XV.
XX əsrdə Qərb fəlsəfəsi
1.
XX əsr Qərb fəlsəfəsinin özəllikləri
XIX
əsrin ikinci yansında yeni, qeyri-klassik elmə keçidin
tədricən əsası hazırlanır, XX əsrin başlanğıcında isə həyata
keçirilir.
XX
əsrin daha çox inkişaf etmiş bəzi fəlsəfi konsepsiyalan
özlərini klassik hesab etməsələr də, klassik fikir ilə əlaqəni
kəsməmişlər. XX əsrin bir sıra görkəmli fılosoflan artıq klassik
kimi tanınırlar: A.Berqson, E.Husserl, Z.Freyd, B.Rassel, L.Vit-
genşteyn, C.Dyüi, A.N.Uaythed, K.Yaspers, M.Haydegger,
J.P.Sartr və başqalan.
Bununla yanaşı XX əsrdə fəlsəfi fikrin dayandığı təməldə bir
sıra ciddi dəyişikliklər baş verdi. Ən yeni fəlsəfə irsən
mənimsədiyi naturalist, metafizik və subyektiv zəmindən imtina
etməyə cəhd göstərdi. Bu da klassik fəlsəfə çərçivəsindən xeyli
kənara çıxa bilən yeni cərəyanların meydana gəlməsi imkanını
yaratdı: fenomenologiya, hermenevtika, ekzistensia- lizm,
analitik fəlsəfə, postindustrializm və b. Beləliklə, XX əsrdə
fəlsəfə ən yeni cərəyanlarının təmsilçiləri simasında universal
təlim rolundan imtina etməyə çalışdı. Keçən əsrdə fəlsəfi fikrin
sonrakı dar ixtisaslaşması fəlsəfənin ffaqment- ləşməsinə meyli
xeyli artırdı. Lakin klassik fəlsəfə ilə əlaqə qırılmadı.
Fəlsəfənin mahiyyəti və müasir dünyada rolu məsələsi yenə
də əvvəlki kimi əsas problem olaraq qalır. Bu məsələdə
pozitivizm əleyhinə meyl daha üstündür. Bir çox görkəmli
alimlərin fikrincə fəlsəfə bəşəriyyətin ondan həllini gözlədiyi
problemləri başa düşmək istiqamətində səy göstərməlidir. Bu
problemləri aşağıdakı kimi formalaşdırmaq olar: dünya və orada
insanın yeri; fərd və bəşəriyyət; mədəniyyətlərin müxtəlifliyi və
vəhdəti; dünya sivilizasiyasının gələcək taleyi; insanın
mahiyyəti və onun müasir dünyada rolu; müasir qlobal
problemlərin sosial-fəlsəfi təhlili.
185
2.
Neopozitivizm
Müstəqil cərəyan kimi pozitivizm XIX əsrin 30-cu illərində
formalaşıb. Fəlsəfə ilə elmin qarşılıqlı münasibəti həmişə po-
zitivistlərin diqqət mərkəzində olmuşdur. Onların əsas tezisi
ondan ibarətdir ki, gerçəklik haqqında əsl, müsbət (pozitiv) bilik
yalnız ayrı-ayrı konkret, xüsusi elmlərin nəticəsi kimi əldə edilə
bilər, fəlsəfənin isə müstəqil elm kimi yaşaması mümkün deyil.
Pozitivizmin yaradıcısı O.Kontun dediyinə görə fəlsəfənin
vəzifəsi təbiət və humanitar elmlərdən ümumi nəticələr
çıxarmaqdır.
2.1.
Analitik fəlsəfə
Pozitivizmin inkişafında yeni mərhələ - neopozitivizm
(analitik fəlsəfə) XX əsrin 20-ci illərindən başlayır. B.Rassel
(1872- 1970), L.Vİtgenşteyn (1889-1951), C.E.Mur (1873-1958)
və başqalan analitik fəlsəfənin daha məşhur nümayəndələridir.
K.Popper (1902-1994) öz fəlsəfəsini «antipozitiv» adlandırsa da,
onun dünyagörüşü pozitiv ənənə sferasında qaldı.
Neopozitivizm başqa fəlsəfi təlimlərdən daha çox elm və onun
problemləri ilə bağlıdır. Bu təlim yarandığı vaxtdan başlayaraq
əhəmiyyətli təkamül yolu keçmiş və müxtəlif adlarda öz ifadəsini
tapmışdır. Neopozitivizm əvvəlcə «məntiqi ato- mizm» kimi
çıxış edir, sonra «məntiqi pozitivizm» adlanır, daha sonra isə
«analitik fəlsəfə» adını qəbul edir. Onun ABŞ-da da yayılan
Britaniya növü «linqvistik fəlsəfə» adlanır. Neopozitivizm
daxilində «elm fəlsəfəsi» meydana gəlmiş və çox geniş
yayılmışdı.
Analitik fəlsəfə — analitik məntiqə əsaslanan fəlsəfəni ifadə
edən ümumi termindir. Bu fəlsəfə C.Lokk, D.Yum və C.Millin
ingilis «empirizm»indən başlayaraq, «Vena klubu»nun məntiqi
pozitivizmi və erkən L.Vİtgenşteyn və B.Rasselin «məntiqi ato-
mizm»indən bəhrələnmişdir.
Analitiklərin (xüsusən onun Britaniya nümayəndələrinin)
fəlsəfə tarixinə münasibəti onun iki fənnə bölünməsi ilə şərt-
186
ləndirilir: fəlsəfə tarixi və ideyalar tarixi. Axınncı əsasən qeyri
fəlsəfi fənn kimi araşdırılır və göstərilir ki, bu fənn ideyaların
hər hansı sisteminin formalaşmasının konkret tarixi şəraiti ilə
əlaqədardır. Analitiklərin fikrincə fəlsəfə tarixi konkret
hissəciklərin və müəyyən fəlsəfi konsepsiyanın yarandığı
mədəni- tarixi fonun təhlilindən azad olmalıdır. Konsepsiyanın
məntiqi əsası və onun əsaslandınlması üsulu daha vacib hesab
edilir.
Xüsusi qeyd etmək lazımdır ki, özünün yüzillik mövcudluğu
dövründə analitik fəlsəfə ciddi surətdə dəyişmişdir. Əgər bu
fəlsəfə əvvəllər dil, elm, məntiq ilə maraqlanırdısa və fəlsəfi
problemlərə tarixi münasibətdən daha çox sistemli münasibəti
işləyib hazırlayırdısa, bu gün o əvvəllər əleyhinə çıxdığı
fəlsəfəyə oxşamağa başlayır.
2.2.
Məntiqi-linqvistik fəlsəfə
Analitik fəlsəfənin daha son variantlan çox vaxt linqvistik
fəlsəfə adlanır.
Q.Frege, B.Rassel və erkən L.Vitgenşteyn sintaktika və se-
mantika arasında əlaqə yaratmaq sahəsində xeyli iş görmüşlər.
Q.Frege və B.Rassel əla məntiqçi idilər, onlar təbiətşünas
olmamışlar. Onların əsərlərində məntiq və onun dili aparıcı sahə
idi. Belə başa düşülürdü ki, yaxşı elm yaxşı məntiq deməkdir.
Vitgenşteynin «Məntiqi-fəlsəfi traktat» əsərində məntiqin
strukturu ilə dünyanın strukturu arasında tam uyğunluq
yaratmağa cəhd göstərilirdi.
XX əsrin 20-30-cu illərində dil fəlsəfi tədqiqatların əsas
meydanına çevrildi, fəlsəfi problemlərin həlli isə bu və ya digər
ifadələrin və onların mənasını müəyyənləşdirmək xarakteri
qazandı. Fəlsəfə nəzəriyyə kimi deyil, fəaliyyət kimi qəbul
edildi. Belə fəaliyyət dil ifadələrini və onların mənasını
müəyyənləşdirməyə yönəldilən məntiqi analiz üçün həyata
keçirilirdi. B.Rassel və L.Vitgenşteyn belə tip fəlsəfənin ilk
təmsilçiləri olsa da, bu yalnız onların dühasının məhsulu deyil.
Dilin fəlsəfi tədqiqatların ön planına çıxmasının dərin sosial-
mədəni kökləri vardır.
187
Dostları ilə paylaş: |