C.Dyüi universal filosofdur və onun əsərləri olduqca geniş
fəlsəfi və sosial problemləri əhatə edir. Bəzi müasir filosoflar
Dyüinin və Vitgenşteynin xidmətini onda görürlər ki, bu
filosoflar fundamentalizmi dağıtdılar. Müasir Qərb fəlsəfəsində
fundamentalizm deyəndə əvvəlki fəlsəfə üçün xarakterik olan
inam nəzərdə tutulur: bütün mənəvi, o cümlədən nəzəri fəlsəfi
fikirlərin hansısa dayanıqlı əsası, ilk başlanğıcı olmalıdır. Hələ
Aristotel metafizikanı və yaxud ilk fəlsəfəni məhz «varlığın və
idrakın ilk başlanğıcı haqqında elm» adlandırırdı. Dyüi üçün
əsas fəlsəfi anlayış təcrübədir. O, bədii, sosial və mədəni
fəaliyyəti təcrübə anlayışına daxil edir. Dyüiyə görə təcrübə
əslində bütün insan həyatını, o cümlədən insanın təbiət ilə
qarşılıqlı əlaqəsini və həm də təbiətin özünü əhatə edir.
3.2.
XX əsrin Amerika filosofları 128
Amerika fılosoflannın çoxunun fikrini daim məşğul edən
məsələ analitik fəlsəfə olmuşdur. «Bu termin Vena dəməyi
təmsilçilərinin ideyalarının Amerika zəmininə köçürülməsindən
sonra meydana gələn neopozitiv cərəyanı ifadə edİD>.'^’ İkinci
Dünya müharibəsi ərəfəsində alman nasistlərinin irqi və siyasi
təqiblərindən xilas olmaq istəyən Orta Avropanın əksər
filosofları ABŞ-a mühacirət etmiş və onların çoxu orada
qalmışdı.
1914-cü ildə Ç.Pirsin ölümündən sonra məntiqə, onun
riyaziyyatda oynadığı fundamental rola maraq yenidən canlanır.
Bu marağın yaranmasına B.Rassel və A.N.Uaythedin
(1861-1947) 1910-1913-cü illərdə İngiltərədə yazdıqları
«Riyaziyyatın prinsipləri» əsərinin böyük təsiri oldu. ABŞ
postanalitik konsepsiyaların mərkəzinə çevrildi.
XX əsrin 40-60-cı illərində Avropadan idxal olunan neopo-
zitivist nəzəriyyələr ABŞ-da praqmatizmi sıxışdırmağa başlayır.
Mövcud fikir cərəyanlarının əvvəlinə «post» önlüyü qoyulması
dəbə düşür. Məsələn, praqmatizmə qarşı postpraq-
Daha ətraflı bax: Дж.Боррадори. Американский философ. M., «Дом
интеллектуальной книги», 1998.
Yenə orada, s.l4.
191
matizm, neopozitivizmə qarşı poslpozitivizm, modemizmə qarşı
postmodernizm, analitik fəlsəfəyə qarşı postanalitik fəlsəfə irəli
sürülür.
Fəlsəfənin «amerikanlaşması» mövzusu həmişə Amerikanın
tarixi təcrübəsinin başa düşülməsi arzusu ilə ön plana çəkilib və
çəkiləcək.
Uillard Van Orman Kuayn (1908-2000) filosof və
riyaziyyatçı olaraq 1934-cü ildə Avropadan qayıdandan sonra
uzun müddət Vena dəməyinin mərkəzi problemlərindən biri -
riyaziyyatın əsaslandırılmasında məntiqin rolu məsələsi üzərində
işləmişdir. Onun «Riyazi məntiq üçün yeni əsaslandırma» (1937)
məqaləsi və sonradan çap olunan «Riyazi məntiq» kitabında
(1940) qoyulan məsələlər Avropa məntiqçilərinin - RKamap
(1891-1970), B.Rassel (1872-1970), A.Tarski (1902- 1983) və
başqalannm diqqətini cəlb etmişdi.
«Empirizmin iki ehkamı» (1951) məqaləsindən başlayaraq
1960-cı ildə çıxan «Söz və obyekt» kitabına qədərki dövrdə
Kuayn ontoloji nəzəriyyə ilə məşğul olur. Analitik filosoflann
başçısı olmaqla yanaşı Kuayn praqmatik və eksperimental
metodun tərəfdan kimi də qalır. O, postanalitik mövqedən
məntiqi pozitivizmi tənqid edirdi.
Donald Devidson (1917) öz fəaliyyətində Kuaynın tərəfdan
olmuş, analitik və postanalitik fəlsəfənin davamçısı olmuşdur. O,
«Siz təfəkkürün xüsusi amerikan xəttini ayınrsınızmı?» sualına
belə cavab verir: «Yox, amerikan təfəkkürünün yeganə
xüsusiyyəti praqmatizmdir. Lakin mən fəlsəfədə bu
praqmatizmə, məsələn Rorti qədər bağlı deyiləm. Hərçənd Rorti
deyir ki, mən praqmatikəm».*^®
Xilari Pantem hesab edirdi ki, fəlsəfə analitik ənənənin izah
etdiyi kimi heç də mücərrəd epistemoloji nəzarət metodu deyil.
Analitik fəlsəfənin əksinə olaraq o, yenidən elmin humanist
xarakterinə müraciət edirdi. O, deyirdi: «Mən hesab edirəm ki,
filosofun fəaliyyətini məntiqi tapmacalan həll etməyə müncər
etmək onu çox dar çərçivəyə salmaqdır; fəlsəfəni dünyanı xilas
Yenə orada, s.55.
192
etmək cəhdi ilə eyniləşdirmək isə həddən artıq radikal mövqedə
durmaq deməkdin>.‘^‘ Onun fikrincə bu iki ifrat tərəf arasında
orta yol var ki, «praqmatik realizm»in yeni variantını yaratmağa
apanr.
Robert Nozikin 1974-cü ildə çap olunan «Anarxiya, dövlət
və utopiya» kitabı Amerika və Avropanın siyasi fəlsəfəsində
əhəmiyyətli hadisə hesab edilir.
Artur S,Danto (1924) ensiklopedik təfəkkür tərzinə malik
filosofdur: əxlaq və tarix fəlsəfəsi, idrak nəzəriyyəsi və
incəsənətin fəlsəfəsi ilə ciddi məşğul olurdu. O, postanalitik
cərəyanın tərəfdan kimi çıxış edirdi: «Mən analitik filosofam.
Mən bunu fılosofluğun düzgün üslubu hesab edirəm və
praktikada tətbiq etməkdə davam edirəm. Bu üsul məndə fikrin
strukturu haqqında dəqiq təsəvvür yaratdı: bu strukturda
elementlər demək olar ki, orqanizmin anatomik quruluşunda
olduğu kimi birləşirlər və mənim üçün bu gözəl təfəkkür
tərzidir. Mən artıq analitik fəlsəfənin inkişafını stimullaşdıran
pozitiv və neqativ proqramlara inanmıram; nə fəlsəfədən xilas
olmaq məqsədi güdən və onu dilin düzgün istifadə edilməsinin
nəticəsi olduğunu göstərən terapevtik proqramlara, nə də elmi
özündə yerləşdirə bilən ideal dillər yaratmaq istəyən pozitiv
proqramlara inanmıram».‘^^
Analitik fəlsəfənin tənqidi Riçard Rortinin (1931) neopraq-
matizmi üçün başlanğıc nöqtə oldu. Lakin bu tənqid əsasən
məntiqi pozitivistlərin ABŞ-a mühacirətindən sonra meydana
gələn tənqidin birinci variantına qarşı çevrilir. Bu tənqid
praktiki olaraq analitik hərəkatın Kuayn və Devidson kimi
müəlliflərin adı ilə bağlı olan ikinci mərhələsinə toxunmur.
Onlann praqmatizmə yaxınlığını Rortinin özü də etiraf edir.
Stenli Keyvlin (1926) dediyinə görə Vena dəməyinin Kar-
nap, Reyhenbax, Gödel və başqa üzvlərinin təsiri altında
yaradılan elmi və epistemoloji analizin üstünlüyü fikri ingilis
fəlsəfəsinin, xüsusən L.Vitgenşteynin adi dil haqqında
görüşlərinin düzgün başa düşülməsinə mane olmuşdu.
Ke}rvlinin fikrincə
Yenə orada, s.70.
Yenə orada, s.l 10.
193
Dostları ilə paylaş: |