerçəklik haqqında anlayışlannı insanın öz
varlığından çıxarır, dünyanı insanın mahiyyətindən törəyən bir
şey hesab edirlər.
Fəlsəfi antropologiyanın ideya mənbələri hər şeydən əvvəl
alman romantik fəlsəfəsi və həyat fəlsəfəsinin sonrakı
mərhələsidir. İnsan varlığının müxtəlif təzahürlərinin
metodoloji cəhətdən əsaslandırılması və bilavasitə təhlili üçün
fəlsəfi antropologiya — kantçılıq və yeni kantçılıq
transsendentalizminin,
Husserlin
transsendental
fenomenologiyasınm, Haydeggerin ekzistensializminin bəzi
prinsiplərindən geniş istifadə edir. Fəlsəfi antropologiyaya
Nitsşe və Dilteyin də təsiri böyükdür.
A.KaMK). ByHTyıomHH nejıoBCK. M., 1990, c.90.
200
Fəlsəfi antropologiya indiki zamanda yalnız fəlsəfi bilik
sahəsi, müəyyən fəlsəfi istiqamət deyil, həm də məntiq sahəsinə
prinsipcə daxil olmayan xüsusi təfəkkür metodudur. Yeni fəlsəfi
antropologiyanın başlanğıc nöqtəsi konkret (tarixi, sosial, ek-
zistensial, psixoloji) situasiyada insandır.
XX əsr fəlsəfəsinin dini-idealist cərəyanlarından biri də
fəlsəfi antropologiya çərçivəsində fəaliyyət göstərən persona-
lizmdir (lat. «persona»-şəxs, fərd). Personalizmin fərqləndirici
əlaməti şəxsiyyətin ilkin reallıq və ali mənəvi dəyər hesab
edilməsidir. Burada şəxsiyyət varlığın ilkin mənəvi elementi
sayılır. Personalizmdə Ali şəxsiyyət hər şeyə qadir olan Allahdır.
Personalizmə görə əsas sosial vəzifə dünyanı dəyişdirmək
deyil, şəxsiyyəti dəyişdirmək, yəni onun mənəvi kamilliyə
çatmasına kömək etməkdir.
8.
XX əsr Qərb fəlsəfəsində bilik və
dil problemləri
(strukturalizm, poststrukturalizm, hermenevtika)
Strukturaliztn tədqiqat üsulu kimi XX əsrin əvvəllərində
humanitar elmlərdə meydana gəlmişdir (əvvəlcə linqvistikada,
sonralar
isə
psixologiyada,
folklorşünaslıqda,
ədəbiyyatşünaslıqda, estetikada və b.).
Fəlsəfi cərəyan kimi strukturalizm tədqiqat metodlarından
birini - struktur metodu mütləqləşdirir. Strukturalistlər bütün
dünyanı strukturların özünəməxsus ierarxiyası hesab edirlər.
Strukturlann bəziləri əsas, daha dərin, bəziləri isə onlardan
törəmədir. Elmi tədqiqatın əsas vəzifəsi obyektin strukturunu
aşkar etməkdir.
Strukturalizmin linqvistikada banisi İsveçrə alimi dilşünas
Ferdinand de Sossür (1857-1913) hesab edilir. O, təsdiq edirdi ki,
«linqvistikanın yeganə və həqiqi obyekti özü özündə və özü üçün
hesab edilən dildir».*"*^
142
0.^ıe Coccıop. Kypc
oöıueH
JIHHFBHCTHKH
.
M., 1933, c.207.
201
Linqvistikanın elmi tədqiqat nümunəsi kimi irəli sürülməsi
və linqvistik strukturalizmin universallıq iddiası çox hallarda
bütün reallığı və insan varlığını dilə müncər edir.
Strukturalizmin fəlsəfi cərəyan kimi yaranmasına K.Marks,
F.Sossür və Z.Freyd həlledici təsir göstərmişdi.
Strukturalizmin ən görkəmli təmsilçiləri: Klod Levi-Stros -
ibtidai qəbilə sistemlərinin tədqiqi sahəsində, Rolan Bart -
ədəbiyyatda, Jak Lakan isə şüursuzluğun tədqiqində
tanınmışlar. Jak Lakan Freydin «şüursuzluq nəzəriyyəsi»nə
əsaslanaraq, şüursuzluq strukturları ilə dilin strukturları arasında
oxşarlıq tapmağa çalışırdı. Onun fikrincə dilin pozğunluğunu
düzəltməklə xəstənin psixikasını müalicə etmək mümkündür.
Lakin yalnız dilin qrammatikası və sintaksisindən istifadə
etməklə psixi proseslərin adekvat modelləşdirilməsi mümkün
deyil.
XX əsrin 70-ci illərində nəzəriyyədə olduğu kimi, bədii
praktikada da poststrukturaliznt dövrü başlayır. Həmin
nəzəriyyənin Fransada ən görkəmli nümayəndələri Mişel Fuko
(1926-1984) və Jak Derrida (1930) hesab edilir.
Strukturalizmin əvvəlki təmsilçiləri deyirdilər ki, onlann
təlimi elmdən daha çox ideologiyadır. Buna baxmayaraq
strukturalizmin əsas müddəaları poststrukturalist nəzəriyyənin
əsasında qalmaqdadır.
Poststrukturalizmin əsas istiqamətləri aşağıdakılardır.
Desentrasiya, Əsas struktur qarşıdunnalardan biri mərkəz -
periferiya (kənar, ətraf) münasibətidir. Sosium (cəmiyyət)
baxımından üstün yer tutan hakim sosial qruplar «mərkəz»
olmuşlar. İqtisadi sahədə mərkəzin aradan götürülməsi
nəticəsində istehsalın desentrasiyası (mərkəzsizləşməsi)
başlayır. Burada nə vaxtsa realizm üçün xarakterik olan insan
şəxsiyyətinin tam olması prinsipinə yenidən baxılır. Müəllif və
personajın (şəxsin), subyekt və obyektin bir-birinə
qarşıdurmasından imtina edilir. Nəticədə fəlsəfə, estetika,
tənqid və ədəbiyyat arasındakı sahələr aradan götürülür.
Deterritorizasiya (ərazisizləşmə). Bu anlayış ərazinin
parçalanması ilə xarakterizə edilir. Deterritorizasiyanın sosial
aspekti
202
Dostları ilə paylaş: |